Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-229/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Məmmədova Səmiylə Əhməd qızı və digərləri cavabdeh Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-229/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(104)1746/2021 saylı qətnaməsindən iddiaçı Məmmədova Səmiylə Əhməd qızının kassasiy a şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1, Məmmədova Səmiylə Əhməd qızı və İddiaçı3 məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən, 30 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən mərhum anaları X1 mülkiyyətində olmuş 0,2033 ha həyətyanı torpaq sahəsinin 0,0798 ha hissəsinin Cavabdeh1 satılmasına dair 18 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsinin qismən, yəni həmin torpaq sahəsinin yarısının satılmasına münasibətdə etibarsız hesab edilməsi, 0,0798 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmasına dair 13 may 2015-ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sa həsinin yarısına münasibətdə ləğv edilməsi, uzun illər ərzində ailələrinin istifadəsində olmuş, 4x5 metr sahəsi olan mağaza binasının Cavabdeh1 vəsaiti hesabına yenidən bərpa edilməsi, sonuncudan 70 ədəd meyvə ağaclarının kəsilməsi nəticəsində vurulmuş maddi zərərə görə 20.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəmkir Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Mustafayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 30 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçıların anası Gülabatın Məmmədovanın mülkiyyətində olub və o, 10 mart 2019-cu ildə ölüb. 17 dekabr 2015-ci ildə Gülabatın Məmmədova notarial qaydada təsdiq edilməklə 17 dekabr 2024-cü il tarixədək qüvvədə olmaqla Gilə Süleymanovanın adına etibarnamə verib və sonuncu Gülabatın Məmmədovanın adından 18 fevral 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh1 satıb. 13 may 2015-ci il tarixli Çıxarışa əsasən 0.0798 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Göründüyü kimi iddiaçı Səmiylə Məmmədova qeyd olunan halları ilk gündən bilib, lakin sözügedən müqavilənin etibarsızlığının nəticələrinin tətbiqi haqqında hazırki iddia ilə məhkəməyə 25 avqust 2020-ci il tarixdə müraciət edib. B ununla da qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürüb və əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüququnu itirib. İddianın çıxarışın ləğv edilməsi, tikilinin bərpa edilməsi və maddi ziyan tələbinə aid hissəsi törəmə hüquq münasibəti olmaqla, alqı-satqı müqaviləsinin etibarsızlığı tələbindən asılıdır. Buna görə də iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən, çıxarışın ləğv edilməsi, tikilinin bərpa edilməsi və maddi ziyan tələbinə aid hissələri də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.2, 157.8, 337.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı Səmiylə Məmmədova apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qətnaməsi iddiaçı Səmiylə Məmmədovaya aid hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası m əhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 354.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Səmiylə Məmmədova kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Səmiylə Məmmədova, vəkili Vəkil1, iddiaçılar İddiaçı1, İddiaçı3, cavabdehlər Cavabdeh1, Şəmkir rayon 01 saylı Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK-nin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfl i və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu g ündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı Səmiylə Məmmədovanın kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı Səmiylə Məmmədova kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin olunması üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 30 yanvar 2015-ci il tarixli Çıxarışa əsasən, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçıların anası Gülabatın Məmmədovanın mülkiyyətində olub və o, 10 mart 2019-cu ildə ölüb. 17 dekabr 2015-ci ildə Gülabatın Məmmədova notarial qaydada təsdiq edilməklə 17 dekabr 2024-cü il tarixədək qüvvədə olmaqla Gilə Süleymanovanın adına etibarnamə verib və sonuncu Gülabatın Məmmədovanın adından 18 fevral 2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh1 satıb. 13 may 2015-ci il tarixli Çıxarışa əsasən 0.0798 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçı Səmiylə Məmmədovanın kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olar aq qeyd etmişdir ki, iddiaçı Səmiylə Məmmədova qeyd olunan halları ilk gündən bilib, lakin sözügedən müqavilənin etibarsızlığının nəticələrinin tətbiqi haqqında hazırki iddia ilə məhkəməyə 25 avqust 2020-ci il tarixdə müraciət edib. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən edib. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hə dəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Nəzərə alınmalıdır ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyy ənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçı Səmiylə Məmmədovanın kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Məmmədova Səmiylə Əhməd qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(104)-1746/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-229/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-229/2022
25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver