Məhkəmə qərarları › İş №2(102)-228/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-228/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-228/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-228/22 (Açar sözlər: istifadə hüququna xitam vermək üçün zəruri kompensasiyanın məbləğini məhkəmə müəyyən etməlidir) Bakı şəhəri, 11 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçı və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4217/202 1 nömrəli, 17.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin əsasən, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi 23.12.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 06.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. "xxxx" MMC tərəfindən tərtib olunmuş 27.11.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, Ba kı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilin orta aylıq kirayə haqqı 200-250 manatdır. Cavabdeh iddiaçının doma qızıdır. Onların iddiaçıya məxsus olan mənzildə birgə yaşamaları ilə bağlı mübahisə yaranmışdır. Ona görə mülkiyyətçi qızına kompensasiya verilmklə mənzildən istifadə hüququna xitam verilməsi barədə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tərəfindən övladına – iş üzrə cavabdehə 9.000 manat kompensasiya verilməklə ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evdə yerləşən 11 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam ver ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı olan cavabdeh əvvəllər həmin mənzildə yaşasa da, 2015-ci ildə, iddiaçı ilə birlikdə yaşamaq istəmədiyini bildirərək mənzili tərk etmiş, başqa yaşayış sahəsinə köçərək bir daha mənzilə qayıtmamışdır. Cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı iddiaçıya bir sıra maddi və texniki problemlər də yaradır, iddiaçının mülkiyyət hüquqlarını pozur. Buna görə də, iddiaçı, mülkiyyət hüquqlarını qorumaq üçün hesab edir ki, onun tərəfindən cavabdehə 9.000 manat kompensasiya verilməklə mənzildə yerləşən yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməlidir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 nömrəli, 04 fevra l 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbi rədd olunmuşdur.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təklif edilən 9.000 manat məbləğində kompensasiya cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyil.

6. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Kazımov və R.Həsənov) 17 may 2021-ci il tarixli, 2(103)-4217/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təklif olunan 9.000 manat kompensasiya məbləğini kifayət qədər aşağı məbləğ hesab etməkdə haqlı olmuşdur.

9. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Həmin məhkəmə də təklif olunan məbləğin istifadə hüququna xitam verilməsi üçün kifayət etmədiyi qənaətinə gəlmişdir.

10. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya instansiyası məhkəməsin in qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında 15.000 manat kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyləri arasında olan ziddiyyətlər apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə təklif olunan kompensasiya məbləğini kifayət hesab etməmiş, lakin iddiaçının hansı məbləğdə kompensasiya ödəməli olması, hansı məbləğin istifadə hüququna xitam verilməsi üçün kifayət etməsi ilə bağlı mövqeyini ortaya qoymamışdır. c) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə.

152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə. 157.4. Əgər mülk iyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

17. Maddə. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26.09.2007-ci il tarixli qərarına görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasi ya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarına əsasən birinci instansiya məhkəməsi istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi işlərinə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 217.1. Məhkəməni n qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

27. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iş yenidən apellyasiya baxışına göndərilməlidir.

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək, kompensasiya məbləğinin kifayət qədər aşağı olduğunu qeyd etsə də, nə qədər məbləğin kifayət edəcəyinə, cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edəcək nə qədər məbləğ ödənilməsi ilə bağlı mövqeyini bildirməmişdir.

31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh mübahisəli mənzili öz razılığı ilə tərk etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində, şikayətlərində və məhkəmələrdəki çıxışlarında cavabdehin yazılı qeyd qoyaraq başqa evdə yaşamaq üçün evi tərk etdiyini bildirmiş, cavabdeh isə, öz növbəsində həmin halı inkar etməmişdir.

32. Cavabdeh məhkəmələrdə iştirak edərkən məhkəmə tərəfindən təyin olunacaq məbləğin ona bir otaqlı mənzil almağa kifayət edəcəyi halında iddia tələbinin təmin edilməsinə razı olduğunu bildirmişdir. Həmin məbləğ kompensasiya məbləği olaraq həddən artıqdır. Hamıya bəlli haldır ki, bir otaqlı mənzilin dəyəri iddiaçının mülkiyyətində olan mənzilin dəyərinin yarısından az olmayacaq. Ona görə bu mübahisənin məhkəmə həllinə zərurət var.

33. Məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı şərhini nəzərə almaqla (qəranı 19-cu bəndinə bax) mülkiyətçi ilə istifadə hüququ olan şəxslərin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla ödənilməli olan kompensasiya məbləği ilə bağlı mövqe sərgiləməlidir.

34. Apellyasiya şikayətinin də dəlili məhz ondan ibarət olmuşdur ki, kompensasiyanı kifayət hesab etməyən 1-ci instansiya məhkəməsi nə qədər məbləğ ödənilməsi ilə bağlı mövqeyini bildirməmişdir. İşə baxan Apellyasiya Məhkəməsi eyni səhvi təkrarlayaraq həmin dəlillə bağlı araşdırma aparmamış və ona hüquqi qiymət verməmişdir.

35. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4217/2021 nömrəli, 17.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar