Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2288/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2288/2024 Açar sözlər: yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, qonşuluq hüququ Bakı şəhəri, 11 iyul 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi və yerləşkənin altındakı torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6081/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ndə yerləşən 5b saylı fərdi yaşayış evi İddiaçı4 (mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır), 5v saylı fərdi yaşayış evi İddiaçı1 (mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınm ışdır), 5a saylı fərdi yaşayış evi İddiaçı3 (mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır) və 5q saylı fərdi yaşayış evi (bundan sonra birlikdə – fərdi yaşayış evləri) İddiaçı2 (mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır) mülkiyyətindədir.
2. Fərdi yaşayış evlərinin qonşuluğunda yerləşən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 14 C saylı qeyri-yaşayış binası (bundan sonra – qeyri-yaşayış binası) ilk dəfə xx.xx.2014-cü il tarixdə X4 adına daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmış, sonradan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında onun tərəfindən X5, xx.xx.2015-ci il tarixli alqı-satqı müaviləsi əsasında isə sonuncu tərəfindən X1 və xx.xx.2015-ci il tarixdə sonuncunun bu əmlaka dair mülkiyyət h üququ dövlət qeydiyyatına alınmışdır. xx.xx.2018-ci il tarixdə X2 adına yenidən qeydiyyata alınmışdır. X6 xx.xx.2020-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakla bağlı xx.xx.2021-ci il tarixdə bağlanmış miras payın bölüşdürülməsi müqaviləsinə əsasən qeyri-yaşayış binası Cavabdeh3 mülkiyyətində verilmiş (mülkiyyət hüququ xx.xx.2021- cü il tarixdə dövlət qeydiyyatına alınmışdır), xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə onun tərəfindən Cavabdeh1 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncu bu əmlakın xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən təsnifat üzrə 1-ci mərtəbədə yerləşən 200 kv.m-dən ibarət 15 saylı “xidmət sahəsi”ni Cavabdeh2 bağışlamış və sonuncunun həmin əmlaka dair mülkiyyət hüququ xx.xx.2023cü il tar ixdə dövlət qeydiyyatına alınmışdır.
3. İddiaçılara məxsus fərdi yaşayış evlərinə keçirilən texniki baxış zamanı həminevlərin ümumi həyatyanı sahəsinin əsas yola çıxış hissəsi digər fiziki şəxs Cavabdeh3 xüsusi mülkiyyətindıə olan qeyri-yaşayış binasının texniki pasportu üzrə, 1-ci mərtəbədəki 15 saylı yerləşkənin daxilindən keçdiyi aşkar edilmişdir. Həmçinin gediş-gəliş yolu evlərə dair verilmiş texniki pasportlarda nəzərdə tutulmamışdır. Fərdi yaşayış evlərinə hazırkı faktiki vəziyyətdə yeganə gediş-gəliş yolu Babək prospekti, Qafqaz küçəsi tərəfə, qeyri-yaşayış binasının ümumi sahəsinə daxil olan və 1-ci mərtəbəsində yerləşən, texniki pasportda 15 saylı xidmət sahəsi kimi nəzərdə tutulmuş hissədən keçir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən müvafiq olaraq 5b, 5v, 5a və 5q saylı fərdi yaşayış evlərindən əsas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlə rindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq Cavabdeh3 hər bir iddiaçıya 12.000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1.500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evləri aypara şəklində bir-biri ilə qonşuluqda yerləşir. Qonşular qeyd edilən fərdi yaşayış evlərini əldə etdikləri zaman evlərin ümumi istifadədə olan yola çıxışı əvvəl dörd mərtəbli olan, sonradan iki mərtəbənin artırılması nəticəsində hazırda altı mərtəbəli olan qeyri-yaşayış sahəsində olan arkanın altındakı torpaq sahəsindən keçməklə olmuşdur. Hər bir evin qapısından əvvəlcə ümumi istifadədə olan boş torpaq sahəsinə çıxış və oradan da qeyd edilən binanın altında yerləşən ümumi istifadədə olan torpaq üzərində yerləşən arka vasitəsilə ümumi yola cəmi bir çıxış olubdur. Onların fərdi yaşayış evlərinə dair Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş texniki pasportlarda mövcud olan “Torpağın planı”nda da fərdi yaşayış evlərinin yola çıxışının həmin arkanın altında yerləşən torpaq sahəsindən olduğu öz əksini tapıb. Lakin hazırda onların ümumi yola çıxışını təmin edən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi istifadədə olan torpaq cavabdehlər tərəfindən zəbt edilərək, arka cavabdeh tərəfindən tikilərək bağlanıb və iddiaçıların ümumi istifadədə olan yola çıxışı kəsilib. Qonşuların cavabdehdən onların ümumi istifadədə olan yola çıxışını təmin edən torp ağın zəbt edilməsi ilə nəticələnin arkanın tikintisinin dayandırılması və tikilinin sökülməsi ilə bağlı tələbləri nəticəsiz qalıbdır. Lakin cavabdehlərin onların öz əmlaklarına keçməsi üçün müəyyən edilmiş sahəni bağlaması nəticəsində onlar öz əmlaklarından istifadə etmək hüquqlarından məhrum olmuşdur. Bu müddət ərzində əmlakından istifadə edə bilməmələri nəticəsində onların əlindən çıxmış faydanı ən azı 54,000 manat həcmində qiymətləndirirlər. Hər biri öz əmlakını aylıq ən azı 500 yüz manata icarəyə verə bilərdilər ki, cavabdehlərin yolu bağlaması nəticəsində onlar bu hüquqlarını reallaşdıra bilməyiblər. Cavabdeh3 xx.xx.2021-ci il tarixdən 15 saylı keçid sahəsinin müəyyən edildiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisi olub, həmin tarixdən bu günədək (aprel 2023) onların hər birinin əldən ç ıxmış fayda məbləği 13,500 manat edir. Bu məbləğin 12,000 manatı Cavabdeh3 mülkiyyətçi olduğu müddət üçün onun tərəfindən, 1500 manatı isə Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçi olduğu müddət üçün onlar tərəfindən müştərək qaydada ödənilməlidir.
6. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5359 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı yerləşkən (arka) olaraq qeyd olunan sahə, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 04/3904 inventar nömrəli “Texniki Pasport” da öz əksini tapan 15 nömrəli xidmət sahəsidir, iddiaçılara məxsus olan fərdi yaşayış evlərinin giriş-çıxış qapısı həmin evlərin qarşısında yerləşən torpaq sahəsinə açı lır, həmin hissə fərdi yaşayış evlərinə dair tərtib olunmuş “Texniki Pasport”ların “Torpaq sahəsinin planı” bölməsində yol kimi qeyd olunsa da, fərdi yaşayış evlərinin ümumi yola çıxış istiqamətləri “Texniki Pasport”da öz əksini tapmışdır. Həmin Texniki pasportda göstərilən qeyri-yaşayış sahəsinə aid olan 15 nömrəli xidmət sahəsinin sahəsi 200 kv.metrdir və həmin sahə texniki pasportda göstərilən qeyri- yaşayış sahəsinin birinci mərtəbəsinin sahəsinə daxil olduğu, 15 nömrəli xidmət sahəsinin tikinti altı sahəsi (divarların altı nəzərə alınmaqla) 205,1 kv.metrdir. Qeyri-yaşayış sahəsinin ümumi tikinti altı sahəsinin 1149,7 kv.metr olduğunu nəzərə alaraq 15 nömrəli xidmət sahəsinin altında olan torpaq sahəsi nəzərə alınmadan qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin ölçüsü 944, 6 kv.metrdir.
7. Məhkəmədə icraat zamanı iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların yaşayış evlərinin çıxışı olan ümumi istifadə yolunun (S-970 kv.m) əsas yoldan gediş-gəlişi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və Cavabdeh2 ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olduğu, qeyd olunan 15 saylı sahənin qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil olduğu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixdən əvvəl texniki pasportunun mövcud olduğu qeyd edilmişdir.
8. Bundan sonra iddiaçıların vəsatətinə əsasən Cavabd eh3 əsl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ziyəddin qızı ilə əvəz edilmiş, sonradan iddiaçıların ərizəsinə əsasən Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-48/2023 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 15 saylı sahənin bağlanmasına səbəb olmuş dəmir qurğunun (qapının) qanunsuz tikili hesab edilərək cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən qonşuların əsas yola çıxışını təmin etməsi ilə bağlı tələb mülkiyyətlərində olan daşınmaz əmlaklara gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdehlərin mülkiyyətinə müdaxiləni (mülkiyyəti olan qap ının sökülməsi və yola çıxışın təmin edilməsi), yaxud mülkiyyətin məhdudlaşdırılmasını təşkil edir.
11. Məhkəmə hesab etmişdir ki, müdaxilənin qanunauyğun (hüquqi əsasının) olması həm müdaxiləni tələb edən tərəfin, həm də müdaxiləyə məruz qalan tərəfin mülkiyyət hüquqlarının qanuni olub-olmamasının araşdırılmasını tələb edir. Həm iddiaçıların, həm də cavabdehlərin mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. Hazırkı mübahisə üzrə iddiaçıların hər birinin onlara məxsus fərdi yaşayış evlərinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə hər birinin qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları vardır. Bu konteksdə, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri haqlı görünə bilər. Lakin məhkəmə hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin 200 kv.m.-dən ibarət 15 saylı “xidmə t sahəsi”ndə quraşdırlmış dəmir qurğunun (qapının) qanunsuz tikili hesab edilərək sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsindən iddiaçıların əsas yola çıxışının təmin edilməsi tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına ziddir. Belə ki, iddiaçıların fərdi yaşayış evlərinə gediş-gəliş yolunun təmin edilməsi cavabdehlərin mülkiyyətində olan hər hansı qurğunun (qapının) qanunsuz hesab edilməklə sökülməsi və 15 saylı “xidmət sahəsi”nin altındakı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçıların istifadəsinə verilməsi yolu ilə deyil, başqa bir qanuni əsasla, servitut yolu ilə daha məqbuldur. Digər bir tərəfdən, iş materialları ilə müəyyən edilmişdir ki, 15 saylı “xidmət sahəsi”nin altında olan torpaq sahəsi zəbt edilmiş torpaq sahəsi deyil, cavabdehl ərin qanuni istifadəsindədir, həmçinin 15 saylı “xidmət sahəsi”nin girişinə quraşdırılmış qurğu (qapı) da qanunsuz “tikili” deyil. Belə ki, yenə də işdə olan istər xx.xx.2014-cü il tarixdə, istərsə də xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportlarda 15 nömrəli “xidmət sahəsi”nin mübahisə edilən giriş hissəsinin bağlı olması nəzərdə tutulmuşdur. Digər bir tərəfdən, qeyri-yaşayış sahəsi Cavabdeh1la Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. Mülkiyyətçinin isə öz mülkiyyətindən istədiyi kimi istifadə etməsi, bu hüquq digər şəxslərin maraqlarına toxunduğu halda isə pozuntunun aradan qaldırılmasının hüquqi əsasları yuxarıda ətraflı şərh edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəs i və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayət etdiyi halda, mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. Lakin iddiaçılar cavabdehlərin hərəkətlərinə görə nə real, nə də əldən çıxmış fayda formasında ona zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın əsassız olması qənaətinə gəlmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29- cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152.1-ci, 152.5-ci, 255.1-ci, 255.4- cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1ci, 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protok oluna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
15. Apellyasiya şikayəti iddia ərizələrinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, onların tələbi cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etmədiyindən, iddianın mahiyyətcə cavabdehlərin mülkiyyətlərinə müdaxilə təşkil etməsi ilə bağlı birinci instansiya məhkəməsinin arqumentinin heç bir hüquqi əsası yoxdur. Müdaxilə o halda mövcud ola bilərdi ki, onlar məhkəmənin qətnaməsində yazdığı kimi servitut tələb etmiş olsunlar. Belə ki, onların ümumi yola çıxışı cavabdehlər həmin mülkiyyətlərə sahib olduqları ilk vaxtdan cavabdehlərin mülkiyyətindən keçməklə olubdur və bu öz təsdiqini 1 saylı Ərazi İdarəsinin verdiyi məktublarda da dəfələrlə öz əksini tapıb. Odur ki, onların tələbi mövcud olan yolun qanunsuz bağlanmasının aradan qaldırılmasıdır ki, onların bu tələbi heç bir halda cavabdehlərin mülkiyyət hüququna müdaxilə təşkil edə bilməz. Onların vəsatəti əsasında ekspertin məhkəmə prosesində dindirilməsi zamanı və eləcə də, bir ildən artıq davam edən məhkəmə prosesi zamanı hakim bir dəfə də olsun 15 saylı sahənin cavabdehlərin məhkəməyə təqdim edilmiş texniki pasportlarında bağlı və ya açıq olmasına dair ekspertə və tərəflərə sual verməyib, ekspertiza qarşısında bununla bağlı sual qoymayıb və ümumiyyətlə, bu məsələnin araşdırılmasına maraq göstərməyib. Hətta onların nümayəndəsi dəfələrlə məhkəmə prosesi zamanı bu sah ənin texniki pasportlarda açıq təsvir edildiyini bəyan edən zaman da, hakim nümayəndəyə bununla bağlı sual verməyib. Hətta 1 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilərək, onların öz mülkiyyətlərinə gediş-gəliş yolunun sözügedən 15 saylı sahədən keçdiyinə dair veridyi məktublarına izah verilməsi, aydınlıq gətirilməsinin təmin edilməsinə dair onların vəsatətlərinə baxmayaraq, hakim bu vəsatətləri təmin etməyib. Lakin sonda hər hansı sübuta istinad etmədən, ekspertin yerli baxış zamanı həmin sahənin bağlı olduğunu bildirdiyinə istinad edərək, sadəcə bu əsasla qərar çıxarıb. Ekspert rəyi birinci instansiya məhkəməsinin qətnaməsində təhrif edilmişdir. Belə ki, ekspertizanın rəyində məhkəmənin yazdığının əksinə olaraq, onların texniki pasportlarında yolun göstərildiyi öz əksini tapmış dır. Üstəlik, ekspertizanın rəyində onların texniki pasportlarında göstərilən yolun onların evləri qarşısında olan torpaq sahəsinə açıldığı öz əksini tapmışdır. Bu o torpaq sahəsidir ki, onlar bu torpaq sahəsinə çıxaraq daha sonra 15 saylı sahədən ümumi yola çıxıblar ki, daha sonra 15 saylı sahənin cavabdehlər tərəfindən qanunsuz bağlanması nəticəsində onların texniki pasportlarında yol kimi göstərilən bu torpaq sahəsindən ümumi yola və evlərinə giriş-çıxış edə bilməyiblər. “Yol” dedikdə, hər kəsə bəllidir ki, gediş-gəliş üçün nəzərdə tutulan zolaq/yer başa düşülür və “yol” dedikdə hər bir yanı bağlı torpaq sahəsi nəzərdə tutulması mümkün deyil. Ekspertizanın rəyindən və eləcə də, onların evlərinə dair texniki pasportlardan müəyyən edildiyi kimi, onlara məxsus texniki pasportlarda onların ümumi yola çıxışının, yəni gediş-gəliş yollarının evlərinin qarşısında olan torpaq sahəsindən olduğu öz əksini tapıb. Əgər həmin torpaq sahəsi onların texniki pasportlarında yol kimi göstərilibsə, aydın məsələdir ki, həmin torpaq sahəsi bağlı ola bilməzdi. Çünki bağlı olan torpaq sahəsi yol anlayışını ifadə etmir. Əvvəla, məhkəmə 1 saylı Ərazi İdarəsinin onların ümumi yola çıxışının 15 saylı sahədən olduğuna dair məktublarını nə üçün sübut qismində nəzərə almadığını əsaslandırmayıb. Digər tərəfdən məhkəmə qanunsuz olan tikilinin sökülməsinin tərəflərin maraqları arasındakı mütənasibliyi hansı şəkildə pozduğunu da qətnamədə əsaslandırmayıb. Məhkəmə onların qanuni tələblərini təmin etmək əvəzinə, heç bir əsas olmadan onların hüquqlarının təminin servitut yolu mümkün olacağını yazıb. Onları n hüquqlarının təmini o halda servitut yolu mümkün olardı ki, onların ümumi yola çıxışı ümumiyyətlə nəzərə alınmamış olsun və bu səbəbdən cavabdehlərdən “yol” istəmiş olsunlar. Halbuki, onlara məxsus evlərin texniki pasportlarından da göründüyü kimi, onların texniki pasportlarında yol müəyyən edilib. Sonradan həmin yolun qanunsuz bağlanılması qanunsuz tikilinin sökülməsini tələb etmək əvəzinə, servitut tələb etmək vəzifəsini yaratmır. Məhkəmənin iddianı təmin etməməklə bağlı mövqeyi qanunsuz tikili anlayışının aydın olmadığını göstərir. 15 saylı sahənin cavabdehlərin mülkiyyətində olması, avtomatik olaraq həmin sahə altında olan torpaq sahəsindən cavabdehlərin həmin sahənin təyinatını nəzərə almadan istənilən qaydada istifadə hüququnu yaratmır. Belə ki, 15 saylı sahə altındakı torpaq sahəs i gediş-gəliş üçün boş sahə olaraq nəzərdə tutulub və 15 saylı sahənin özü də onların və digərlərinin gedişgəlişi üçün açıq sahə kimi layihələndirilib. Bu torpaq sahəsindən təyinatına uyğun istifadənin qarşısının alınaraq heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə keçmənin bağlanması, bu bağlamanı tətbiq edən şəxslər tərəfindən torpağın zəbt edilməsini yaradıb. Eləcə də, 15 saylı sahə cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin həm 2014, həm də 2018-ci il tarixli texniki pasportlarında açıq şəkildə layihələndirildiyindən, sonradan heç bir icazə almadan bu sahənin dəmir qurğu/qapı İlə bağlanması həmin dəmir qapının qanunsuz tikili olduğunu təsdiq edir. Əvvəla, məhkəmə sözügedən texniki pasportlarda 15 saylı sahənin mübahisəli giriş hissəsinin bağlı nəzərdə tutulduğuna dair heç bir də lilə istinad etməyib. Yeganə istinad edilən ekspertin yerli baxış zamanı şifahi şəkildə həmin hissənin bağlı olduğunu bildirməsidir ki, maraqlıdır ki, ekspertin həmin “bildirişi” də onların eşidə biləcəyi şəkildə baş verməyib. Əgər məhkəmə qeyd edilən texniki pasoprtlara diqqətlə baxmış olsaydı, həmin texniki pasportlarda mübahisəli giriş qapsının açıq şəkildə təsvir edildiyini görmüş olardı. Belə ki, hər iki texniki pasportda mübahisəli giriş qapısı və onunla qarşı-qarşıya olan hissə bir xətlə təsvir edilmişdir ki, bu da həmin sahələrin açıq olduğunu ifadə edir. Bunu çox rahat şəkildə görmək mümkün olduğu halda, məhkəmə qətnamədə həqiqəti təhrif etməyə çalışıb.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6081/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı dır.
18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, ünvan 2 ünvanında 7.230,6 kv.m sahə üzərində yerləşən əmlak (qeyri-yaşayış binası) Cavabdeh3 mülkiyyətində olmuş, lakin xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh1 bağışlanmışdır. Cavabdeh1 da bu əmlakın 1-ci mərtəbəsindəki 15 saylı xidmət sahəsini xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Cavabdeh2 Ziyyadın qızına bağışlamış və onun həmin əmlaka mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak hazırda da sonuncunun mülkiyyətindədir. Hazırda həmin sahənin mülkiyyət baxımından Cavabdeh3 hər hansı aidiyyəti yox dur. Bu baxımdan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 15 saylı sahənin altında olan torpaq sahəsini zəbt etmiş şəxs hesab edilə bilməzlər, habelə 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) sökülməsini və həmin sahənin altındakı torpaq sahəsinin boşaldılmasını həyata keçirə bilməzlər, bununla bağlı hər hansı hüquqa və səlahiyyətə malik deyillər. Başqa sözlə, qeyd edilən cavabdehlər hüquqi nəticə etibarı ilə bu iddia tələblərinə cavab verməli olan şəxslər deyil.
19. Məhkəmə kollegiyası 15 saylı xidməti sahənin mülkiyyətçisi Cavabdeh2 Ziyyadın qızına münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, 15 saylı xidməti sahənin altında olan torpaq sahəsi Cavabdeh2 Ziyyadın qızı tərəfindən zəbt edilməmi ş, rəsmi olaraq onun istifadəsinə verilmişdir. Həmin sahədən onun iddiaçılarla birgə istifadə etməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. İddiaçıların özünün də həmin sahədən istifadə etmək hüququnu təsdiq edən hər hansı sübut yoxdur. İddiaçıların müəyyən müddət həmin yerdən keçid kimi istifadə etmələri, onların bu sahədən istifadə hüquqlarını, habelə mülkiyyətçinin müddət etibarı ilə məhdudiyyətsiz şəkildə onlara belə bir hüquqi imkanın verilməsi öhdəliyini yaratmış olmur. Eyni zamanda, mövcud vəziyyət mülkiyyətçi tərəfindən iddiaçılara münasibətdə onların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Mülkiyyətçi onların qarşısında bu məsələ üzrə hər hansı öhdəlik götürməmişdir.
20. Cavabdeh2 Ziyyadın qızı 15 saylı xidməti sahənin mülkiyyətçisi olaraq həmin sahəyə dəmir qapı quraşdırmaqda tam sərbəstdir. Onun belə bir tədbir görməyə səlahiyyəti bilavasitə mülkiyyət və torpaq sahəsinə olan istifadə hüquqlarına söykənir. Həmin sahəyə iddiaçıların hər hansı hüququ olmadığından orada dəmir qapının quraşdırılması iddiaçıların hər hansı hüququnun pozulması, dəmir qapının isə qanunsuz tikili kimi qiymətləndirilməsi üçün əsas yaratmır.
21. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5359 saylı ekspert rəyində iddiaçıların fərdi yaşayış evlərinin ümumi yola çıxış istiqamətlərinin “Texniki pasport”da öz əksini tapmadığı göstərilmişdir.
22. Məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı v ə Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulması onun bağlanmasının qeyri-mümkün olduğunu özündə ehtiva etmir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların mülkiyyətində olan evlərin çıxışı olan ümumi istifadə yolunun əsas yoldan gediş-gəlişinin cavabdehlərin ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda göstərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olması barədə məlumatın isə cavabdehlərə hər hansı hüquqi təsiri (yükü) yoxdur. Əks halda, mülkiyyətçinin bu sahəyə olan mülkiyyət hüququ bir hüquq olaraq öz əhəmiyyətini itirmiş olur və faktiki vəziyyətinə görə bu sahəni qeyri-müəyyən dairədə (həmin yerdən yolu düşən ixtiyari şəxsə m ünasibətdə) şəxslərin ümumi istifadəsində olan bir yer səviyyəsinə endirir. Bu hal iş materiallarında olan 1 ədəd fləş kartda əks etdirilmiş həmin sahənin texniki quruluşu (göstəricisi) ilə bilavasitə öz təsdiqini tapır.
23. Bununla belə, məhkəmə kollegiyası iddiaçıların yerləşkənin (arkanın) bağlanmasının qanunsuz hesab edilərək sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və torpaq sahəsinin ümumi istifadə üçün boşaldılması tələblərinin təmin edilməsi üçün hər hansı hüquqi əsasın olmaması qənaətinə gəlir və apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir.
24. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, paylı mülkiyyət baxımından da, yəni Cavabdeh1 da bu tələblərə cavab verməli şəxs olduğu halda belə, məhkəmə kollegiyasının mövqeyi dəyişilməz qalır.
25. Məhkəmə kollegiyası maddi zərərin tutulması tələbi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilk növbədə qeyd edir ki, bu tələb yuxarıda hüquqi qiymət verilən əsas tələblərə münasibətdə törəmə tələbdir və əsas tələblərin təmin edilməməsi hüquqi nəticə etibarı ilə bu tələblərin də təmin edilməməsini şərtləndirir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellya siya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
27. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 140, 152.1, 152.3, 152.5, 157.1, 157.2 və 175.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəmənin 07 dekabr 2023-cü il tarixli, 2(103)-6081/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddia tələblərini təmin edən yeni qərar çıxarılmasını xahiş etmişlər.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən, qətnamə ləğv edilməlidir. 1. 15 saylı sahənin altındak ı torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt edilməyib, onun rəsmi istifadəsinə verilib, həmin sahədən onun iddiaçılarla birgə istifadə edilməsini təsdiq edən, eyni zamanda iddiaçıların da həmin sahədən istifadə etdiyini təsdiq edən hər hansı sübut olmaması arqumentinə istinadı mülkiyyət hüququnun mahiyyətinin məhkəmə tərəfindən səhv təfsir edildiyini təsdiq edir. Birincisi, mülkiyyət hüququ mütləq hüquq deyil, nisbi hüquqdur. Mütləq hüququn mahiyyəti odur ki, bu hüquqlar heç bir zaman məhdudlaşdırıla bilməz. Məsələn, işgəncələrə məruz qalmamaq hüququ. Yəni, şəxslər heç bir zaman, istər cinayətkar olsun, istər müharibə şəraiti olsun və s. işgəncələrə məruz qala bilməz. Amma mülkiyyət hüququ işgəncələrə məruz qalmamaq hüququ kimi mütləq hüquq deyil. Mülkiyyət hüququ nisbi hüquqdur. Yəni, mülki yyət hüququ qanuni əsaslarla məhdudlaşdırıla bilər. İkincisi, məhkəmənin qeyd edilən mövqeyi faktiki olaraq hüquqdan sui-istifadəni təsbit edib ki, buna da qanunla yol verilmir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrini tətbiq etməli olduğu halda, tətbiq etməyib, əksinə, həmin maddələrin mahiyyətinə zidd əsaslandırmaya istinad edib. Məhkəmə Cavabdeh2 əvvəlcədən açıq layihələndirilmiş 15 saylı xidmət sahəsini hansı hüquqi əsasla bağladığını təsdiq edən sənədləri tələb etmək əvəzinə, əsassız olaraq mülkiyyət hüququna malik olmanın buna istinasız yol verdiyini yazaraq, hüququn mahiyyətinə zidd qərar qəbul edib. Üçüncüsü, Tikinti və Şəhərsalma Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmi n torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. İddiaçılara məxsus fərdi evlərin hər birinə dövlət tərəfindən verilmiş Texniki pasportda evlərin avtomobil yoluna çıxışı öz əksini tapıb. Sonradan cavabdehə məxsus qeyri-yaşayış binasının tikilməsi iddiaçıların ümumi yola çıxışını bağlaya bilməzdi. Buna görə də 1 saylın Bakı Ərazi İdarəsinin iş materiallarında olan məktublarından da göründüyü kimi, iddiaçıların ümumi yola çıxışı 15 saylı sahədən keçməklə müəyyən edilib. Yəni, ilk layihələndirmədən etibarən bu sahə iddiaçıların ümumi yola çıxışını təmin etmək üçün müəyyən edilib. 15 saylı sahənin altındakı torpaq dövlət mülkiyyətində olan torpaqdır. Həmin sahənin cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsnin altında yerləşməsi cavabdehin yuxarıda qeyd-etdiyikləri kimi, həmin sahədən sui-istifadə edərək istifadə hüququnu yaratmır. İddiaçılara məxsus fərdi yaşayış evlərinin və eləcə də, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin tikintisinə icazə verən dövlət qurumları həmin sahədən iddiaçıların və s.-nin ümumi yola çıxışını təmin etmək məqsədilə istifadəsini müəyyən ediblər. Dördüncüsü, qeyd edilən arqumentə istinad edən məhkəmə cavabdehin qanuni istifadəsində olan həmin torpağın təyinatına da hüquqi qiymət verməyib. Çıxarışa baxsaq, həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara daxildir. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə hüququnun həddinə hüquqi qiymət verməyən, buna dair hər hansı sənədə sübuta istinad etməyən məhkəmə, heç bir hüquqi əsas olmadan cavabdehin torpaq sahəsindən məhdudiyyətsiz istif adə hüququnun olduğu qənaətinə gəlib. Həmin torpaq sahəsində tikilmiş tikilinin, eləcə də, 15 saylı sahənin cavabdehin mülkiyyətində olması, onun altındakı torpaq sahəsinin təyinatının cavabdeh tərəfindən istənilən vaxt avtomatik dəyişdirilməsi və həmin torpaqdan məhdudiyyətsiz istifadə hüququnu yaratmır.
30. Cavabdeh2 15 saylı sahənin mülkiyyətçisi olaraq həmin sahəyə dəmir qapı quraşdırmaqda sərbəstdir– arqumenti ilə bağlı: Qanunsuz tikilinin anlayışı Mülki Məcəllənin 180-ci maddəsində təsbit edilib. 15 saylı sahənin cavabdehlərin mülkiyyətində olması, avtomatik olaraq həmin sahə altında olan torpaq sahəsindən cavabdehlərin həmin sahənin təyinatını nəzərə almadan istənilən qaydada istifadə hüququnu yaratmır. Belə ki, 15 saylı sahə altındakı torpaq sahəsi gediş-gəliş üçün boş sahə olaraq nəzərdə tutulub və 15 saylı sahənin özü də iddiaçıların və digərlərinin gediş-gəlişi üçün açıq sahə kimi layihələndirilib. Bu torpaq sahəsindən təyinatına uyğun istifadənin qarşısının alınaraq heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinə keçmənin bağlanması, bu bağlamanı tətbiq edən şəxslər tərəfindən torpağın zəbt edilməsini yaradıb. Eləcə də, 15 saylı sahə cavabdehlərə məxsus qeyri-yaşayış sahəsinin həm 2014, həm də 2018-ci il tarixli texniki pasportlarında açıq şəkildə layihələndirildiyindən, sonradan heç bir icazə almadan bu sahənin dəmir qurğu/qapı ilə bağlanması həmin dəmir qapının qanunsuz tikili olduğunu təsdiq edir. Qeyd edilən arqumentə istinad edən məhkəmə Mülki Məcəllənin 175.3-cü maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməyib. Həmin maddəyə əsasən, əgər torpaq sahəs i ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. 31.. Ekspertiza rəyində iddiaçıların yola çıxış istiqamətləri Texniki pasportda öz əksini tapmadığı göstərilib– arqumenti ilə bağlı: Bu arqumentlə bağlı mövqelərini apellyasiya şikayətində göstərmələrinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi hər hansı dəlilə istinad etmədən, eyni arqumentə istinad edərək, arqumentlərinin üzərindən sükutla keçib. Apellyasiya şikayətində də göstərdikləri kimi, ekspertizanın rəyində iddiaçıların texniki pasportlarında göstərilən yolun onların evləri qarşısında olan torpaq sahəsinə açıldığı öz əksini tapmışdır. Bu o torpaq sahəsidir ki, iddiaçılar bu torpaq sahəsinə çıxaraq daha sonra 15 sayl ı sahədən ümumi yola çıxıblar ki, daha sonra 15 saylı sahənin cavabdehlər tərəfindən qanunsuz bağlanması nəticəsində iddiaçılar onların texniki pasportlarında yol kimi göstərilən bu torpaq sahəsindən ümumi yola və evlərinə giriş-çıxış edə bilməyiblər. “Yol” dedikdə, hər kəsə bəllidir ki, gediş-gəliş üçün nəzərdə tutulan zolaq/yer başa düşülür və “yol” dedikdə hər bir yanı bağlı torpaq sahəsi nəzərdə tutulması mümkün deyil. Ekspertizanın rəyindən və eləcə də, iddiaçıların evlərinə dair texniki pasportlardan müəyyən edildiyi kimi, iddiaçılara məxsus texniki pasportlarda onların ümumi yola çıxışının, yəni gediş-gəliş yollarının evlərinin qarşısında olan torpaq sahəsindən olduğu öz əksini tapıb. Əgər həmin torpaq sahəsi iddiaçıların texniki pasportlarında yol kimi göstərilibsə, aydın məsələdir ki, həmin torpaq sahəsi bağlı ola bilməzdi. Çünki bağlı olan torpaq sahəsi qeyd etdiyimi kimi, yol anlayışını ifadə etmir. Bundan başqa, iddiaçıların evləri daha əvvəl tikildiyindən, onlara məxsus texniki pasportlarında yolların istiqamətinin göstərilməsinə ehtiyac da olmayıb. Digər tərəfdən, hər hansı texniki pasportda yolun evə münasibətdə sadəcə harada yerləşdiyi göstərilir və iddiaçıların fərdi evlərinin texniki pasportlarında da bu göstərilib. Yolun sonradan zəbt edilməsi, iddiaçıların yola çıxışının texniki pasportda göstərilmədiyini ehtiva etmir. 32. xx.xx.2023-cü il tarixli məktuba əsasən 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulması onun bağlanmasının qeyri-mümkün olduğunu özündə ehtiva etmir arqumenti ilə bağlı:Məhkəmənin bu arqumentinin hüquqi əsası olmamaqla yanaşı, heç bir məntiqi əsası da yoxdur. Məhkəmənin məntiqi ilə yanaşsaq, onda belə çıxır ki, bütün keçid üçün nəzərə tutulan sahələri – arkaları və s., bütün texniki pasportlarda açıq kimi layihələndirilmiş sahələri faktiki olaraq bağlamaq mümkün olduğu üçün, onları bağlamaq olar.Məhkəmənin bu məntiqi ilə artıq layihələndirmə, dövlət orqanlarının həmin layihələrini təsdiq etməsinin zərurəti aradan qalxmış olur ki, məhkəmənin qeyd edilən istinadının əsassızlığını təsdiq edir. Burada məsələ, sahənin bağlanmasının mümkün olub olmadığı ilə bağlı deyil. Bəli, əlbəttə ki, istənilən açıq sahəni fiziki olaraq bağlamaq mümkündür. Amma burada əsas məsələ, həmin sahənin bağlamağın qanuni olub-olmamasıdır ki, məhkəmə cavabdeh Sahilə Qurbanovanın 15 saylı sahəni bağlamasının qanuni əsası olduğunu göstərmə yib. Yeganə olaraq, həmin sahənin bağlanmasının hüquqi əsası kimi, Cavabdeh2 mülkiyyət hüququnun olduğuna istinad edilib ki, bu istinadın da əsassız olduğunu birinci arqumentə münasibətlərində əsaslandırmışlar.
33. Bakı Apellyasiya Məhkəməsi tərəfindən aşağıda göstərilən prosessual hüquq normalarının pozulub ki, bunun da nəticəsində, iddia tələblərimin təmin edilməməsi hissəsində düzgün olmayan qətnamə qəbul edilib. Belə ki, məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı MPM-in 88-ci və məhkəmə qətnaməsinin əsaslandırılmasını tələb edən MPM-in 220-ci maddəsinin tələbini pozub.
34. Məhkəmə iddiaçıların evlərində gediş-gəliş yolunun 15 saylı sahədən olduğuna dair 1 saylı Ərazi İdarəsinin məhkəməyə və vəkil sorğusuna cavab olaraq göndərdiyi məktublardakı mövqeyini nə üçün qəbul etmədiyini əs aslandırmayıb. Texniki pasportlarda yolların mütləq istiqamətlərinin göstərilməli olduğunu və bu istiqamətlərin göstəriləməsinin nədən ibarət olduğunu əsaslandırmayıb. İddiaçıların texniki pasportlarında göstərilmiş yol anlayışının nəyi ifadə etdiyini və iddiaçıların şikayətlərində yol anlayışı ilə bağlı təqdim etdiyi arqumentləri nə üçün qəbul etmədiyini əsaslandırmayıb. Cavabdehlərin mülkiyyət hüququnu mütləq hüquq kimi qoruduğu halda, iddiaçıların mülkiyyət hüquqlarının nə üçün qorunmalı olmadığını əsaslandırmayıb. İş üzrə məhkəmə tərəfindən yerində müayinənin keçirilməsi barədə qəbul edilmiş qərarın niyə icra olunmadığını əsaslandırmayıb. Qeyd edilənlərdən başqa, BakıApellyasiya Məhkəməsi MPM-in 9-cu maddəsi ilə təminat verilən işə çəkişmə və tərəflərin bərabərliyi əsasında baxılmasını da pozub. Belə ki, məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin üzrlü səbəbdən 07 dekabr 2023-cü il tarixdə məhkəmə prosesində iştirak etməyəcəyi və bu səbəbdən məhkəmə baxışının tarixinin dəyişdirilməsi barədə vəsatətini heç bir əsaslandırma gətirmədən təmin etməyərək, iddiaçıların iştirakı olmadan, onların əsaslandırmalarını dinləmədən, yerində müayinənin keçirilməsi barədə qərarını icra etmədən tələsik qətnamə çıxarıb ki, bununla da iddiaçıları cavabdehlər qarşısında əlverişsiz vəziyyətə salıb. Birinci və apellyasiya instansiyası məhkəmələrinin Azərbaycan Respublikasının adından qəbul etdiyi qətnamələr iddiaçıların X10 Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun pozul masına səbəb olub.
35. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 152.6, 175.3, 180.1, Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin 57.1, Azərbaycan Respublikasının MPM-in 9, 88, 165, 220, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvesiyasının 6- cı maddəsinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh2 Ziyaddin qızının vəkili Vəkil2 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
41. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əml aka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır;
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilm əsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və pros essual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosesual hüquq normaları pozulmuşdur.
57. Belə ki, iddia tələbi, iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən müvafiq olaraq 5b, 5v, 5a və 5q saylı fərdi yaşayış evlərindən əsas yola çıxışı təmin edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi birgə pa ylı mülkiyyətində olan qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki 15 saylı sahənin altında olan torpaq sahəsinin zəbt edilməsinin və 15 saylı sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması, iddiaçıların əsas yola çıxışını bağlamaqla mülkiyyətlərindən istifadəyə maneə yaradılması nəticəsində vurulmuş zərərin əvəzi olaraq Cavabdeh3 hər bir iddiaçıya 12.000 manat pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 və Cavabdeh2 isə hər bir iddiaçıya 1.500 manat məbləğində vəsaitin müştərək qaydada ödənilməsi barədə qətnamə çıxarılması barədədir.
58. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, a pellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
59. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Çünki apellyasiya instansiyası məhkəməsinin sübutlara qiymət verməsi Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubu ilə 15 saylı sahənin hər iki tərəfinin açıq nəzərdə tutulmasının bildirilməsinin, 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıların mülkiyyətində olan evlərin çıxışı olan ümumi istifadə yolunun əsas yoldan gediş-gəlişinin cavabdehlərin ümumi birgə paylı mülkiyyətində olan qeyri-yaşayış binasının texniki pasportunda gös tərilən 1-ci mərtəbədəki 15 saylı sahədən (200 kv.m.) olması barədə məlumatların iddiaçıların müvafiq hissədən gediş-gəliş yolunun olması nəticəsinə gəlməyə əsas vermədiyini kifayət qədər əsaslandıra bilməmiş, eləcə də iddiaçılara məxsus daşınmaz əmlaklara başqa gediş-gəliş yolunun olub-olmamasını, iddiaçıların əvvəllər mülkiyyətlərində olan daşınmaz əmlaklara hansı yolla hansı əsasla gedib-gəldiklərini də kifayət qədər araşdırıb hüquqi qiymət verməmiş, iddiaçılara məxsus daşınmaz əmlaklar inşa edildikləri vaxt daşınmaz əmlakların inşa edildiyi torpaq sahəsinin avtomobil yoluna çıxışının haradan olduğu məsələsinə aydınlıq gətirməmişdir.
60. Eləcə də həmin 200 kv.m sahənin son mülkiyyətçisi olan Cavabdeh2 həmin sahəni iddiaçıların hüquqları ilə yüklü əldə edib-etməməsinə hüquqi qiymət vermə mişdir.
61. Apellyasiya instansiyası məhkəməsi göstərilən məsələlərə hüquqi qiymət verildikdən sonra iddia tələbinin sahənin bağlanmasına səbəb olan tikilinin (dəmir qurğu/qapı) qanunsuz tikili (özbaşına tikili) hesab edilərək, cavabdehlərin hesabına sökülməsi və 15 saylı sahənin altındakı torpaq sahəsinin qonşuların əsas yola çıxışını təmin etmək üçün boşaldılması hissəsinin əsaslı olub-olmaması qənaətinə gəldikdən sonra, həmin əsas tələblərdən asılı olan maddi zərərin tutulması tələbinin əsaslı olubolmamasına hüqiqi qiymət verməli olduğu halda, belə istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.
62. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının yuxarıda göstərilən pozuntusuna yol verilməsi maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlinməsinə imkan vermir.
63. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ mütləq hüquq deyil, qanuni əsaslarla məhdudlaşdırıla bilər.
64. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
65. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların v ə qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
66. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
67. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüq uqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
68. Yuxarıda qeyd edilənlərə görə də iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 dekabr 2023-cü il tarixli 2(103)-6081/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 dekabr 2023-cü il tarixli 2(103)-6081/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.