Məhkəmə qərarları › İş №2(102)-2293/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2293/2023

07.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2293/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nizami Bələdiyyəsinə, Cavabdeh3, Bakı şəhəri 52 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “müqavilənin etibarsız, qərarın, aktın və çıxarışların ləğv edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nizami Bəl ədiyyəsinə, Cavabdeh3, Bakı şəhəri 52 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hasarın və ağacların bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2(103)-260/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İd diaçı arasında bağlanmış 15 dekabr 2006-cı il tarixli icarə müqaviləsinə əsasən Nizami Bələdiyyəsi tərəfindən Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m. olan torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə vermişdir. İllik icarə haqqı 204 manat müəyyən edilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ 18 noyabr 2016-cı il tarixində qeydə alınmışdır. 3. 21 noyabr 2016-cı il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən üm umi sahəsi 0,05 ha olan torpaq sahəsini 30.000 manata Cavabdeh1 satmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ 07 noyabr 2016-cı il tarixində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Bakı şəhəri Nizami Bələdiyyəsinə, Cavabdeh3, Bakı şəhəri 52 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ilə Bakı şəhəri Nizami Bələdiyyəsi arasında “bağlanmış” 27 oktyab r 2006-cı il tarixli qərarın, torpaq alqı-satqısına dair tarixsiz aktın və onun adına verilmiş Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 21 noyabr 2016cı il tarixli, AN – 10586046 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və icarəsində olan torpaq sahəsində dağıdılmış tikilinin (hasarın) və kəsilmiş 15 ədəd müxtəlif ağacların bərpa edilməsi öhdəliyinin cavabdeh X3 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılm ışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.metr torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. Bununla bağlı onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Qanunla nəzərdə tutulmuş qaydada icarəsində olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 onun icarəsində olan torpaq sahəsinə dair Bakı şəhəri Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli qərarını hazırlamış, daha sonra torpaq alqı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərin də xüsusi mülkiyyət hüququ əldə etmişlər. Belə ki, həmin qərar və akt Cavabdeh3 adına saxta yolla hazırlanaraq cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında onun icarəsində olan torpaq sahəsini əhatə edən Cavabdeh3 adına Seriya RX ******* nömrəli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 Bakı şəhəri 52 saylı Notariat Kontorunda həmin torpaq sahəsinin alqı-satqısına dair 21 noyabr 2016-cı il tarixli, AN–10586046 nömrəli müqavilə bağlamış, bu müqavilə əsasında Cavabdeh1 onun icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və ona bu barədə Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 onun icarəsində olan torpaq sahəsindəki tikilini (hasarı) dağıtmış, həmin ərazidə olan 15 ədəd müxtəlif ağacları kəsmiş, o, bunlar barədə xəbər tutanda dərhal polisə şikayət etmişdir. Onun şikayəti əsasında baş vermiş cinayət hadisəsi Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2018-ci il tarixli, 29481 nömrəli və 29 yanvar 2019-cu il tarixli, 939 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə komputerə köçürülmüş və qrafik proqram təminatından istif adə etməklə axınlı printerdə çap edilmişdir. Hazırda həmin cinayət işinin istintaqı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İŞ-də davam etdirilir və icarəsində olan torpaq sahəsinin tam saxtalaşdırılmış sənədlərlə əldə edilməsi təsdiq edildiyindən torpaq sahəsinin geri qaytarılması barədə məhkəməyə müraciət etməsinə dair Nizami rayon Polis İdarəsi ona rəsmi məktub vermişdir.

7. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Nizami Rayon Polis İdarəsində istintaq hərəkətləri davam etdirilən zaman ekspertiza təyin olunmuş və alqı-satqı müqaviləsinin saxta olduğu rəyi alınmışdır.

8. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, 2014-cü ildə torpaq sahəsi almaq üçün maklerə (vasitəçi) müraciət etmiş, makler də ona hazırda mübahisəli olan torpaq sahəsinin olması barədə məlumat vermişdir. Əvvəllər həmin yer Seyidov Mirrasimin olmuşdur. Torpaq sahəsi 5 sotdan ibarətdir və orada ağac olmamışdır. Torpaq sahəsini o, Mirrasim Seyidovdan 15000 ABŞ dollarına almışdır. Pulu da Mirrasim Seyidovun özünə vermişdir. Torpaq Mirrasimin adına olmuşdur. Ona görə də bələdiyyədə onun adına sənəd olmamışdır. Torpaq sahəsinin ətrafını onlar 1 aya çəpərləmişlər, heç kəs də onlara yaxınlaşıb, “niyə buraya çəpər çəkirsiz?” deməmişdir. O vaxt bilsəydi ki, torpaq sahəsi belə problemlidir, həmin zaman maklerdən (vasitəçidən) pulunu alardı. Sənədlərin saxta olduğunu yalnız Nizami Rayon Polis İdarəsindən çağırıldıqdan sonra bilmiş və vasitəçi ona 15.000 əvəzinə 20.000 pul qaytarmı şdır. Cavabdeh3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rasim öz adına olan bələdiyyə sənədini onun adına keçirmiş, ona görə alqı-satqı onun adına olmuşdur. Torpaq sahəsi də 1 ilə yaxın onun adına olmuşdur. Makler də ona satılan torpaq sahəsini sənədləşdirə bilmədiyi üçün pulu ona geri qaytarmışdır.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X10 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, bələdiyyədə yalnız iddiaçı ilə bağlanmış müqavilə vardır. Bununla bağlı bələdiyyədə çertyoj, protokol, qərar da vardır. Lakin digər tərəflə bağlı Nizami Rayon Bələdiyyəsində heç bir sənəd yoxdur. Bələdiyyənin ehtiyat fondu da olmamışdır ki, kiməsə torpaq satsın. Ona görə də Cavabdeh3 adına əmlakın aktla necə keçdiyi onlara məlum deyildir.

10. Ca vabdeh 52 saylı Notariat Ofisinin notariusu Elçin Zeynalov iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş və etirazı onunla əsaslandırmışdır ki, müqavilə üzrə tərəflər 21 noyabr 2016-cı il tarixində Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərini rəhbər tutularaq həmin şəxslərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti, eləcə də nümayəndənin səlahiyyəti yoxlanmış, həmçinin daşınmaz əmlakın üzərində məhdudiyyət və yüklülüyü n olub-olmaması barədə məlumat “Elektron notariat informasiya sistemindən” xx.xx.2016-cı il tarixində real vaxt rejimində əldə edilmiş və həmin əmlakın üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmaması müəyyən edilmişdir. Əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra iradələrinə uyğun əqdin layihəsi hazırlanmışdır. Əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflər əqdin bağlanmasının nəticələri barədə xəbərdar edilmişlər. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərə əsasən əqdin ləğv edilməsi üçün hüquqi əsas olmadığından iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin sərhədləri şərtidir. Üzərində tikili yoxdur. Bir neçə sayda yaşıllıq və meyvə ağacları vardır. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə **********45 reyestr nömrəsi ilə Cavabdeh1 mülkiyyətindədir.

12. X1 06 noyabr 2020-ci il tarixli, 382 №-li rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, mülki iş üzrə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi (reyestr nömrəsi **********45) iddiaçı ilə Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixində bağlanmış torpaq icarə müqaviləsi ilə icarəyə verilmiş olan torpaq s ahəsinin, həmin müqavilənin əlavəsi olan cizgidə qeyd edilən istinad nöqtələri əsas götürüldüyü halda, üst-üstə düşdüyü müəyyən edilmiş, bəhs edilən Nizami Bələdiyyəsinin 15 dekabr 2006-cı il tarixli torpaq icarə müqaviləsinin əlavəsi olan cizgidə “nəzərdə tutulan sahə” kimi qeyd edilən ayrılan sahənin ümumi ölçüsü 340 kv.metr olduğu halda, döngə nöqtələrinin arasındakı ölçülər üzrə sahənin, əlavənin miqyasının 1: 500 olduğu nəzərə alınmaqla, 225 kv.metr təşkil etdiyi müəyyən olunmuş, iddiaçıya icarəyə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilsə də, icarə müqaviləsinin əlavəsi olan cizginin (sxem) əraziyə uyğun tərtib edilmədiyi səbəbindən, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsi ilə ayrılmış torpaq sahəsin dən artıq olan 160 kv.metr hissənin harada yerləşməsini müəyyən etmək mümkün olmamış, Nizami bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxeminə əsasən bələdiyyə fəaliyyətə başladığı dövrdə, habelə 2006-cı ildə mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətinə aid olmuşdur.

