Məhkəmə qərarları › İş №2(102)-2292/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2292/2020

17.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2292/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Ərizəçi oğlunun, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi oğlunun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13218/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyin ka ssasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 1991-ci ildən 1992-ci ilin aprel ayınadək Xocalı özünü müdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5681/2019 saylı, 30.08.20 2019cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1991-ci ildən 1992-ci ilin aprel ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Xocalı özünü müdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. (hakim İlkin Əliyev) Bakı Apellyasiya Məhkəməsin in 2(103)-13218/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməyərək, Binəqdi Rayon Məhkəməsinin 2(001)-5681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Məmmədova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivində ərizəçinin xidməti barədə məlumat aşkar edilməmişdir. Bu xüsusat apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamış və əssasız qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ərizəçi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki-Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası maraqlı şəxsin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13218/2019 nömrəli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Qətnamədən görünür ki, iş materiallarına əsasən apelyasiya instansiyası məhkəməsi ərizəçinin 1991-ci ildən 1992-ci ilin aprel ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Xocalı özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının təsqid edilməsini müəyyən edərək, ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni nəticəni də Mülki Prosessual Məcəllənin 307.2.11, 308, 310-cu, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi Ərizəçi oğlunun 1991-ci ildən 1992-ci ilin aprel ayınadək Xocalı özünü müdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktını müəyyən edərkən, həmin faktın məhkəmə qaydasında müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, şikayətə mahiyyəti üzrə baxıb onu təmin etməyən qətnamə çıxarmaqla səhvə yol vermişdir. Ərizəçinin 1991-ci ildən 1992-ci ilin aprel ayınadək Xocalı özünü müdafiə batalyonunun tərki bində döyüş əməliyyatlarında iştirak etməsi faktı hazırki halda hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında tanına bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbra yıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin “Qeyd”inə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak e tmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd edilən Əsasnamə ilə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında da döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi nəzərdə tutulub. Özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Xocalı rayo n İcra Hakimiyyəti Başçısının iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1642 nömrəli məktubundan görünür ki, Xocalı rayonu işğal edildikdən sonra “özünümüdafiə” dəstələrinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edənlərin adlı siyahısı tərtib edilib. Təqdim edilmiş adlı siyahılar ümumiləşdirilərək vahid bir siyahı kimi Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində saxlanır və bundan başqa heç bir arxiv sənədi mövcud deyil. Ərizəçi adı sıralamada 54-cüdür. Göründüyü kimi, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında tanıtmaq istədiyi faktla bağlı icra hakimiyyətinin adlı siyahısı vardır və həmin siyahıda ərizəçinin də adı yer alıb. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə ə sasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı çəkilən və apelyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi qanunvericilik norması hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə ərizəçinin adı “özünümüdafiə” dəstələrinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxslərin adlı siyahısında göstərilib. Həmin sənədin inzibati orqanlar tərəfindən qəbul edilməməsi qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsinə əsas ola bilməz. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi ərizəya dair iş üzrə icraata xitam vermək əvəzinə, apelyasiya şikayətinə mahiyyəti üzrə baxıb, qətnamə çıxarmaqla səhvə yol vermişdir. Halbuki Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndində də qeyd edilib ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericil iklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi ərizəyə dair iş üzrə icraata xitam verməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Mülki-Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas verir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icr aata xitam verə bilər. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli,yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13218/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Ərizədən də görünür ki, müəyyən edilməsi xahiş edilən fakt ərizəçiyə müharibə veteranı adı və vəsiqəsi almaq üçün lazımdır. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi 1991-ci ildən 1992-ci ilin aprel ayınadək Xocal ı özünü müdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması ilə bağlı məhkəməyə deyil, ilkin olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətimüraciət etməli idi. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edil miş “İnzibati orqanların təsnifatı”nın 4-1.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininyerli idarə, şöbə və bölmələri inzibati orqanlar sırasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə də inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası bu qanunvericlik normalarına istinadən izah edir ki, müharibə veteranı vəsiqəsi verilməsi üçün ərizəçi ilkin olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli qurumuna, həmin qurumun qərar və hərəkətindən (hərə kətsizliyindən) narazı qaldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13218/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar