Məhkəmə qərarları › İş №2(102)-2274/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2274/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2274/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, X12, İddiaçı3, İddiaçı4 və X6 cavabdehlər X20 və Gədəbəy rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab olunması, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras əmlaka qanun üzrə vərəsə tanınmaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X33, İddiaçı3, İddiaçı4 və X6 cavabdehlər X34 və Gədəbəy rayon Notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab olunması, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras əmlaka qanun üzrə vərəsə tanınmaları” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-255/2025 nömrəli 4 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Notariat X1 tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli, rey estrdə 2V-01-02 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən X22 ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi X20 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir.

2. Gədəbəy rayon Notariat Kontoru tərəfindən X13 verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-52 nömrə ilə qeyd edilmiş vəsiyyətnaməyə əsasən, X23 ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsi, çöl torpaq sahəsini və adına nə varsa, hamısını nəvəsi X20 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. 3. xx.xx.2017-ci tarixdə ölmüş X7 nəvəsi X34 DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X14 verilmiş **********0610301 reyestr nömrəli, ********** qeydiy yat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır. 4. xx.xx.2017-ci tarixdə ölmüş X8 vərəsəsi arvadı X23 DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X14 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır.

5. X8 adına ünvan 1ində 1988-ci ildə şəxsi vəsaiti hesabına tikilmiş ümumi sahəsi 292.1 kv.m ola n yaşayış evi, tikinti altı sahəsi 47.5 kv.m olan tövlə, tikinti altı sahəsi 11.8 kv.m olan anbar, tikinti altı sahəsi 15.6 kv.m olan çardaq və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır.

6. X22 xx.xx.2017-ci il tarixdə ölmüşdür.

7. X23 xx.xx.2023cü il tarixdə, X24 xx.xx.2007-ci il tarixdə ölmüşdür.

8. X25 ilə X23 nikalarını xx.xx.1963-cü il tarixdə bağlamışlar.

9. X24 və İddiaçı4 nikahlarını xx.xx.1989-cu il tarixdə bağlamışlar.

10. X34 xx.xx.1986-cı il tarixdə ünvan 1ində doğulmuşdur. Atası qrafasında X37, anası qrafasında X21 qeyd edilmişdir.

11. X21 xx.xx.1968-ci il tarixdə ünvan 1ində doğulmuşdur. Atası qrafasında X22, anası qrafasında X23 qeyd edilmişdir.

12. X21 tərəfindən xx.xx.2017-ci il tarixdə notarial qaydada verilmiş ərizəyə əsasən, o, xx.xx.2017-ci il tarixdə vəfat etmi ş atası X9 ölümündən sonra nədə və harada istifadə olunmasından asılı olayaraq ona düşən miras əmlakı qəbul etməmişdir və etmək fikirində də deyildir. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəkdir və bu payla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır. 13. ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi tam pay olaraq X8 adına, 0.25 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə X8 və X10 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. 14. ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi ½ hissədə X10, ½ hissədə isə X15 adına, 0.25 ha torpaq sahəsi isə ¾ hissədə X10, ¼ hissədə isə X15 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

15. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə X14 və X13 ünvan 1ində 0.25 ha torpaq sahəsi verilmişdir. 16. ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə dair X22 (ev - tam, torpaq sahəsi ümumi birgə) və X10 (torpaq sahəsi - ümumi birgə) adlarına 05 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: JN-527D "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" və Slavyanka kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 22 yanvar 2016-cı il tarixli, 72 nömrəli arayışı olmuşdur. Qeyd olunun əmlakdan X8 miras payı Gədəbəy rayon notariat kontorunun 31 yanvar 2018-ci il tarixli, 2V-50 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 2V-51 reyestr nömrəli qanun vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında X34 və X10 adlarına özgəninkiləşdirilmiş və onların adlarına X23 - ev 1/2 hissə, torpaq sahəsi - 3/4 hissə və X34 - ev 1/2 hissə torpaq sahəsi - 1/4 hissə olmaqla 08 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçılar İddiaçı1, X33, İddiaçı3, İddiaçı4 və X26 cavabdehlər X20 və Gədəbəy rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli V363 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əs aslandırılmışdır ki, iddiaçı - Uğuzova X29 rayonu, Slavyanka kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum əri X24 ilə 1987-ci ildə faktiki ailə qurmuşdur. Nikahlarını xx.xx.1989-cu ildə Gədəbəy rayonunun Slavyanka kənd İƏD üzrə nümayəndəliyində rəsmi qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü X27, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1994-cü il təvəllüdlü X26 və xx.xx.1996-cı il təvəllüdlü X35 adında dörd uşaqları doğulmuşdur. Həyat yoldaşı X24 ilə ailə quran gün, X2na məxsus olan, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Uşaqları bu evdə doğulmuşdur. Həyat yoldaşı X24 15 yanvar 2007-ci ildə vəfat etmişdir. Ondan miras olaraq qalmış əmlakı onlar - iddiaçılar qəbul edib, onlar idarə etmişlər. Digər iddiaçılar onu n uşaqlarıdır. Həyat yoldaşı Binnət vəfat edəndən sonra onlar mərhum qayınatası X11 məxsus olan fərdi yaşayış evində yaşamaqla, ondan qalan miras əmlakı faktiki qəbul edib, idarə etmişlər. X2 xx.xx.2017-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdə onlar iddiaçılar yaşayır, miras mülkün həyətyanı torpaq sahəsini əkib-becərir, təsərrüfatı idarə edirlər. X3 qayınanası X23 ilə 1963-cü ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahından X28, X21 və X24 adında üç uşaq doğulmuşdur. Ərinin qardaşı Şahbaz və bacısı Yazgül valideynlərinin sağlığında ailə qurub təsərrüfatdan ayrılmışlar. Mərhum əri Binnət isə ailənin kiçik oğlu olduğu üçün, həmin təsərrüfatda yaşamaqda davam etmişdir. Qayınatası Mikayıl xx.xx.2017-ci ildə, qayınanası X23 isə xx.xx.2023-cü ildə vəf at etmişdir. Onun vəfatından sonra onlar - iddiaçılar həm mərhum Binnət Mikayıl oğlundan, həm Mikayıl Hümbət oğlundan, həm də Suyatel Qəşəm qızından miras qalmış əmlaka vərəsəlik əldə etmək üçün, cavabdeh Gədəbəy rayon Notariat Kontoruna müraciət etmişlər. Həmin müraciətlə bağlı olaraq sənədlər toplayarkən onlara məlum olmuşdur ki, mərhum Mikayıl Hümbət oğlunun vəfatından sonra cavabdeh Gədəbəy rayon Notariat Kontorunun 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdeh X34 və X10 adına özgəninkiləşdirilmiş və onların adına X23ev ½ hissə, torpaq sahəsi ¾ hissə və X34 ½ hissə ev, torpaq sahəsi ¼ hissə olmaqla 08 fevral 2018-ci il tarixli ********** qeydi yyat nömrəli reyestrdən çıxarış verilmişdir. Eyni zamanda Suyatel Qəşəm qızı xx.xx.2023-cü ildə vəfat etmiş, vəfatından əvvəl xx.xx.2018-ci ildə Gədəbəy rayon notariat ofisində cavabdeh X15 adına vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə özünə məxsus olan bütün əmlakını Zöhrab Rövşən oğluna vəsiyyət etmişdir. İddiaçılar Suyatel Qəşəm qızının vəfatından sonra cavabdeh Gədəbəy rayon notarit ofisinə rəsmi qaydada müraciət edib, mərhum Binnət Mikayıl oğluna düşəcək miras payına münasibətdə qanun üzrə vərəsə tanınmalarını xahiş etmişlər. Lakin cavabdeh notarit ofisi qeyd olunan sonuncu vəsiyyətnaməni əsas tutub, onları miras əmlakdan, mərhum Binnət Mikayıl oğluna münasibətdə vərəsə tanımaqdan imtina edir. Göründüyü kimi, mərhumun adından vəsiyyətnamə qeydə alınanda, mərhumun adına daşınma z əmlak qeydə alınmamışdır. Bu səbəbdən həmin vəsiyyətnamə əsasında cavabdeh Gədəbəy rayon Notariat Kontoru tərəfindən cavabdeh Zöhrab Rövşən oğlunun adına tərtib olunmuş 2V-50 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalıdır. Həmçinin cavabdeh Gədəbəy rayon Notariat Kontorunda mərhum X10 adına tərtib olunmuş 2V-51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalıdır. Belə ki, mərhum Suyatel Qəşəm qızı 30 yanvar 2018-ci il tarixdə cavabdeh Gədəbəy rayon Notariat Kontoruna ərizə verərək, mərhum Mikayıl Hümbət oğlunun ondan başqa qanun üzrə vərəsəsi olmamasını göstərmişdir. Cavabdeh Gədəbəy rayon Notarit Kontoru isə vərəsələrin dairəsini tam müəyyən etməmiş və təqdim olunmuş sübutların mötəbərliyini yoxlamamışdır. Bu səbəbdən də Binnət Mikayıl oğlu qanuni əsa slarla mərhum atasından miras qalan əmlakdan məhrum olmuşdur. Belə ki, vəsiyyətnamənin qanuniliyi notarius tərəfindən yoxlanılsa idi, həmin vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi tərtib olunmasa idi, mərhum Binnət Mikayıl oğlunun qanun üzrə vərəsəsi olaraq onlar – iddiaçılar, mərhum Binnət Mikayıl oğluna çatacaq paya, digər qanun üzrə vərəsələrlə birlikdə miras əmlakdan pay ala bilərdilər.

19. Cavabdeh X15 etibarnamə üzrə nümayəndəsi X21 iddiaya etiraz edərək bildirmişdir ki, qardaşı X54 Qədimova ilə evləndiyi zaman Tərgül onun bibisinin evinə gəlin gəlmiş, atası evinə gəlməmişdir. Onların birgə evliliklərində dörd övladları doğulmuşdur. Bundan sonra Tərgül Binnəti qoyub övladlarını da götürüb Türkiyə Cümhuriyyətinə getmişdir. Həmçinin qardaşına məxsus avtomobili əlindən almışdır. O, isə əri vəfat etdiyi zamandan atasından miras qalmış evdə yaşamışdır. Tərgül hazırda Şəmkir rayonu, Şiştəpə kəndində özünə məxsus evdə yaşayır. Həmçinin qardaşı Tərgüldən sonra başqa şəxslə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin ailədən bir övladı doğulmuşdur. Lakin qardaşı Binnət vəfat etdikdən sonra arvadı və övladı çıxıb getmişdir. X51 evi onun övladının adına sənədləşdirmək istəmiş və sənədləşdirmişdir. İddiaçılar uzun müddətdir ki həmin evi tərk edib getmişdir. İddiaçıların hər birinin özünə məxsus evləri vardır. İddiaçıların heç biri orada yaşamamışdır. X55 və anası X18 baxmış və dəfn xərclərini oğlu qarşılamışdır. Atası və anası vəfat etdiyi zaman evdə o, oğlu Zöhrab və oğlunun arvadı yaşamışdır.

20. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-651/2024 nömrə li qətnaməsi ilə (hakim Marif Kazımov) iddia təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsi ilk növbədə X25 tərəfindən verilmiş 2014-cü il tarixli vəsiyyətnamənin etibarsızlığı ilə əlaqədar iddiaçı tərəfindən gətirilmiş arqumentlərə qiymət verərək göstərmişdir ki, vəsiyyətnamədə qeyd edilmiş imzanın X16 məxsus olub-olmaması halının müəyyən edilməsi üçün Gədəbəy rayon Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş notariat işinə məhkəmə iclasında baxış keçirilmiş və X25 tərəfindən vəsiyyətnamədə qeyd edilmiş imza ilə notariat orqanının reyestr kitabından qeyd edilmiş imzalar qarşılaşdırılmış və həmin imzalar arasında ziddiyyət olması, yəni vəsiyyətnamədə qeyd edilmiş imzanın X16 məxsus olmaması barədə hər hansı şübhə müəyyən edilməmişdir. Eləcə də, bu hala şübhə yaranması üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin vəsiyyətnamənin Mikayıl Uquzovun iradə ifadəsi ziddinə verildiyi bildirilsə də, miras qoymuş şəxsin vəsiyyətnamə verərkən fəaliyyət qabiliyyətinin olmaması, öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi vəziyyətində olması halı müəyyən edilmir, yəni Mikayıl Uquzovun iradə ifadəsi ziddinə vəsiyyətnaməni verməsi halı təsdiqini tapmır.

22. X38 tərəfindən vəsiyyətnamə verilərkən daşınmaz əmlaklar üzərinə mülkiyyət hüquqlarının olmaması və sonuncu vəfat etdikdən sonra daşınmaz əmlakların dövlət reyestrindən qeydə alınması bildirilsə də, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X7 və X10 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi təsərrüfatbaşına kitabda X7 adına qeydə alınmaqla sonuncunun fərdi yaşayış evinə mülkiyyət hüquqları olmuşdur. Eləcə də, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi X25 vəfat etməmişdən əvvəl, 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmışdır.

23. Birinci instansiya məhkəməsi iddiaçıların Gədəbəy rayon Notariat kontoru tərəfindən X10 adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi barədə gətirilmiş olduqları arqumentlərə qiymət verərək qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlaklar X7 və X10 birgə nikahda olduqları dövrdə əldə edilmiş və notariat orqanı tərəfindən bu hal nəzərə alınmaqla X10 adına X4 miras qalmış əmlaklara ½ hissədə payını müəyyən edən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Həmçinin miras qoymuş şəxs tərəfindən X36 adına vəsiyyətnamə qoyulduğundan miras qalmış əmlakın qalan ½ hissəsinə X15 payını müəyyən edən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

24. X23 tərəfindən X15 adına vəsiyyətnamə verərkən Suyatel Uğuzovanın daşınmaz əmlakları üzrə sərəncam vermək hüququnun olması barədə gətirilmiş arqumentlərə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, mübahisəli daşınmaz əmlaklar – fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¾ hissədə X10 adına, fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¼ hissədə X15 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X19 vəsiyyətnamə verərkən həmin əmlaklara olan hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmasa da, notariat orqanı tərəfindən miras əmlaklara payını müə yyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamənin ləğvi üçün heç bir əsas müəyyən edilməmiş və həmin əmlaklara mülkiyyət hüquqları olmuşdur. Həmçinin miras qoyan şəxs tərəfindən vəsiyyətnamə verilməsi, daşınmaz əmlaklar barəsində sərəncam verilməsi anlamına gəlmir və vəsiyyətnamə miras qoyan şəxsin ölən günədək ona məxsus olan daşınmaz əmlakları əhatə edir.

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X25 tərəfindən cavabdeh X15 adına 15 yanvar 2014-cü il tarixində verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması, həmin vəsiyyətnamə əsasında cavabdeh X15 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mərhu m X10 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunması və mərhum X23 tərəfindən Cavabdeh X15 adına 31 yanvar 2018-ci il tarixdə verilmiş vəsiyyətnamənin ləğv olunması üçün heç bir əsas müəyyən edilməmişdir.

26. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 8 fevral 2018-ci ildə cavabdeh X15 və mərhum X10 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın verilməsinə əsas olmuş qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələrin ləğvi üçün heç bir əsas olmadığından həmin çıxarışın ləğvi tələbi də əsassızdır. Eləcə də, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və iddiaçıların miras əmlaka qanun üzrə vərəsə tanınmaları tələbləri digər tələblərlə bağlı olduğundan və əsassız olduğundan təmin edilməməlidir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 1133.1, 1133.2, 1166, 1243.1, 1243.2, 1243.3, 1246, 1255-ci, MülkiProsessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli, “B.Qasımovun şikayəti üzrə” 9 dekabr 2019-cu il və “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli qərarlarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmək üçün ilk öncə fiziki şəxsin adına daşınmaz əmlak dövlət qeydiyyatına alınmalıdır. X32 adına vəsiyyətnamə qeydə alınanda, mərhumun adına daşınmaz əmlak qeydə alınmamışdır. Bu səbəbdən həmin vəsiyyətnamə əsasında Gədəbəy rayon Notariat Kontoru tərəfindən cavabdeh Zöhrab Uğuzovun adına tərtib edilmiş 2V-50 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalıdır. X39 adından cavabdeh Zöhrab Uğuzovun adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 2V-01-02 reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab olunmalıdır. Çün ki həmin vəsiyyətnamədə vəsiyyət edənin foto şəkili və imzası yoxdur. Bu hal isə həmin vəsiyyətnamədə vəsiyyət edənin əsl iradə ifadəsinin olmadığını sübut edir. Deməli, cavabdeh tərəf mərhumun etibarından sui-istifadə etmişdir. Buna görə də həmin əqd etibarsız hesab olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi mərhum X24 da X39 vərəsəsidir. Lakin, Gədəbəy rayon Notariat Kontoru vərəsəliyin dairəsini tam müəyyən etmədiyindən mərhum Binnət Uğuzov mərhum atasından miras qalan əmlakdan məhrum olmuşdur. Bunun nəticəsində isə iddiaçılar mərhum Binnət Uğuzova çatacaq paydan məhrum olmuşdur. Mikayıl Uğuzovun vəfatından sonra X40 rayon Notariat Kontoruna ərizə verərək, mərhumun ondan başqa vərəsəsi olmadığını göstərmişdir. Gədəbəy Notariat Kontoru tərəfindən təqdim olunmuş sübutlar yoxlanılmadığınd an burada vərəsə ancaq Suyatel Uğuzova olmuşdur. Bununla da iddiaçıların hüquq və qanuni mənafeləri kobudluqla pozulmuşdur. Məhkəmə isə onların qanuni mənafelərini qorumaq əvəzinə cavabdehin mövqeyini müdafiə edən qərar qəbul etmişdir. İş materiallarından X39 adına tərtib olunmuş Çıxarışdan aydın olur ki, vəsiyyət olunmuş əmlak paylı mülkiyyətdə olmuşdur və həmin paylar müəyyən olunmamışdır.

30. Apellyasiya baxşında Şahid1 göstərmişdir ki, şəxsi işi ilə əlaqədar notariat ofisinə getmişdir. Həmin zaman qonşusu X17 da orada görmüşdür. Uquzov Mikayıl ona notariat ofisində əmlakını nəvəsi X20 vəsiyyət etdiyini və buna görə də şahidin iştirakının lazım olduğunu və ondan vəsiyyət üçün şahidlik edib-edə bilməcəyini soruşmuşdur. O da razılıq verərək vəsiyyət üçün şahidlik etmişdir. Ondan başqa şah id qismində Anar adlı şəxsdə iştirak etmişdir. Orada olarkən mərhum Mikayıl Uquzov bütün əmlakını nəvəsinə bağışladığını şəxsən demişdir. Həmin vəsiyyətnaməni imzalamışlar. O və digər şahid orada könüllü iştirak etməklə imza etmişlər.

31. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-255/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinə və apelyasiya məhkəməsinə vəsiyyətnamənin etibarsız sayılmasına əsas verən sübutlar təqdim olunmamışdır.

33. X22 tərəfindən verilmiş 2014-cü il tarixli v əsiyyətnamənin etibarsızlığı ilə əlaqədar iddiaçılar tərəfindən gətirilmiş arqumentlərə gəldikdə, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, vəsiyyətnamədə qeyd edilmiş imzanın X14 məxsus olubolmaması halının müəyyən edilməsi üçün mübahisəli vəsiyyətnamə verilərkən şahid qismində iştirak etmiş Şahid1 apelyasiya baxışında şahid olaraq dindirilmiş və həmin şəxs həqiqətən də əmlakın mirasqoyan tərəfindən nəvəsinə vəsiyyət edildiyini təsdiq etmişdir. Göründüyü kimi, həmin imzalar arasında ziddiyyət olması, yəni vəsiyyətnamədə qeyd edilmiş imzanın X14 məxsus olmaması barədə hər hansı şübhə müəyyən edilməmişdir. Eləcə də, bu hala şübhə yaranması üçün heç bir əsas da yoxdur.

34. Həmçinin, vəsiyyətnamənin Mikayıl Uğuzovun iradə ifadəsi ziddinə verildiyi bildirilsə də, miras qoymuş şəxsin vəsiyyətnamə verərkən fəaliyyət qabiliyyətinin olmaması, öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi vəziyyətində olması halı müəyyən edilmir, yəni Mikayıl Uğuzovun iradə ifadəsi ziddinə vəsiyyətnaməni verməsi halı təsdiqini tapmır. Mikayıl Uğuzov tərəfindən vəsiyyətnamə verilərkən daşınmaz əmlaklar üzərinə mülkiyyət hüquqlarının olmaması və sonuncu vəfat etdikdən sonra daşınmaz əmlakların dövlət reyestrindən qeydə alınması bildirilsə də, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X8 və X10 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi təsərrüfatbaşına kitabda X8 adına qeydə alınmaqla sonuncunun fərdi yaşayış evinə mülkiyyət hüquqları olmuşdur. Eləcə də, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi X22 vəfat etməmişdən əvvəl 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmışdır.

35. Digər tərəfdən, iddiaçıların Gədəbəy rayon Notariat kontoru tərəfindən X10 adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi barədə gətirdikləri dəlilləri əsasız sayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mübahisəli daşınmaz əmlaklar X8 və X10 birgə nikahda olduqları dövrdə əldə edilmiş və notariat orqanı tərəfindən bu hal nəzərə alınmaqla X10 adına X5 miras qalmış əmlaklara ½ hissədə payını müəyyən edən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Həmçinin miras qoymuş şəxs tərəfindən X36 adına vəsiyyətnamə qoyulduğundan miras qalmış əmlakın qalan ½ hissəsinə X15 payını müəyyən edən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

36. Eyni zamanda, X23 tərəfindən X15 adına vəsiyyətnamə verərkən Suyatel Uğuzovanın daşınmaz əmlakları üzrə sərəncam vermək hüququnun olması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, hazırki iş üzrə mübahisəli daşınmaz əmlaklar – fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¾ hissədə X10 adına, fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¼ hissədə X15 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan əlavə, Suyatel Uğuzovanın vəsiyyətnamə verərkən həmin əmlaklara olan hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmasa da, notariat orqanı tərəfindən miras əmlaklara payını müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətn amə verilmiş, həmin şəhadətnamənin ləğvi üçün heç bir əsas müəyyən edilməmiş və həmin əmlaklara mülkiyyət hüquqları olmuşdur. Həmçinin miras qoyan şəxs tərəfindən vəsiyyətnamə verilməsi, daşınmaz əmlaklar barəsində sərəncam verilməsi anlamına gəlmir və vəsiyyətnamə miras qoyan şəxsin ölən günədək ona məxsus olan daşınmaz əmlakları əhatə edir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, X22 tərəfindən cavabdeh X15 adına 15 yanvar 2014-cü il tarixində verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması, həmin vəsiyyətnamə əsasında cavabdeh X15 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mərhum X10 adına cava bdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunması və mərhum X23 tərəfindən Cavabdeh X15 adına 31 yanvar 2018-ci il tarixdə verilmiş vəsiyyətnamənin ləğv olunması üçün heç bir əsas müəyyən edilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi apellyatorların “vəsiyyətnamədə vəsiyyət edənin foto şəkillərinin olmaması” dəlili ilə bağlı isə göstərmişdir ki, göstərilən dəlillər əsassızdır. Belə ki, vəsiyyət edən şəxsin notariusun yanında olduğu halda vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnamənin izahı, yaradacağı hüquqi nəticələri barədə izahetmə prosesinin istər fotoşəkillərin çəkilməsi, istərsə də video çəkilişə yazılmalı olması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır.

39. X22 tərəfində n verilmiş vəsiyyətnamələrin etibarsız olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir.

40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5, 1133.1, 1133.2, 1145, 1146, 1511.1, 1159.1.1, 1160, 1168, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1184, 1188, 1225.1-1225.3, 1243.1-1243.3-cü, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60-64-cü bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdilər.

42. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərmişdir ki, məhkəməyə mirasın həm faktiki, həm də rəsmi olaraq qəbul edilməsi barədə kifayət qədər mötəbər sübutlar təqdim edilmişdir. Məhkəmə həm Mikayıl Uğuzovdan, həm də Suyatel Uğuzovadan qalan miras əmlakla bağlı vərəsəlik müəyyən edərkən vərəsəliyin dairəsini tam müəyyən etməli, təqdim olunmuş sübutların (Ərazi İdarəsinin arayışlarının) mötəbərliyini yoxlamalı idi. Notariat Kontoruna təqdim olunmuş ərizələrdə və arayışlarda mərhumun başqa vərəsələrinin olmaması qeyd olunmuşdur. Halbuki, iddiaçılar hər üç mərhumun ölümündən sonra miras mülkdə yaşayır və mirası faktiki olaraq qəbul etmişlər və idarə edirdilər. İddiaçılar mərhum Binnət Uğuzovdan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışlar və həmin əmlakla bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1168. Vəsiyyətnamənişəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sə rəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd

60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Bənd

61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onları n yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər. Bənd

62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir. Bənd

63. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Bənd

64. Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəb lərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi vəiştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

45. Kassasiya şikayətində iddiaçılar apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndiriblər. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.

49. Məhkəmə kollegiyası işə sübutları qiymətləndirməklə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.

50. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəh ayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

51. İşin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

52. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olub və işə mahiyyəti üzrə baxan məhkəmələr hər biri müvafiq olaraq həmin dəlillərə qiymət vermişlər.

53. Məhkəmə kollegiyası izah edir ki, işin faktiki hallarının müəyyənləşməsinə yönələn dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)255/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar