Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-229/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə; Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinin İddiaçı qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: kredit borcu, ipoteka müqaviləsinin etibarsızlığı, kəsici müddət, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi; Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyətinin İddiaçı qarşı kredit borcunun tutulm ası, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərinə dair bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3537/2022 saylı, 17 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra Kredit təşkilatı) tərəfindən İddiaçı (bundan sonra – İddiaçı) illik 18 faizlə 120 ay müddətinə 37927 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042/60, 3 nömrəli evin 2-ci mərtəbəsində yerləşən İddiaçı mülkiyyətində ola n 75.73 kv.m ümumi, 48.23 kv.m yaşayış, 27.5 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 112 nömrəli mənzil (bundan sonra – ipoteka predmeti) xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 nömrəli əlavəyə əsasən yuxarıda göstərilən kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə icraat
3. Birinci iş üzrə İddiaçı Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 0653/14/ÇF/PB-İ nömrəli İpoteka müqaviləsinə 1 nömrəli əlavənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında daha əvvəl bağlanmış kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2016-cı il tarixind ə İpoteka müqaviləsinə 1 nömrəli əlavə bağlanmışdır. Qeyd edilən ipoteka müqaviləsinə əlavə onun aldadılması yolu ilə bağlandığından etibarsız hesab edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə 1 il 7 ay ödəniş etdikdən sonra, aldadılaraq manatla daha uzun müddətli kredit müqaviləsi bağlayacağını vəd etmişdir. 1 il 7 ay ərzində ödədiyi kredit ödənişlərini qanunsuz şəkildə kreditin faizlərinə və cərimələrə silməklə yenidən müqavilə bağlanmışdır. Lakin yeni müqavilədə də aldadılaraq, kredit manatla deyil, artıq məzənnəsi qalxmış olan ABŞ dolları ilə verilməklə əlverişsiz vəziyyətə salınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1800 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında ba ğlanmış xx.xx.2016-cı il tarixli 0759/16/ÇF/PB nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçının ödənişləri nəzərə alınmaqla iddia tələbinin tarixinə, yəni xx.xx.2021-ci il tarixə yaranmış borc 69309,56 ABŞ dolları, o cümlədən əsas borc üzrə 37811,84 ABŞ dolları, faiz borcu üzrə 31497,72 ABŞ dolları təşkil edir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki mübahisələndirilən müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, lakin həmin tarixdən 4 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2020-ci il tarixdə) İddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan kəsici müddətlər tətbiq edilməlidir. Belə ki, bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia ərizəsində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla əsassızdır. Belə ki, məhkəmə tədqiqatı zamanı ipoteka müqaviləsinə 1 nömrəli əlavənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı ipoteka müqaviləsinə 1 nömrəli əlavənin etibarsız hesab edilməsi üçün hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməklə iddiasını sübuta yetirə bilməmişdir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki M əcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 324.4, 324.5, 354.2, 377.1, 389.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. İkinci iş üzrə icraat
11. Kredit Təşkilatı İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 37564,80 ABŞ dolları əsas, 13168,59 ABŞ dolları faiz, 19915,29 ABŞ dolları cərimə olmaqla, cəmi 70648,68 ABŞ dolları borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinin 60000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi, mənzildə qeydiyyatda olanların 1 ay ərzində mənzili könüllü tərk etmədikdə məcburi çıxarılmaları və mənzilin boşaldılması bar ədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə xx.xx.2017-ci il tarixə cavabdehin Banka olan əsas borcu 37411,84 ABŞ dolları, faiz borcu 5057,15 ABŞ dolları müəyyən edilmişdir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-33/21 nömrəli, 3 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva), iddia qismən təmin edilərək, İddiaçı 37411.84 ABŞ dolları əsas, 5057.15 ABŞ dolları faiz borcu, 1850 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 44318.99 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə pul vəsaiti, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq Kredit təşkilatına ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilərək, açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin K redit təşkilatına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin tutulması, İddiaçı 145 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, 200 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
15. Məhkəmə kredit razılaşması üzrə əsas borcun 37411,84 ABŞ dolları, faiz borcunun 5057,15 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 19915,29 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş, dəbbə pulunun azaldılaraq 1850 ABŞ dolları müəyyən edilməsini daha məqsədə uyğun olması nəticəsinə gəlmişdir.
16. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkə tlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 295, 319, 449, 462, 465, 467, 739-cu, “İpoteka haqqında” Qanunun 34-cü maddələri ilə əsaslandırmışdır. Birləşdirilmiş iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat
18. İddiaçı qətnamələrdən apellyasiya şikayətləri verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli qətnaməsini tam, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qətnaməsini isə kredit borcunun tutulması hissəsində mübahisələndirmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3857/22 saylı, 27 may 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.
20. İddiaçı 1-ci iş üzrə iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətlərini əlavə olaraq onunla əsaslandırmışdır ki, iddia müddətinin keçməsi məhkəmə tərəfindən üzürlü hesab olunmalıdır. İpoteka predmeti olan mənzil ailəsinin yeganə yaşayış yeridir.
21. Apellyator 2-ci iş üzrə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ekspert rəyi ilə razı deyil. Belə ki, götürdüyü 44500 ABŞ dolları kredit müqabilində 22000 ABŞ dolları ödəsə də, məbləğ 37411 ABŞ dolları göstərilib, ona görə təkrar ekspertiza keçirilməlidir.
22. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təkrar mühasibatlıq ekspertizası təyin etmiş, lakin təkrar ekspertiza əvvəlki ekspertizanın nəticələrini bir daha təsdiq etmişdir. Belə ki, təkrar ekspertizanın nəticələrinə gör ə İddiaçı xx.xx.2017-ci il tarixə Kredit təşkilatına olan əsas borcu 37411,84 ABŞ dolları, faiz borcu 5057,15 ABŞ dolları təşkil etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3537/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası birinci iş üzrə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
25. Birinci iş üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətd ə məhkəmə qeyd etmişdir ki, iddiaçı yetkinlik yaşın çatmış şəxs kimi ipoteka müqaviləsini öz iradəsinə uyğun bağladığından ipoteka müqaviləsini bağladığı gün həmin müqavilə ilə onun hüquqlarının pozulduğunu bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə ipoteka müqaviləsi bağlandıqdan 4 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə 1 illik müddətin tətbiq edilib-edilməməsindən asılı olmayaraq iddia tələbi özü-özlüyündə əsassızdır. Belə ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
26. Məhkəmə birinci iş üzrə öz mövqeyini əsaslandırarkən MPM-in 14.2, 77.1, 78.1ci maddələrinə istinad etmişdir.
27. Məhkəmə birləşdirilmiş iş üzrə öz mövqeyi ni əsaslandıraraq qeyd etmişdir ki, işin tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək və apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı təkrar mühasibatlıq ekspertizası təyin edilmiş, lakin təkrar ekspertiza əvvəlki ekspertizanın nəticələrini bir daha təsdiq etmiş, ekspert rəyinin əsassız olması ilə bağlı apellyasiya şikayətinin dəlili öz təsdiqini tapmamışdır.
28. Bundan əlavə, İddiaçı apellyasiya şikayətinin dəlili kimi ipoteka müqaviləsi bağlanarkən aldadıldığına istinad etsə də, işə baxan məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
29. Məhkəmənin qənaətinə görə birinci instansiya məhkəmələri tərəflər arasında yaranmış mübahisələri apellyasiya baxışının predmeti olan hissələrdə düzgün həll etmiş, qətnamələr həmin hissələrdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr devalvasiyadan əvvəl ödənilmiş kredit borcunu ümumiyyətlə nəzərə almamışdır. Kassator hesab edir ki, ipoteka müqaviləsinə 1 nömrəli əlavə Kredit təşkilatı tərəfindən aldadılma yolu ilə bağlandığından etibarsız hesab edilm əlidir. Kassator şikayətində qeyd edir ki, müqavilə şərtləri onun tərəfindən pozulmamış, bank 1 il 7 ay ərzində ödədiyi kredit ödənişlərini qanunsuz şəkildə kreditin faizlərinə və cərimələrə silməklə, yenidən müqavilə bağlamışdır, lakin Kredit təşkilatı yenidən ABŞ dolları ilə krediti verməklə onu əlverişsiz vəziyyətə salmışdır.
32. Kassator şikayətini Mülki Məcəllənin 417.1-ci və 417.2-ci maddələrinə, MPM-in 76.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə mü əyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslə r əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun
38. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır.
39. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol ver ilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnamələrini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası mə hkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.
50. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
51. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaç ı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3537/2022 saylı mülki iş üzrə 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.