Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2291/2024 01.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: iddianın predmeti, iddianın əsası, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddia, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-247/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********63-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən, Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsi X6, İddiaçı və X4 birgə mülkiyyətində, həmin torpaq sahəsi ü zərində yerləşən 161,50 kv.m. sahəsi olan fərdi yaşayış evi isə X1 xüsusi mülkiyyətində olmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86, qeydiyyat tarixi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışa əsasən, Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8 və X1 ümumi birgə mülkiyyətində olmuşdur.
3. İddiaçı və Cavabdeh X6 və X4 birgə nikahdan olan övladlarıdır. X8 xx.xx.2016-cı il tarixdə, X6 isə xx.xx.2016-cı il tarixdə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat of isi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X3 miras qalmış Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m. sahəsindən ibarət olan fərdi yaşayış evinin 2/3 hissəsi olan, 107,666667 kv.m. ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində 1,18 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin, 2/3 hissəsi olan, 0,78666667 ha torpaq sahəsinin 1/2 hissələrdə iddiaçının, digər 1/2 hissəsində isə cavabdehin vərəsə kimi pay hüquqlarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi, iddiaçının həmin hissələrdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehin həmin yaşayış məntəqələrinin yerləşdiyi torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mülkiyyət hüququ yoxdur. Valideynlərinin dəfnində iş üzrə iddiaçı iştirak etmiş və onlardan sonra qalan əmlaklara faktiki olaraq sahib çıxmış və onları idarə etmişdir. Bütün bunlardan sonra tərəflər arasında bu əmlaklar üstündə məhkəmə mübahisələri olmuş və bunlara dair müvafiq qanuni qüvvəsini almış qətnamələr vardır. Hal-hazırda Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində ye rləşən 161,50 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi və Hacıqabul rayonunun Paşalı kəndində kənd təsərrüfat təyinatlı 1,18 hektar torpaq sahəsindən iş üzrə iddiaçı birgə mülkiyyətçi kimi və miras əmlakdan qanun üzrə vərəsə olaraq istədiyi kimi istifadə edə bilmir ona görə ki, iş üzrə cavabdeh buna imkan vermir.
6. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, valideynlərindən miras qalmış Hacıqabul rayonunun İkinci Paşalı kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m. sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsi olan 80,75 kv.m. ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Birinci Paşalı kəndində 0,9879 ha kənd tə sərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi olan 0,6586 ha torpaq sahəsinin 1/2 hissəsində iddiaçının, digər 1/2 hissəsində isə cavabdehin vərəsə kimi paylarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi əsas hesab edilərək, iddiaçının həmin hissələrdən sərbəst istifadəsinə maneçilik edilməsinin iş üzrə cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı uzun illər Ukrayna Respublikasında yaşamışdır. Cavabdeh qardaşı olan iddiaçını televiziya verilişi vasitəsi ilə tapıb Azərbaycan Respublikasına gətirmişdir. Tərəflərin anası 2016-cı ilin mart ayında, atası isə 2016-cı ilin dekabr ayında vəfat etmişlər. Valideynləri vəfat etdikd ən sonra tərəflərin heç biri mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmişlər. İddiaçı valideynlərinin dəfnində iştirak etsə də, valideynlərindən miras qalmış əmlakları miras əmlak kimi faktiki qəbul etməmiş, həmin əmlakları idarə etməmişdir. Elşən Fərhadın xəbəri olmadan uzun müddət keçdikdən sonra mirasın qəbulu ilə bağlı notariusa müraciət edib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsa da, sonradan məhkəmənin qətnaməsinə əsasən həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Valideynlərindən miras əmlakı vərəsə kimi yalnız iddiaçı qəbul etmişdir. Bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli qətnaməsində də qeyd olunmuşdur. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, Elşən valideynlər indən miras qalmış əmlakı qəbul etməmişdir.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, cavabdeh onun qaynatasıdır. İddiaçı anası vəfat etməmişdən bir neçə ay əvvəl Azərbaycana gəlmişdir. Cavabdehin valideynləri vəfat edən ərəfədə iddiaçı valideynlərinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. İddiaçı ilə cavabdeh əvvəllər mehriban olsalar da, sonradan münasibətləri pozulmuş və təxminən iki ildən sonra iddiaçı atasına məxsus evdən çıxmışdır. İddiaçının atasına məxsus evdə təmir işləri aparmasını görməmişdir.
9. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(071)-703/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (X15) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mə hkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində yerləşən 0,240870 ha torpaq sahəsi X6, İddiaçı və X4 birgə mülkiyyəti kimi, həmin torpaq sahəsi üzərində yerləşən 161,50 kv.m. sahəsi olan fərdi yaşayış evi isə X1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda, Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8 və X1 ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. X8 xx.xx.2016-cı il tarixdə, X7 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Miras açılandan sonra iki nəfər vərəsə - Cavabdeh və İddiaçı qalmışdır. Hazırki iddia tələbi ilə iddiaçı mərhum valideynlərindən miras qalmış Hacıqabul rayonu, İkinci Paşalı kəndin də yerləşən 0,240870 ha torpaq sahəsinin valideynlərinə məxsus 2/3 hissəsinin yarısı və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin yarısı, eləcə də Hacıqabul rayonu, Birinci Paşalı kəndi ərazisində yerləşən 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin valideynlərinə məxsus 2/3 hissəsinin yarısı üzərində vərəsə kimi payının müəyyən edilməsini istəyir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)219/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, miras açıldıqdan sonra miras əmlakı vərəsələrdən faktiki olaraq yalnız Cavabdeh qəbul etmiş, miras əmlaka faktiki olaraq o sahiblik etmiş və əmlakı idarə etmişdir. Digər vərəsə İddiaçı isə valideynlərindən miras qalmış əmlakı faktiki qəbul etməmişdir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən valideynlərindən miras qalmış əmlakları qəbul edib-etməməsi məsələsinin hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Çünki, iddiaçının valideynlərindən miras qalmış əmlakları vərəsə kimi faktiki olaraq qəbul etməməsi qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-219/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, həmin məhkəmə aktı hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşıyır. Bu səbəbdən, iddiaçının valideynlərindən miras qalmış əmlaklarda (həmin əmlakların müvafiq hissələrində) vərəsə kimi payının müəyyən edilməsi və həmin hissələrdən sərbəst istifadəsinə cavabdeh tərəfindən maneçilik edilməsinin qadağan edilməsinə dair iddia tələbi təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı xx.xx.1968-ci ildən bu günə kimi Hacıqabul rayonu, 2-ci Paşalı kəndində qeydiyyatda olmaqla, 2016-cı ildən 2018-ci ilə kimi həmin fərdi yaşayış evində yaşamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evində anasının vəfatından bir neçə gün əvvəl həmin fərdi yaşayış evinə gəlmiş, sonra isə atası vəfat edənə kimi mübahisəli fərdi yaşayış evində yaşamış, bundan sonra isə mülkiyyətçinin vəfatından sonra həmin fərdi yaşayış evində 2018-ci ilə kimi yaşamışdır. Mərhum atası Abdulfəz Vəliyevin mülkiyyətində olan torpaq sahəsinin üzərində iş üzrə cavabdehin inşa etdiyi fərdi yaşayış evinin mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir aidiyya tı yoxdur. Həmin torpaq sahəsinin üzərində 2 fərdi yaşayış evi vardır. İkincisi, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, cavabdeh onun qaynatasıdır. İddiaçı anası vəfat etməmişdən bir neçə ay əvvəl Azərbaycana gəlmişdir. Cavabdehin valideynləri vəfat edən ərəfədə iddiaçı valideynlərinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. İddiaçı ilə cavabdeh əvvəllər mehriban olsalar da, sonradan münasibətləri pozulmuş və təxminən iki ildən sonra iddiaçı atasına məxsus evdən çıxmışdır. İddiaçının atasına məxsus evdə təmir işləri aparmasını görməmişdir. Üçüncüsü, buna qədər qət edilmiş məhkəmə qətnaməsi və iş üzrə cavabdehin bildirdiyinə görə iddiaçının anaları vəfat etməmişdən əvvəl gəlmiş, anası vəfat edəndən sonra həmin fərdi yaşayış evində yaşayaraq yasda iştirak etmiş, daha sonra atası Abdulfəz Vəliyevdə vəfat edəndə yas mərasimində iştirak etməklə həmin fərdi yaşayış evində yaşamışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-247/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçını iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü iddia tələbi, yəni “miras əmlakda payların m üəyyən edilməsi” tələbi üzrə subyektiv hüququnun olmaması Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-219/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hazırkı vəziyyətdə iddiaçı tərəfindən adı çəkilən əmlaklara vərəsə kimi hüququn irəli sürülməsi və həmin hüququn məhkəmə qaydasında təsdiqi üçün subyektiv hüququnun olmaması, onun iddiasının əsaslı sayılaraq təmin edilməsini istisna edir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “iddiaçının valideynlərindən miras qalmış əmlaklarda (həmin əmlakların müvafiq hissələrində) vərəsə kimi payının müəyyən edilməsi və həmin hissələrdən sərbəst istifadəsinə cavabdeh tərəfindən maneçilik edilməsinin qadağan edilməsinə dair iddia tələbi təmin edilə bilməz” mövqeyi ilə razılaşmışdır.
18. Apel lyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlillərinin heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənaətinə gəlmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r” 8 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 23 fevral 2016-cı il qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.
20. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya mahiyyəti üzrə baxıb yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qey d olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri göstərilməmişdir. Belə olan halda sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadığına dəlalaət edir. İş üzrə cavabdeh həmin əmlakı faktiki olaraq qəbul etməsi barədə heç bir sübut yoxdur. Bundan başqa iş üzrə iddiaçı miras əmlaka sahib olan valideynlərinin vəfatında iştirak etmiş, onların yas mərasimindən sonra həmin əmlaka uzun müddət sahiblik etməklə, orada yaxşılaşdırma işləri aparmış və mübahisə düşdüyü üçün həmin fərdi yaşayış evindən çıxarılmışdır. Hesab edir ki, bu məhkəmə tərəfindən prosessual hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual normalarının pozulması ilə çıxarılmaqla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına da ziddir. İşdən müəyyən edilmişdir ki, mirasın açılmasından sonra qanunla müəyyən edilmiş müddətdə vərəsələrdən heç biri notariat orqanına müraciət etməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə ki, miras açılan vaxtdan o, əmlaka faktiki olaraq sahiblik etmiş və əmlakı idarə etmişdir. Sözügedən həyətdə onun ailəsi yaşayır. Lakin, digər vərəsə İddiaçı münasibətdə mirasın qəbul edilməsi müəyyən edilmir. İş materiallarından görünür ki, mərhum Abdulfəz Vəliyevdən miras qalan fərdi yaşayış evinin faktiki olaraq qəbul etdiyi üçün notariat kontoruna ərizə versə də, iş üzrə Cavabdeh bu günə kimi mübahisə predmeti olan həmin fərdi yaşa yış evinin faktiki qəbul edən heç bir sübutu yoxdur. Hesab edir ki, işə tam, obyektiv və hərtərəfli baxılması üçün müvafiq ekspertiza təyin edilərək, yerində baxış keçirilməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
22. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
23. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
24. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.
34. Baxılan iş üzrə İddiaçı, Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat ofisi maraqlı şəxs qismində cəlb edilmiş, Hacıqabul Ray on Məhkəməsində baxılmış 2(071)-56/2021 nömrəli mülki iş üzrə də tərəflər olmuşlar. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh, cavabdehlər İddiaçı, Hacıqabul rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazisinə qarşı irəli sürdüyü iddia tələbində “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasında, cavabdeh İddiaçı adına valideynlərindən miras qalmış əmlaka (Hacıqabul rayonu, İkinci Udulu kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinə və onun üzərində yerləşən 161,50 kv.m. fərdi yaşayış evinə) görə xx.xx.2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2020-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir.
35. Qeyd olunan iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Ahdulfəz oğlu onun qardaşıdır və o, birinci Qarabağ müharibəsi dövründə döyüş bölgəsinə getməmək üçün qaçaraq Ukrayna Respublikasına getmiş, orada səfil həyatı yaşamış və bu səbəbdən də, qardaşının harada olması barada məlumatı olmamışdır. Yalnız 2012-ci ildə o, Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə müraciət etmişdir, Uzun axtarışdan sonra Xoşqədəm Hidəyətqızının vasitəsi ilə cavabdeh İddiaçı tapmışlar. Cavabdeh Ukraynada səfil həyatı yaşadığından X5 Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq cavabdehin heç bir sənədinin olmadığını bildirmiş, bundan sonra o, qardaşı üçün lazım olan bütün sənədləri hazırlatdıraraq X13 Nazirliyinə göndərm işdir. Bundan sonra cavabehə şəkilli vərəqə verilmiş və o, evə qayıtmışdır. Lakin bütün bunlara baymayaraq cavabdeh, onlardan xəbərsiz özünə xarici pasport düzəltdirərək yenidən Ukraynaya getmişdir. 2016-cı ilin mart ayının 7-də anasının vəziyyəti ağırlaşmış və o, cavabdehə zəng edərək anasının vəziyyətinin ağır olduğunu bildirmişdir. Bundan sonra 11 mart 2016-cı il tarixdə cavabdeh evə gəlmiş, 16 mart 2016-cı il tarixdə anası və bundan 9 ay sonra isə ataları vəfat etmişdir. O, bütün dəfn xərclərini çəkmişdir O, ailəsi ilə birlikdə 1989-cu ildən atasına məxsus olan, cavabdeh İddiaçı qanunsuz sənədlər əsasında çıxarış almış olduğu fərdi yaşayış evində yaşamış və 58 ildir ki, həmin evdə yaşayır. Cavabdeh İddiaçı ata və anasının hüzüründa iştirak etmiş, faktiki olaraq mübahisələndirilən miras evində yaşamamış, nə də ki, rəsmi qaydada mirasın qəbulu üçün notariat kontoruna qanunla müəyyən edilən müddət ərzində müraciət etməmişdir. O, atası tərəfindən çiy kərpicdən tikilmiş ev qəzalı olduğundan 1988-ci ildə həmin evdən 30 metr kənarda 2 otaqlı yeni ev tikmiş, əvvəlki ev tam yararsız olduğundan ata və anasını həmin evə gətirmiş, tikinti işləri bitdikdən sonra hörmət əlaməti olaraq həmin evi atası Abulfəz Vəliyevin adına sənədləşdirmiş, atasına 1988-ci ildə inventar nömrəsi 203 olan yaşayış evinin texniki pasportu verilmiş və 2009-cu il tarixdə evin tikintisi tam başa çatmışdır. Lakin cavabdeh İddiaçı onun ailə üzvləri ilə birgə yaşadığı evi qanunsuz olaraq 29 dekabr 2019-cu il tarixdə onun xəbəri və razılığı olmadan, qanun üzrə o, birinci dərəcəli vərəsə oldu halda qanun üzrə vər əsəlik hüququ haqqında şəhadətnamə asasında həmin evə dair öz adına 27 yanvar 2020-ci il tarixli “mülkiyyət hüququnun geydiyyatına dair” çıxarış almışdır. O, vərəsə kimi atasından miras qalmış Hacıqabul rayonunun 2-ci Paşalı kəndində yerləşən mıras əmlakdan qanun üzrə ona düşən paydan heç vaxt imtina etməmiş və bununla bağlı heç bir ərizə imzalamamışdır.
36. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-56/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdehlər İddiaçı və Hacıqabul rayon Notariat Kontoruna, ƏMDK-nın yanında DƏDRX-nın 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik işinin nömr əsi 177/2019 olan və reystrdə 2V-253 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63-10301 olan çıxarışın etibarsız hesab edilməsi qət olunmuşdur.
37. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-219/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-56/2021 nömrəli 27 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir.
38. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-219/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsində işin m əhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları kimi qeyd edilmişdir ki, Hacıqabul rayonu, İkinci Paşalı kəndində 0,24 ha ibarət həyətyanı sahə iş üzrə tərəflərin atası X2, anası X4 və İddiaçı ümumi birgə mülkiyyəti kimi, həmin həyətdə yerləşən 161,5 kv.m. yaşayış evi isə ata X2 mülkiyyəti kimi ilkin qeydiyyatdan keçmişdir. Miras açılandan sonra iki nəfər vərəsə - Cavabdeh və İddiaçı qalmışdır. Miras açılandan təxminən 3 il sonra İddiaçı vərəsəliyin qəbulu üçün notariat orqanına müraciət etmiş, bu zaman o, ərizəsində vərəsə kimi yalnız özünü qeyd etmiş, valideynlərindən miras qalmış əmlaka (yaşayış evinə və torpaq sahəsinə) dair onun adına xx.xx.2019-cu il tarixdə müvafiq olaraq 2V-253 və 2V-154 reyestr nömrələri ilə qeydiyyatdan keçmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləri verilmiş, bunların əsasında İddiaçı əmlakın tam mülkiyyət hüququ ilə ona məxsus olduğuna dair xx.xx.2020-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Halbuki müəyyən edilir ki, mirasın açılmasından sonra qanunla müəyyən edilmiş müddətdə vərəsələrdən heç biri notariat orqanına müraciət etməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh tərəfindən qəbul edilmişdir. Belə ki, miras açılan vaxtdan o, əmlaka faktiki olaraq sahiblik etmiş və əmlakı idarə etmişdir. Sözügedən həyətdə onun ailəsi yaşayır. Lakin, digər vərəsə İddiaçı münasibətdə mirasın qəbul edilməsi müəyyən edilmir.
39. Hazırkı iş üzrə də İddiaçı Cavabdeh və maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazisi və Hacıqabul rayonu Notariat ofisinə qarşı verdiyi iddia ərizəsində, val ideynlərindən miras qalmış Hacıqabul rayonunun İkinci Paşalı kəndində yerləşən 0,240870 ha yaşayış məntəqələrinin torpaq sahəsinin 2/3 hissəsi olan 0,16058 ha yaşayış məntəqələrinin torpaq sahəsi və onun üzərində yerləşən 161,50 kv.m. sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsi olan 80,75 kv.m. ibarət fərdi yaşayış evi və Hacıqabul rayonunun Birinci Paşalı kəndində 0,9879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsi olan 0,6586 ha torpaq sahəsinin 1/2 hissəsində iddiaçının, digər 1/2 hissəsində isə cavabdehin vərəsə kimi paylarının tanınması, iddiaçıya həmin hissələrdə müvafiq çıxarışın verilməsi əsas hesab edilərək, iddiaçının həmin hissələrdən sərbəst istifadəsinə maneçilik edilməsinin iş üzrə cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hə min iddia tələbi, iddiaçının mövqeyi nəzərə alınmaqla əvvəlki işdə olan tələblə eyni qaydada əsaslandırılmışdır.
40. Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Qeyd olunan tələblərin predmetinin və hüquqi əsaslarının fərqli olması barədə iddiaçının dəlilləri əsassızdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-219/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsində işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları kimi, vərəsə İddiaçı münasibətdə mirasın qəbul edilməsinin müəyyən edilmədiyi təsdiqini tapmış, bununla da miras əmlakın taleyi həll olunmuşdur.
41. Qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddian ın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.
42. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
43. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli for mada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.
44. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə ya naşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
45. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının başqa mülki iş üzrə qanuni qüvvə yə minmiş qətnaməsi mövcuddur.
46. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur.
47. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
48. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuya yol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.2-ci maddəsini tətbiq etməmişdir.
49. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin - apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına zidd olması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında olmuş vərəsəlik münasibətləri ilə bağlı mübahisə Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilənədək qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə həll olunduğundan kassasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 d ekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-247/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsi lə ğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.