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(007)-94/2021 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində 500 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, həmin bələdiyyə tərəfindən Cavabdeh3 500 kv.metr torpaq sahəsi satılmasına dair tarixsiz aktın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Not ariat Kontorunda bağlanmış 21 noyabr 2016-ci il tarixli AN-1 seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh3 ilə Bakı şəhəri Nizami Bələdiyyəsi arasında “bağlanmış” torpaq alqı-satqısına dair akt və həmin aktın çıxarılmasına əsas olmuş alqı-satqı müqaviləsi yalan əqdlər hesab olunmalıdır. Belə ki, Cavabdeh3 torpağın mülkiyyətçisi olan Nizami Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış, torpaq sahəsi ayrılması üçün mülki qanunvericiliklə nəzərdə tutulan ilkin sənədlər mövcud olmamışdır. Onun istinad edərək mülkiyyət hüququ əl də etdiyi və bunun nəticəsi olaraq əmlakı özgəninkiləşdirdiyi sənədlər (ona torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, torpaq alqı-satqısına dair tarixsiz akt) əslində mövcud olmamışdır. İşin bu halını bələdiyyənin məhkəmə iclasında iştirak edən nümayəndəsi də təsdiq etmişdir. Ona görə də həmin sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 27 oktyabr 2006-cı il tarixli qərar, torpaq alqı-satqısına dair tarixsiz akt ləğv edilməli, həmin qərarın qəbulundan 1 ay sonra Cavabdeh1 ilə Cavabdeh3 arasında 52 saylı Notariat ofisində bağlanmış 21 noyabr 2016-cı il tarixli, AN-İ seriyalı 10586046 nömrəli müqavilə də etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* nömrəli çıxarış ləğv edilməlidir.

15. Məhkəmə Cavabdeh3 verilmiş RX seriyalı, 093759 saylı, 27 oktyabr 2006-cı il tarixli çıxarışın ləğv olunması tələbini əsassız hesab edir. Belə ki, hal-hazırda torpağın mülkiyyətçisi Cavabdeh3 deyil, Cavabdeh1dır. Sonuncuların arasında alqı-satqı həyata keçirilərkən qeyd olunan çıxarış hüquqi qüvvəsini itirmişdir.

16. Məhkəmə torpaq sahəsində dağıdılmış tikilinin (hasarın) və kəsilmiş 15 ədəd müxtəlif ağacların bərpa edilməsi öhdəliyinin cavabdeh X3 üzərinə qoyulması hissəsində iddia tələbinə qiymət verərkən belə nəticəyə gəlmişdir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı bu tələblərlə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası K onstitusiyasının 13, “İcarə haqqında” Azərbaycan Respublikası qanununun 1, 8.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 340.2, 706.1, 706.2, 706.3, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 22.1-ci maddəsinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Q.İbadovun şikayəti üzrə” 2016-cı il 7 mart tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

19. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, dövlət tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh3 məxsus olan torpaq sahəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə almış və mülkiyyətçi kimi öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. O, iddiaçını və Cavabdeh3 əvvəllər heç vaxt tanımamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman o, mübahisəli əmlakın Cavabdeh3 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. Buna görə də o, torpaq sahəsinin vicdanlı alıcısıdır. Bundan əlavə, iş materiallarında olan ekspertiza rəyindən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olmuş və bələdiyyənin iddiaçıya torpaq sahəsini icarəyə vermək səlahiyyəti olmamışdır. Həmçinin iddiaçının bağladığı icarə müqaviləsinin müddəti 13 dekabr 2021-ci il tarixdə bitir və icarəyə götürənin həmin torpaq üzərində həmin vaxtdan sonra hüquqları bitdiyindən, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ aradan qalxacaqdır.

20. Cavabdeh3 apellyasiya şikayəti nin məzmunu Cavabdeh1 apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir.

21. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2022-ci il tarixli, 10/2424 saylı rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan 500 kv.metr torpaq sahəsi ilə iddiaçıya Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən 15 dekabr 2006-cı il tarixli torpaq icarə müqaviləsi əsasında ayrılmış 340 kv.metr torpaq sahəsinin 318 kv.metr hissədə naturada və elektron kadastr məlumat bazasının məlumatlarına əsasən üst-üstə düşməsi müəyyən edilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-260/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər X16 (sədrlik edən və məru zəçi), X11 və X7) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021ci il tarixli qətnaməsi Bakı şəhər Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması hissəsində ləğv edilmiş və həmin iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-260/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X16 (sədrlik edən və məruzəçi), X11 və X7) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 21 noyabr 2016-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının iddiaçıdan alınıb apellyatorlara ödənilməsi, apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pulun iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Cavabdeh3 ilə bağladığı alqı-satqı müqaviləsinin tərəfi kimi vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları qorunmalıdır.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarın, həmin bələdiyyə tərəfindən Cavabdeh3 torpaq sahəsi satılmasına dair tarixsiz aktın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanm ış 21 noyabr 2016-ci il tarixli AN-1 seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi) ləğv olunmalı, həmin hissədə iddia rədd edilməlidir.

27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddə 139.1, 140, 144.1, 144.2, 144.3, 146.1, 146.2, 149.2, 324.1, 337.1, 647.1-ci mad dələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.2, 385.1. 385.1.1, 385.1.4, 386, 390-cı maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatın məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Buna görə də, Cavabdeh1 Cavabdeh3 ilə bağladığı alqı-satqı müqaviləsinin tərəfi kimi vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları qorunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsini tətbiq etməmişdir. İşdə olan sübut növlərindən, o cümlədən birinci instan siya məhkəmə iclasında Cavabdeh3 verdiyi izahatdan, habelə birinci instansiya məhkəməsi tərəfindən Nizami rayon Polis İdarəsinin istintaq şöbəsindən tələb edilərək öyrənilmiş ********* saylı cinayət işi üzrə dindirilmiş şahidlər X5, X14, X12 və X8 ifadələri və üzləşdirmə protokolları ilə tam təsdiq edilib ki, saxta bələdiyyə qərarını Hüseynov Sürüyə və Cavabdeh3 qəbul edən, daha sonra sonuncudan 99 illiyə etibarnamə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin dövrdə işləyən qardaşı vasitəsilə saxta bələdiyyə qərarı əsasında Cavabdeh3 adına “Cıxarış” alan, daha sonra həmin “Çıxarış” əsasında Cavabdeh3 adından sonuncuya “məxsus” torpaq sahəsini anası, Cavabdeh1 satan Ziya Tağıbəyli bilirdi ki, cinayətlə məşğul olur və özgəninkiləşdirdiyi torpaq sahəsinə aid sənədlər saxtadır. Be ləliklə, vəkil sorğusu əsasında tələb edilərək məhkəməyə təqdim edilmiş Nizami rayon Polis İdarəsində olan ********* saylı cinayət işi üzrə X5 ilə X6 üzləşdirmə protokolundan aydın olur ki, Sürüyə Cəbrayılov (mübahisə predmeti olan torpaq sahəsini satan) Cavabdeh3la birlikdə Ziya Tağıbəylini həmin torpaq sahəsinə dair qərarın saxta olmasını və sənədin “kötüyünün” olmamasını əvvəlcədən xəbərdar etmiş, lakin Z.Tağıbəyli ona demişdir ki, bu onun problemi deyil. Sözügedən cinayət işinin materiallarından aydın olur ki, hazırda torpaq sahəsinin “mülkiyyətçisi” olan Cavabdeh1 oğlu Z.Tağıbəyli iş üzrə digər Cavabdeh3 və makler S.Hüseynovla əlbir olaraq birincidən 99 iliyinə etibarnamə alaraq onun adına olan saxta bələdiyyə qərarı əsasında mübahisə predmeti olan torpaq sahəsini özgəninkiləşdirmiş, daha sonra isə anası Cavabdeh1 ilə formal alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini formalda anasının adına, əslində isə öz mülkiyyətinə keçirmişdir. Bu isə o deməkdir ki, Z.Tağıbəyli Cavabdeh3 99 illiyinə etibarnamə alaraq başqasının icarəsində olan torpaq sahəsini özgəninkiləşdirərkən bilirdi ki, Cavabdeh3 torpaq sahəsinin mülkiyyətçisi deyil. Buna baxmayaraq o, torpaq sahəsinə hüquq əldə edib daha sonra anası ilə müqavilə bağlamışdır. Bu halda təbii ki, anası Cavabdeh1 da bilmişdir ki, oğlu Z.Tağıbəylinin ona “satdığı” daşınmaz əmlakın əldə edilməsi legitim olmamışdır. Lakin məhkəmə kollegiyası səhvən hesab etmişdir ki, guya hazırkı işdə Cavabdeh1 Cavabdeh3 torpaq sahəsini alarkən alqı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmamış, Cavabdeh3 torpaq sahəsini saxta bəl ədiyyə qərarı əsasında əldə etməsi barədə hər hansı məlumatı olmamışdır. Tamamilə yanlış nəticədir ona görə ki, əvvəla Cavabdeh1 torpaq sahəsini Cavabdeh3 yox, oğlu Z.Tağıbəylidən almışdır. Belə ki, Cavabdeh1 ilə “alqı-satqıda” Cavabdeh3 adından 99 illik etibarnamə əsasında oğlu Z.Tağıbəyli iştirak etmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, “Cavabdeh1 Cavabdeh3 səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa etimad edərək həmin müqaviləni bağlamışdır”. Bu “nəticə” də tamam yanlışdır ona görə ki, Cavabdeh1 bilirdi və ya bilməli idi ki, Cavabdeh3 səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət rey estrindən çıxarışa etimad etmək olmaz ona görə ki, bu çıxarış oğlu Z.Tağıbəyli ilə Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində işləyən digər oğlunun qanunsuz yolla əldə etdikləri legitim olmayan sənəddir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etmişsə də, bu qanunu səhv təfsir etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Cavabdeh1 oğlu Z.Tağıbəyli ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində işləyən qardaşının köməkliyi ilə saxtalaşdırılmış bələdiyyə qərarı və digər sənədlər, habelə etibarnamə əsasında öz adına yox, Cavabdeh3 adına çıxarış almışdır. Hansı ki, bu çıxarışın da verilməsində qanunsuzluq olmuşdur. İddiaçı tərəf kimi dəfələrlə məhkəmə iclaslarında vəsatət verərək cavabdeh Az ərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakını, habelə mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı həmin idarədə saxlanılan sənədlərin tələb edilərək iş materiallarına əlavə olunmasını tələb etsə də, məhkəmə heç bir ağlabatan əsas göstərmədən onun vəsatətlərini təmin etməmişdir. Əslində bu mübahisədə ən böyük qanunsuzluğu adı çəkilən dövlət qurumu etmişdir. Hazırkı iş üzrə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi adına bələdiyyə qərarı olan Cavabdeh3 adından Z.Tağıbəyli tərəfindən sənədləri qəbul edərkən yuxarıda istinad edilən “Qaydalar“a müvafiq olaraq bütün sənədlərin ekspertizasını həyata keçirməli idi. Ancaq nədənsə adı çəkilən idarə bunu etməmiş, hüquq əldə etmək üçün müvafiq qanunda nəzərdə tutulan Bələdiyyə qərar ının həqiqiliyi barədə Z.Tağıbəylidən arxiv arayışı tələb etməmişdir. Hansı ki, Nizami bələdiyyəsi qərarı 27 oktyabr 2006-cı ilə aid olmuş, 10 il sonra isə özəlləşdirmə aparılması üçün təqdim edilmişdir. Bu faktın təsdiqi üçün cavabdeh təşkilatda olan sənədlərin tələb edilərək iş materiallarına əlavə etmək tələbim əvvəldən cavabdeh tərəfi himayə edən məhkəmə kollegiyası tərəfindən qəbul edilməsə də, fakt kimi qalır və işdə olan heç bir hal və ya sübut növü bu halı – saxta sənədlərlə torpaq sahəsinin özəlləşdirilməsi zamanı bələdiyyə qərarının həqiqiliyi barədə arxiv arayışının olmamasını təkzib edə bilmir. Bu isə o deməkdir ki, Cavabdeh1 oğlu Z.Tağıbəyli tərəfindən mübahisəli torpaq sahəsinə hüquq əldə etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında sahəsinə hüquq əldə etmək üçün Azərbayca n Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilən sənədlərdə - reyestrin məzmununda qeyri-dəqiqlik olmuş, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçinəsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

34. Maddə 1 44.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

35. Maddə 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri v asitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

36. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

37. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 38. 148.

2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

39. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə eldikləri hüquqları saxlanılır.

40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və y a çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir və Mülki Məcəllədə göstərilmiş hallarda əqdin notarial qaydasında təsdiqlənməsi məcburidir.

41. Maddə 337.1 Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

42. Maddə 647.1. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

53. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhk əməsi zəruri araşdırma aparmadan cavabdeh X4 mübahisələndirilən daşınmaz əmlakın vicdanlı alıcısı olması qənaətinə gəlmişdir.

54. Belə ki, iddiaçı Cavabdeh3 verilmiş bələdiyyə qərarının saxta olmasını, onun əsasında aparılmış reyestr qeydinin əsassız olmasını, sonradan bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olmasını və hüquqi əsas olmadan əmlakından məhrum edildiyini iddia etməklə, əmlakın hazırki mülkiyyətçisinin vicdanlı sahib olmamasına dair dəlillər irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə mövqeyini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.

55. Birinci instansiya məhkəməsi məhz iddiaçının şikayəti əsasında aparılan cinayət təqibi materiallarını sorğu vasitəsi ilə əldə edərək araşdırmış, Cavabdeh3 verilmiş b ələdiyyə qərarının müvafiq bələdiyyə tərəfindən verilmədiyini, imzaların bələdiyyənin səlahiyyətli şəxsinə, möhürün isə bələdiyyəyə aid olmamasını müəyyən etmişdir.

56. Apellyasiya instansiya məhkəməsi bələdiyyə qərarı ilə bağlı irəli sürülmüş mübahisə ilə bağlı haqlı qənaətə gələrək həmin hissədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmasını yolverilməz hesab etmiş, həmin hissədə iş üzrə icraata xitam verərək iddiaçıya bələdiyyə qərarının mübahisələndirilməsi imkanının inzibati icraat qaydasında mümkün olduğunu izah etmişdir. İddianın digər hissə üzrə məhkəmə baxışını davam etdirən apellyasiya instansiya məhkəməsi iddiaçıya bu imkandan istifadə etməsinə imkan yaratmamış, tələblərin bir- birinə bağlı olub-olmamasını müzakirə etməmiş və digər əsasla (55-ci bəndə göstərilən əsa sla) iddianın rədd olunmalı olması nəticəsinə gəlmişdir.

57. İşin yeni apellyasiya baxışında iddiaçının həmin tələblə inzibati orqana və ya müvafiq prosessual qaydalara əməl olunduqdan sonra məhkəməyə müraciət edibetməməsi, müraciət edilməsi təsdiq olunduğu halda baxılan iş üzrə icraatın dayandırılması mümkünlüyünü tərəflərlə birlikdə müzakirə etməlidir.

58. İddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş cinayət təqibi materiallarında olan cavabdeh N.Süleymanovanın oğlu X12 ilə X5 arasında olan üzləşmə protokolunda Z.Tağıbəyli verilmiş suala cavab olaraq götərmişdir ki, «… mən X2 ifadəsini eşitdim. Həmin ifadəni qismən təsdiq edirəm. Belə ki, Cavabdeh1 mənim anamdır. Təxminən 2015-ci ildə Nizami rayon ərazisində torpaq sahəsi almaq istəyi rdim. Həmin dövrdə adını və anket məlumatlarını unutduğum ev alqı-satqısı ilə məşğul olan makler mənə Nizami rayon E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 500 kv.m. olan sahəni göstərərək satıldığını bildirdi. Mən həmin vaxt maklerə həmin torpaq sahəsini almaq üçün 40.000 manata razılaşdım. Mən maklerlə danışdım maklerdə torpağın sahibi olan Cavabdeh3 ilə danışdı. Sonra məni Faiqlə tanış etdi. Faiqlə tanış olana qədər makler torpağın sənədinin kserosurətini mənə göstərmişdir. Həmin vaxt torpaq X9 bələdiyyə qərarı əsasında verilmişdir. Əlində ancaq təxminən 2006cı il tarixli bələdiyyə sənədi var idi. Mən Faiq ilə Xətai rayon Əhmədli qəsəbəsi Bakı kinoteatrı ilə üzbəüz yerləşən notariat kontoruna getdim, orada Faiqin adından mülki etibarnamə aldım. Həmin sə nəd əsasında DƏDRX-dən çıxarış aldım. Sonra anamın adına alğı-satqı etmək üçün 52 saylı notariat kontorunda 21 noyabr 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlandı. Anamın adına olan sənədlər Reyestr Xidmətinə təqdim olundu və onun adına çıxarış verildi.»

59. Həmin protokolda X5 ifadəsində göstərir ki, «… səhəri gün Ziya və Nihad adlı şəxslə görüşdük, söhbət etdik və torpağı 50.000 manata razılaşdıq və həmin vaxt Ziya və Nihada bildirdim ki, bələdiyyə qərarının kötüyü yoxdur. İstəyirsinizsə Kamrana deyim sizə kömək etsin. Onar dedilər Kamran lazım deyil özümüz düzəldəcəyik.»

60. İddiaçı kassasiya şikayətində isə göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən Nizami rayon Polis İdarəsinin istintaq şöbəsindən tələb edilərək öyrənilmiş ********* saylı cinayət işi üzrə dindirilmiş şa hidlər X5, X14, X12 və X8 ifadələri və üzləşdirmə protokolları ilə tam təsdiq edilib ki, saxta bələdiyyə qərarını Hüseynov Sürüyə və Cavabdeh3 qəbul edən, daha sonra sonuncudan 99 illiyə etibarnamə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin dövrdə işləyən qardaşı vasitəsilə saxta bələdiyyə qərarı əsasında Cavabdeh3 adına “çıxarış” alan, daha sonra həmin “çıxarış” əsasında Cavabdeh3 adından sonuncuya “məxsus” torpaq sahəsini anası, Cavabdeh1 satan Ziya Tağıbəyli bilirdi ki, cinayətlə məşğul olur və özgəninkiləşdirdiyi torpaq sahəsinə aid sənədlər saxtadır.

61. Daha sonra kassasiya şikaytində göstərilir ki, sözügedən cinayət işinin materiallarından aydın olur ki, hazırda torpaq sahəsinin “mülkiyyətçisi” olan Cavabdeh1 oğlu Z.Tağıbəyli iş üzrə digər Cavabdeh3 və makler S.Hüseyno vla əlbir olaraq birincidən 99 illiyinə etibarnamə alaraq onun adına olan saxta bələdiyyə qərarı əsasında mübahisə predmeti olan torpaq sahəsini özgəninkiləşdirmiş, daha sonra isə anası Cavabdeh1 ilə formal alqı-satqı müqaviləsi bağlayaraq torpaq sahəsini anasının adına, əslində isə öz mülkiyyətinə keçirmişdir.

62. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd etdiyi hallarla bağlı dəlilləri ətraflı araşdırılmalı olduğu halda apellyasiya instansiya məhkəməsi heç bir araşdırma aparmamışdır. Belə olan halda həqiqətən torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarının saxta olması, həmin torpaq sahəsinə dair cavabdeh N.Süleymanovanın oğlu X22 Hüseynov tərəfindən etibarnamə verilib-verilməməsi, həmin etibarnamə əsasında Z.Tağıbəylinin Cavabdeh3 adından reyestrdən çıxarış alınması üçün reyestr orqanına müraciət edib-etməməsi, reyestrdən çıxarışın alınması, alğı-satqı müqaviləsi bağlanarkən satıcının və alıcının adından kimin çıxış etməsi müzakirə edilməli, müəyyən olunmuş hallar işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməli, göstərilən faktların təsdiq olunması halında isə vicdanlıq prinsipinə uyğun dəyərləndirmə aparılmalı və məsələyə maddi hüquqi baxımdan hüquqi qiymət verilməlidir.

63. Mülki Məcəllənin (140-cı maddəsinin) dispozisiyasından da görünür ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna təşkil edir.

64. Mövcud mübahisə daşınmaz əşyanın (torpaq sahəsinin) qanunsuz əldə edilməsi iddiası ilə bağlıdır. Bu zaman vicdanlı əldə etmə ilə bağlı hüq uq münasibətlərini MM-in 140, 148.2 və 149.2-ci maddələri tənzimləyir.

65. Mülki hüquqda vicdanlılıq müxtəlif hüquq münasibətlərində nəzərə alınan dürüstlük qaydasıdır. Bu qayda, hər bir şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir

66. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının ad ından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

67. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

68. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv t ədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2(103)-260/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar