Məhkəmə qərarları › İş №2(102)-228/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-228/2020

08.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)2319/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Balakən rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov, iş № 2(019)-220/2019) İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3cü şəxs Balakən rayon not ariat kontoruna qarşı iddiası qismən təmin edilərək mərhum X2 miras qalmış N kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş xx xxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, digər 2/3 hissəsinin açıq saxlanılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh xx xxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.Q.Abbasov, R.R.Rəfiyev və M.R.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X3 xx xxxx 2006-cı il tarixli baş vermiş ölümündən sonra ona məxsus olan N kəndində yerləşən 0,14 ha torpaq sahəsinə vərəsəlik açılmış və xx xxx 2012-ci il tarixdə mərhumun oğlu Cavabdeh adına Balakən rayon notariat kontoru tərəfindən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2018-ci ilin dekabr ayında mərhumun digər oğlu İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası ilə özünə məxsus evdə yaşamasını və anasının ölümündən sonra mirası faktiki qəbul etməsini, 2018-ci ildə miras əmlaka şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etdikdə böyük qardaşı Cavabdeh adına torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin ona məlum olma sını və s. əsas göstərməklə həmin şəhadətnamənin ləğv edilməsi və onun vərəsəlik hüququnun tanınmaqla mirasın vərəsələr arasında paylarının naturada müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2019-cu ilin aprel ayında Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anasından miras qalmış əmlakın ½ hissəsinin açıq saxlanılmasına dair xx xxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstə rməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyanın ölümündən sonra onun vərəsələri mirası qəbul etmələrinə baxmayaraq, notariat kontoru tərəfindən Cavabdeh adına bütün miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdən görünür ki, miras qoyanın vəfatından sonra üç vərəsə (üç oğlu) qalmışdır. Onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr olmuşlar. Lakin müəyyən olunduğu kimi notarius tərəfindən miras qoyanın vərəsəliyinin dairəsi müəyyən edilmədən, onlara məlumat verilmədən Cavabdeh adına şəhadətnamə verilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan not arius bu barədə yaşayış və iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Cavabdeh adına verilmiş şəhadətnamə miras qoyanın digər vərəsəsinin hüquqlarının pozulması ilə həyata keçirildiyindən və bu zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulduğundan, apellyasiya instansiyası məhkəməsi şəhadətnamənin etibarsız sayılmasını və mirasın 1/3 hissəsinə iddiaçının pay hüququnun müəyyən edilib qalan 2/3 hissəsinin açıq saxlanılmasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. xx xxx 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh iddia ərizəsində göstərilən əsasla rla ləğv edilməsi üçün əsasların olmaması qənaətinə gələn məhkəmə kollegiyası onun iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş sübutlara və qanunun tələblərinə düzgün qiymət verilməklə qəbul edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar