Məhkəmə qərarları › İş №2(102)-2286/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2286/2024

23.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2286/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Saatlı Rayon Dövlət Notariat Kontoruna qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Saatlı Rayon Dövlət Notariat Kontoruna qarşı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-547/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X9 ilə 18 mart 1981-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikah dövründə, yəni 10 dekabr 2013-cü il tarixdə iddiaçının əri X4 adına **********94-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak qeydə alınmışdır.

2. X6 məxsus olmuş, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası (şadlıq sarayı) X9 ilə X7 arasında 164640 manat məbləğində borca dair 17 mart 2014-cü il tarixdə bağlanmış Saatlı rayon DNK tərəfindən təsdiq edilmiş 3M-01/17 reyestr nömrəli Kredit müqaviləsinin təminatı kimi ipotekaya verilmişdir.

3. İddiaçının əri X9 04 mart 2015-ci ildə vəfat etmişdir. 4. 24 oktyabr 2018-ci il tarixdə Saatlı rayon Dövlət Notariat Kontorunun notariusu X8 iddiaçının əri, mərhum X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı mərhum X3 miras qalmış əmlak kimi qəbul edərək iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və iddiaçı həmin şəhadətnamə əsasında dövlət reyestrindən çıxarış almışdır. 5. 27 yanvar 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında qeyri-yaşayış binası ipoteka saxlayan və əldə etmək hüququna malik olan X2 etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən 245.437,50 manat ödənilməklə əldə edilmişdir. X7 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı mərhum əri X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak barədə Saatlı rayon Dövlət Notariat Kontorunun notariusu X8 tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli, 2V-22 reyestr nömrəli qanun üzrə vərə səlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmlakın birgə nikah dövründə alınmasına baxmayaraq, vərəsəlik şəhadətnaməsində bütövlükdə əmlakə mərhum əri X3 qalmış miras əmlak kimi qeyd edilməsi ilə razılaşmır. Belə ki, mərhum X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakın ½ hissəsinə iddiaçının payı müəyyən etdikdən sonra, həmin əmlakın qalan ½ hissəsi miras əmlak kimi qəbul edilməli və bundan sonra həmin hissəyə qanun üzrə vərəsəlik hüqu qu haqqında şəhadətnamə verilməlidir.

8. Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(055)-368/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (X16)

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mərhum əri Fikrət Əliyevlə birgə nikah dövründə əldə etdiyini və bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etdiyi Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulduğundan və artıq ipoteka saxlayan Əlizaman Rəhimov tərəfindən alınmaqla sonuncu tərəfindən əmlaka d air mülkiyyət hüququ əldə edilmiş, eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün mübahisə açılmasından ötrü müəyyənləşdirilmiş 2 aylıq müddət iddiaçı tərəfindən ötürülmüşdür.

10. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarına görə mira sın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 146.1, 146.2, 225.1, 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1-1243.3, 1272, 1322-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 9.1, 14.2, 76.1, 88, 217.3, 217.4, 216-220-ci maddələrinə; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə; Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarına və Kons titusiya Məhkəməsinin Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstə rməlidir. Lakin notarius hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli olduğu halda öz vəzifələrini yerinə yetirməmişdir. İddiaçı hesab etmişdir ki, notarius öz vəzifəsini yerinə yetirərək hüquq və vəzifələrini ona düzgün izah etsəydi, heç şübhəsiz ki, nikah dövründə əldə etdiyi əmlakı miras əmlak kimi qəbul etməz və hazırda da bu çətinliklə üzləşməzdi. Saatlı rayon Dövlət Notariat Kontorunun notariusu X8 isə hüquqi məlumatsızlığından istifadə edərək qanunvericiliyin tələblərini pozaraq nikah dövründə əldə etdiyi əmlakı, yəni mərhum əri X4 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisind ə 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı bütövlükdə miras əmlak hesab etmişdir, halbuki həmin əmlakın ½ hissəsi miras əmlak olmuşdur. Bu qanunsuzluğu isə birinci instansiya məhkəməsi müddətin keçməsini əsas tutaraq araşdırmamış və nəticədə mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə müddətin keçməsinə görə iddianı rədd etsə də, maraqlı şəxsin bildiyi günü və müddəti hansı tarixdə keçirtdiyini müəyyən etməmişdir. Məhkəmə notariusun qanunvericiliyin tələbini pozub-pozmamasını, vərəsəlik işinin qanuni aparılıb aparılmamasını və müddətin hansı tarixdə keçdiyini araşdırmadan müddətin keçməsi səbəbindən iddiasını rədd etmişdir. Məhkəmə notariusun vərəsəlik işini apararkən qanunvericiliyin tələbini pozmasını, vərəsəlik işini qanuni aparmamasını araşdırmamışdır

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-547/2024 nömrəli mülki iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-368/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X1 (sədrlik edən və məruzəçi), X10 və X12)

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə materiallara əsasən, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddiaçı 24 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum ərindən mi ras qalmış Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı öz payı da daxil olmaqla bütöv şəkildə əldə etmişdir.

17. Belə ki, iş materiallarında olan 2V-22 saylı vərəsəlik işinə əsasən, miras qoyan X4 İddiaçı, Nüsrət Əliyev, Təhminə Süleymanova, Südabə İsmayılova və Nüşabə Əliyevadan ibarət vərəsələri qalmışdır. Notariat qovluğundakı sənədlərdən görünür ki, digər vərəsələr miras əmlakı qəbul etməmiş və ondan anaları hazırkı iddiaçının xeyrinə imtina etmişlər. Beləliklə də iddiaçı miras əmlakı qəbul edərkən ona düşən pay hissəsi də qorunmaqla miras əmlakı tam qəbul etmişdir. İddiaçının payının qorunmaması və ya miras əmlakdan məhrum edilməsi ilə bağlı hər hansı hal aşkar edilməmişdir.

18. Məhkə mə kollegiyası həmçinin qeyd edir ki, qeyd olunan maddənin məzmunundan görünür ki, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, məcburi paya hüququ olan şəxs məcburi payı tamamlamaq hüququnu itirir. Həmin şəxsin məhkəməyə iddia ilə müraciət etmə tarixi qeyd olunan müddətin başlanması və yekunlaşmasına təsir etmir.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 146.1, 146.2, 225.1, 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.1-1243.3, 1272, 1322-cü maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 88, 217.3, 372376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrinə; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə; Konst itusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarına və Konstitusiya Məhkəməsinin Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Mə hkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin tələbi pozulmuşdur. Belə ki, notarius qeyd edilən normanın tələbinə görə, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Notarius isə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli olduğu halda öz vəzifələrini yerinə yetirməmişdir. O, qeyd etmişdir ki, notariusun m əlumat verməməsi nəticəsində miras əmlakını qəbul etmiş və kreditorla üzləşmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinin pozuntusu kimi, notarius nikah dövründə əldə edilən əmlakı miras əmlak hesab edərək, iddiaçının öz əmlakını qanun üzrə vərəsə kimi özünə qəbul etdirmişdir. Birinci instansiya və Apellyasiya məhkəmələri isə bu qanunsuzluğu müddətin keçməsi əsası ilə araşdırmamış və göstərilən dəlillərə hüquqi qiymət verməmişdir. Həmçinin, Mülki Məcəllənin 17.1-ci maddəsinə görə, görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Belə ki, əvvəlcə notarius, sonra birinci instansiya məhkəməsi, d aha sonra isə apellyasiya məhkəməsi bu maddənin tələbini pozaraq iddiaçının nikah dövründə əldə etdiyi əmlak üzərində olan mülkiyyət hüququnun müdafiə edilməsinə kömək göstərməmişlər.

22. Prosessual normanın pozuntusu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmə notariusun qanunvericiliyin tələbini pozub-pozmamasını, vərəsəlik işinin qanuni aparılıbaparılmamasını və müddətin hansı tarixdə keçdiyini araşdırmadan müddətin keçməsi səbəbindən iddianı rədd etmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyası maddə 13, 29, İ və İİ hissə; Mülki Məcəlləsinin 17.1, 225.1-ci; Azərbaycan Respublikasının Ailə Məcəlləsi 32.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 218.1-ci maddələrinəvə “Notariat ha qqında Azərbaycan Respublikasının Qanunu”nun 59-cu maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

25. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

27. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

28. Maddə 1151.2. Mirasa ümumi mül kiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

29. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

30. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

31. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

32. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstəril ən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

33. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə

62. Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət h üququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarı:

35. Mirasın qəbul edilməsi və ya qəbulundan im tina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsinin Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı:

36. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Notariat haqqında” Qanunun 62-ci maddəsinin tələbinə əsasən ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəha dətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.

49. Lakin iş materiallarında olan vərəsəlik işinin surətindən görünür ki, sağ qalmış arvad, yəni iddiaçı xx.xx.2018-ci il tarixli ərizəsində ərindən miras qalmış əmlakda ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və birgə nigah dövründə əldə etdikləri əmlakın ona düşən yarısına mülkiyyət hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bəyan etmişdir.

50. Göründüyü kimi iddiaçının ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi barədə müvafiq ərizəsinin olmaması, əksinə belə şəhadətnaməni istəməməsi barədə iradə ifadəsini nəzərə alan notariat kontoru miras əmlaka tam olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə “Notariat haqqında” Qanunun tələblərini pozmamışdır.

51. Həmçinin iddiaçı yuxarıda qeyd edilən ərizəni verməklə Mülki Məcəllənin 1272-ci maddəsi ilə müəyyən edilmiş 2 aylıq müddəti buraxmışdır.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-c i maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-547/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar