Məhkəmə qərarları › İş №2(102)-2290/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2290/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2290/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X10 və X6 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ilk və iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, müqavilənin səlahiyyətsiz şəxslə bağlanmasının hüquqi nəticələri, müqavilənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızında n və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC-nin qanuni nümayəndəsi X7, vəkilləri Vəkil2 və XXXnun, Üçüncü şəxs X8, Üçüncü şəxs X5 və vəkili XXXnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)7623/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibar ət, 17 saylı ev X8 mülkiyyətində olmuşdur. İddiaçı X8 oğlu olmaqla, qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşamışdır. “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 01 dekabr 2016-cı il tarixli 412 saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01 dekabr 2016-cı il tarixli 02/05-İ764M rəyinə əsasən, ünvan 2 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-nin istifadəsinə verilmişdir. “xxxx” MMC və sakin İddiaçı arasında bağlanmış 11 aprel 2017-ci il tarix li, 36 saylı müqavilə ilə “xxxx” MMC ünvan 1nin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ÖM seriyalı, 107648 nömrəli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 1 ədəd “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi 20 ay müddətində 10000 manat «xxxx» MMC-yə ödəməlidir. Müqavilə “xxxx” MMC-nin direktoru və İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən 10000 manat məbləğində pul “xxxx” MMC-yə ödənilmişd ir. “xxxx” MMC İddiaçı 04 fevral 2019-cu il tarixdə məktub göndərərək, sökülməsi nəzərdə tutulan fərdi yaşayış evinin X10 məxsus olması qeyd edilməklə, 11 aprel 2017-ci il tarixli, 36 saylı müqaviləyə dair mülkiyyətçinin notarial qaydada razılığının tələb olunması qeyd edilmiş, razılıq olmadığı təqdirdə tərəflər arasında bağlanmış həmin müqavilənin birtərəfli qaydada ləğv olunacağı barədə xəbərdar edilmişdir. X13 29 yanvar 2019-cu il və 15 fevral 2019-cu il tarixlərdə ayrı-ayrı ərizələrlə “xxxx” MMC-yə müraciət edərək, ünvan 1, ev 17 ünvanında yerləşən evə dair 11 aprel 2017-ci il tarixdə həmin MMC ilə bağlanmış müvafiq olaraq 37 və 36 saylı müqavilələrə xitam verilməsini xahiş etmiş, müqavilələrin istənilən şəxslə bağlanmasına etiraz etmədiyini bildirmişdir. 11 aprel 2017-ci il tarixli, 36 saylı müqavilə üzrə 80000 manat məbləğində pul vəsaiti 15 fevral 2019-cu il tarixdə “xxxx” MMC tərəfindən X10 ödənilmişdir. 15 fevral 2019-cu il tarixli müqavilə ilə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 01 dekabr 2016-cı il tarixli 412 saylı sərəncamına əsasən, ünvan 2-da inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m. olan 2 otaqlı, 118 nömrəli mənzil X1 verilmiş, sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ 04 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə aralarında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qadağan olunması, müqavilə predmeti olan 1 ədəd 9-cu mərtəbədə 2 otaqlı 83,26 kv.m. mənzilin iddiaçıya təhvil vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı valideyni ilə birgə uzun müddət ünvan 4 ünvanda yaşamış, 2017-ci ilin aprel ayında cavabdehlə yaşadıqları mənzilin MMC-yə təhvil verəcəkləri, əvəzində isə MMC-nin atası X10 və iddiaçıya 2 ədəd mənzil verəcəyi barədə razılığa gəlmişlər İddiaçı daha böyük mənzil istəmiş, cavabdehin nümayəndələri əlavə ödəni ş ediləcəyi təqdirdə ona 2 otaqlı 83,26 kv.m. mənzilin veriləcəyi demiş, 11 aprel 2017-ci il tarixdə bu şərtlər əsasında aralarında müqavilə bağlanmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirərək, cavabdehə əlavə 10000 manat pul ödəmişdir. Lakin cavabdeh tərəf heç bir əsas olmadan ona 04 fevral 2019-cu il tarixli məktub göndərərək, müqaviləni yerinə yetirməkdən imtina etmişdir. İddiaçı “xxxx” MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 11 aprel 2017-ci il tarixli 36 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 01 dekabr 2016-cı il tarixli 41 2 saylı sərəncamının icrası olaraq ünvan 2 ünvanlarında sakinlər, o cümlədən, ünvan 5in mülkiyyətçisi X14 ilə müqavilə bağlanılmaqla “xxxx” MMC tərəfindən köçürülmüşdür. X4 xahişinə əsasən iddiaçı ilə cavabdeh arasında 11 aprel 2017-ci il tarixli 36 saylı müqavilə bağlanılsa da, ünvan 1 -nin mülkiyyətçisi X14 cavabdehlə bağlanmış müqaviləyə razılıq verməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(005)2008/2019 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) ilk iddia təmin edilmiş, “xxxx” MMC tərəfindən ünvan 6 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “B” girişində 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m 1 ədəd mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, “xxxx” MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi q ət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri qeyri-şərtsiz yerinə yetirmiş, lakin “xxxx” MMC müqavilədə nəzərdə tutulmamış müddəanı əsas gətirərək, mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X8 notarial qaydada razılığının tələb olunduğunu əsas gətirərək mənzilin təhvil verilməsindən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbinin guya mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X8 razılığın tələb olunması hissəsi ilə əlaqədar hesab etmişdir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilədə belə müddəa mövcud deyil, ikincisi də “xxxx” MMC bu şərtlərin (müddəaların) olmasını sübut edə bilməmiş və buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdi r. Bundan başqa məhkəmə ilk iddiada İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-in 354.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddia müddətinin axımı 11 aprel 2017-ci il tarixdən başlamış, lakin qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 30 may 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı ilk iddiasına hüquqi qiymət verərək qeyd etmişdir ki, “xxxx” MMCnin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun ri sk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır və iddiaçının tələblərini təmin etməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(005)-2008/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2(103)-1075/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və X.A.Cə milovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(005)2008/2019 saylı qətnaməsi “xxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin edib, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Çünki qarşılıqlı iddia tələbi özü-özlüyündə əsassızdır. Həm qarşılıqlı iddia tələbində, həm də apellyasiya şikayətində qoyulan mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X8 razılığının tələb olunması dəlilinə münasibətdə məhkəmə göstərmişdir ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavilədə belə bir müddəa mövcud olmamış, eyni zamanda cavabdeh “xxxx” MMC bu müddəanın olmasını sübut edə bilməmişdir. Bund an əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianın təmin edilməməsi səbəblərindən biri kimi iddia müddətini tətbiq etmişdir. Apellyasiya məhkəməsi mövqeyini ümumiləşdirərək qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından ilk iddiada cavabdeh “xxxx” MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. c) K assasiya instansiyası məhkəməsindəki birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli, 2(103)-1075/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2020-ci il tarixli, 2(102)-3057/2020 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kass asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sökülmüş mənzilin mülkiyyətçisi olan X14 hazırkı iş üzrə iddiaçı olan oğlu İddiaçı ayrıca mənzilin verilməsi barədə verdiyi razılığından (sahəsi 83,26 kv.metr olan 2 otaqlı mənzildən) imtina edərək MMC-dən 80000 manat tələb etdiyi üçün 15 fevral 2019-cu il tarixli məxaric orderi əsasında X11 80000 manat verilmiş və 14 aprel 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş 2 otaqlı mənzilə dair X12 ilə MMC arasında 15 fevral 2019cu il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış, həmin mənzilə dair onun adına 04 avqust 2020-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış verilmişdir. Mübahisəli mənzilə dair X12 ilə mənzil tikintisi haqqında müqavilə hazırkı işin icraata qəbul edildiyi 11 mart 2019-cu il tarixdən əvvəl bağlanmasına baxmayaraq sonuncu məhkəməyə cəlb edilməmiş və nəticədə onun hüquq və vəzifələrinə toxunan qətnamə qəbul edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-7623/2020 nömrəli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(005)2008/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, Ali Məhkəmənin 12 avqust 2020-ci il tarixli qərarında şərh edilən göstərişə əsasən ünvan 6 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binası nın “B” girişində 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m mənzilin satıldığı X12 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün əsasların olmamasını, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC tərəfindən iddiasının əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməməsini, habelə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçının) müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsini qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İşdən görünür ki, “xxxx” MMC iddiasının əsaslarını təsdiq edən sübutları, habelə müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsi ilə bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Həmçinin işin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı 11 aprel 2017-ci il tarixdən başlamış, lakin “xxxx” iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 30 may 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı müqavilə şərtlərin ə əsasən götürdüyü öhdəlikləri yerinə yetirməsini, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC-nin isə müqavilədə nəzərdə tutulmamış müddəaya əsaslanmasını, yəni mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X8 üç gün ərzində notarial qaydada razılığının tələb olunduğunu əsas gətirərək mənzilin təhvil verilməsindən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmasını qeyd etməklə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə ikinci apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC Bakı Apellyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 ünvan 7 ünvanda yerləşən evə dair 11 aprel 2017-ci il tarixdə bağlanmış 36 və 37 saylı müqavilələrə xitam verilməsi, həmçinin həmin müqavilələrdə göstərilən 1 otaqlı və 2 otaqlı mənzillərin əvəzinə pul ödənilməsi barədə ərizələr əlavə etmişdir. Həmçinin işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılarkən “xxxx” MMC tərəfindən məhkəmə kollegiyasına X13 ilə “xxxx” MMC arasında bağlanmış 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilənin surəti təqdim edilmişdir. Həmin müqavilənin surətindən görünür ki, “xxxx” MMC ünvan 1nin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ÖM seriyalı, 107648 nömrəli mənzilin dövlət reyestrind ən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 2 ədəd “B” blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m, “B” blokunun 9-cu mərtəbəsində 1 otaqlı 47,5 kv.m mənzilləri Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi 20 ay müddətində 10000 manat “xxxx” MMC-yə ödəməlidir. Məhkəmə əlavə olaraq müəyyən etmişdir ki, X13 ilə “xxxx” MMC arasında 11 aprel 2017-ci il tarixdə “B” blokunun 9-cu mərtəbəsində 1 (bir) otaqlı 47,5 kv.m mənzilə dair 37 saylı müqavilə, İddiaçı ilə “xxxx” MMC arasında isə eyni tarixdə “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dair 36 saylı müqavilə, yəni ayrı-ayrılıqda 2 müqavilə bağlanmışdır. Lakin, hər iki müqavilə qüvvədə olduğu halda sonradan “xxxx” MMC tərəfindən həm 1 (bir) otaqlı 47,5 kv.m mənzilə, həm də 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dair 11 aprel 2017-ci il tarixli yeni məzmunda 36 saylı müqavilə tərtib edilmişdir. Məhkəmə iclası zamanı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC-nin nümayəndəsinə yuxarıda göstərilənlərlə bağlı izah verilməsi təklif olunsa da, nümayəndə yalnız tərəflər arasında bir müqavilənin, yəni 36 saylı müqavilənin bağlandığını, 1 otaqlı 47,5 kv.m mənzilə dair 37 saylı müqavilənin isə mövcud olmadığını bildirmişdir. “xxxx” MMC-nin nümayəndəsi 37 saylı müqavilənin mövcud olmadığını bildirsə də, ünvan 1, 17 ünvanında yerləşən evə dair bağlanmış 11 aprel 2017-ci il tarixli 37 saylı müqavilənin həqiqətən mövcud olması iş materiallarında olan 37 saylı müqaviləyə xitam verilməsi, həmçinin 37 saylı müqavilədə göstərilən 47,5 kv.m 1 otaqlı mənzilin əvəzində 5500 0 manat məbləğində pulun ona ödənilməsini xahiş etməsi barədə X8 “xxxx” MMC-yə ünvanladığı notarial qaydada təsdiq edilmiş 29 yanvar 2019-cu il tarixli və 04 may 2019-cu il tarixli ərizələri ilə də tam öz təsdiqini tapmışdır. Buda ona dəlalət edir ki, 37 saylı müqavilənin mövcud olmaması barədə “xxxx” MMC məhkəməyə heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “xxxx” MMC-nin direktoru İddiaçı ünvanladığı 04 fevral 2019-cu il tarixli məktubda mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X8 üç gün ərzində notarial qaydada razılığının tələb olunduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış 2 otaqlı 83,26 kv.m mənzilə dair 11 aprel 2017-ci il tarixli 36 saylı müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. Odu r ki, “xxxx” MMC həmin razılığın olmamasını əsas gətirərək mənzili təhvil verməkdən imtina etməkdə haqlı olmamışdır. Bundan başqa, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavədə 11 aprel 2017-ci il tarixli 36 №-li müqaviləyə əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı mənzilin mülkiyyətçisi X8 mülkiyyətinə ÖM № 107648 saylı çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20 % əlavə etməklə təmirsiz 2 ədəd В blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m, В blokunun 9-cu mərtəbəsində 1 otaqlı 47,5 kv.m mənzillərin “xxxx” MMC-nin verdiyini, mülkiyyətçinin 20 ay müddətində 10000 manat “xxxx” MMC-yə ödəniş etdiyini, yalnız bundan sonra həmin müqavilə ləğv olunmadan evin mülkiyyətçisinin oğlu ilə eyni tarixli, eyni nömrəli В blokun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m mənzilə eyni şərtlərlə müqavilə bağlandığını, yəni X13 ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin İddiaçı “xxxx” MMC ilə arasında bağlanmış müqavilədən əvvəl bağlandığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş, qarşılıqlı iddia ərizəsi vermiş və qarşılıqlı iddia ərizəsinə İddiaçı ilə bağlanmış 36 saylı müqavilənin surətini əlavə etmişdir. Həmin müqavilədə bir ədəd 2 otaqlı mənzilin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin, “xxxx” MMC-nin nümayəndəsi nə birinci instansiya məhkəməsində izahatlarında, nə qarşılıqlı iddia ər izəsində, nə də apellyasiya şikayətində, həmçinin apellyasiya məhkəməsinin iclaslarında izahatlarında müqavilənin İddiaçı deyil, onun atası X13 ilə bağladığını, iddiaçının atasının müqavilədən imtina edib pulun aldığı və bu barədə müvafiq notarial qaydada ərizələr verdiyini, nə də mübahisəli mənzilin başqa bir şəxsə satıldığı barədə hər hansı bir məlumat verməmiş, hətta qeyd edilənləri kassasiya şikayətində də mübahisələndirməmişdir. İşə kassasiya icraatında baxılan vaxt yuxarıda qeyd edilən sübutları kassasiya məhkəməsinə və ikinci apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə etmişdir. Nəhayət apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan X12 ilə “xxxx” MMC arasında bağlanmış 70 saylı, 15 fevral 2019-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədə ünvan 2da inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki) otaqlı 118 №-li mənzilin Vüsal Zamanova satıldığı qeyd edilmişdir. Eləcə də, X5 adına verilmiş Çıxarışda ünvan 1, ev 17,19-da yerləşən 118 saylı mənzilin ümumi sahəsi 70,80 kv.m göstərilmişdir. Lakin, istər İddiaçı, istərsə də cavabdeh “xxxx” MMC tərəfindən təqdim edilmiş 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilələrdə eyni ünvanda inşa edilən binanın В blokun 9-cu mərtəbəsində yerləşən 2 otaqlı 83,26 kv.m mənzil mübahisələndirilir. Qeyd olunan 36 saylı, 11 aprel 2017-ci il tarixli və 70 saylı, 15 fevral 2019-cu il tarixli müqavilələrdə göstərilən 2 otaqlı 83,26 kv.m mənzillərin və X5 adına verilmiş Çı xarışda ünvan 1, ev 17, 19-da yerləşən ümumi sahəsi 70,80 kv.m olan 118 saylı mənzilin eyni mənzillər olması barədə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-7623/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin halları tam araşdırılmamışdır. Belə ki, iş materiallarında olan 11 aprel 2017-ci il tarixli, 36 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” MMC mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mənzilinə görə 2 otaqlı 83,26 kv.m. sahəsi olan mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin mənzil isə İddiaçı mülkiyyətində olmamışdır. Bundan əlavə ilkin olaraq evin mülkiyyətçisi X13 ilə bağlanmış ilkin müqavilədə 2 mənzilin verilməsi qeyd olunmuş, sonradan mülkiyyətçinin razılığı olmadan 2 otaqlı mənzilə dair oğlu ilə eyni şərtlərlə müqavilə bağlanmış, bu səbəbdən mülkiyyətçinin notariat qaydasında razılıq ərizəsinin təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2 otaqlı mənzilin əvəzinə X10 80000 manat kompensasiya ödənilmiş və sonuncu mə nzildən imtina etmişdir. Həmçinin mübahisəli mənzilə görə mülkiyyətçiyə 80000 manat kompensasiya ödənildikdən sonra həmin mənzil X3, sonuncu mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaqla, həmin mənzildə yaşayır. Mübahisələndirilən müqavilədə mənzilin sahəsi ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş mənzilin sahəsində olan fərq, çıxarış verilən zaman eyvanların sahələrinin hesablanmamasından irəli gəlmişdir. Daha sonra kassator kassasiya şikayətinə əlavə verərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddələrinin çərçivəsində mövcud münasibətlər təfsir edilərkən tərəflər arasında əslində sadəcə bir müqavilə münasibətinin olduğu, o müqavilə də X13 ilə “xxxx” MMC arasında olduğu görülür. Lakin mülkiyyətçi ona verilməli olan 2 otaqlı m ənzili oğluna verilməsinə razılıq bildirməsi səbəbi ilə sonuncu ilə eyni məzmunlu və eyni öhdəlikli ikinci bir müqavilə bağlanması isə mahiyyət etibari ilə ixtiyarlı şəxsə öhdəliyin icrasıdır. Kreditor X13 ona verilməli olan mənzilinin oğluna verilməsinə icazə verməklə öhdəliyi ixtiyarlı şəxsə, yəni oğluna icrasına icazə vermişdir. Daha sonra isə razılıqdan imtina edərək, icranı qəbulla bağlı verdiyi səlahiyyəti ləğv etmiş (geri almış) və öhdəliyini özünə icra edilməsini istəmişdir və “xxxx” MMC-də bunu qəbul etmişdir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X13 müqavilə üzrə almalı olduğu mənzillərdən imtina etməsi müqabilində ona şirkət tərəfindən 80000 manat pul məbləği ödənilmişdir. Bu isə eyni zamanda tələbin ixtiyarlı şəxsə icrasını da mümkünsüz edir. Belə ki, ixtiyarlı şəxs bu hüquqi durumu, yəni müqavilə üzrə öhdəliyin ona icra edilməsinə dair səlahiyyəti, mülkiyyətçinin icazəsi, yəni onun iradəsi ilə əldə edir. Əsas borclu bundan imtina etməsi və iradə ifadəsini geri alması ilə də ixtiyarlı şəxsinin səlahiyyətinə son verilir. İddiaçının 10000 manat pul ödədiyinə dair dəlillə bağlı qeyd edilməlidir ki, sözügedən öhdəliyin icrası əslində atasının müqavilə üzrə öhdəliyinin onun yerinə icrası mahiyyətindədir. Bu səbəblə də, iddiaçı əslində “xxxx MMC-yə qarşı deyil, atasına qarşı tələb irəli sürə bilər. Bundan başqa, mülkiyyətçi mübahisəli mənzildən imtina etdikdən sonra həmin mənzil X2. MM-in 452-ci maddəsinin tələbinə əsasən isə sonuncunun mübahisəli mənzil üzərində hüququ qorunur və bu mənzillə bağlı iddiaçının müqaviləsi etibarlı olsa belə, yenə də hər hansı bir tələb irəli sürə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Bununla belə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 məhkəməyə ərizə verərək, mənzilin vicdanlı alıcısı olduğunu, həmin mənzili təmir etdiyini və “xxxx” MMC, İddiaçı, X13 arasında olan mübahisədə onun heç bir təqsirinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxx” MMC-nin qanuni nümayəndəsi X15, habelə vəkilləri Vəkil2 və XXX kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 və vəkili XXX kassasiya şikayətinin həllini məhkəmənin mülahizəsində saxlamışlar. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquq i faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız dır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və y a bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınma sını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi mə lumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərind ə müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayə tlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə görə MMC iddiaçının atasının (müqavilədə “mülkiyyətçi” kimi qeyd olunmuşdur) mülkiyyətində olan yaşayış sahəsinin sökülərək, yerində inşa ediləcək yaşayış binasında 2 otaqlı, 83,26 kv.m. sahəsi olan mənzili iddiaçının mülkiyyətində verməyi öhdəsinə götürmüşdür. Yəni məhkəmələr müəyyən etmişlər ki, bağlanmış müqavilə mahiyyət etibarı ilə əvəzli olsa da, iddiaçı alacağı mənzilin tam dəyərini MMC-yə ödəməmiş, həmin mənzilin əvəzinə iddiaçının atasının mülkiyyətində olan yaşayış sahəsi tikinti şirkətinin sərəncamına verilmişdir. İddiaçının atası mübahisələndirilən müqaviləni imzalamasa da, müqavilənin məzmunundan görünür ki, onun bu şərtlərə razılığı tələb olunmalı idi. İşin digər hallarından mübahisəsiz olaraq müəyyən olunur ki, iş üzrə üçüncü şəxs olan iddiaçının atası mülkiyyətində olmuş və sökülmüş yaşayış sahəsində görə 15 fevral 2019-cu il tarixdə MMC-dən pul vəsaitini nağd şəklində alaraq, müqavilə əsasında MMCnin verməli olduğu mənzildən imtina etmişdir. İşin məhz həmin hallarının mövcud luğuna istinad edilərək, əvvəlki kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsi ləğv olunmuş və iş materialları yeni apellyasiya baxışına göndərilmişdir. Lakin təkrar apellyasiya baxışında MPM-in 420-ci maddəsinin tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsinin göstərişləri tam yerinə yetirilməmiş və işin göstərilən hallarına maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməmiş, formal olaraq müqavilənin məzmun və formasına görə etibarsızlığına əsas ola bilməməsinə və iddia müddətinin ötürülməsinə istinad edilərək, ilkin iddianın təmin olunmasına, qarşılıqlı iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisələndirilən müq avilənin şərtlərinə 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, müqaviləyə qədərki danışıqlar və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymətləndirilməli, mübahisələndirilən müqavilə ilə iddiaçının atasının mülkiyyətində olmuş mənzilə sərəncam verildiyi üçün ilk olaraq müqavilənin etibarlılığına Mülki Məcəllənin 358ci maddəsinin müddəaları nöqtəyi nəzərdən iddiaçının həmin müqavilənin imzanmasına səlahiyyətli olub-olmaması, səlahiyyətsiz olduğu halda, üçüncü şəxsin onu sonradan bəyənib-bəyənməməsi, bunun nəticəsi olaraq müqavilənin faktiki tərəfinin hansı şəxsin olması, iddiaçının ödədiyi 10000 manat məbləğində vəsaitin müstəqil müqavilə şərti (yəni ona hər hansı mən zilin verilməsi üçün əsas olması) olub-olmaması, bu baxımdan iddiaçının göstərilən müqavilə münasibətlərinə hansı hüquq və vəzifələrinə malik olması məsələləri araşdırılmalı, bundan asılı olaraq MMC-nin sökdüyü yaşayış sahəsinin dəyərini tam olaraq mülkiyyətçiyə ödədiyi halda, iddiaçıya münasibətdə onun öhdəliklərinin qalmasına hüquqi qiymət verilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaya iddia müddətini tətbiq etməklə də maddi hüquq normalarını pozmuşdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən əqdlər üzrə müddətlər qanunvericiliklə iddia müddəti kimi deyil, kəsici müddətlər kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 02 aprel tarixli Qərarları). Sonuncu qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin izah etmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirdikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənl ik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mübahisələndirmənin qaydasını izah edən Konstitusiya Məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Hazırki işin hallarından müəyyən olunur ki, X1 3 2019-cu ilin yanvar-fevral aylarında bağlanmış müqavilələrin xitam verilməsi ilə bağlı MMC-yə müraciət etmiş və sonuncu 04 fevral 2019-cu il tarixdə iddiaçıya məktub ünvanlayaraq, müqavilə üçün mülkiyyətçinin notarial qadada təsdiq olunmuş surətinin təqdim edilməsini xahiş etmişdir. Yəni müqavilənin özü 11 aprel 2017-ci il tarixdə bağlanılsa da, onun mübahisələndirilməsi üçün əsas mülkiyyətçinin müraciətindən sonra yaranmış və məhz həmin tarixdən də MM-in 354.2-ci maddəsi ilə müəyyən olunmuş müddətlər hesablanmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müqavilədə qeyd olunan mənzilin sahəsi ilə üçüncü şəxs X5 mülkiyyətində olan mənzilin sahəsi arasında ziddiyyət mövcud olduğundan, eyni zamanda mərtəbələr fərqli olduğundan, həmin mənzill ərin eyni olması sübut olunmur. Bununla bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mənzilin sahəsinin 83,26 kv.m. olması “xxxx” MMC ilə X12 arasında bağlanmış 15 fevral 2019-cu il tarixli müqavilədə öz əksini tapmışdır. Sonuncunun adına olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda mənzil sahəsinin fərqli olması mövcud praktikaya uyğun olaraq həmin hüquqlar qeyd alınarkən əmlakın sahəsinin hesablama qaydasının fərqindən irəli gələ bilər. Həmçinin iş materiallarında olan məhkəmə iclas protokoluna əsasən apellyasiya instansiyası məhkəməsində MMC-nin nümayəndəsi sədrlik edənin suallarına cavab verərkən izah etmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzillə X5 mülkiyyətində olan mənzil eynidir, mərtəbələrdə olan ziddiyyət isə müqavilə bağla nılarkən mənzilin 9-cu mərtəbəyə, bina tikintisi zamanı planla - 11-ci mərtəbəyə düşməsinə görə əmələ gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mərtəbədə olan fərqin nədən irəli gəlməsini dəqiqləşdirməsə də, kassasiya şikayətindən görünür ki, mərtəbələrdə olan fərq binada olan qeyri-yaşayış mərtəbələrinin hesablanmasından irəli gəlir. Lakin apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin mənzillərin eyni olmasının sübut edə bilməməsinə istinad etməklə əlavə araşdırma aparmamış, o cümlədən iddiaçının tələb etdiyi mənzilin faktiki hansı mərtəbədə olmasını müəyyən etməmiş, həmin mənzilin faktiki olaraq başqa şəxsin sahibliyində və ya mülkiyyətində olmasını araşdırmaq məqsədi ilə sorğular verməmiş, mənzilin yerində müayinəsi məsələsini tərəflərlə müzakirə etməmiş və son nəticədə iddia nın MM-in 452.1-ci maddəsinin müddəaları baxımından təmin olunması mümkünlüyünə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üz rə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüq uq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxx x” MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-7623/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar