Məhkəmə qərarları › İş №2(102)-2285/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2285/2022

11.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2285/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, X7, X9 qarşı “əmlakın və öhdəliklərin bölünməsi, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə yaranmış borcun bölünməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021 -ci il tarixli, 2(103)8715/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh və İddiaçı birgə nikahları dövründə Cavabdeh adına: - Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 ünvanında yerləşən evin 30 saylı mənzili 07 aprel 2010-cu il tarixdə, - “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyun 2012-ci il tarixdə, - “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 mart 2013-cü il tarixdə, - “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 may 2018-ci il tarixdə, - “VAZ 21214” minik mar kalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 03 oktyabr 2018-ci il tarixdə, - “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 dekabr 2018-ci il tarixdə

2. İddiaçı adına: - “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 dekabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır. 3. “VAZ 21214” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 aprel 2019-cu il tarixdə X9, “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 02 aprel 2019-cu il tarixdə Cavabdeh anası X2 və həmin avtomobilə dair Cavabdeh etibarnamə verilmişdir. 4. 13 dekabr 2018-ci il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən İddiaçı 135000 manat kredit verilmişdir. 5. “Amrahbank ASC” tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən İddiaçı qeyd o lunan kredit müqaviləsi üzrə 29 mart 2019-cu ilə olan borcu 128046,20 manat təşkil edir. Kredit təqdim olunan qrafik üzrə ödənildiyi halda, müqavilənin müddətinin sonuna, yəni 13 dekabr 2021-ci il tarixə cəmi ödəniş 170138,43 manat təşkil etməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X4 və X8 iş üzrə cavabdeh qismində cəlb edilməklə, birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən 30 nömrəli mənzilin bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı **-BB*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dö vlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin bərabər bölünməsi; X8 adına olan “VAZ-21214 Urban” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25 aprel 2019-cu il tarixdə bağlanmış və X4 adına olan “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 02 aprel 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; 02 aprel 2019-cu il tarixədək iddiaçı tərəfindən borc öhdəliklərinə görə ödədiyi cəmi ödənilmiş 1584162,99 manat vəsaitin 1/2 hissəsinin, yəni 792081,50 m anatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi; 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manat məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki övladları anadan olmuşlar. Tərəflərin aralarında olan nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Birgə nikah dövründə tərəflər yuxarıda qeyd olunan əmlakları əldə etmişlər. 02 aprel 2019-cu il tarixdə Cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri iddiaçının razılığı olmadan, ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir. Həmin alqı-satqı müqavilələri etibarsız hesab edilməli və özgəninkiləşdirilən əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, iddiaçı cavabdehlə birgə nikahda olduqları müddətdə müxtəlif banklardan müxtəlif həcmli kreditlər götürmüş, həmin kreditlərin böyük bir hissəsi biznes fəaliyyəti ilə əlaqədar alınmışdır. "xxxx" MMCdən alınan çıxarışdan görünür ki, 09 oktyabr 2009-cu il tarixdən 02 aprel 2019-cu il tarixə kimi tam ödənilmiş kredit məbləği 1387237,43 manat təşkil etmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş 29 mart 2019-cu il tarixli hesabdan çıxarışa əsasən iddiaçının banka 29 mart 2019-cu il tarixə borcu cəmi 128046,20 manat, kreditin icra müddəti bitəcəyi tarixə, yəni 13 dekabr 2021-ci il tarixə 170138,43 manat təşkil edir. Bundan əlavə, “X23 Azərbaycan” QSC tərəfindən 05 aprel 2019-cu il tarixdə verilmiş maliyyə arayışına əsasən iddiaçının onun həmin banka olan borcunun ümumi məbləği 312967,39 manat təşkil edir. Bundan əlavə, “X21 Pazarlama San və TİV A.Ş.” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 nömrəli mənzillərə dair müqavilələr qızları Ayşa Mədətovanın adına bağlanmışdır. Həmin müqavilələrə əsasən 01 aprel 2019-cu il tarixə satıcıya 102464 Avro (manatla ekvivalenti 196925,56 manat) pul ödənilmişdir. Həmin tarixə şirkətə olan borc məbləği 127536 Avro (manatla ekvivalenti 245111,43 manat) təşkil edir. İddiaçının adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi cavabdeh tərəfindən səsyazma studiyası qu rulması üçün alınmış, xərclənmiş vəsaitdən qalan məbləğlər isə cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir.

8. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 30 nömrəli mənzilin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev döngə 11 ünvanda yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən tərəflərin birgə tikdirdikləri evin, “Range Rover” markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “X20” minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olaraq, birgə nikahları dövründə qeyd olunan əmlakları əldə etmişlər.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli, 2(006)3432/2019 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) ilk iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş ünvan 5 ünvanda yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, birgə nikah dövründə əldə edilmiş “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeyd iyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, X8 adına olan “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 25 aprel 2019-cu il tarixdə bağlanmış və X4 adına olan “X22” minik markalı 99-MA- 990 dövlət qeydiyyat nişanlı avtomobilə dair 02 aprel 2019-cu il tarixdə bağlanmış alğı-satqı müqavilələri etibarsız hesab edilmiş, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmiş, 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manat məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilmiş, ilk iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.3-cü, Mülki Məcəlləsinin 225.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 30 saylı mənzili; “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı 90- NH-065 dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillər; X8 adına rəsmiləşdirilmiş “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil və X4 adına rəsmiləşdirilmiş “X22” minik markalı 99-MA990 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə etdikləri əmlaklar olduğundan, ilk və qarşılıqlı iddia tələbi onlara aid hissədə əsaslıdır. Cavabdeh sonuncu iki avtomobili digər şəxslərin adına özgəninkiləşdirərkən, ümumi birgə mülkiyyətçi olan həyat yoldaşı İddiaçı razılığını almamış, eyni zamanda bu avtomobillər tərəflər arasında nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi məhkəmə qaydasında mübahisələndirilən zaman özgəninkiləşdirilmişdir. Bu səbəbdən, onunla digər cavabdehlər X12 və X10 arasında qeyd olunan avtomobillərə dair bağlanmış əqd özü-özlüyündə etibarsızdır, etibarsızlığı ilə bağlı hüquqi nəticələr istisna olmaqla, digər hüquqi nəticələr yaratmır. Bu səbəbdən, həmin alğı-satqı əqdləri etibarsız hesab edilməlidir.

12. Daha sonra məhkəmə iş materiallarında olan “Amrahbank ASC” və “X23” ASC tərəfindən təqdim edilən hesabdan çıxarış və maliyyə arayışlarına istinad edərək, ilkin iddia ü zrə iddiaçının borcunun müvafiq olaraq 128046,20 manat və 312967,39 manat, habelə 27850,87 avro təşkil etməsini qeyd etmiş və hesab etmişdir ki, 02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış məbləğin iddia tələbində göstərilən həcmdə hissəsi – 483105,82 manat məbləğində vəsaitin 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-ci il tarixli, 2(006)-3432/2019 nömrəli qətnaməsinin ləğv edərək, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixl i, 2(103)-2390/2020 nömrəli qərardadı ilə İddiaçı “02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin İddiaçı ilə “X23 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsi ayrıca icraata ayrılmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)-2390/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.M.Ağayevdən və F.F.Babayevdən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019cu il tarixli, 2(006)-3432/2019 nömrəli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla ilkin və qarşılıqlı iddia tələb lərinin qismən təmin olunması, “VAZ-21214 Urban” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X12 arasında 25 aprel 2019-cu il tarixdə, “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X10 arasında 02 aprel 2019-cu il tarixdə bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil lərin 1/2 (ikidə bir) hissəsi üzərində İddiaçı, 1/2 (ikidə bir) hissəsi üzərində Cavabdeh mülkiyyət paylarının tanınması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin olunmaması (İddiaçı “02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin İddiaçı ilə “X23 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsinin ayrı icraata ayrılaraq həmin tələb üzrə icraatın dayandırıldığı nəzərə alınmaqla) qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddia tələblərindən bəzilərinə ümumiyyətlə qiymət verməmə klə yanaşı, ilkin və qarşılıqlı iddia tələblərinin hansı hissələrinin təmin edilmədiyi ilə bağlı ayrı-ayrılıqda əsaslandırma aparmamış, bölünməsinə qərar verdiyi “X22” markalı avtomobilin dövlət qeydiyyat nömrəsini yanlış göstərməklə qətnamənin icrası zamanı problemlər ortaya çıxması ehtimalına şərait yaratmış, ilkin iddiaçı avtomobillərin paylara bölünməsini tələb etmədiyi halda bunun zəruriliyini əsaslandırmadan ilkin iddia tələbindən kənara çıxmışdır. Məhkəmə hesab etmişdir ki, qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

17. Məhkəmə Azərbaycan Respubli kası Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1 və 37.2ci maddələrinə istinad edərək, hər iki tərəfin ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinin bərabər paylarda bölünməsini istədiklərini nəzərə almaqla həmin mənzillə bağlı həm ilkin, həm də qarşılıqlı iddianı əsaslı saymış və bununla əlaqədar geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır.

18. İlkin iddiaçının “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab olunması” tələblərini də apellyasiya məhkəməsi Mülki Məcəllənin 225, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.5, 340.1, 650-ci, Ailə Məcəlləsinin 33-cü maddələrinin tələblərinə uyğun əsaslı hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, rəsmi reyestrdə qeydə alınmalı əmlak olan “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Belə ki, hər iki avtomobil İddiaçı ilə Cavabdeh münasibətlərinin pozulmasından və aralarında məhkəmə mübahisəsinin başlamasından sonra satılmış; “X22” markalı avtomobil isə Cavabdeh öz anasına satılmaqla müqavilənin bağlandığı gün Cavabdeh adına avtomobilə dair etibarnamə verilmiş və avtomobil onun istifadəsindədir. Bu hallar, sözügedən avtomobillər barədə bağlanmış müqavilələrin müvafiq hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün, yəni sırf həmin avtomobilləri birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxarmaqla böl güdən kənarda saxlamaq məqsədilə bağlanmış olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir.

19. İlkin iddiaçının “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı kompensasiya tələbi ilə bağlı digər mülkiyyətçiyə (Cavabdeh) bildiriş göndərməmiş, ayrılmalı olan payın dəyərini müəyyən etməmişdir. Cavabdehin ayrılmaq istəmədiyi və iddiaçının müvafiq kompensasiya ilə bağlı təklifinin olmadığı, məhkəmənin də İddiaçı malik olduğu tələb etmək hüququnu öz üzərinə götürməsinin istisna olunduğu nəzərə alındıqda Mülki Məcəllənin 220.1-220.2-ci və 220.3220.5-ci maddələrində nəzərdə tutulmuş mübahisənin mərhələli həlli ilə bağlı müəyyən olunmuş qaydaya əməl edilmədiyi aydın olur. Buna görə də, İddiaçı “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbi təmin oluna bilməz.

20. Bununla belə, məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbindən kənara çıxılması mümkündür və avtomobillər üzərində payının müəyyənləşdirilməsi barədə yeni iddia qaldırmaq hüququnu ona izah etmək əvəzinə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin verdiyi imkanı, prosessual qənaət prinsipini və İddiaçı iradə ifadəsinin məzmununu nəzərə almaqla müvafiq nəticəyə gəlinə bilər. Məhkəmə avtomobilin bölünməz əşya olduğundan onun naturada bölünməsinin mümkünlüyünün araşdırılmasına zərurət olmadığını; apellyasiya baxışı zamanı isə Cavabdeh avtomobillərin bölünməsinə etiraz etmədiyi müəyyən olunmasını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbi qeyd olunan kontekstdə qismən, Cavabdeh “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi” tələbi isə tam təmin edilməli, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **NH-*** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı və “X22” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı 1/2, Cavabdeh 1/2 hissədə pay hüquqları tanınmalıdır. 21. “BMW 745” minik mar kalı **-NO-*** dövlət qeydiyyat nişanlı və “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin etibarnamə əsasında başqa şəxslərin sahibliyində olması faktına münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz.

22. İddiaçı “02 aprel 2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1584162,99 manatın 1/2 hissəsinin, yəni 792081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi” tələbini isə apellyasiya məhkəməsi əsassız hesab etmişdir. Belə ki, iddiaçı qeyd olunan borc öhdəliklərinə görə ödədiyini iddia etdiyi pul məbləğini ailənin ümumi gəlirləri hesa bına deyil, özünün şəxsi vəsaiti hesabına ödədiyinə dair heç bir sübut təqdim etməmiş və bu hal onun müvafiq tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu istisna edir. Məhkəmə nəzərə almışdır ki, həmin tələbinin təmin edilməməsinə baxmayaraq, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməmişdir.

23. İddiaçı “02 aprel 2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin "xxxx" ASC-dən götürülmüş borcla bağlı hissəsini də apellyasiya məhkəməsi əsassız hesab etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC ilə kredit müqaviləsini 13 dekabr 2018-ci il tarixdə bağladığı və borcun 13 dekabr 2021-ci il tarixə qədər hesablanmış məbləğ olduğu aydın olur. Tərəflərin münasibətlərinin 2018-ci ilin sonlarından faktiki pozulmuş olduğunun müəyyən edildiyi nəzərə alındığında isə, həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsi və ailənin ümumi ehtiyacları üçün sərf olunduğuna qənaət gətirmək mümkün deyildir. Bu tələblə bağlı məhkəmə Ailə Məcəlləsinin 37.3, 41.2-ci maddələrini tətbiq etmişdir

24. Qarşılıqlı iddianı qalan hissədə rədd edən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 6 ünvanında yerləşən ev 15 mart 2011-ci il tarixdə İddiaçı qardaşı Etibar Ağayev tərəfindən ona bağışlanmış və 19 aprel 2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin tərəflərin nikahda olduqları dövrdə Zaqatala rayonunun Car kəndində ev deyil, torpaq sahələri əldə etdikləri müəyyən o lunmuşdur. Türkiyə Respublikasının Bodrum şəhərində evin mövcudluğu ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. “X20” minik markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 noyabr 2012-ci il tarixdə İddiaçı adına qeydə alınmış, 15 aprel 2014-cü il tarixdə həmin nömrə nişanı əvvəlki sahibinin adında saxlanılmaqla alqı-satqı müqaviləsi əsasında X5, bundan sonra isə müxtəlif tarixlərdə digər şəxslərə satılmış, “Range Rover” markalı avtomobil isə **-EL-*** dövlət qeydiyyat nişanı təhkim olunmaqla 23 fevral 2018-ci il tarixdə İddiaçı adına qeydə alınmış, 15 mart 2019-cu il tarixdə X6, 29 may 2019-cu il tarixdə X1. Sözügedən avtomobillər başqa şəxslərin mülkiyyətindədir və həmin müqavilələrin etibarlılığı məsələsinə qiymət verilmədən Cavabdeh iddiasının təmin olunması müm kün deyildir, o isə müvafiq tələbi irəli sürməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)-2390/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və nikah dövründə yaranmış, ailə təsərrüfatına sərf olunmuş ümumilikdə 483105,82 manat borc məbləği üzrə ½ paylarının müəyyən olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021ci il tarixli, 2(102)-2616/2021 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.U.Xəlilovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismə n təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli, 2(103)2390/2020 nömrəli qətnaməsi İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13 dekabr 2018ci il tarixli müqavilə əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya instansiyası məhkəməsinin 27 fevral 2020-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında tərəflərin faktiki olaraq 2018-ci ilin sentyabr ayında ayrıldıqlarını göstərsə də, apellyasiya instansiyası məhkəməsinin 11 iyun 2020-ci il tarixli məhkəmə iclasında ve rdiyi izahatında tərəflərin faktiki olaraq 2019-cu ilin fevral ayında ayrıldıqlarını qeyd etmişdir. Həmçinin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin faktiki olaraq nə vaxt ayrıldıqlarını müəyyənləşdirmək üçün araşdırma aparmamış, tərəflərin faktiki ailə münasibətlərinin pozulduğu tarix barədə iddiaçının nümayəndəsinin ziddiyyətli izahatlarına qiymət verməmiş və heç bir əsaslandırma aparmadan öz mülahizəsi ilə tərəflərin 2018-ci ilin sonlarından faktiki olaraq ayrıldıqları qənaətinə gəlmişdir. Göründüyü kimi tərəflərin faktiki olaraq nə vaxt ailə münasibətlərinin pozulmasının müəyyən edilməsi mübahisə predmeti olan kredit üzrə tərəflər arasında ½ hissədə öhdəliyin müəyyən edilməsi məsələsinin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir.

28. Bunu nla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq mübahisə predmeti olan 13.12.2018-ci il tarixli kredit müqaviləsinin iş materiallarına əlavə edilməməsini nəzərə almamış və həmin kredit müqaviləsinin mövcud olub-olmaması, hansı məbləğdə kreditin verilməsi və kredit müqaviləsinin digər mühüm şərtləri barədə araşdırma aparmamışdır.

29. Bundan başqa 02 aprel 2019-cu il tarixli Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, mübahisə predmeti olan kredit İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13 dekabr 2018-il tarixli müqavilə əsasında, həmin gün əldə olunmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, 14 dekabr 2018-ci il tarixdə Cavabdeh adına **MA-*** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobil alqı-satqı yolu ilə əldə edilmişdir. Göründüyü kimi **-MA-*** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobil 13 dekabr 2018-ci il tarixli müqavilə ilə kreditin alınmasından 1 gün sonra əldə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və qətnamə qəbul edərkən “X22” minik markalı avtomobillərin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh paylarını tanısa da, həmin avtomobilin 13 dekabr 2018-ci il tarixli müqavilə ilə alınmış kreditin hesabına əldə olunub-olunmaması ilə bağlı araşdırma aparmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-8715/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəs i ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli, 2(006)-3432/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsi hissəsində təmin edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, tərəflər 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmədə iddiaçı tərəf münasibətlərinin 2019-cu ilin fevral ayından pozulduğunu, cavabdeh tərəf isə 2018-ci ilin sentyabr ayından pozulduğunu qeyd etmişlər. Cavabdeh 12 mart 2019-cu ildə nikahın pozulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsində ailəliklərinin son 10 ilində aralarındakı münasibətlərdə ciddi gərginlik, bir çox problemlərinin yarandığını qeyd etmişdir.

32. Apellyasiya mərhələsində bankdan əldə edilmiş 13 dekabr 2018-ci il tarixli, 526/EA saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin Azadlıq filialı tərəfindən İddiaçı 36 aya, illik 22 faizlə 135000 manat məbləğində kredit yaşayış sahəsinin tikintisi üçün verilmişdir. 13 dekabr 2 018-ci il tarixli, 526/EA saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan “Porsche Panamera minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili 13 dekabr 2018-ci il tarixli, 526/EA saylı kredit müqaviləsinə əsasən götürülmüş 135000 manatın təminatı qismində ipoteka ilə yüklü etmişdir. 13 dekabr 2018-ci il tarixli, 526/EG saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 20-ci döngədə mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 117 kv.m ümumi, 70,17 kv.m yaşayış, 46,83 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 11 nömrəli fərdi yaşayış evi 13 dekabr 2018-ci il tarixli, 526/EA saylı kredit müqaviləsinə əsasən götürülmüş 135000 manatı n təminatı qismində ipoteka ilə yüklü etmişdir.

33. Apellyasiya məhkəməsi Ailə Məcəlləsinin 37.3, 41.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində adına götürülmüş kreditin böyük bir hissəsinin Cavabdeh tərəfindən səsyazma studiyası qurulmasına sərf olunduğunu, vəsaitdən qalan məbləğlərin isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərcləndiyini bildirsə də, apellyasiya məhkəməsində nümayəndə izahatında götürülən kreditin 14 dekabr 2018-ci il tarixdə **MA-*** dövlət qeydiyyat nişanlı, “X22” markalı avtomobilin alınmasına sərf ed ildiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəf 13 dekabr 2018-ci il tarixli kreditlə bağlı ziddiyyətli fikirlər səsləndirmişdir. Götürülmüş kreditin Cavabdeh tərəfindən səsyazma studiyası qurulmasına sərf olunması, vəsaitdən qalan məbləğlərin isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənməsi və ya 14 dekabr 2018-ci il tarixdə **MA-*** dövlət qeydiyyat nişanlı, “X22” markalı avtomobilin alınmasına sərf edildiyi sübut olunmamışdır. Halbuki, kredit müqaviləsindən görünür ki, kredit iddiaçıya tikinti məqsədləri üçün verilmiş, iddiaçı mülkiyyətində olan avtomobil və torpaq sahəsindəki evini ipoteka ilə yüklü etmiş, həmin evlə bağlı cavabdehin tələbi təmin edilməmişdir. Bundan əlavə iddiaçının adına Zaqatalada torpaq sahəsi müəyyən olunmuşdur. Qeyd olunanlar həqiqətən tərəfl ərin ailə münasibətlərinin 2018-ci ilin sonlarından faktiki olaraq pozulması, həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc olmadığı və ailənin ümumi ehtiyacları üçün sərf olunmadığı qənaətinə gəlmək üçün əsas verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

34. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Emreli (Mədətova) Elnurə Şaban qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-8715/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin - İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13 dekabr 2018ci il tarixli kredit müqaviləsi əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsi hissəsində təmin edilməsinə dair yeni qəra r qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 37.1, 41.2-ci maddələri pozulmuş, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarındakı hüquqi mövqe düzgün tətbiq edilməmiş, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında olan hüquqi mövqe tətbiq edilməmişdir. Belə ki, məhkəmə Cavabdeh imzası ilə təsdiq edilərək Bakı şəhəri Nə simi Rayon Məhkəməsinə verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizəsində “... Mən 15.02.2019-cu ildən etibarən cavabdehlə münasibətlərimiz kəskin pisləşdiyindən aramızda münaqişə və mübahisə pik həddə çatdığından yaşadığımız Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 20-ci döngə, 11 saylı fərdi yaşayış evindən heç nə götürmədən çıxıb getdim...” - qeyd etdiklərini nəzərə almamış, ehtimallar əsasında tərəflərin ailə münasibətlərinin 2018-ci ilin sonlarından faktiki olaraq pozulması, borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc olmadığı və ailənin ümumi ehtiyacları üçün sərf olunmadığı qənaətinə gəlmək üçün əsas verməsi qənaətinə gəlmişdir. Tərəflərin münasibətlərinin 2019-cu ilin fevral ayına qədər pozulmaması ər-arvadın həmin döv rdəki çəkilmiş fotoşəkillərindən müəyyən olunur. Daha sonra məhkəmə "xxxx" MMC-dən alınmış 02 aprel 2019-cu il tarixli çıxarışa əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin məqsədinin “Fiziki şəxslərə istehlak kreditləri” qeyd edilməsini, **-MA-*** dövlət qeydiyyat nişanlı, “X22” markalı avtomobilin dəyərininin hansı mənbədən ödənilməsinə dair sübutun mövcud olmamasını nəzərə almamış, cavabdeh tərəfindən həmin kredit məbləğinin ailə ehtiyacları üçün sərf edilmədiyinə dəlalət edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

36. Kassasiya şikayətində həmçinin MPM-in 77.1, 81, 217.1, 217.2, 217.3, 420-ci maddələrinin pozulmasına istinad olunmuş və qeyd olunmuşdur ki, İddiaçı tərəfindən üzərinə düşən sübut etmə vəzifəsi yerinə yetirilmiş, yəni sözügedən avtomobilin kredit hesabına əldə edilməsi İddiaçı tərəfindən ən azından dolayı yolla sübut olunmuşdur. Bir halda ki, qarşı tərəf mübahisəli kreditin götürülməsindən xəbərinin olmadığını, İddiaçı həmin kredit məbləğini öz şəxsi ehtiyacları üçün sərf etdiyini və həmin kreditin götürülməsindən 1 gün sonra əldə edilmiş **-MA-*** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobilin həmin kreditin hesabına əldə edilmədiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi.

37. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

38. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsini xahiş etmiş dir.

39. Etiraz işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, mübahisəli kredit müqaviləsi üzrə götürülmüş pul vəsaiti cavabdeh tərəfindən xərclənməmiş, həmin vəsait iddiaçının borclarına və iddiaçının qardaşı oğlunun vurduğu ziyanın ödənilməsinə yönəldilmişdir. Etirazda maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:

40. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

41. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatında apellyasiya məhkəməsinin qətnaməsi qismən, yalnız iddiaçı və "xxxx" ASC arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli müqavilə əsasında yaranmış 170138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, ikinci apellyasiya baxışının predmetini y alnız həmin tələb təşkil etmiş və həmin tələb tam rədd olunmuşdur.

42. Hazırda kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 44. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəz ifələr yaradır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

48. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmetini iddiaçının adına rəsmiləşdirilmiş kreditin tərəflərin nikah dövründə ailə ehtiyaclarını n təmin edilməsinə xərclənməsi təşkil edir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qeyd olunan kreditin ailə ehtiyaclarına sərf olunması təsdiq olunmamışdır. Apellyasiya məhkəməsi mövqeyini təqdim olunan sübutları hər birinə müfəssəl hüquqi qiymət verməklə əsaslandırmışdır. Bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

50. Alınan kreditin bir hissəsinin tərəflərin bərabər payları müəyyən olunmuş “X22” markalı avtomobilin alınmasına sərf edilməsinə dair kassasi ya şikayətinin dəlilini məhkəmə əsassız hesab edir. Ən azı ona görə ki, iddiaçı həmin dəlili nə iddia ərizəsində, nə birinci instansiya məhkəməsində, nə də ki, birinci apellyasiya baxışı zamanı irəli sürməmiş, yalnız kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq hazırda iddia etməkdədir. İddiaçının əvvəlki icraatlarda dəlili ondan ibarət olmuşdur ki, qeyd olunan kredit iddiaçının adına rəsmiləşdirilsə də, cavabdeh tərəfindən səsyazma studiyasına və ailə mənafelərinin ziddinə xərclənmişdir. Lakin iddiaçı həmin dəlillərlə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassator iş materiallarında mövcud olmayan və apellyasiya məhkəməsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədqiq olunmamış sübutlara: fotoşəkillərə, “iddia tələbinin həc minin artırılmasına dair ərizə”yə (halbuki, hazırki iş üzrə qarşılıqlı iddianın artırılmasına dair ərizə verilməmiş, tərəflər arasında olan başqa mübahisələr üzrə isə belə ərizə verildiyi halda, onun surəti iş materiallarına əlavə olunmamışdır) istinad edir ki, bu kassasiya icraatın mahiyyətinə ziddir.

52. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassa siya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

54. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Emreli (Mədətova) Elnurə Şaban qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2(103)-8715/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar