Məhkəmə qərarları › İş №2(102)-2293/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2293/2024

07.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2293/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlak üzərində vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Cəlal qızının və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının cavabdeh X4 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1529/2023 nömrəli 3 avqust 2023-cü il qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 07 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə tərəflər mirasqoyan mərhum X8 övladlarıdır. X11 xx.xx.1990-cı il tarixində vəfat etmişdir.

2. Mübahisə edilən əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Mübahisəli əmlaka dair hüquq müəyyənedici sənədlər yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X7 miras qalmış ünvan 2 ünvanda yerləşən miras qalmış əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasın a dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi ona mərhum ataları X7 miras qalmışdır. Həmin evdə qeydiyyatdadırlar və bu ünvanda anadan olandan yaşamışlar. Lakin Cavabdeh Cəlal oğlu ona həmin əmlak üzərində vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. X5 və anası X12 vəfat etmişlər. Cavabdeh Cəlal oğlu ilə miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) iddiaçılar İddiaçı1 Cəlal qızının və Zeynalova (Verdiyeva) Tünzal ə Cəlal qızının cavabdeh X4 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçılar mübahisəli əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmiş və tələbi həmin əmlakın xx.xx.1990-cı il tarixində vəfat etmiş ataları X7 miras qalması ilə əsaslandırmışdır. Belə olan halda, mübahisəli hüquq münasibətinə Cəlal Zeynalovun vəfat etdiyi zaman qüvvədə olan qanunvericilik – xx.xx.1965-ci ildən xx.xx.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

8. Cəlal Zeynalovun vərəsəsi olduğu üçün Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının hazırkı iddia ilə məhkəməyə müraciət etmək və X2 tələbə cavab verməli şəxs olmasını təsdi qləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü daşıyan iddiaçı tərəf qeyd edilən şəxslərin Cəlal Zeynalovun vərəsələri olmasına dair ailə tərkibi barədə sübut təqdim etməmişdir. Həmin şəxslərin Cəlal Zeynalovun vərəsə olması ağlabatan ehtimal olsa da, bu halı birbaşa təsdiqləyən dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

9. Bundan başqa, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cəlal Zeynalovun mübahisəli əmlaka dair miras keçə bilən hüququ qeydiyyata alınmamışdır. Belə ki, miras kütləsinə daxil olmayan əmlaka hüquq müəyyən edilə bilməz.

10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi xx.xx.1965-ci ildən xx.xx.1999-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 529, 530, 532, 552-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 7 7.1, 88-ci maddələrinə istinad edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar həmin evdə qeydiyyatdadırlar və bu ünvanda anadan olandan yaşamışlar, lakin Cavabdeh Cəlal oğlu onlara həmin əmlak üzərində vərəsəlik hüququnu həyata keçirməyə məhdudiyyət yaradır.

13. Cavabdeh Cəlal oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılar onun bacılarıdır. X1 1973-cü ildə, Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı isə 1975-ci ildə ata evindən ailə qurması ilə bağlı köçüb gediblər və hər birinin ayrıca yaşayış evləri vardır. Atası Cə lal 1990-cı ildə vəfat etmiş, həmin evdə isə qardaşı Kəmaləddin yaşamış, onun ölümündən sonra isə uşaqları yaşayırlar. Ata evinin heç bir sənədi yoxdur və bu evin iddiaçılara heç bir aidiyyəti yoxdur.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1529/2023 nömrəli 3 avqust 2023-cü il qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxılanılmışdlır.

15. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, mərhum X11 xx.xx.1990-cı ildə vəfat etməsi ilə miras açıldığından, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsini rəhbər tutularaq, hazırkı mübahisəli hüquq münasibətlərinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

16. İddiaçılar ataları mərhum X8 xx.xx.1990-cı ildə vəfat etməsindən sonra, mirası hər hansı formada qəbul etməsi ilə bağlı heç bir mötəbər sübut növü təqdim etməmişlər. Hazırda mirasın açılmasından 30 ildən çox müddət keçmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1966-cı il tarixli 47 saylı məktubunda Stalin adına kolxozun köhnə qaytanlanmış kitabının 143 sıra nömrəsində X9 0.1 ha həyətyanı torpaq sahəsinin yazıldığı bildirilmişdir. Bu fərdi yaşayı ş evinin ünvanı ünvan 4estrində qeydiyyatdan keçməmişdir. Arxiv işində tikililərə dair hüquqverici sənədlər yoxdur. 1966-cı ildə aparılmış inventarlaşdırma zamanı Gəncə şəhəri, Bayan küçəsi, 4-cü döngə, 12 olan fərdi yaşayış evinin hüquqverici sənədlər olmadan X8 istifadəsində olduğu göstərilmişdir. Bu mülk Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir, arxiv işində və digər hüquqverici sənədlər aşkar edilməmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə edilən mülkdə cavabdeh yox, iddiaçıların digər qardaşı uşaqları yaşayır.

18. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 529, 552-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçılar kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən xx.xx.1999cu il tаriхədək qüvvədə оlmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci mаddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçılar həmin еvdə qеydiyyаtdаdırlar və bu ünvаndа аnаdаn оlаndаn yаşаmışlar, lаkin cаvаbdеh həmin əmlаk üzərində vərəsəlik hüququnu həyаtа kеçirməyə imkаn vеrmir. Zеynаlоv Cəlаl Cаvаd оğlu və Əliyеvа Hаmаyа Qərib qızı vəfаt еtmişlər və оnlаrın ölüm hаqqındа şəhаdətnаmələri bunu təsdiq еdir. Məhkəmə vərəsəlik hüququnu аilə tərkibi ilə bаğlı аrаyışlа bаğlı hеsаb еts ə də, məhkəmənin qеyd еtdiyi аrаyış vərəsəlik hüququnu müəyyən еtmir. Məhkəmə qətnаməsində göstərir ki, iddiaçılar tərəfindən mirаs qоyаn mərhum Cəlаl Zеynаlоvun аilə üzvü оlmаsı bаrədə sənəd təqdim еtməmişdir. Lаkin iş mаtеriаllаrınа tərəflərindən dоğum hаqqındа şəhаdətnаmələr əlаvə еdilmişdir. Vərəsəlik hüququ mirаs qоyаnın ölümü ilə аçılır, və iddiaçılar mirаs qоyаnın övlаdlаrı оlmаqlа vаrisləridirlər. Mirаsı isə ölüm bаş vеrdikdən və mirаsаçılаn müddətdən qəbul еtmişlər. Həmçinin birinci növbə vərəsə оlаrаq vərsəliyi qəbul еtmişlər. Hаzırdа Аzərbаycаn Rеspublikаsı Kоnstitusiya Məhkəməsinin 26 dеkаbr 2023-cü il tаriхli qərаrınа əsаsəndə mirаs qоyаnın hər bir vərəsəsi оnun vаrisi hеsаb еdilməklə bərаbər pаylаrа mаlikdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikay ətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə tarixinədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

22. Maddə 528. vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

23. Maddə 529. vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

24. Maddə 552. vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə. eləcə də, o, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etm iş hesab olunur. Bu hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1529/2023 nömrəli 3 avqust 2023-cü il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar