Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2282/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2104/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00070 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş, aktda sayğacın geri çəkilməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 51840 m³ olması müəyyən edilmişdir.
3. Abonentin saldosuna əsasən İddiaçı 2023-cü ilin mart ayı üzrə 6220,80 manat borcunun olması əks olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğac ına (kod: **********00070) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə əsassız olaraq hesablanmış 6220,80 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, sayğacdan qanunauyğun şəkildə istifadə etmişdir. Cavabdehin əməkdaşları sözügedən ünvana gəlmiş, qaz sayğacını yenisi ilə əvəz etmişlər. Daha sonra, qaz sayğacında müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib edilmiş və ona itirilmiş qazın bərpası məqsədilə 6220,80 manat əsassız borc hesablanmışdır. İddiaçı qeyd etmişdir ki, qaz sayğacı onun evindən kənarda, yol kənarında, açıq ərazidə quraşdırıldığı üçün sayğacda yara na biləcək nasazlıqlara görə heç bir halda cavabdehlik daşımamalıdır, həmçinin sayğaca onun və ailə üzvləri tərəfindən müdaxilə edilməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-8136/2023 nömrəli iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Pərviz Zamanlı).
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayı cısının özü daşıdığına görə cavabdeh tərəfindən hesablanmış borc məbləğinin iddiaçıdan tələb edilməsi əsassızdır.
8. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanunun tələblərindən göründüyü kimi istehlakçılar qaz paylayıcısı ilə qazın alqı-satqı müqaviləsini bağlanmalı, eyni zamanda, qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt tərtib edilməli və müqaviləyə əlavə edilməlidir. Lakin məhkəməyə təqdim olunan sənədlər arasında cavabdeh və iddiaçı arasında bağlanan qazın alqı-satqısı müqaviləsi və qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt olmamışdır.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi d ə qanuna uyğun olmamışdır. Belə ki, “Qaz təchizatı haqqında” Qanunda qeyd edilmişdir ki, qazpaylayıcı əməkdaş tərəfindən abonentlərin qaz xəttinə kənar qoşulması halı aşkar edilərsə ilk növbədə qanunsuz xətt şəbəkədən dərhal ayrılmalı, qanunsuz qoşulma ilə sərf olunan qazın verilməsi dayandırılmalıdır. Həmin fakt müvafiq aktla rəsmiləşdirilməli, iki nüsxədə tərtib edilərək bir nüsxəsi abonentə təqdim edilməli, digər nüsxəsi isə inzibati məsuliyyətə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət əlamətlərinin olması şübhəsi olduqda, cinayət təqibi orqanına təqdim edilməlidir. Eyni zamanda, qanunda nəzərdə tutulan səlahiyyətli orqanlar tərəfindən təqsir müəyyən edildikdən sonra qaz paylayıcısı dəymiş zərəri istehlakçıdan tələb etmə hüququna malikdir. Lakin işdən belə nəticəyə gəlmə k olar ki, zərərin tələb edilməsi qaydası cavabdeh tərəfindən qanuna uyğun əməl olunmamışdır. Eyni zamanda, qaz sayğacının evdən kənarda, açıq ərazidə yerləşməsinə görə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması və qoruyucu plombların quraşdırılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-in üzərinə düşür
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386, 1097.1; Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, cavabdeh tərəfindən balan s və istismarda olan qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən təbii qazdan sayğaca müdaxilə edilməsi vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və aktlarla rəsmiləşdirilmişdir. Bu aktlara əsaslanaraq, iddiaçı tərəfindən birliyə 6220,80 manat məbləğində maddi zərərin vurulması ilə nəticələnən hüquqazidd əməl müəyyən edilmiş və dəymiş maddi zərərin ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilən əhəmiyyətli məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, faktlar nəzərə alınmamışdır. İddiaçı tərəfindən onun qaz xəttinə qanunsuz qoşulmasının həyata keçirilməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.
13. Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2104/2024 nömrəli mülki iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8136/2023 nömrəli iş üzrə 19 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X5, X1).
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinə əsasən qaz paylacısı işçiləri istehlakçıya azı 5 iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəldən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş göndərməklə, Qanunun 6-2ci maddəsinin 3 -cü hissəsi istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi formada 2(iki) nüsxədə müayinə aktı tərtib edilməli, istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya ( və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edilərsə, müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı heyəti tərəfindən bir aydan çox olmayan müddətdə keçirilməsi barədə istehl akçının seçimi qeyd edilməlidir. Müayinə zamanı qaz xəttinə müdaxilə halları, qanunsuz qoşulma hallarının aşkar edilməsi vaxtı Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş qaydaya əməl olunmalıdır. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı tərəfindən zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu zaman qanunsuz müdaxilə və ya qoşulma nəticəsində qazdan istifadə müddəti, həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün gündəlik qaz sərfi, istifadə olunan qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə uyğun tənzimlənir.
15. Məişət qurğularını istifadə edən məişət abonentlə ri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün də qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və ya dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir etdirilməsi, texniki baxışdan keçirilməsi, yenisi ilə əvəz edilməsi və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, istehlakçının təqsiri olduqda, istehlakçının hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunanlar qaz paylayıcısı tərəfindən istehlakçıdan tələb olunduqda, hüquqi əsas qeyd edilməlidir. Qaz sayğaclarının növbəti baxışının həyata keçirilməsi onların pasportlarında qeyd edilən müddətdə həyata keçirilir. Bu zaman növbəti baxışın keçirilməsinə görə istehlakçılardan vəsait tələb olunması qadağandır. İstehlakçının arzusu ilə texniki baxış keçirildikdə, istehlakçı vəsait ödəməlidir. Qanunun tələblərinə əməl olunmasına istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı(qurum) tərəfindən müəyyən edilir. Qanunun 6-4-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmaqla monitorinqi həyata keçirilməli, eyni zamanda, monitorinqin keçirilməsinə mütəmadi nəzarət həyata keçirilməlidir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi h aqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-cü maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Sui-istifadəyə səbəb olacaq razılaşmalar və hərəkətlər etibarsızdır. Məcəllənin 1096.1-1096.2 maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsa slılığını mübahisələndirilən hissələrdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, istehlakçının törətdiyi pozuntu ilə bağlı (qazı talaması) cinayət və inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsaslı şübhələr olsa da, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiy yətlərdən) suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İddiaçının təqsirsizlik prezumpsiyası hüququ qorunmalıdır.
18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177, 189-1; Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 11281131; İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6, 8, 13-cü, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a )Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq məhkəmə iddia tələbini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapmışdır. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd yanaşaraq, düzgün hüquqi nəticəyə gəlməmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlarda (fotoşəkil, akt və s.) sayğacın göstəricisinin geri çəkildiyini tam sübuta yetirildiyi qeyd edilmişdir. Sayğacın göstəricisinin iddi açı tərəfindən geri çəkilməsinin cavabdeh tərəfindən sübuta yetirilə bilməməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin qətnaməsində qeyd etdikləri ilə bağlı iddiaçının bu haldan faydalandığı qeyd edilmişdir. Bu səbəbdən də hesab edilir ki, elə bu hal (sayğacdan faydalanan şəxsin iddiaçı olması) sayğacın göstəricisinin iddiaçı tərəfində geri çəkildiyini təsdiq edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyində (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar) qeyd edilmişdir, belə ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayə tlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Maddi zərərin vurulması ilə bağlı halları sübut edən mötəbər sənədlər cavabdeh tərəfindən iş materiallarına əlavə edilmişdir. Cavabdeh bu hallara istinad edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini əsassız hesab edir.
21. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097-ci, Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. b)Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit orun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
32. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının m üəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsi ndə nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
33. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylay ıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə
3. Öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
35. Maddə 18.1. Dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir.
36. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərba ycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
37. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
38. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərəri n ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandı rma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının özü daşıdığına görə cavabdeh tərəfindən hesablanmış borc məbləğinin iddiaçıdan tələb edilməsi əsassızdır.
51. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanunun tələblərindən göründüyü kimi, istehlakçılar qaz paylayıcısı ilə qazın alqı-satqı müqaviləsini bağlanmalı, eyni zamanda, qaz paylayıcı ilə istehlakçı arasında qazpaylayıcı şəbə kənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt tərtib edilməli və müqaviləyə əlavə edilməlidir. Lakin məhkəməyə təqdim olunan sənədlər arasında cavabdeh və iddiaçı arasında bağlanan qazın alqı-satqısı müqaviləsi və qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt olmamışdır.
52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıdan birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun olmamışdır. Belə ki, “Qaz təchizatı haqqında” Qanunda qeyd edilmişdir ki, qazpaylayıcı əməkdaş tərəfindən abonentlərin qaz xəttinə kənar qoşulması halı aşkar edilərsə, ilk növbədə, qanunsuz xətt şəbəkədən dərhal ayr ılmalı, qanunsuz qoşulma ilə sərf olunan qazın verilməsi dayandırılmalıdır. Həmin fakt müvafiq aktla rəsmiləşdirilməli, iki nüsxədə tərtib edilərək, bir nüsxəsi abonentə təqdim edilməli, digər nüsxəsi isə inzibati məsuliyyətə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət əlamətlərinin olması şübhəsi olduqda, cinayət təqibi orqanına təqdim edilməlidir. Eyni zamanda, qanunda nəzərdə tutulan səlahiyyətli orqanlar tərəfindən təqsir müəyyən edildikdən sonra qaz paylayıcısı dəymiş zərəri istehlakçıdan tələb etmə hüququna malikdir. Lakin işdən belə nəticəyə gəlmək olar ki, zərərin tələb edilməsi qaydası cavabdeh tərəfindən qanuna uyğun əməl olunmamışdır. Eyni zamanda, qaz sayğacının evdən kənarda, açıq ərazidə yerləşməsinə görə qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması və qoruyuc u plombların quraşdırılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-in üzərinə düşür.
53. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. 5
4. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(103)-2104/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.