Məhkəmə qərarları › İş №2(102)-2278/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2278/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2278/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya hüququ, vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-259/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassas iya şikayətinə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – iddiaçı) tərəfindən “Mercedes Benz 180” markalı, **GX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.

2. Sığortalanmış avtomobil 27 aprel 2021-ci il tarixində Tovuz rayonu, Ağdam kəndi ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən “Toyota Camry” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və sonuncuya baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur.

3. Baş vermiş hadisə ilə əlaqədar Tovuz RPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-c i il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 həmin avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.1 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

4. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Tovuz RPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərarda qeyd edilmişdir ki, inzibati xəta hadisəsi 27 aprel 2021-ci ildə olmağına baxmayaraq bu barədə inzibati tənbeh vermə haqqında qərar 01 may 2021-ci ildə qəbul edilmiş, həmin inzibati qərarla şəxs 21 oktyabr 2021-ci ild ə tərtib edilmiş xətaya görə də məsuliyyətə cəlb edilmişdir. İşin hallarından göründüyü kimi Cavabdeh1 Fəhrat oğlu barədə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati xəta haqqında protokol 21 oktyabr 2021-ci ildə tərtib edilmiş, halbuki inzibati xəta hadisəsi 27 aprel 2021-ci ildə baş vermişdir. İşin hallarından göründüyü kimi inzibati xəta hadisəsi baş verəndən 6 ay sonra inzibati xəta haqqında protokol tərtib edilmiş, halbuki bununla bağlı qərar isə 01 may 2021-ci ildə qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, qəbul edilmiş qərar mövcud olmayan əmələ görə verilmişdir.

5. İddiaçı tərəfindən “Toyota Camry” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ əsasında cavabdehlərdən müştərək qaydada 5000 manat və ödənilmiş 80 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarını qeyd etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən 16 iyun 2022-ci il tarixdə Cavabdeh1 qarşı 5000 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 10 iş günü ərzində ödənilməsi tələb edilsə də cavabdeh onu ödəməmişdir.

8. Tovuz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 09 sentyabr 2022-ci il tarixli, 2(062) -1783/2022 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 936.2, 1108.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119-cu maddəsinə istinad etməklə iddianı əsaslı hesab etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

11. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Yol Patrul Xidmətinin əməkdaşları saxtakarlıq etmi şlər. Hadisənin baş verməsində səbəbkar “Toyota Camry” markalı avtomobilin sahibi olmuşdur və buna görə İnzibati Xəta haqqında qərarı məhkəmədə mübahisələndirmişdir. Həmin işə məhkəmədə baxılıb qurtaranadək hazırki işin icraatın dayandırılması barədə vəsatət versə də, birinci instansiya məhkəməsi nəzərə almamışdır.

12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hadisə baş verən zaman avtomobili idarə etməmiş və sərnişin kimi avtomobildə olmamışdır. Avtomobili idarə edən və xətanı törədən şəxs digər cavabdeh olduğu halda, o, cavabdeh ola bilməz.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası mə hkəməsi) 2(104)-259/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Ədil Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(062)-1783/2022 nömrəli qətnaməsi “Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissədə ləğv edilmiş, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməmiş, qətnamə “Cavabdeh1 dəymiş zərərə görə 5000 manat və dövlət rüsumu hesabına ödənilmiş 80 manat alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. A pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınsa da, lakin işdən müəyyən olunur ki, sonuncu həmin avtomobili 2010-cu ildə faktiki olaraq Cavabdeh1 satmış və bu barədə 22 sentyabr 2013-cü il tarixədək etibarnamə vermişdir. Etibarnamənin müddəti bitsə də, qeyd olunan avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində qalmış və o həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. 27 aprel 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra isə, yəni 13 sentyabr 2021ci il tarixdə Cavabdeh1 qızı X1 adına bir il müddətinə - 13 sentyabr 2022-ci il tarixədək həmin avtomobili idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan ç ıxartmaq, ərizə vermək kimi səlahiyyət vermişdir. Həmçinin işdə olan 21 aprel 2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən bir il müddətə sığortalanmışdır.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ Cavabdeh2 məxsus olsa da, həmin avtomobil faktiki olaraq 2010-cu ilin mart ayından sonuncu tərəfindən (pul əvəzi ödənilməklə) Cavabdeh1 satılmışdır. Belə olan təqdirdə Cavabdeh2 yüksək təhlükə mənbəyinin sahibi kimi baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məsuliyyət daşımır.

16. Məhkəmə kollegiyası “inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi” barədə Cavabdeh1 dəlillərinə münasibətdə qeyd etmişdir ki, Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(062)-26/2022 nömrəli qərarı ilə “01 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinin əsası kimi məhkəmə inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə kifayət qədər araşdırma aparılmamasını, işin faktiki hallarına hüquqi qiymət verilmədən sübutlara əsaslanmadan” inzibati xəta haqqında protokol tərtib edildiyi müəyyən edilmişdir.

17. Ona görə də 01 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın iş üzrə kifayət qədər araşdırma aparılmaması, işin faktiki hallarına hüquqi qiymət verilmədən sübutlara əsaslanmadan inzibati xəta haqqında protokol tərtib edilməsi əsası ilə ləğv edilməsi Cavabdeh1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətdən azad olunması üçün əsas hesab oluna bilməz.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21, 936, 1108.1, 1108.2, 1108.3, 1114-cü maddələri, MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1, 25.1.3, 25.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 (vəkili Vəkil1) kassasiya şikayəti və ona əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti və ona əlavə onunla əsasland ırılmışdır ki, əslində onun maşını vurulmuş, lakin hər iki tərəfin sığorta ödənişini alması üçün inzibati xəta törədən qismində o göstərilməli olmuşdur. Onun barəsində tərtib edilən xx.xx.2021-ci il tarixli protokol məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və icraata xitam verilmişdir. Ona görə də hesab edir ki, sığorta ödənişi ondan tutula bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qətnamə ilə maddi hüquq normaları pozulmamışdır. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi maddi hüquq normalarının bir çoxu ümumiyyətlə mübahisə ilə əlaqəli olmayan müddəalardır. Cavabdehin kassasiya şikayətində qeyd etdiyinin əksinə, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

23. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

24. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.

25. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

26. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən had isələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

27. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

28. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

29. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

30. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istism ar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

32. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. MPM

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən “pulun ondan tutulması hissəsində” mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli və iddia rədd edilməlidir.

43. Belə ki, işə baxan məhkəmələr iddiaçı şirkətin ödəmiş olduğu icbari sığorta məbləğini subroqasiya qaydasında geri tələb etmək hüququndan çıxış edərək iddianı təmin etmişlər. Lakin, bu zaman nə birinci instansiya məhkəməsi və nə də apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin məbləği geri tələb etməyə subyektiv hüququnun yaranıb-yaranmaması ilə bağlı əsasları hüquqi cəhətdən dəyərləndirməmişlər.

44. İddiaçı onun icbari sığorta məbləğini geri tələb etmək üçün subroqasiya hüququnun yaranması əsası kimi “İcbari sığortalar haqqında” Qanun 25.1.3. madəsinə istinad etmişdir. Lakin işə baxan məhkəmələrin heç biri həmin maddi hüquq norması ilə bağlı hüquqi dəyərləndirmə aparmamış və iddiaçının subyektiv hüququnun yaranıbyaranmamasını müəyyən etməmişlər.

45. İddiaçının subyektiv hüququnun yaranıb-yaran mamasını müəyyən etmk üçün işin faktiki hallarına nəzər yetirmək lazımdır.

46. İşin müəyyən edilmiş hallarına görə, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınsa da, lakin işdən müəyyən olunur ki, sonuncu həmin avtomobili 2010-cu ildə faktiki olaraq Cavabdeh1 satmış və bu barədə 22 sentyabr 2013-cü il tarixədək etibarnamə vermişdir. Etibarnamənin müddəti bitsə də, qeyd olunan avtomobil Cavabdeh1 sahibliyində və istifadəsində qalmış və o həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. 27 aprel 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra isə, yəni 13 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 qızı X1 adına bir il müddətinə - 13 sentyabr 2022-ci il tarixədək həmin avtomobili idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və di gər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək kimi səlahiyyət vermişdir. Həmçinin işdə olan 21 aprel 2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, “Mercedes 180” markalı ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən bir il müddətə sığortalanmışdır. 47. “İcbari sığortalar haqqında” Qanunnun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.

48. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifa də etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3)

49. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun m əqsədi də bundan ibarətdir.

50. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.

51. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və pra ktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

52. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mül kiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin, yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə X2 (adına etibarnamə olmuş və hadisə baş verən vaxt müddəti bitmişdir) tərəfindən idarə edilmişdir. Bunun üçün məcb uri forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.

53. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən şəxsdən və avtomobilin mülkiyyətçisindən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qa la bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cav abdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 55. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüq uq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

56. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə işin bütün hallarını araşdırsa da həmin hallara düzgün hüquqi qiymət verməmiş, həmin hissədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “13” “mart” “2023”-cü il tarixli 2(104)-259/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qərar qəbul edilsin. İddia Cavabdeh1 münasibətdə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar