Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-229/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Əliyev Ramin Rasim oğlunun iştirakları ilə, İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat kontoru və cavabdehin tərəfində üçüncü şəxs X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən U.Osmanov, iş 2(051)-1006/2019) iddia tələbi təmin edilmiş, Paşayev Hökmən Bəhman oğlundan miras qalmış Mingəçevir şəhər ünvan 3 ünvanında yerləşən mənzilin vərəsə İddiaçı tərəfindən qəbul olunması faktının müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə göstərilmişdir ki, qətnamə faktı təsdi q edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-2340/2019) üçüncü şəxs X5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(051)-1006/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat kontoru və cavabdehin tərəfində üçüncü şəxs X3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Kassasiya şik ayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əliyev Ramin Rasim oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməs inin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçını n atası X15 uzun illər xəstə olmuşdur, ona bacısı-hazırki iş üzrə üçüncü şəxs X5 qulluq göstərmiş, müalicəsini təmin etmişdir. (X2 təqdim etdiyi Paşayev Hökmən Bəhman oğluna aid çoxsaylı tibbi sənədlər) Mərhum X15 xəstəliyi ilə bağlı 10 ildən artıq müddət ərzində bacısı X5 ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Ona məxsus 1982-ci il buraxılışlı “QAZ24.01” markalı avtomobil də, həmin ünvanda saxlanılmışdır və halhazırda da oradadır. İddiaçının isə mərhum atasına məxsus belə bir avtomobilin olması barədə məlumatı olmamışdır. Çünki, iddiaçı nə iddiasında, nə də izahatlarında belə bir avtomobilin mövcudluğu barədə heç vaxt bildirməmişdir. Mərhum X15 məxsus, hazırki iş üzrə mübahisələndirilən Mingəçevir şəhər ünvan 3 ünvanında yerləşən mənzilindən onun bacısı X1 yeri kimi istifadə etmişdir. X15 15.01.2018-ci il tarixdə ölmüşdür. Onun dəfn mərasiminin və hüzür mərasiminin təşkili və keçirilməsi qardaşı X16 və bacısı X1 vəsaiti hesabına həyata keçirilmişdir. İddiaçı hüzür mərasimində iştirak etmiş, həmin mərasimlərlə bağlı heç bir vəsait sərf etməmişdir. O, atasından miras qalmış mənzilin sənədlərini və mənzilin açarlarını bibisi X1 dəfələrlə tələb etməsini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Mərhum X15 Mingəçevir şəhər ünvan 3 ünvanında yerləşən mənzilində olan ***-**-** nömrəli telefon 02.08.2018-ci ildə iddiaçının sifarişi ilə deyil, aylıq abunə haqqı ödənilmədiyi üçün ünvandan çıxarılmış, 24.10.2018-ci ildə mərhumun bacısı X2 müraciəti əsasında köhnə borclar və 30 manat rüsum ödənilməklə təkrar şəbəkəyə qoşulmuşdur. (Mingəçevir TKQ-nin arayışı) İddi açı məhkəməyə hazırki iddia ilə müraciət edərkən mübahisəli mənzilin hər-hansı bir kommunal xidmət borcunun olması və həmin borcdan tərəfindən 60 manatın ödənilməsi barədə heç bir qeyd etmədiyi halda, hazırki iş birinci instansiya məhkəməsinin icraatında olan vaxt, yəni 28.03.2019-cu ildə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə həmin mənzilin qalıq borcundan 60 manat ödəmiş, ödəniş qəbzindəki ödənildiyi il tarixində “9” rəqəmi “8” rəqəminə düzəliş edilmiş və məhkəməyə həmin pulun bir il əvvəl, yəni 28.03.2018-ci ildə ödənilməsi barədə bilə-bilə yalan məlumat vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin sorğusuna 2 saylı MİSin rəisi X18 verdiyi 08.04.2019-cu il tarixli cavab məktubunda da, həmin ödənişin 28.03.2018-ci ildə edildiyi göstərildiyi halda, həmin qurumun 31 iyul 2019-cu ildə Şək i Apelyasiya Məhkəməsinə ünvanladığı məktubda ödənişin edilmə tarixinin əvvəlki arayışda mexaniki səhv olaraq 28.03.2019 deyil 28.03.2018 yazılması göstərilmişdir. (31.07.2019cu il tarixli arayış və mühasib X20 31.07.2019-cu il tarixli izahatı) Həmin ödənişi etməklə və onu bir il əvvəldən ödədiyini bildirməklə iddiaçı mirası faktik olaraq qəbul etməsi görüntüsü yaratmağa çalışmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.2, 1246-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətd ən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilmə lidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Mülki Məcəllənin 1151-ci maddə sinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: m irası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəb ul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhz göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara (iddiaçı G.Atamova tərəfindən mirasın qəbul edilməsi barədə ərizənin verilməməsinə, əmlaka sahiblik edilməməsinə, əmlakı idarə etməyə faktiki başlanmamasına) hüquqi qiymət verərək və Mülki Məcəllənin 124 3.2 və 1246-cı maddələrini tətbiq edərək, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçı G.Atamovanın apellyasiya şikayətində irəli sürdüyü dəlillərə, yəni miras qoyan İ.İsayevə məxsus olan əşyaların (palaz, taxt-çarpayı və yataq ləvazimatları) iddiaçının anası tərəfindən ona verilməsinə, mübahisəli evin bir hissəsinin kirayə verilməsinə, bununla da miras əmlakın qəbul edilməsinə əsaslanaraq və Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normalarına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə gör ə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahi b durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə İddiaçı Hökman oğlunun mirası vaxtında qəbul etməməsi ilə bağlı gəldiyi nəticə əsaslı və qanunidir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntular ına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-229/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-229/2020
10.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver