Məhkəmə qərarları › İş №2(102)-229/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-229/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-229/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5714/2023 saylı 27 sentyabr 2023-cü il tar ixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 15 yanvart 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X10 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X14” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X11 az ağır xəsarətlər almış, avtomobilə maddi ziyan dəymişdir.

2. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.

3. Delikt törətmiş şəxs tərəfindən dəymiş zərərlə bağlı Cavabdeh ödənişlər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra “iddiaçı” və ya “Sığorta Şirkəti”) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 9500 manat pul vəsaitinin və ödənilmiş 115,40 manat dövlət rüsumunun Cavabdeh (bundan sonra "xxxx") Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X14” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov k üçəsi 5 ərazisində “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X11 az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.

6. Yol-nəqliyyat hadisəsi zamanı X3 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin Sığorta Şirkəti tərəflərindən ödənildiyinə görə Şirkətin X7 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı Sığorta Şirkəti X7 qarşı Sura xanı rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı rayon Məhkəməsinin 2(010)467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X10 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, X4 Ramal Akif oğluna dəymiş bütün maddi ziyanı ödəmiş, iddia tələbi X7 qarşı təmin olunsa, Cavabdeh əsassız varlanmış şəxs olacaqdır.

7. Hazırda cavabdeh əsassız varlanmış şəxsdir və bu səbəbdən iddia əsaslıdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1091.1, 1091.2 və 1093.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (anası) X6 iddia tələbini qəbul etməy ərək bildirmişdir ki, 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh ağır xəsarətlər almışdır. Artıq bir neçə ildir ki, cavabdeh ağır əməliyyatlar keçirmiş, ikinci qrup əlil olmuş və hazırda nitq qüsurludur. Cavabdehin müalicə olunmasına nəinki 33000 manat, ondan daha artıq pul vəsaiti xərclənmişdir. Buna görə də sığorta şirkətinin cavabdehdən əsassız varlanma şəklində pul tələb etməsi əsassızdır.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(010)-2112/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim Leyla Talıbova)

11. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən məhkəmə aktlarına istinadən müəyyən etmişdi r ki, X10 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X14” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ərazisində hərəkətdə olarkən “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X11 az ağır xəsarətlər almaqla sonuncu avtomobilə maddi ziyan vurmuşdur. Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 07 iyul 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X3 hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə və yol nəqliyyat hadisəsi nəticəsind ə vurulmuş zərərlərin Sığorta Şirkəti tərəfindən ödənildiyinə görə iddiaçının X7 qarşı subroqasiya hüquqları yaranmışdır. Bununla bağlı X7 qarşı Suraxanı rayon Məhkəməsində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia qaldırılmışdır. İddia tələbi Suraxanı rayon Məhkəməsinin 2(010)-467/2022 saylı 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 202 2-ci il tarixli qərarına istinafən göstəmişdir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə ki, həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin əsassız varlanma halını sübut etmədiyindən hazırkı iddia tələbi də istisna olunur. Buna görə də Sığorta Şirkətinin cavabdehə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin oluna bilməz.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1091.1, 1091.2, 1092.1, 1096, 1097, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayə ti verərək, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 58.40 manat dövlət rüsumunun cavabdehdən Sığorta Şirkətinin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, X10 tərəfindən ödənilmiş 33.929 manat məbləğində pul Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. Lakin məhkəmə qətnamədə X10 tərəfindən ödənilmiş 33.929 manat məbləğində pulun Cavabdeh müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanları nın alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübuta yəni, dərman pereparatlarının alınması barədə qəbzlər, əməliyyat olunma barədə hər hansı bir xəstəxana tərəfindən verilmiş arayışlar, ərzaq məhsullarının alınması üçün mağaza qəbzlərinə istinad etməmişdir. Məhkəmə yalnız Suraxanı rayon Məhkəməsi həmin məhkəmənin 2(010)-592/2016 saylı qətnaməsinə istinad etmişdir. Qeyd edilən qətnamədə 42.393 manat pulun tutulması qeyd edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4058/2016 saylı qətnaməsi ilə ləğv edilmiş və tələb edilən məbləğ 11.970 manata endirilmişdir. Bundan başqa, qeyd edilən əsassız varlanma halı Sığorta Şirkətinə X2 qaydasında məhkəməyə verən zaman məlum olmuşdur. Həmin vaxta qədər iddiaçının həmin ödəniş lərdən heç bir xəbəri olmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5714/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2112/2023 saylı, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, FuadTalışinski )

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın d ispozisiya şərtlərinə uyğun olmasının yo xlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırlıb - Mülki Məcəllənin 935.1, 935.1.7, 935.1.8 və 935.1.10-cu maddələrinin məzmununa görə əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan səxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan səxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində; baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Qanunun 19.3-cü maddəsinə əsasən mülki məsuliyyə tin sığortası üzrə üçüncü şəxs onun sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan və yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; - zərərçəkən seçim edib ziyanı təqsirkardan (siğortalıdan) istəyib və məhkəmə qətnaməsində onun hüququ məhkəmə tərəfindən tanınıb. Qanunvericiliyə əsasən bu hal preyedusiyal hal hesab olunur. Təkrarən siğorta şirkətindən ziyanın alınması əsassız varlanma hesab olunmalıdır; - Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsass ız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - aşağı insyansiya məhkəmələri hesab etmişlər ki, ziyan vurandan zərərçəkən aldığı 33929 manat məbləğində həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur. Sual olunur, sığorta şirkəti nə məqsədlə pul ödəyib?! Qanunvericiliyin tələbi ilə elə həmin məqsədlər üçün ödənilməyibmi?! Belə ki, qanunun tələbinə görə üçüncü səxs sığorta hadisəsi nəticəsində onun sağlamlığına və ya əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini s ığortalıdan, sığorta olunandan, yaxud qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü səxsin iddiası təmin edilmiş hesab olunur. - yuxarıda qeyd olunanlardan da göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qeyd olunan təfsiri qanunvericiliyin tələbinə uyğun olmadığından səhvə yol verilərək əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Beləliklə, məhkəmə qətnaməsi ilə vurulmuş ziyan məsələsinin ödənilməsi məsələsinə hüquqi qiymət verildiyindən və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan tələb olunduğundan zərərçəkən üçüncü şəxsin iddiası siğortaçı tərəfindən ödənilməli deyil. Siğortaçının ödəmiş olduğu vəsait qanunvericiliyə əsasən əsassız varlanmadır və geri qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüq uq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

28. İddia tələbi cavabdehdən əsassız varlanma nəticəsində əldə etidiyi pulun qaytarılması barədədir. İddiaçı əmlaka (5000 manat) və sağlamlığa dəyən zərərə görə (4500 manat) ödədiyi sığorta ödənişini cavabdehdən əsassız varlanmanın nəticəsi kimi tələb edir.

29. İşin müəyyən edilmiş hallarına görə X10 07 iyul 2015-ci il tarixdə idarə etdiyi “X14” markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, İsmayılov küçəsi 5 ər azisində hərəkətdə olarkən “Hyundai” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Cavabdeh ağır və X11 az ağır xəsarətlər almış, avtomobilə maddi ziyan dəymişdir. Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, “Hunday Sonata” markalı ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 manat, Cavabdeh (İİ qrup əlil) sağlamlığına dəymiş ağır zərərə görə 3000 manat və X1 dəymiş az ağır zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. X10 tərəfindən hadisə ilə bağlı Cavabdeh bank hesabına 33929 manat məbləğində pul ödənilmişdir.

30. İşdən görünür ki, Sığorta Şirkəti ödənilmiş 9500 manat sığorta ödənişini məhz qeyd edilən hallara görə cavabdehdən geri istəyir.

31. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad et mişdir ki, vurulmuş zərər delikt əsasında yaranmışdır və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 tərəfindən Cavabdeh bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını əsassız varlanmadan irəli gələn maddi hüquq normaları təşkil etsə də, eyni zamanda münasibətlərin kökündə duran icbari sığorta ilə bağlı normalara da diqqət yetirilməlidir. Çünki iddiaçı məhz icbari sığorta müqaviləsi üzrə etmiş olduğu sığorta ödənişinin sığortalıdan əsassız var lanma nəticəsində geri tələb edir.

34. Bu baxımdan, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 935.1.7-ci maddəsinin tələblərini də nəzərə almalı, mübahisənin həllinə təsir göstərən həmin normanın dispozisiya şərtləri üzrə işin hallarına aydınlıq gətirməli idi. Belə ki, həmin normaya görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ hə cmində imtina edilir.

35. Göründüyü kimi, Mülki Məcəllənin istinad edilən 935.1.7-ci maddəsi əmlaka dəymiş zərərin əvəzinin tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alınmasını sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi nəzərdə tutmuşdur.

36. İşin müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçı cavabdehin avtomobilinə (əmlaka) dəymiş zərərə görə 5000 manat sığorta ödənişi edib.

37. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən zərər dəyməsində təqsirli olan şəxsdən cavabdehin bank hesabına 33929 manat məbləğində pul vəsaiti ödənilməsini qeyd etsə də, həmin məbləğin hansı miqdarda hissəsinin əmlaka (avtomobilə) dəyən zərər olmasını, zərərvuranın əmlaka dəyən zərərin əvəzini tam və ya qismən ödəyib-ödəməməsini, əmlaka görə sığorta ödənişinin və ya zərərçəkənin 33929 ma nat məbləğində pul ödəməsinin hansının daha əvvəl olmasını, avtomobilə dəymiş zərərin miqdarı, bu zərərin 5000 manat sığorta ödənişi ilə əhatə olunub-olunmamasını, əhatə olunubsa, əmlaka görə ödənilən sığorta ödənişinin əmlaka dəyən zərərdən az və ya artıq olub-olmamasını müəyyən etməmişdir.

38. Belə ki, zərərvuranın əmlaka dəymiş zərəri tam və ya qismən ödəməsi, əmlak hissəsində sığorta ödənişinin zərərvuranın ödənişindən sonra həyata keçirilməsi həmin hissədə sığorta şirkətinə Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən sığorta ödənişini verməkdən tam və ya qismən imtina üçün əsas verir. Qeyd edilən xüsustla bağlı işin halları müəyyən edilmədən iddianın tam, yəni əmlak üzrə sığorta ödənişi hissəsində də rədd edilməsi Mülki Məcəllənin istinad edilən 935.1.7-ci maddəsi baxımından düzgün hesab edilə bilməz.

39. Eləcə də birinci instansiya məhkəməsi 33929 manat pul vəsaitinin zərərçəkənin müayinə və müalicəsi, onun əməliyyat olunması, dərmanlarının alınması və ərzaqla təmin olunması üçün nəzərdə tutulmasını, başqa sözlə, əmlaka dəyən zərərin əvəzi olmamasını qeyd etsə də, bunu hansı sübut əsasında müəyyən etdiyini, bununla bağlı hansı sübuta istinad etdiyini göstərməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz

40. Apellyasiy a instansiyası məhkəməsi də qeyd edilən hallara və iddia tələbinə Mülki Məcəllənin 935.1.7-ci maddəsinin tələbləri baxımından qiymət verməmiş, birinci instansiya məhkləməsinin mövqeyi ilə razılaşmaqla eyni səhvi təkrarlamışdır.

41. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlid ir.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5714/2023 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar