Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2272/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2) iş üzrə QƏRARİ (Açar sözlər: iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı, iddia müddəti, mənəvi ziyan, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X3 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-572/2023 nömrəli iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texniki inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən, iddiaçıya İİ dərəcəli əlillik təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (hazırkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2017-ci ildən 02 dekabr 2020-ci il tarixinədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, 09 dekabr 2019-11 dekabr 2019-cu il tarixinədək 3 gün ərzində işlədiyi tam iş vaxtının, 20122014-cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək haqqının və 50 min manat mənəvi ziyanının ona ödənilməsi, eləcə də, hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, İİ dərəcəli əlil olması barədə həkim ekspertkomissiyasının məlumatını iş y erinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi səkkiz saat işləməyə davam etmişdir. Cavabdeh tərəfindən bununla bağlı X1 xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 91-ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişiklikləri qəbul etməmişdi r. İşə gəlib-getməsi vaxtı idarənin girişində quraşdırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır. Cavabdehin müraciətlərinə və qanunvericiliyin tələbinə məhəl qoymadan onu qanunsuz olaraq gündəlik 7 saat əvəzinə 8 saat işlətməsi xəstəliyinin pisləşməsinə səbəb olmuşdur. Həmçinin, xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 25 təqvim günü (xx.xx.2018xx.xx.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq cavabdeh sözügedən əmrlə onu qərəzli olaraq tanış etməmiş, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişlər. Məzuniyyət pulu gecikdirilərək ona xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmri sonradan rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə, iş vaxtı ona məlumat verilmişdir ki, artıq xx.xx.2019-cu il tarixdən məzuniyyətdədir. Əmrlə tanış olmaq istəmiş, lakin əmri ona təqdim etməmişlər. Şifahi verilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini onlara irad tutmuş, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları durumu görərək təcili yardım çağırmışlar.
5. İddiaçı birinci instansiya məhkəməsinin iclasında izahat verərək bildirmişdir ki, o, iş saatının bir saat azaldılmasına dair razılaşmanı imzalam aqdan imtina etmişdir. Çünki, güzəştli iş saatının tətbiq edilməsi onunla razılaşdırılmamış, yəni bir saat tez gəlmək istəməsi və ya bir saat tez getmək istəməsi onun seçiminə görə müəyyən edilməli olduğu halda bu barədə onunla öncədən razılaşdırılmadan yalnız özlərinin müəyyən etdikləri iş qrafiki üzrə kağızı imzalaması təklif edilmişdir. Əlavə şəklində hər hansısa razılaşmanın imzalanması qanunsuzdur.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzi vasitəsilə xx.xx.2020-ci il tarixdə şikayəti daxil olmuş və həmin şikayətə aidiyyəti üzrə baxılmış və cava b məktubu göndərilmişdir. Şikayətdə göstərilən məsələlərin araşdırılması zamanı 2018-2019-cu iş ili üçün iddiaçıya 42 təqvim günü müddətinə əmək məzuniyyətinin verildiyi, 08.06.20 tarixində həftəlik qısaldılmış iş vaxtı ilə bağlı tərtib edilmiş əmək müqaviləsinə əlavəni imzalamadığı müəyyən edilmişdir. Həmçinin, aparılmış araşdırmanın nəticələrinə əsasən iddiaçının məzuniyyətdə olduğu müddətdə işlədiyi günlər üçün əmək haqqının ödənilməsi və ya əlavə istirahət günlərinin təqdim edilməsi, eləcə də istəyinə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilməsi məsələsinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq baxılması üçün cavabdeh quruma müvafiq göstəriş verilmişdir. İddiaçı əlilliyi olan şəxs kateqoriyasına aid olduğundan qısaldılmış iş vaxtının tətbiqi üçün əmək müqaviləsinə müvafiq dəyişikliyin imzalanması tövsiyə olunmuşdur. Lakin iddiaçı qısaldılmış iş rejiminə keçməsi üçün müvafiq müqaviləni imzalamaq üçün ərizə verməkdən imtina etmiş, ona dəfələrlə qısaldılmış iş rejiminə, yəni 1 saat az işləməsi üçün müvafiq ərizəni yazıb təqdim etməyi təklif edilsə də, həmin ərizəni bu günədək təqdim etməmişdir. İddiaçının məzuniyyətdə olduğu dövrdə işə çıxması barədə məlumat yoxdur. İddiaçı məzuniyyət dövründə rəsmi işə çağırılmayıb. İddiaçının öz işi olduğu üçün işə çıxıb. İddiaçı, əvvəlki illərdə bu iddianı qaldıra bilərdi. Bu formal qaldırılmış iddiadır və iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət də buraxılmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 313 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir.
7. Bundan başqa, iddiaçının hazırkı tələblə bağlı iddia vermək hüququndan vaxtında istifadə etməməsi, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur. Belə ki, işçinin işəgötürənə və işəgötürənin işçiyə qarşı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur.
8. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, iddia tələbi “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində də əsasızdır və təmin olunmamalıdır.
9. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 17, 46, 82, 91, 94, 288, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372, 375-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 89.3, 106.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, hazırda o, cavabdehin işçisi olaraq qalır, bu günə qədər də onun əmək müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdiyinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda məzuniyyət vaxtı məcburi olaraq işləməsi, cavabdeh qurumun i şdən azad olunma təhdidi ilə olmuşdur. Xəstəliyi ilə bağlı işləməli olduğu 7 saatın əvəzinə 8 saat işləməsinin sübutu cavabdeh qurumun inzibati binasına girişdə quraşdırılmış turniket ola bilər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4182/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının hazırki dövrədək cavabdeh müəssisədə işl əməsi müddət axımını dayandıran hal kimi qəbul edilə bilməz. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırmışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(102)-5055/2021 nömrəli qərarı ilə (hakimlər – İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş dir.
16. Kassasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmişdir. İşə baxmış məhkəmələr tərəfindən iddiaçının dövlət qulluqçusu statusunda olub-olmaması müəyyən edilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. İşin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarında şərh olunan göstərişə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərmiş, sorğuya cavab məktubuna əsasən İddia çı hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsinə aid olmaması müəyyən edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş sənədlərə istinadən qeyd etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddia çının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edilmiş olduğunu və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməlidir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 313 gün ərzində 313 saat ərzində artıq işləməsi, məzuniyyətdə olduğu xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində 3 gün ərzində işləməyə məcbur edilməsi və həmin dövrdə işləməsi, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxtda 66 gün, 20152016-cı illərdə 30 gün işləməsi və işləməyə məcbur edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, cavabdeh təşkilat qısaldılmış iş vaxtının tətbiq olunması üçün müqaviləyə dəyişiklik edilməsini iddiaçıya təklif etmiş, lakin iddiaçı müqaviləyə dəyişikliyi imzalamaqdan imtina etmişdir. Buna görə də bir inci instansiya məhkəməsi iddianı təmin etməməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. e) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Ali Məhkəmənin Mülki kollegiyasının 3 oktyabr 2022-ci il tarixli, 2(102)-4310/2022 nömrəli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
22. İşi yen i baxışa göndərən kassasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət olması və belə müddətin tətbiqi üçün Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurət olmaması barədə gəldiyi nəticə əsassızdır və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, birinci instansiya məhkəməsinin mübahisəyə iddia müddətini tətbiq etməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.
23. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının iddia tələbini sübuta yetirməməsinə istinad etsə də, bu barədə iddiaçının dəlilinə – iş vaxtından artıq işlə məyə məcbur edilməsinin təsdiqi kimi cavabdeh orqanın inzibati binasının girişində işçilərin girişçıxışını qeydə almaq üçün quraşdırılmış turniket məlumatların işəgötürəndə, yəni cavabdehə olmasını nəzərə almamış, bu barədə cavabdehdən hər hansı məlumat tələb etməmiş, nəticədə cavabdehin üzərinə onun obyektiv baxımdan (sübut cavabdehə məxsus məlumat daşıyıcısındadır) sübut edə bilməyəcəyi halı sübut etmək vəzifəsi qoymuşdur.
24. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə Əmək Məcəlləsinin 92-ci maddəsinin 2-ci hissəsi kontekstində qiymət verməmiş, həmin maddənin tələbləri baxımından qeyd edilən iddianın təmin edilmə mümkünlüyünü araşd ırmamışdır. Belə ki, həmin norma imperativ qaydadadır, həmin kateqoriya şəxslər üçün qısaldılmış iş vaxtını təmin etmək işəgötürənin vəzifəsidir və bu qaydadan kənara çıxılması, eləcə də cavabdehin iddiaya etirazında bildirdiyi kimi qısaldılmış iş vaxtının tətbiq edilməsinin müqaviləyə müvafiq dəyişiklik edilməklə olması istisna edilir.
25. Kassasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, mənəvi zərər tələbi də ilk tələblərin təmin edilməsinə söykənir, ilk tələb üzrə gəlinən nəticə yuxarıda göstərilən əsaslara görə düzgün sayılmadığı üçün mənəvi zərər tələbinin təmin edilməməsi barədə gəlinən nəticə də düzgün hesab edilə bilməz. ə) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
26. Apellyasiya instansiya məhkəməsinin 2(103)-572/2023 nömrəli, 25 yanvar 2023cü il tarixli qətnam əsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 20122014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək) artıq işlədiyi 313 saatın qeyd edilən illər üzrə əmək haqqına uyğun hesablanmaqla və mənəvi ziyan görə 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
27. İşə yenidən baxılan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya mə hkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət (mübahisələndirmə müddəti) olması, bu səbəbdən iddia müddətini tətbiqi üçün ərizə verilməsinə zərurət olmaması barədə gəldiyi nəticə və bunun üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına istinad etməsi düzgün olmamışdır.
28. Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, fərdi əmək mübahisələri ilə bağlı müddət iddia müddətidir. Bundan başqa, əmək mübahisələrin də Əmək Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021-ci il tarixli Qərarında da bir daha təsdiqini tapıb. Buna görə də birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulan bir illik müddətin kəsici müddət olması və belə müddətin tətbiqi üçün Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurət olmaması barədə gəldiyi nəticə əsassızdır və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, birinci instansiya məhkəməsinin mübahisəyə iddia müddətini tətbiq etməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq cavabdehdən “cavabdeh orqanın inzibati binasının girişində işçilərin giriş-çıxışını qeydə almaq üçün quraşdırılmış turniket məlumatlarının” təqdim edilməsini tələb etsə də, cavabdeh tərəfindən həmin məlumatlar təqdim edilməmişdir.
30. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddia tələbinin əksini sübut etmək vəzifəsi cavabdehdə olduğunu, cavabdehin həmin halı hər hansı sübutlarla təkzib edə bilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq barədə ərizə verilmədiyini nəzərə alaraq iddiaçı 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tari xədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək) artıq işlədiyi 313 saatın əmək haqqına uyğun hesablanmaqla cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
31. Məhkəmə iddia tələbinin “iddiaçının hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Əmək Məcəlləsinin 92-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş həftəlik iş norması imperativ qaydada müəyyən edilib. İddiaçının 2-ci qrup əlil olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, iddiaçının əlil kimi qısaldılmış iş v axtı ilə təmin edilməsi işəgötürənin vəzifəsidir. Bunun üçün əmək müqaviləsində əlavə dəyişiklik edilməsinə lüzum yoxdur.
32. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının 2-ci qrup əlil olması və cavabdeh tərəfindən onun iş vaxtından artıq işə cəlb edilməsi nəticəsində iddiaçının mənəvi sarsıntıya və iztirablara məruz qalması işin mübahisələndirilməyən halıdır. İddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.
33. Məhkəmə mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 500 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Ca vabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Şikayət iddia ərizəsinə verilmiş etirazla eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya hər hansı fiziki və mənəvi zərər vurulmadığını nəzərə almamışdır. İşəgötürənin təqsiri olmadığı halda iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, işçinin iş vaxtından artıq işləməyə məcbur edilməsinin təsdiqi cavabdeh orqanın inzibati binasının girişində işçilərin giriş-çıxışını qeydə almaq üçün quraşdırılmış turniket məlumatlarındadır. Sözügedən məlumatlar işəgötürəndən tələb edilməmiş, nəticədə id diaçı faktiki halları sübut edə bilməmişdir. Hazırkı halda məhkəmə tərəfindən iddia tələbinin əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Lakin məhkəmə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində ümumiyyətlə heç vaxt turniket sisteminin olmaması, yalnız barmaq izi sisteminin olması halına münasibət bildirməmiş, həmçinin həmin barmaq izi sisteminin nə zamandan bəri tətbiq edilməsi, iddiada qeyd olunan müddətləri əhatə edib-etməməsi məsələsini araşdırmamışdır. Barmaq izi sisteminin tətbiqinə dair icraçı şirkətlə cavabdeh arasında xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır. Yalnız həmin zamandan sonra sözügedən sistem tətbiq olunmuşdur. Buna görə də 2018-ci ildən etibarən tətbiqinə başlanan elektron sistemdə 2012-20 14-cü illər və 2015-2016-cı illər üzrə iddiaçının məzuniyyətdə olduğu dövrdə işə çıxması barədə elektron məlumatların olması texniki cəhətdən mümkünsüzdür. Çünki sistem sonradan istifadəyə verilib. Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının” 20-ci sırasının “v” bəndinə əsasən məzuniyyətlərin verilməsi, növbətçilərin təyin edilməsi, cərimələr, fəhlə və qulluqçu ların ölkədaxili ezam edilməsi haqqında Dövlət orqanlarının və idarələrin əmrləri, sərəncamları 5 il ərzində saxlanılır. Qeyd olunan siyahının tələblərinə uyğun olaraq 2012-2014-cü illər və 2015- 2016-cı illər üzrə işçilərin işə davamiyyəti jurnalı 5 il müddətinə saxlanılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquql a və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Əmək Məcəlləsi
40. Maddə 46. 6-cı hissə. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olm adıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.
41. Maddə 92. 2-ci hissə. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
42. Maddə 165, 1-ci hissə. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
43. Maddə 296. 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
44. Maddə 296. 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı
45. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüqu qlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı Qərarı
46. Bənd
6. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Plenum izah etmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəу yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir (3-cü bənd). Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasi ya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
51. Kassasiy a şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-572/2023 nömrəli iş üzrə 25 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.