Məhkəmə qərarları › İş №2(102)-2272/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2272/2024

09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2272/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Kateqoriya (açar sözlər): təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-580/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 167A saylı mənzil İddiaçının istifadə və mülkiyyətindədir.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış qazın alğı-satqısı barədə müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********01671 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd samovar, 1 ədəd kərpic plitə (yay-qış) istifadə edilir.

3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən, iddiaçının sayğacına keçirilmiş baxış zamanı sayğacın göstəricisinin 1363 m3 geri çəkildiyi aşkar edilmiş və bunun nəticəsi olaraq həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 70848 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 8501,76 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, lakin aktda iddiaçı barədə hər hansı məlumat, o cümlədən akta münasibəti əks etdirilməmişdir. 4. xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilərək, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqçıqlarında əzik-cızıq izlərinin oldu ğu qeyd edilmişdir. Bununla bağlı itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 21600 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 2592 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, aktda iddiaçının adı və soyadı göstərilmiş, onun aktı imzalamaqdan imtina etdiyi də qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evinə (abonent kodu **********01671) əsassız hesablanmış 11093,70 manat borcun silinməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanında sayğacın göstəricilərinin geri çəkilməsi əsası ilə ona 8501,76 manat borc hesablanaraq akt tərtib edilmişdir. Bundan sonra cavabdehin əməkdaşları tərəfindən yenidən onun barəsində akt tərtib edilərək ona əlavə olaraq 2592 manat da borc hesablanmışdır.

7. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh işçisi olaraq mübahisəli aktın tərtib olunmasında iştirak etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ünvana baxış keçirilərkən sayğac göstəricisi 13445 kub metr olduğu halda, xx.xx.2023-cü il tarixli baxış zamanı 12082 kub metr olmuş, yəni göstərici geri çəkilmişdir. Bu barədə abonentə müvafiq akt tərtib edilmişdir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7 mart 2023-cü il tarixli, 2(003)-196/23 nömrəli (hakim Emin Məmmədli) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********01671 olan) hesablanmış 10930,14 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan 122,79 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2023cü il tarixli, ******* nömrəli akta münasibətdə iddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ö dənilməsini tələb edə bilməz. Həmin akt əsassız olduğundan, onun əsasında hesablanmış 2592 manat borcun silinməsi hissəsində iddia təmin edilməlidir.

10. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı akta münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən sayğac göstəricisinin çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı dəymiş ziyanın məhz 8501,76 manat olması sübut olunmamışdır. Belə olan halda, həmin akta əsaslanmaqla itirilmiş qazın bərpası üçün 8501,76 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Lakin işdə olan sübutlarla və işin araşdırılan halları ilə həmin akt tərtib olunarkən sayğac göstəricisinin 1363 m3 geri çəkildiyi aşkar olunduğundan məhkəmə, cavabdeh təşkilata iti rilmiş təbii qaza görə dəymiş zərərin 1363 m3 həcmində hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab etmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 448.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.2 və 217.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6 və 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 1.3, 1.4, 2.5, 2.12, 4.2, 4.8 və 4.9-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə dəymiş zərəri araşdırarkən yalnız qaz sayğacının göstəriciləri ilə müəyyən edilmiş rəqəmləri nəzərə almışdır, amma sayğaca daxil olduğu halda qeydiyyata alınmayan, lakin istifadə olunan qazı nəzərə almamışdır. Təqdim olunmuş sübutlara – aktlara hərtərəfli və tam baxılmamış, hakim sübutları nəzərə almamış və qətnaməni lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etdikləri halda ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın qeydə alına bilinməmə səbəblərini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa, abonent tərəfindən dəymiş ziyan öz təsdiqini tapmış olardı. Məhkəmə iddiaçının sayğac dəyişikliklərindən sonrakı göstəricilərinə diqqət etmiş olsa idi, iddiaçının ödənişlərinin və sərfiyyatının əvvəlki dövrü ilə fərqli olduğunu açıq-aşkar görmüş olardı. Bu da özlüyündə iddiaçının iddiasının əsassız olduğunu sübut etmiş olardı. Belə ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur. Bu səbəbdən birlik tərəfindən heç bir səhvə y ol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə istifadə olunmuş, ancaq qeydiyyata alınmayan təbii qazın müəyyən edilməsi və mülki işin tam obyektiv və hərtərəfli araşdırılması məqsədilə işi məhkəmə ekspertizasına göndərə bilərdi. Məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) 2(103)-580/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən həm xx.xx.2023-cü il, həm də xx.xx.2023-cü il tarixdə akt tərtib edilməklə qeyd edilən prosedura riayət edilməmiş (işə artıq birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman cavabdehin Bakı şəhər və Xəzər rayon prokuroruna müraciət etməsi bu prosedura riayət edilməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh bu prosedurdan kənar qaydada artıq iddiaçının saldosuna cərimə məbləğini daxil etmişdir), akt nəinki iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə aktda iddiaçıya münasibətdə hər hansı qeyd aparılmamışdır. Həmçinin, aktların bir nüsxəsi aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər iki akt üzrə vurulmuş zərərin hesablanması zamanı da “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, hesablama ilk dəfə hər cihazla bağlı (cihaza uyğun olaraq maksimal satlıq qaz sərfi 1,2 m3 /saat və 3,5 m3 / saat) 360 gün (xx.xx.2023 – xx.xx.2022) və 24 saat üzrə, ikinci dəfə isə maksimal qaz sərfi 10 m3 orta günlü iş rejimi 24 saat və 90 gün (xx.xx.2023 - xx.xx.2022-ci il) üzrə aparılmış, yəni xx.xx.2022 - xx.xx.2023-cü il tarixlər üçün müxtəlif qaz sərfi həcmləri əsas götürülməklə iki dəfə hesabat aparılmışdır. Digər tərəfdən akta və qərara əsasən ilin isti ayla rı olan iyun, iyul, avqust nisbətən isti aylar hesab olunan may və sentyabr ayları üzrə kombinin günlük iş rejiminin 24 saat üzrə hesabatının aparılması, habelə ümumiyyətlə hesablama dövrü olaraq 1 ilin götürülməsi anlaşılmazdır. Belə ki, ilk növbədə 1 ədəd 4 gözlü qaz sobasının (PQ-4) özünün də həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması istehlakçının iradəsindən asılı olmayaraq mümkün deyil. Göstərilən 1 illik dövrün 3 ayının ko nkret olaraq ilin isti, ən azı 2 ayının isə nisbətən isti dövrünə təsadüf etməsi səbəbindən kombinin qış rejimində ödənişsiz əsaslarla belə istifadə edilməsinə hər hansı ehtiyac qalmır. Digər tərəfdən 2023-cü ilin yanvar ayında sayğacın göstəricisinin 1.363 m3 geri çəkildiyinin müəyyən edilməsi, özü özlüyündə bu hala 2022-ci ilin yanvar ayından başlayaraq yol verilməsi anlamına gəlmir. O halda nəzərə alınmalıdır ki, hesablama dövrünə daxil edilən 2022-ci il üzrə hər ay müxtəlif dəyərdə təbii qazdan istifadə edilmişdir. Lakin cavabdeh hesablama zamanı bu sərfiyyatı da nəzərə almayaraq xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üçün müxtəlif həcmdə maksimal qaz sərfi ilə iki dəfə hesablama aparılmışdır. Belə ki, qeyd edilən dövr hər iki aktla əhatə olunmuşdur.

17. Məhkəmə kollegiyası həmç inin qeyd etmişdir ki, ikinci akt üzrə 3 ay üçün hesablanmış cərimə məbləğinin orta aylıq göstəricisi (2.592 / 3 = 864) birinci akt üzrə 12 ay üçün hesablanmış cərimə məbləğinin orta aylıq göstəricisindən də (8.501 / 12 = 708) fərqləndiyindən, cavabdehin hər hansı əsas olmadan bir ay intervalı ilə tərtib edilmiş aktlarda müxtəlif hesablama qaydasını tətbiq etdiyini təsdiq etmişdir. Bununla belə, 23-26cı bəndlərdən göründüyü kimi, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin tələbləri vurulmuş maddi zərərin hesablanması zamanı da kobud şəkildə pozulmuşdur. Belə ki, həmin müddəada zərərin hesablanması qaydası təsbit edilmişdir.

18. Məhkəmə kollegiyası müəyyən etdiyi hallara uyğun olaraq hər iki aktın mahiyyəti (sayğaca müdaxilə edilməsi) ilə bağlı qeyd etmişdir ki, həm in sayğac evin daxilində deyil, xaricində yerləşir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də cavabdeh tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir. Bu baxımdan mövcud vəziyyətdə sayğacın dəyişdirilməsi üçün iddiaçıdan vəsait alınmalı idi, lakin alınmamışdır. Bu məsələdə də bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməmişdir.

19. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikatətinin dəlilləri ilə eyni əsaslandırılmış, Mülki Məcəllənin 21.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.2 və 6.5-ci bəndinə istinad edilərək qeyd edilmişdir ki, məhkəmə mülki işi təqdim edilmiş sübut və ya sübutlar əsasında araşdırmaq əvəzinə sübutsuz və ya sübut təqdim edilməsini lüzum bilmədən qətnamə qəbul etmişdir. Halbuki təqdim edilən fotoşəkillərdən, saldo və aktlardan iddiaçının təbii qazı talamış olduğu açıq aydın bəlli olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı et iraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vur ulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə

6. Qaz qurğularına ziyan vuran dəyişmələr

1. Qaz qurğularında hər hansı nəzərdə tutulmamış dəyişmələr baş verərsə, bu Qanunun 4-cü və 5-ci maddələrində göstərilən şərtlərin yerinə yetirilməsi məcburidir.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğuların a ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

29. Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvləri ndən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa n (qurum) tərəfindən müəyyən edilir....

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

30. M a d d ə 1

1. Qaz fəaliyyəti sahəsində müqavilələr...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı sı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

31. Maddə 1

3. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddə tin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdi kdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

32. Bənd 1.3. Qaz payl ayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

33. Bənd 19.1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

34. Bənd 20.2.5. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

35. Bənd 21.2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

36. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

37. Bənd 23.6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir

38. Bənd 24.6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı t ərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Avropa İnsan Hüquqları Məhkə məsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlill ərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

50. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-580/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar