Məhkəmə qərarları › İş №2(102)-2289/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2289/2024

28.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2289/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məzahir oğlunun Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-446/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları 1. 05 fevral 1960-cı il tarixdə Mehdiyev Məzahir Nəsrulla oğlu rəsmi nikah əsasında X11 ilə ailə qurmuş və onların birgə nikahından dörd övladları doğulmuşdur.

2. İddiaçı Məzahir oğlu (bundan sonra- iddiaçı) və Cavabdeh1 (bundan sonracavabdeh) qardaşdırlar.

3. Digər qardaşlar X9 və X6 miras mənzilə vərəsəlik açılanadək ölmüşlür.

4. Tərəflərin atası Mehdiyev Məzahir Nəsrulla oğlu 21 mart 1986-cı il tarixdə, anası X12 isə 25 noyabr 2020-ci il tarixdə ölmüşlər. 5. ünvan 1 ünvanda yerləşən (bundan sonra mübahisəli mənzil) mənzil mərhum X7 məxsus olmuşdur.

6. Digər vərəsələrdən iddiaçı xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinə müraciət edərək, anasından qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin cav abdeh ilə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmiş və notarius ona vərəsəlik hüququnu haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir.

7. Cavabdeh isə xx.xx.2021-ci ildə anasından miras qalmış əmlakı qəbul etməsi ilə bağlı notariat ofisinə ərizə ilə müaciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, 08 noyabr 2020-ci il tarixdə ölmüş anasına məxsus mübahisəli mənzilə dair vərəsəlik hüququnun tanınaraq, vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdır ki, Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Kontoruna müraciət edərək, 8 no yabr 2020-ci il tarixdə vəfat etmiş anasından miras qalmış mənzili qəbul etməyini bəyan etmişdir. Miras mənzil Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 49, mənzil 208-dən ibarət olmuşdur. Buna əsasən də 3 saylı Asan Xidmət mərkəzində yerləşən Notariat Ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Qeyd olunan müraciətə isə Notariat ofisi tərəfindən Notariat hərəkətini imtina edilməsi barədə qərarla vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, notariat ofisinə ünvanlanmış ərizəyə əsasən 08 may 2021-ci il tarixdə miras mənzili qəbul etməyi ilə bağlı müraciət etmiş, lakin ona şəhadətnamə verilməsindən imtina olunmuşdur.

10. Məhkəmə tərəfindən Cavabdeh2, Cavabdeh3, Cav abdeh4 və Cavabdeh5 cavabdeh kimi işə cəlb edilmişlər.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı miras mənzilin qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən, həmçinin digər vərələsər kimi, mərhumun nəvələri haqqında da məlumat vermişdir. X1 Rzayeva (Mehdiyeva) Sevda Hacağa qızı ilə nikahında Cavabdeh3 doğulmuşdur. Həmçinin, X3 Abasova (Mehdiyeva) Rəvanə Vahid qızı ilə nikahından Cavabdeh5 və X8 (yetkinlik yaşına çatmamışdır) doğulmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, vərəsələrdən Mehdi və Fərman analarından əvvəl öldüyündən onlar analarının vərəsələri hesab edilə bilməzdi və cavabdehlərin mirasdan pay almaq hüquqları olmamışdır. Belə ki, 08 noyabr 2020-ci il tarixdə vəfat etmiş anadan miras qalmış mübahisəli mənzillə bağlı onun vərəsələrinin, yəni tərəflərin vərəsəlik hüquqları tanınaraq payları müəyyən edilməldir.

14. Məhkəmə qeyd etmişdir ki, ölən vərəsələrin arvadları və uşaqları cavabdeh kimi işə cəlb edilmiş və onlar da məhkəməyə miras mənzili qəbul edərək digər cavabdeh İddiaçı Məzahir oğlunun xeyrinə imtina etmələrinə dair ərizə vermişlər.

15. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edilməli, anadan miras qalmış mübahisəli mənzil üzərində tərəflərin vərəsəlik hüquqları tanınmalı, həmin miras mənzilin ½ hissəsi üzərində iddiaçının və ½ hissəsi üzərində isə cavabdehin miras payları müəyyən edilməlidir.

16. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 1134.1, 1151.1, 1159.1, 1159.1.1, 1243.2, 1243.3, 1246, 1252, 1 255-ci maddələninə, habelə MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh1 Məzahi oğlu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1986-ci il tarixində atası öldükdən sonra ona məxsus olan Bəhruz Nuriyev küçəsində yerləşən 55 saylı evin 78 saylı mənzili miras qalmışdır. Həmin mənzil dörd qardaş (Mehdi, Əfqan, Fərman və Hüseyn) və anasının (Nazlı Mehdiyeva) arasında bərabər paylara bölünməklə miras payları müəyyən edilmişdir. Həmin əmlak 1997-ci il tarixində satılaraq iddiaçıya aid payı onun özünə verilmiş və qalan pay ları üç qardaş və anası (Əfqan, Fərman, Hüseyn və Nazlı Mehdiyeva) öz payları hesabına Nizami rayonu, C.ünvan 2 ünvanında yerləşən 94 B saylı evin 32 saylı mənzilini almışlar. Bu mənzili aldıqdan sonra qardaşı iddiaçı özü üçün aldığı mənzilə qeydiyyata düşə bilməməsi ilə əlaqədar olaraq onların aldığı mənzilə pasport qeydiyyatına düşmüşdür. Müəyyən müddətdən sonra həmin mənzili satmaq istəyən zaman qardaşları iddiaçı yenidən həmin mənzildən pay istəmiş və mənzili satmaq üçün onun razılığı tələb olunduğu üçün məcburi olaraq bu mənzildən də ona pay verməli olmuşlar. ünvan 3 ünvanında yerləşən 94 B saylı evin 32 saylı mənzili satıldıqdan sonra mübahisəli mənzil anasının adına alınmışdır. Bu mənzil atalarından miras qalan və 2 qardaşı, apellyatorun və anasının payları hesabına alınan mülkün sa tılması ilə əldə edilmişdir. Odur ki, iddiaçıya bu əmlakdan miras pay düşə bilməz. Düşdüyü halda isə anaları Nazlı Mehdiyevaya çatası 1 payın müəyyən hissəsi verilməlidir. Göstərilənlərdən başqa məhkəmə Mülki Məcəllənin 1246-cı maddəsini müvafiq maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsində deyilir: “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir”. Qardaşı İddiaçı anası Nazlı Mehdiyevanın öldüyünü ilk gündən bilirdi. Lakin Məcəllənin müəyyən etdiyi 3 ay müddətində mirası qəbul etməmişdir. Buna dair notariusa müvafiq ərizə ilə müraciət etməmişdir. Miras əmlak apellyator tərəfindən qəbul edilmiş və bu günə kimi də onun ida rəçiliyində olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər– Babayev Fuad (sədrlik edən və məruzəçi), Musayeva Cəmilə və Axundova Günay) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-113/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi payların müəyyən edilməsi hissəsində dəyişdirilərək, analarından miras qalmış mübahisəli mənzilin ¼ hissəsi üzərində iddiaçının, ¾ hissəsi üzərində isə cavabdehin miras payları müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərə kətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermiş, payların nisbətinə düzgün qiymət verməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı anasından miras qalmış mənzili rəsmi qəbul etmiş, digər vərəsə Cavabdeh1 isə mirası rəsmi qaydada müəyyən edilmi ş vaxtda qəbul etməsə də, ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşaymışdır. Yəni, cavabdeh anasından miras qalmış mənzili qəbul etməklə, həmin mənzilə sahiblik etmiş və mənzili idarə etmiş, beləliklə, mirası faktiki olaraq qəbul etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər anasından miras qalmış mənzili qəbul etmişlər. Birinci instansiya məhkəməsi tərəflərin vərəsəlik huquqlarının tanınması və mübahisəli mənzil üzərində paylarının müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

24. İddiaçı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddiaçı miras mənzilin qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən, həmçinin digər vərələsər kimi, mərhumun nəvələri haqqında da məlumat vermişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edi lmişdir ki, X2 (Mehdiyeva) Sevda Hacağa qızı ilə nikahından Cavabdeh3 doğulmuşdur. Həmçinin, X3 Abasova (Mehdiyeva) Rəvanə Vahid qızı ilə nikahından Cavabdeh5 qızı və X8 (yetkinlik yaşına çatmamışdır) doğulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən X4 və X3 arvadı və uşaqları cavabdeh kimi işə cəlb edilmiş və onlar məhkəməyə miras mənzili qəbul edib digər Cavabdeh1 xeyrinə imtina etmələrinə dair ərizə vermişlər. Lakin birinci instansiya məhkəməsi mübahisənin qeyd edilən mərhələsində bir sıra yanlışlıqlara yol vermişdir.

25. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 08 noyabr 2020-ci il tarixdə ölmüş X5 4 övladı olmuş, 2 övladı ölmüş, onların vərəsələri də onlara düşən paylarından cavabdehin xeyrinə imtina etmişlər. Ona görə də miras mənzilin ¼ hissəsi üzərində iddiaçının, ¾ hissəsi üzərində isə Cavabdeh1 miras payları müəyyən edilməlidir.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1, 1145, 1151.1, 1159.1.1, 1159.1.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 Məzahi oğlu (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını, bu mümkün olmadıqda isə işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnam ə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər).

35. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir.

37. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

38. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırl ar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir.

41. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət q abiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.

42. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

43. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

44. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.

45. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.

1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

57. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məh kəməsi onun bu dəlilləri ilə razılaşmır.

59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətb iq olunmasında yanlışlığa yol vermiş, payların nisbətinə düzgün qiymət verməmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı anasından miras qalmış mənzili rəsmi qəbul etmiş, digər vərəsə Cavabdeh1 isə mirası rəsmi qaydada müəyyən edilmiş vaxtda qəbul etməsə də, ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşaymışdır. Yəni, cavabdeh anasından miras qalmış mənzili qəbul etməklə, həmin mənzilə sahiblik etmiş və mənzili idarə etmiş, beləliklə, mirası faktiki olaraq qəbul etmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X4 Rzayeva (Mehdiyeva) Sevda Hacağa qızı ilə nikahından Cavabdeh3 doğulmuşdur. Həmçinin, X3 Abasova (Mehdiyeva) Rəvanə Vahid qızı ilə nikahından Cavabdeh5 qızı və X8 (yetkinlik yaşına çatmamışdır) doğulmuşdur. Birinci instansiy a məhkəməsi tərəfindən X4 və X3 arvadı və uşaqları cavabdeh kimi işə cəlb edilmiş və onlar məhkəməyə miras mənzili qəbul edib digər Cavabdeh1 xeyrinə imtina etmələrinə dair ərizə vermişlər.

63. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 08 noyabr 2020-ci il tarixdə ölmüş X5 4 övladı olmuş, 2 övladı ölmüş, onların vərəsələri də onlara düşən paylarından cavabdehin xeyrinə imtina etmişlər. Ona görə də miras mənzilin ¼ hissəsi üzərində iddiaçının, ¾ hissəsi üzərində isə Cavabdeh1 miras payları müəyyən edilməlidir.

64. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini ar aşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-446/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar