Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2284/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13953/2019 saylı qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(011)-5852/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.M ehrəliyev) iddiaçı Bakı şəhər İcra Hakimiyyəti MKT Departamentinin Cavabdeh qarşı “mənzilə dair verilmiş orderin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 44cü mənzilinə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2006-cı il tarixli, 0244 saylı orderin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13953/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, V.T.Həsənov və Ş.A.Məmmədova) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olu nub. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə Cavabdeh və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 44-cü mənzilinə dair Cavabdeh adına verilmiş xx xxxxxx 2006-cı il tarixli, 0244 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı Bakı şəhər İcra Hakimiyyəti MKT Departamenti, vəkili Vəkil, Cavabdeh, üçüncü şəxslər “xxxx” MMC, Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyi, Bakı şəhəri, Xətai rayon Polis İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instans iyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsassız olmasına, iddianı tə min etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 33, 48, 49-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının Bakı şəhər İcra Hakimiyyəti MKT Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli “təhvil-qəbul Aktı”na əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2013-cü il tarixli,131 saylı sərəncamı, Bakı şəhər İHB-nin xx xxxx 2013-cü il tarixli, 294 saylı sərəncamı, Bakı şəhər MKT Departamentinin xx xxxxxx 2013-cü il tarixli, 122 saylı sərəncamı, 01 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin xx xxxxxx 2013-cü il tarlxli, 16 saylı əmri, eləcə də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyininxx xxxx 2013-cü il tarixli, 01-1/984 saylı məktubu və həmin Nazirliyin xxxxnin xx xxxx 2013-cü il tarixli, 15 saylı əmri əsas tutulmaqla Bakı şəhər İcra Hakimiyyətinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilib. İşə əlavə edilmiş Bakı “xxxx” İB HİK-nin və Müdiriyyətin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə protokol-qərarına əsasən, Birlikdə uzun illər işləyən və yataqxana növbəsində olan fəhlə və qulluqçulara növbəlilik əsasında mənzil verilə bilinməməsi nəzərə alınaraq, Birliyə məxsus yataqxanalarda, o cümlədən, ünvan 1 ünvanda yerləşən yataqxanada məcburi qaçqın ailələri tərəfindən zəbt edilmiş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi qərara alınıb. Eləcə də Bakı “xxxx” İB işçisi Cavabdeh ərizə ilə müraciət edərək ailəsinə yataqxanaların birindən yaşayış sahəsinin verilm əsini xahiş edib və bu ərizə Birliyin təşkil etdiyi komissiyada müzakirə olunaraq, Bakı “xxxx” İB HİK-nin və Müdiriyyətin xx xxxxxx 2006-cı il tarixli, 68 saylı birgə protokol-qərarına əsasən, ünvan 1 ünvanda yerləşən yataqxananın 1-ci giriş, 3-cü mərtəbəsində olan, 1 otaqlı, sahəsi 18 kv.metr olan 44-cü mənzili orada yaşayan məcburi köçkünlər digər yaşayış sahəsinə köçüldükdən sonra Cavabdeh adına sənədləşdirılməsi və sonuncunun həmin mənzilə qeydiyyata alınması qərara alınıb. Bundan sonra, ünvan 1 ünvanda yerləşən yataqxananın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, 1 otaqlı, sahəsi 18 kv.metr olan 44-cü mənzilinə köçmək üçün Cavabdeh adına xx xxxxxx 2006-cı il tarixli, 0244 saylı order verilib. Həmçinin işə əlavə edilmiş əmək kitabçasından görünür ki, Cavabdeh xx xxxxx 2007-ci il tarixə dək “xxxx” zavodunda işləyib. Bakı şəhər İcra Hakimiyyətinin MKT Departamentinin 1 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin xx xxx 2019-cu il tarixli, 68/26-ç saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən yataqxananın 1992-ci ildən 44 saylı otağında Laçın rayonundan məcburi köçkün düşmüş Xaliq Həsənov və ailə üzvləri məskunlaşmışlar və onlar Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. İşə əlavə edilmiş “Üfüq” İB “xxxx” zavodu MMC-nin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 1 yataqxana binası xx xxxxxx 2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin “xxxx” MMC-nin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı ota qlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin MKT Departamentinə ünvanlanmış xx xxxx 2019-cu il tarixli ərizədən görünür ki, o, iddiaçı təşkilata müraciət edərək, ünvan 1 yataqxananın 44-cü otağına dair adına kirayə müqaviləsi bağlanmasını xahiş edib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsinə köçmək üçün Cavabdeh adına order verilərkən hər hansı qanun pozuntusuna yol verilmə yib və orderin etibarsızlığı üçün əsaslar yoxdur. Belə ki, mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən, yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin 1-ci hissəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil Cavabdeh mənzilə şəraitinin yaxşılaşdırılması üçün növbəlilik qaydasanda verilib. Eyni zamanda mənzilə köçmək üçün onun adına verilmiş hüquq müəyyənedici sənədlər qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməyib. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşıb qeyd etmişdir ki, iddiaçı təşkilatın orderin etibarsız hesab edilməsinə dair irəli sürdüyü dəlillər də əsassızdır. Belə ki, iddiaçı təşkilat Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində istinad edərək iddia edir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Lakin işdən görünür ki, mübahisəli mənzilə köçmək üçün Cavabdeh adına order verilərkən həmin mənzil faktiki olaraq boş olmamış və orada məcburi köçkünlər məskunlaşmışlar. Apelyasiya instansiyası məhkəməsi sözügedən maddəni düzgün təfsir edərək haqlı olaraq qeyd etmişdir ki, yalnız boş olan ayrıca yaşayış sahəsi dedikdə- qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsi başa düşülür. Hazırki halda isə, sözügedən mənzildə hər hansı qanuni əsas olmadan müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşmışlar və onların həmin yaşayış sahəsi üzərində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əmələ gəlməmişdir. Bu baxımdan mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Ona görə də apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, m əcburi köçkün ailəsinin müvəqqəti olaraq mübahisəli mənzildə məskunlaşmaları, həmin mənzilə dair Cavabdeh adına verilmiş orderin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia ona cavab verməli olan cavabdehə qarşı yönəlmədiyindən, eyni zamanda hazırki mərhələdə prosessual qanunvercilik cavabdehin əsl cavabdehlə əvəz edilməsini istisna etdiyindən, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı təşkilat orderin etibarsız hesab edilməsinə dair hazırki iddia tələbini cavabdeh qismində müvafiq səlahiyyətli təşkilata qarşı deyil, Hökmə Quliyevaya q arşı qaldırıb. Halbuki, sözügedən order Cavabdeh tərəfindən deyil, müvafiq səlahiyyətli təşkilat tərəfindən verilib. Ümumiyyətlə, Cavabdeh yaşayış sahəsinə köçmək üçün order vermək və ya həmin orderi ləğv etmək səlahiyyəti yoxdur və onun üzərinə belə bir öhdəliyin qoyulması isə yolverilməzdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın kasasiya şikayətində göstərdiyi digər dəlillərlə də razılaşmır və apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi v ə ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13953/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2284/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2284/2020
24.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver