Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2271/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı ( Torres (Məmmədov) İlyas Mehman oğlu və X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr, bağışlama müqaviləsi, əqdin etibarsızlığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 və üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğluna və X4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payının bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunması və əmlaka payın müəyyən edilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-442/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-868/07 nömrəli, 18 iyul 2007-ci il tarixli qətnaməsi ilə X6 vərəsələrin müəyyən edilməsinə və miras evlərin bölüşdürülməsinə dair iddiası qismən təmin edilərək, X15, X19 və X1 X7 qanun üzrə vərəsələri hesab edilməsi, ü nvan 1 ünvanda yerləşən evin 2/3 payla X6, 1/3 payla X9 mülkiyyətinə verilməsi, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli binada yerləşən 8 nömrəli mənzilin mülkiyyət hüququnun X16 verilməsi qət edilmişdir.
2. Gəncə şəhəri, X27 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (X6 2/3 hissədə, X9 1/3 hissədə payı olmaqla) əsasında X15 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2022) və X9 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2009) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində n **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
3. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-111/2010 nömrəli, 04 iyun 2010-cu il tarixli qətnaməsi ilə X9 Gəncə nikah evinə qarşı “ad və soyadın dəyişdirilməsindən imtinanın hüququ məhdudlaşdıran hərəkət hesab edilməsi, ad və soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddiasınıntəmin edilməsi, X9 (indi Gəncə) şəhər VVAQ şöbəsi (indiki Gəncə nikah evi) tərəfindən xx.xx.1953-cü il tarixdə aparılmış 999 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək onun adı “Hüseyn”, soyadı “Hüseynzadə” yazılması, digər məlumatların olduğu kimi saxlanması, həmin akt qeydində müvafiq dəyişikliklərin edilməsi cavabdeh Gəncə nikah evinə həvalə o lunması qət edilmişdir.
4. Rusiya Federasiyası tərəfindən verilmiş, 34 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən ki, xx.xx.1954-cü il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında ölmüşdür.
5. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 (əvəzinə X13 imza etmişdir) xx.xx.2023-cü ildə atası X6 vəfatından sonra ondan irs qalmış əmlakdan özünə çatası miras payını anası Cavabdeh2 (əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) bağışlamışdır.
6. Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə aparılmış 2V-156 nömrəli notariat işinin materiallarından görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən t əsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi – arvadı Cavabdeh2 miras əmlakdan – Gəncə şəhəri, X27 küçəsi, ev 61A ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.0299 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin 2/3 hissəsindən tam hissədə irs almalıdır.
7. Gəncə şəhəri, X27 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (Cavabdeh2 2/3 hissədə, X14 1/3 hissədə payı olmaqla) əsasında Cavabdeh2 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) və X14 (qeydiyyat nömrəsi və tarixi: **********, xx. xx.2024) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
8. Moskva VVAQ İdarəsinin Çertanovskiy VVAQ şöbəsi tərəfindən verilmiş, İV-MÖ seriyalı, 852170 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X15 ilə Cavabdeh2 arasında olan nikah xx.xx.2013-cü il tarixdə 2057 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra ərin soyadı Məmmədov, arvadın soyadı Məmmədova müəyyən edilmişdir.
9. Moskva şəhəri Boqodorsk VVAQ şöbəsi tərəfindən verilmiş VMÖ seriyalı, 6816 44 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X15 və anası Cavabdeh2 olmuşdur.
10. Cavabdeh2 nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə 8 ədəd fotoşəkillər təqdim edilmişdir.
11. İddiaçı tərəfindən məhkəmə kollegiyasına göndərilmiş ərizəyə əlavə edilən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2020-ci il tarixli, H-91-091 saylı sərəncamının surətinə əsasən, Gəncə şəhəri Nizami rayonu, X27 küçəsi 61A ünvanında yerləşən mülkiyyət hüququ ilə 1/3 hissə İddiaçı və 2/3 hissə X10 məxsus 0,0299 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində inşa etmək istədiyiniz fərdi yaşayış evinin layi həsinin memarlıq-planlaşdırma bölməsinə dair irad mövcud deyildir.
12. Ərizəyə Gəncə şəhəri Nizami rayonu, X27 küçəsi 61A ünvanında yerləşən hazırkı mübahisəli evin əvvəlki vəziyyətini əks etdirən və həmin evin sökülərək yerində tikilmiş evin görüntülərini əks etdirən 14 ədəd foto şəkil əlavə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı (X19) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 5uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X5 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi onun, 2/3 hissəsi isə mərhum qardaşı X6 adına olmuşdur (bu yaxınlarda iddaçı özünəməxsus olan 1/3 hissəni oğlu X16 bağışlamışdır). X15 17 yanvar 2023-cü il tarixində vəfat etmişdir. Qardaşı öz ailəsi ilə birlikdə uzun illər ərzində Rusiya Federasiyasında, son zamanlarda isə Türkiyə Respublikasında yaşamışdır. Yəni nə onun özü, nə də ki ailə üzvləri uzun illərdən bəri Azərbaycana gəlməmişlər. Sadəcə olaraq formal şəkildə paylı mülkiyyət hüququ əsasında mülkün 2/3 hissəsi X10 məxsus olmuşdur. Əksinə iddiaçı daimi olaraq həmin evdə nəinki yaşamış, hətta sonradan öz şəxsi vəsaiti hesabına ona verilmiş müvafiq icazə sənədlərinə əsasən əsaslı təmir və tikinti işləri aparmışdır. Elə qardaşının ölümündən sonra da mirası ikinci növbə vərəsə olaraq yalnız o, qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə mirası hər hansı formada qəbul etməmişlər. Bu səbəbdən də hesab edir ki, sözügedən miras əmlakda qardaşına məxsus olan pay ona çatmalı idi. Lakin bu günlərdə xəbər tutmuşdur ki, cavabdehlər, X6 həyat yoldaşı Cavabdeh2 və onların qızları Cavabdeh3 mirasın qəbulu üçün həmin vaxt qanunverici liklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra onun xəbəri olmadan ünvan 5uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən qardaşına məxsus olan 2/3 hissəni öz adlarına keçirmiş, eyni zamanda 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 özünəməxsus miras payını Cavabdeh2 bağışlamışdır. Beləliklə də mülkün qardaşına məxsus olan 2/3 hissəsi tam olaraq Cavabdeh2 adına keçmişdir. Vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, qardaşının ölümündən sonra mirası ikinci növbə olaraq yalnız o, qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə qardaşının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Eyni zamanda notariat ofisində də kobud qanun pozuntusuna yol verilərək bu fakta göz yumulmuş, bununla da mirası faktiki qəbul etməyinə baxmayaraq miras payından məhrum edilmişdir. Göründüyü kimi qanunsuzluqlar göz qabağındadır. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
15. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ ha qqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunması və əmlaka payın müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış Gəncə şəhəri, X27 küçəsi, ev 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evindən və 0.0299 ha torpaq sahəsindən ibarət **********50-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/3 hissəsi Cavabdeh2 tərəfindən mərhumun digər əşyalarını, yəni telefonunu, geyim əşyalarını və s. faktiki olaraq qanun üzrə birinci növbə vərəsəsi olaraq qəbul etmişdir. Həm də, iddiaçı tərəf qanun üzrə ikinci növbə vərəsədir ki, birinci növbə vərəsələrin olması iki nci nöbvə vərəsəliyi istisna edir. Ona görə də, Cavabdeh2 verilmiş və Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və əmlaka miras payının müəyyən edilməsi tələbləri törəmə hüquq münasibəti olub, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan sözügedən digər tələblər də əsassızdır və təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145-ci, 1146-cı, 1151.1-si, 1159.1.1-ci, 1159.2-ci, 1160-cı və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi onun, 2/3 hissəsi isə mərhum qardaşı X6 adına olmuşdur. (bu yaxınlarda özünə məxsus olan 1/3 hissəni oğlu X16 bağışlamışdır) X15 17 yanvar 2023-cü il tar ixində vəfat etmişdir. Qardaşı öz ailəsi ilə birlikdə uzun illər ərzində Rusiya Federasiyasında, son zamanlarda isə Türkiyə Respublikasında yaşamışdır. Yəni nə onun özü, nə də ki ailə üzvləri uzun illərdən bəri Azərbaycana gəlməmişlər. Sadəcə olaraq formal şəkildə paylı mülkiyyət hüququ əsasında mülkün 2/3 hissəsi X10 məxsus olmuşdur. Əksinə o, daimi olaraq həmin evdə nəinki yaşamış, hətta sonradan öz şəxsi vəsaiti hesabına ona verilmiş müvafiq icazə sənədlərinə əsasən tikinti işləri aparmışdır. Elə qardaşının ölümündən sonra da mirası ikinci növbə vərəsə olaraq yalnız o qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə qardaşının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı bir formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Eyni zamanda notariat ofisində də kobud qanun pozuntusuna yol verilərək bu fakta göz yumulmuş, bununla da mirasın yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməyinə baxmayaraq, miras payından məhrum edilmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan, tamamilə qanunsuz və əsassız olaraq iddiasının təmin edilməməsi barədə qətnamə çıxarmış, bununla da onun sözügedən miras mülkə dair vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.
20. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh2mərhum qardaşı Mehmanın həyat yoldaşı, digər Cavabdeh3 is ə mərhum qardaşı Mehmanın qızıdır. Onun əvvəlki adı və soyadı Məmmədov Mahir olmuş, o ad və soyadını dəyişdirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X8 isə onun bacısıdır, bacısı öz payından mərhum qardaşı Mehmanın xeyrinə imtina etmişdir. 40 ildir ki, bacısı Gülnarə ilə münasibəti yoxdur. Sözügedən evin 1/3 hissəsi ona, 2/3 hissəsi isə qardaşı Mehmana məxsus olmuşdur. O, özünəməxsus olan payı oğlu Emilə bağışlamışdır. 17 yanvar 2023-cü ildə Mehmanın ölümündən sonraonun birinci növbə vərəsəsi İlyas miras əmlakdan imtina etmiş, İlahə isə özünə düşən payı anası Afətə bağışlamışdır. Halbuki, cavabdehlər Afət və İlahə uzun müddət Azərbaycan Respublikasına gəlməmiş, bununla da, birinci növbə vərəsələr kimi mirası – sözügedən əmlakı faktiki qəbul etməm işlər. Bundan başqa, Afət və İlahə miras əmlakın qəbulu üçün həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 6 aylıq müddəti ötürdükdən sonra notariat ofisinə müraciət etmişlər. O, uzun müddət sözügedən mübahisəli əmlakda yaşamaqla, həmin fərdi yaşayış evinin çox köhnə və yaşayısa yararsız olmasını nəzərə alaraq, sökülməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmiş və qanuni razılığı aldıqdan sonra, 2020-ci ildə həmin evi tam sökməklə, yerində yeni yaşayış evi tikmişdir. Bu isə onu göstərir ki, həmin əmlak onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının qardaşı mərhum Mehman ölməmişdən qabaq məhkəmədə mübahisəli əmlakın naturada bölgüsünə dair iddia qaldırsa da, məhkəmə gedişində iddiaçının qardaşı Mehman öldüyü üçün icraat dayandırılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsəliyi qəbul etdikdən sonra məhkəməyə ərizə vermiş, ərizə əsasında icraat təzələnmişdir. Həmin evə dair çıxarış alarkən, evin 2/3 hissəsinin mərhum Mehmanın həyat yoldaşı Cavabdeh2 tərəfindən vərəsəlik qaydasında qəbul olunduğunu öyrənmişlər.
21. Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-868/07 nömrəli, 18 iyul 2007-ci il tarixli qətnaməsi ilə X6 vərəsələrin müəyyən edilməsinə və miras evlərin bölüşdürülməsinə dair iddiası qismən təmin edilərək, X15, X19 və X1 X7 qanun üzrə vərəsələri hesab edilməsi, ünvan 1 ünvanda yerləşən evin 2/3 payla X6, 1/3 payla X9 mülkiyyətinə verilməsi, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli binada yerləşən 8 nömrəli mənzi lin mülkiyyət hüququnun X16 verilməsi qət edilmişdir. X6 vəfatından sonra, onun birinci növbə vərəsələri tərfindən miras qalmış pulu, telefonu və digər əşyaları faktiki olaraq qəbul edilmiş, sonra isə notarial qaydada sənədləşdirilmişdir. Həm də, iddiaçının birinci növbə vərəsələri olduğu üçün, ikinci növbə vərəsəlik istisna olunur. Bununla belə, onlara məlum olmuşdur ki, miras açılmazdan əvvəl fərdi yaşayış evi sökülmüş və orada iddiaçı tərəfindən ev tikilmişdir. Ona görə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində Gəncə şəhəri Nizami rayonu, X27 küçəsi 61A ünvanında cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və 0.0299 ha totrpaq sahəsi üzərində 2/3 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsinə dair iddia qaldırmışla r.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-442/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Şamil Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsinin qismən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunmasının rədd edilməsi hissəsində qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 5uş 23 noyabr 2023cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 23 noyabr 2023-cü il tarixli, 3M-6 41 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair hissədə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması, qətnamənin qalan hissələrdə, yəni iddia tələbinin ünvan 4 ünvanında yerləşən 00299 ha torpaq sahəsinə dair ünvan 5uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin hissədə 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən 00299 ha torpaq sahəsinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X5 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə hissələrinin rədd edilməsinə dair hissələrdə dəyişdirilmədən saxılanılması qət edilmişdir.
23. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2020-ci il tarixli, H-91-091 saylı sərəncamı ilə, İddiaçı cavab verilmişdir ki, Gəncə şəhəri Nizami rayonu, X27 küçəsi 61A ünvanında yerləşən mülkiyyət hüququ ilə 1/3 hissə İddiaçı və 2/3 hissə X10 məxsus 0,0299 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində inşa etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinə dair irad mövcud deyildir. İddiaçı tərəfindən həmin fərdi yaşayış evi 2020-ci ildə tam sökülərək, yerində müasir səviyyəli yeni yaşayış evi tikilmişdir. İşin həmin halı iş materiallarına əlavə edilmiş foto şəkillərlə, həm də, cavabdeh tərəfin məhkəmə kollegiyasında verdiyi izahatı ilə təsdiq edilr. Məhz həmin ev söküldüyü üçün, Cavabdeh2 nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində Gəncə şəhəri Nizami rayonu, X27 küçəsi 61A ünvanında cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və iddiaçı Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışla müəyyən edilmiş 0.0 299 ha totrpaq sahəsi üzərində 2/3 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçının qardaşı X15 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra miras açılmış və Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi – arvadı Cavabdeh2 miras əmlakdan – Gəncə şəhəri, X27 küçəsi, ev 61A ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.0299 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin 2/3 hissəsindən tam hissədə irs almış, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışl anması müqaviləsi ilə, KoçX17 (əvəzinə X13 imza etmişdir) xx.xx.2023-cü ildə atası X6 vəfatından sonra ondan irs qalmış əmlakdan özünə çatası miras payını anası Cavabdeh2 (əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) bağışlamış və Gəncə şəhəri, X27 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X2 adına 2/3 hissədə, (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) X14 adına 1/3 hissədə (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfi ndən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
25. Halbuki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, X6 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə miras açılarkən, mərhumun mülkiyyətində mübahisə edilən fərdi yaşayış evi mövcud olmamış, həmin ev tam sökülərək, yerində iddiaçı tərəfindən yeni yaşayış evi tikilmişdir.
26. Birinci instansiya məhkəməsi isə işin həmin hallarıı nəzərə almayaraq, mövcud olmayan fərdi yaşayış evi üzrə əldə edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni, müvafiq olaraq miras payın bağışlanması müqaviləsinin etibarsızlığına və dövlət reyestrindən çıxarışın ləğvinə dair iddianı həmin hissədə təmin etməmiş və həmin hissədə mübahisənin maddi-hüquqi əsaslarını düzgün mü əyyən etməmişdir.
27. Məhkəmə kollegiyası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)4037/2024 nömrəli qətnaməsinin iddia tələbinin ünvan 4 ünvanında yerləşən 00299 ha torpaq sahəsinə dair ünvan 5uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin hissədə 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən 00299 ha torpaq sahəsinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X5 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə hissələrinin rədd edilməsinə dai r hissələrini qanuni və əsaslı hesab etməklə, qeyd etmişdir ki, həmin hissələrdə apellyasiya dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, İddiaçı miras qoyan mərhum X6 qardaşı olmaqla, ikinci növbə vərəsədir və miras qoyanın birinci növbə vərəsələri mövcud olduğundan, sonrakı növbənin vərəsəliyi, yəni iddiaçının vərəsəliyi istisna edilir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı miras qoyan mərhum qardaşı X6 ikinci növbə vərəsəsi olduğundan və miras qoyanın birinci növbə vərəsələri mövcud olduğundan, vərəsəliyi istisna edildiyi üçün, birinci növbə vərəsinin mirası qəbul müddətinin ötürməsi əsası ilə əldə etdiyi vərəsəliyi mübahisələndirmək və tələb etmək üçün müvaf iq subyektiv hüquqa malik deyildir.
30. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151, 1159 və 1160-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli 2(104)-442/2025 saylı qətnaməsini iddianın təmin olummayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam olaraq təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə miras qoyan, nə də ki onun birinci növbə vərəsələri heç Azərbaycan Respublikası vətəndaşı da olmamışlar. Onlar Rusiya Federasiyasının vətəndaşı olmaqla da imi olaraq Türkiyə Respublikasında yaşamışlar.Mülki Məcəllənin 1321.1-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Göründüyü kimi, notarius tərəfindən sözügedən miras əmlaka dair cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi faktının özü tamamilə qanunsuzdur. Lakin məhkəmə kollegiyası sözügedən qətnaməni qəbul edən zaman bu fakta da hər hansı bir əhəmiyyət verməmişdir.
33. Sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 23 noyabr 2023-cü il tarixində verilmişdir. Yəni şəhadətnanə verilən zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədə olmuşdur və ona görə də həmin maddələrin tələbləri nəzərə alınmalı idi. Lakin notariat ofi sində şəhadətnamə verilən zaman bütün bunların nəzərə alınmamasına baxmayaraq, məhkəmə kollegiyası bu fakta da hər hansı bir əhəmiyyət verməmişdir.
34. Məhkəmə kollegiyası mirasın yalnız onun tərəfindən qəbul edilməsinə baxmayaraq, saxtakarlıqla verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni torpaq sahəsinə münasibətdə qüvvədə saxlamaqla mirası adına rəsmiləşdirməyə maneçilik törətmiş, bununla da onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.
35. Məhkəmə kollegiyası sözügedən qətnaməni çıxarmaqla vərəsəlik hüquqlarını rəsmiləşdirməyə maneçilik törətmiş, eyni zamanda saxtakarlıqlara göz yummuşdur.
36. Göründüyü kimi, nə qardaşım X6, nə də ki onun birinci növbə vərəsələrinin torpaq sahəsinə mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutlmuş müddət ərzində özgəni nkiləşdirilmədiyindən onların mülkiyyəti hesab edilə bilməzdi. Buna baxmayaraq, işə baxan məhkəmə kollegiyası işin bu halına ümumiyyətlə hər hansı bir hüquqi qiymət verməmişdir.
37. Qətnamədə qeyd edilən əşyalar miras kütləsinə daxil deyildir və belə olan halda təbii ki, həmin əşyaların cavabdehlərdə olması mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməzdi. Lakin məhkəmə kollegiyası tamamilə qanunsuz olaraq cavabdehlərin məhz həmin əşyaları qəbul etmələri əsası ilə mirasın onlar tərəfindən faktiki qəbul edildiyi qənaətinə gəlmişdir.
38. Sözügedən qətnaməni qəbul etməklə məhkəmə kollegiyası həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsini pozmuşdur.
39. İşə baxan məhkəmə kollegiyası iddianın torpaq sahəsi ilə bağlı hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edən zaman iş üzrə tərəf olmayan və səlahiyyətləri mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənməmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə istinad edərək mirasın onlar tərəfindən qəbul edilməsi qənaətinə gəlmişdir.
40. Cavabdehlər tərəfindən məhkəməyə mirasın onlar tərəfindən həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi barədə heç bir sübut təqdim edilməmiş, buna baxmayaraq məhkəmə kollegiyası hər hansı bir sübuta əsaslanmadan iddianın torpaq sahəsinə aid hissədə təmin edilməməsi barədə qanunsuz qətnamə qəbul etmişdir.
41. Məhkəmə kollegiyası irəli sürülmüş iddialara dair qətnamədə əsaslandırma aparmadan iddianın qismən, yalnız fərdi yaşayış evinə münasibətdə təmin edi lməli olduğu, torpaq sahəsinə münasibətdə isə təmin edilməli olmadığı gənaətinə gəlmişdir ki, bu da çox ciddi prosessual pozuntudur.
42. Qardaşının ölümündən sonra mirası birinici növbə olan vərəsələrindən heç kim qəbul etmədiyinə görə ikinci növbə vərəsə olaraq yalnız o qəbul etmişdir. Belə ki, onun ailə üzvləri olan birinci növbə vərəsələr qardaşının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı bir formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Eyni zamanda notariat ofisində də kobud qanun pozuntusuna yol verilərək bu fakta göz yumulmuş, bununla da mirası fakt iki qəbul etməyinə baxmayaraq, miras payından məhrum edilmişdir.
43. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1149, 1151.1, 1155.2, 1159, 1243, 1246, 1255, 1263, 1273,1321, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 49, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1 “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
46. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
47. Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
48. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
49. M addə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
50. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
51. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
52. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
53. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valid eynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
54. Maddə 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
55. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin nə miras qoyan, nə də ki onun birinci növbə vərəsələri heç Azərbaycan Respublikası vətəndaşı da olmadığı, notarius tərəfindən sözügedən miras əmlaka dair cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi faktının özünun tamamilə qanunsuz olduğu barədə dəlili ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlaka hər hansı bir əsasla, o cümlədən vərəsəlik qaydasında mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunlarına əsasən əldə edilə bilər. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasını n Qanununun 20.1-ci maddəsinə əsasən daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin nə qardaşı X6, nə də ki onun birinci növbə vərəsələrinin torpaq sahəsinə mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutlmuş müddət ərzində özgəninkiləşdirilmədiyindən onların mülkiyyəti hesab edilə bilməyəcəyi, buna baxmayaraq, işə baxan məhkəmə kollegiyasının işin bu halına ümumiyyətlə hər hansı bir hüquqi qiymət vermədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində ke çən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
68. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən maddədə göstərildiyi kimi, xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini qanunda nəzərdə tutulmuş qaydada məcburi satın almadıqda həmin torpaq sahəsinə mülkiyyət hüququ itmir.
69. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə iddianın torpaq sa həsi ilə bağlı hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edən zaman iş üzrə tərəf olmayan və səlahiyyətləri mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənməmiş şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə istinad edərək mirasın onlar tərəfindən qəbul edilməsi qənaətinə gəldiyi barədə dəlillərinə əsasən qeyd edir ki, iş materiallarında olan (İ cild, iş v. 159) etibarnamə və birinci instansiya məhkəməsinin 14 noyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, müvafiq fotoşəkillər məhkəməyə Cavabdeh2 məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmişdir.
70. Azərbaycan Respublikasının MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcə llənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığında n və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-442/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qə