Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2296/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (X13 və X14 üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, əqdin və onun hüquqi nəticələrinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət t ərkibdə, İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi, üçüncü şəxslər X13 və X3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDKRX-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-63/2024 nömrəli, 29 fevral 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının babası X28 xx.xx.2000-ci ildə, nənəsi X30 xx.xx.2001-ci ildə vəfаt etmişlər.
2. X15 qalmış miras əmlaka dair onun vərəsələrinə - nəvələri X13 və X3 Qəbələ regional Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə 2V-425 reyestr nömrəsi ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
3. İddiaçı bundan əvvəl cavabdehlər X10, X35, X36, X48, X49, X54, X4, X50, X37, X18, X19 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X31 və X23 JN-163F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış və hazırda onunla cavabdeh X5 birgə faktiki istifadəsində olan 0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qə tnaməsi ilə İddiaçı həmin iddiası təmin edilməmişdir. Qeyd olunan iş üzrə İddiaçı apelyasiya şikayəti və kassasiya şikayəti müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı qərarı ilə təmin edilməmişdir.
5. Həmçinin iddiaçılar İddiaçı və X6 cavabdehlər X54, X38, X39, X48, X35, X50, X37 və X7 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması” tələbinə dair iddiası Qəbələ Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli, 2(025)-242/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verilməmişdir.
6. Bundan baqşa, iddia çının qardaşı X24 cavabdehlər X14, İddiaçı, X54, X38, X39, X48, X35, X50 və X7 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası Qəbələ Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(025)-47/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı qətnaməsi ilə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Аbbəkirоv İsа Nurənməd оğlu və Аbbəkirоvа Həsrət Nаğı qızının ər-аrvаd münаsibətlərindən yeddi uşаqlаrı оlmuşdur: İslаm, İkrаm, Bəhrаm, Şəfiqə, Rəfiqə, Mаis və Əlisаhib. İslаm 1970-ci ildə Tərаnə аdlı qаdınlа аilə qurub Bаkı şəhərinə köçmüş, Аrz u аdlı bir qızı оlmuş, 2001-ci ildə vəfаt etmişdir, аrvаdı və uşаğı hаzırdа Bаkı şəhərində yаşаyırlаr. İkrаm 1993-cü ildə RF-nın Tümen şəhərinə köçüb getmiş və həmin vаxtdаn оndаn heç bir məlumаt yоxdur. Bəhrаm 1982-ci ildə Kаzаxıstаn Respublikаsınа köçmüş və bir dаhа qаyıtmаmışdır. Şəfiqə 1981-ci ildə ərə gedib Bаkı şəhərinə köçmüş və hаzırdа Bаkı şəhərində yаşаyır. Rəfiqə 1995-ci ildə аilə qurub Bаkı şəhərinə köçmüş və hаzırdа Bаkıdа yаşаyır. Mаis xx.xx.1982-ci ildə Аbbəkirоvа (Аbışоvа) Sübhisаbаh Bаyrаm qızı ilə rəsmi nikаhа dаxil оlmuş və оnlаrın ər-аrvаd münаsibətlərindən Rəşаd (iddiаçı), Rəvаn və Bаyrаm (cаvаbdehlər) аdlı üç uşаqlаrı оlmuşdur. Mаis Аbbəkirоv xx.xx.2017-ci ildə vəfаt etmişdir, аilə üzvləri Qəbələ rаyоnu Vəndаm qəsəbəsində şəxsi təsərrüfаtdа yаşаyırlаr. Əlisаhib xx.x x.1986-cı ildə Аbubəkirоvа (Bаxışаlıyevа) Leylа Оruc qızı ilə аilə qurmuş və оnlаrın ər-аrvаd münаsibətlərindən Pərvin, Pərviz və Gözəl (cаvаbdehlər) аdlı üç uşаqlаrı оlmuşdur. Əlisаhib xx.xx.1989-cu ildə, аrvаdı Leylа xx.xx.2013-cü ildə vəfаt etmişlər, uşаqlаrı Pərviz və Gözəl mərhum İsа və Həsrətə məxsus оlmuş mübаhisəsi gedən təsərrüfаtdа, Pərvin isə Qаzаxıstаn Respublikаsındа yаşаyırlаr. 7.1. İddiаçı Аbbəkirоv Rəşаd Mаis оğlunun аtаsı mərhum Mаis Аbbəkirоv hələ ötən əsrin 80-ci illərində vаlideynlərinin təsərrüfаtındаn аyrılаrаq qоnşuluqdа özünə yeni təsərrüfаt yаrаtmış və аiləsi ilə birgə həmin təsərrüfаtdа yаşаmış, özü öldükdən sоnrа dа аilə üzvləri оnа məxsus təsərrüfаtdа yаşаmаğа dаvаm etmişlər. Həmçinin, mərhum İsа Аbbəkirоvlа mərhum Həsrət Аbbəkirоvаnın digər uşаqlаrı dа mübаhisə si gedən təsərrüfаtdаn аyrılаrаq bаşqа ünvаnlаrа köçmüş və həmin təsərrüfаtdаn qeydiyyаtdаn çıxmışlаr. Mübаhisəsi gedən təsərrüfаtdа yаlnız mərhum Əlisаhib Аbbəkirоv qаlmış və özü öldükdən sоnrа аilə üzvləri həmin təsərrаtdа qаlıb yаşаmаğа dаvаm etmiş, həttа İsа Аbbəkirоvlа Həsrət Аbbəkirоvа öldükdən sоnrа təsərrüfаt Əlisаhib Аbbəkirоvun аrvаdı mərhum Leylа Аbbəkirоvаnın аdınа keçirilmişdir. Hаzırdа dа sоnunculаrın uşаqlаrı Pərvin, Pərviz və Gözəl həmin təsərrüfаtdа qeydiyyаtdа оlmаqlа Pərviz və Gözəl sözügedən təsərrüfаtdа yаşаyırlаr. 7.2. Hаzırki işdə tərəflərdən heç biri istər İsа Аbbəkirоv, istərsə Həsrət Аbbəkirоvа vəfаt etdikdən sоnrа mirаsın qəbulu ilə bаğlı nоtаriаt kоntоrunа ərizə verməmişdir. Оnа görə də söhbət mirаsın fаktik qəbulundаn gedir. Birinci instansiya məhkəməsi qeyd et mişdir ki, istər İsа Аbbəkirоv, istərsə Həsrət Аbbəkirоvа vəfаt edərkən mübаhisəsi gedən təsərrüfаtdа yаlnız mərhum Əlisаhib Аbbəkirоvun аiləsinin yаşаmаsı işin mübаhisəsiz hаlı оlduğu kimi, mərhum Mаis Аbbəkirоvun аiləsinin də özlərinə məxsus bаşqа təsərrüfаtdа yаşаmаsı mübаhisə dоğurmur. Göründüyü kimi, Kоnstitusiyа Məhkəməsinin şərhinə görə mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullаrını ehtivа edir. Birinci hаldа vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş оlduğu hərəkətlərin edilməsində ifаdə оlunur. Bаşqа sözlə, təkcə mirаs qоyаnın ölümündən sо nrа nəinki mirаs mülkə gedib-gəlmək və оrаdа аğаc əkib-becərmək, həttа оrаdа yаşаmаğа dаvаm etmək özü-özlüyündə mirаsın fаktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirаsın fаktik qəbulu üçün yuxаrıdа qeyd оlunаn аktiv hərəkətlər etməmişdirsə, оndа mirаsın fаktik qəbulundаn dа söhbət gedə bilməz. İşin fаktiki hаllаrındаn görünür ki, mərhum Mаis Аbbəkirоv vаldieynlərinin ölümündən sоnrа mirаsın fаktiki qəbulu ilə bаğlı hər hаnsı аktiv hərəkətlər etməmiş və uzun müddət özünün vərəsəlik hüquqlаrını mübаhisələndirməmişdir. Mаis Аbbəkirоvun özünün аyrı təsərrüfаtı оlmuşdur, mübаhisəsi gedən təsərrüfаtlа bаğlılığı isə yаlnız həmin təsərrüfаtdа yаşаyаn mərhum qаrdаşı Əlisаhibin аiləsi ilə qоhumluq münаsibətləri müstəvində оlа bilərdi ki, məhkəmə iclаsındа dа hər iki аilə аrаsındа sоyuq münаsibətlərin оlduğu müəyyən оlundu. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həttа Mаis Аbbəkirоvun mübаhisəsi gedən təsərrüfаtdа аğаc əkib-becərməsi inаndırıcı оlsа belə, bu hаl öz-özlüyündə оnа mirаsın (оnun bir hissəsinin) yuxаrıdа əks оlunаn hüquqi yаnаşmаyа görə qəbul edilməsi üçün əsаs vermir. İddiаçı Rəhаd Аbəkirоv mirаsın fаktiki qəbulu ilə bаğlı mərhum аtаsı, dаhа sоnrа isə özü tərəfindən hаnsı аktiv hərəkətlərin edilməsi bаrədə məhkəməyə hər hаnsı sübut təqdim edə bilmədi. Qeyd оlunаlаrа əsаsən, birinci instansiya məhkəməsi hesаb etmişdir ki, mübаhisəsi gedən tоrpаq sаhəsi mərhum Mаis Аbbəkirоv, dаhа sоnrа isə sоnuncunun оğlu – iddiаçı Rəşаd Аbbəkirоv tərəfindən faktiki qəbul edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X7 və X11 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-163A kod 40666648 saylı şəhadətnaməyə əsasən mərhumlar X16 və X20 mülkiyyətində olub, miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə Qəbələ "ASAN" xidməti notariusu tərəfindən X8 və X1 adına verilmiş vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin, X9 adına ƏMDK DƏDKRX HDQHƏDR-dən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasın ı xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası X16 və nənəsi X20 7 nəfər vərəsəsi olmuş, onlardan 5 nəfəri miras qoyanların sağlığında ayrılıb getmiş, iki nəfəri (X57 və X40) isə valideynləri ilə birlikdə yaşamışlar. Bu iki vərəsədən Əbbəkirov Əlsahib miras qoyanların sağlığında - 1989-cu ildə vəfat etmiş, onun iki azyaşlı uşaqları, 1988-ci il təvəllüdlü Pərviz və 1998-cu il təvəllüdlü Gözəl qalmışdır. Abbəkirov Mais isə miras qoyanlar vəfat etdikdən sonra 2017-ci il tarixdə ölmüşdür. Öldükdən sonra onun da 3 nəfər uşaqları vərəsələri kimi qalmışlar. Miras qoyanlar ölən zaman Əlsahibin uşaqları azyaşlı olduğundan onları əmisi (atası) Mais baxıb böyütmüşdür. Miras torpaq sahəsi Mais tərəfindən faktiki qəbul edilmişdir. Daha sonra Maisin və Əlsahibin uşaqları həmin t orpaq sahəsindən istifadə etmişlər. Mais miras torpaq sahəsinin bir hissəsini dəmir torla və daş hasar ilə bağlayaraq tərəvəz üçün istifadə etmiş, onlar da sonradan həmin hissəni tam olaraq daş hasarla bağlayaraq darvaza qoymuşlar. Hal-hazırda da istifadə edirlər. Bu yaxınlarda ona məhkəmədən bildiriş və iddia ərizəsi gəlmiş və həmin iddiada göstərilmişdir ki, JN-163A saylı şəhadətnamə ilə X21 və X25 verilmiş və miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə mərhum Əlsahibin qızı Abbəkirova Gözələ və oğlu Abbəkirov Pərvizə hərbirinə 1/2 hissədə olmaqla Qəbələ "ASAN" xidmət mərkəzinin notariusu tərəfindən 0.49 ha torpaq sahəsinin hamısına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsindən onun və digər vərəsələr olan ailə üzvülərinin xəbəri olmamışdır. Həmin şəhadətnamə əsasında 0.49 ha torpaq sahəsi mərhum Əlsahibin qızı Abbəkirova Gözəlin adına təkbaşına hüquq sahibi kimi qeydə alınmış və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Həmin çıxarışı aldıqdan sonra X51 Rayon Məhkəməsində iddia qaldıraraq onun və ailə üzvülərinin (mərhum Maisin vərəsələri) istifadə etdikləri miras torpaq sahəsinin hissəsindən məcburi qaydada çıxarılması və həmin miras torpaq sahəsinin üzərində inşa etdikləri hasarın və darvazanın sökülərək torpaq sahəsi boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını istəmişdir. Hesab edir ki, Gözəldən və Pərvizdən əlavə 9 nəfər vərəsənin olduğu, həmin torpaq sahəsi barədə mübahisə olduğu, torpaq sahəsinin bir hissəsi tərəflərindən miras pa yı kimi qəbul edilərək istifadə edildiyi və mirasın açıldığı vaxtdan 21 ildən artıq vaxt keçdiyi halda notariat tərəfindən 10 nəfər vərəsədən yalnız ikisinin adına 0.49 ha miras torpaq sahəsinin hamısına (bütövlükdə) vərəsəlik şəhadətnaməsinin verilməsi qanuna uyğun deyildir. Ona görə də notarius tərəfindən X12 və X17 miras qalmış 0.49 ha torpaq sahəsinə dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamə və həmin şəhadətnamədən irəli gələn digər hüquqi aktlar ləğv edilməlidir. Miras torpaq sahəsinin vərəsələr arasında bölünməsi məsələsi qanunla müəyyən edilmiş ümumi qaydada yenidən həyata keçirilməlidir. Hələ miras qoyanların sağlığında iddia ərizəsində geri qaytarılması tələb edilən torpaq sahəsi atasının istifadəsinə almış, kənarlarını bağlamış, daha sonra isə bugünədək həmin torpaq sah əsindən onlar istifadə edirlər. Yəni mirasın bir hissəsi atası Mais tərəfindən faktiki qəbul edilmişdir və hazırda onların istifadəsindədir. Kənarlarını bağladıqları və istifadə etdikləri həmin torpaq sahəsi hissəsi onların yaşadıqları həyətlə həmsərhəddir. Hətta, bu hissə onların həyətyanı sahəyə verilmiş çıxarışın plan-ölçü kadastrında zəbt kimi göstərilmişdir. Bu da əlavə olaraq bir daha ona dəlalət edir ki, miras torpaq sahəsinin bir hissəsini onlar hələ miras qoyanlar vəfat etmədən əvvəl istifadə edirlər.
10. Cavabdeh Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinin notariusu Tamerlan Qurban xx.xx.2022-ci il tarixdə məhkəməyə poçt vasitəsilə etiraz ərizəsi göndərərək göstərmişdir ki, Qəbələ rayonu, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə H əsrət Abbəkirovanın və İsa Abbəkirovun ümumi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha yaşayış məntəqələrinin torpaq sahəsindən ibarət əmlak miras qalmışdır. Cavabdehlər miras qoyanların nəvələri X22 və X2 müraciətləri və mirasın faktiki idarəçiliyinə, mülkiyyət hüququna və qohumluq münasibətlərinə dair təqdim edilmiş sənədlər, o cümlədən məhkəmə qətnamələri əsasında X17 miras qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha yaşayış məntəqlərinin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamələr Qəbələ regional "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə, 2V-425 və 2V-426 reyestr nömrə ilə rəsmiləşdirilmişdir. İddiaçı "mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə" iddiası Qəbələ Rayon Məhkəməsinin 2(02 5)-1523/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-341/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4022/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinin təsviri hissəsində aşağıdakılar müəyyən edilmişdir: "Mais Abbəkirov valideynlərinin ölümündən sonra mirasın faktiki qəbulu ilə bağlı hər hansı aktiv hərəkətlər etməmiş və uzun müddət özünün vərəsəlik hüquqlarını mübahisələndirməmişdir. Mais Abbəkirovun özünün ayrı təsərrüfatı olmuş, mübahisəsi gedən təsərrüfatla bağlılığı isə yalnız həmin təsərrüfatda yaşayan mərhum qardaşı Əlisahibin ailəsi ilə qohumluq münasibətləri müstəvisində ola bilərdi ki, məhkəmə iclasında da hər iki ailə arasında soyuq münasibətlərin olduğu müəyyən olundu. Məhkəmə qeyd edir ki, Mais Abbəkirovun mübahisəsi gedən təsərrüfatda ağac əkib-becərməsi inandırıcı olsa belə, bu hal öz-özlüyündə ona mirasın (onun bir hissəsinin) Konsitusiya Məhkəməsinin müvafiq şərhində əks olunan hüquqi yanaşmaya görə qəbul edilməsi üçün əsas vermir. İddiaçı mirasın faktiki qəbulu ilə bağlı mərhum atası, daha sonra isə özü tərəfindən hansı aktiv hərəkətlərin edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəsi g edən torpaq sahəsi Mais Abbəkirov, daha sonra isə sonuncunun oğlu İddiaçı tərəfindən faktiki qəbul edilməmişdir, ona görə də həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir." İddiaçı Bayram Abbəkirovun "mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə" iddiası Qəbələ rayon Məhkəməsinin 2(025)-47/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Şəki Apellyasiay Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-341/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Qəbələ rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsində aşağıdakılar müəyyən edilmişdir: "İddiaçı X24 atası Mais Abbəkirov 1980-ci illərdə valideyblərinin tə sərrüfatından ayrılaraq özünə yeni təsərrüfat yaratmış və ailəsi ilə birlikdə həmin təsərrüfatda yaşamışdır. Özü öldükdən sonra ailə üzvləri ona məxsus təsərrüfatda yaşamağa davam etmişlər. X52 Həsrət Abbəkirovanın digər uşaqları da mübahisəli təsərrüfatdan ayrılaraq başqa ünvanlara köçmüş və həmin təsərrüfatdan qeydiyyatdan çıxmışlar. Mübahisəli torpaq sahəsində yalnız mərhum Əlisahib Abbəkirov qalmış və özü öldükdən sonra ailə üzvləri həmin təsərrüfatda qalıb yaşamağa davam etmişdir. X34 Həsrət Abbəkirova vəfat etdikdən sonra mərhum Leyla Abbəkirovanın adına keçirilmişdir. Hazırda sonuncuların uşaqları Pərviz və Gözəl həmin torpaq sahəsində qeydiyyatda olmaqla, Pərvizin ailəsi ilə birlikdə yaşayır." İddiaçı miras qoyanla qohumluq münasibətini, miras əmlakın faktiki idarəçiliyini təsdiq e dən sənədləri notariat ofisinə təqdim etməmiş, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti itirməsi səbəbindən Mülki Məcəllənin 1273-1 maddəsi (vərəsə Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir) tətbiq edilmiş və iddiaçlılar vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmışlar. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mülki Məcəllədə göstərilən müddət ərzində onlar mirası notariusa müraciət edərək və ya faktiki olaraq mirası qəb ul etdiyini təsdiq edən sübutlar təqdim edilmədiyi üçün həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalıdır. Odur ki, hazırki iş üzrə iddianın təmin edilməməsini xahiş edir.
11. Məhkəmə iclasında üçüncü şəxs X13 və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddianın əsassız olduğunu, iddiaçının tələbi ilə bağlı dəfələrlə məhkəmə araşdırması olduğunu və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişlər.
12. Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı cavabdehlər Qəbələ Regional Cavab deh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X7 və X11 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı əvvəlki məhkəmə mübahisələrində hazırda mübahisələndirilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, qanuni qüvvəsində olan məhkəmə aktları i lə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ½ hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi sübut edilməmişdir.
14. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən miras qəbul edilməmiş və onun miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, iddiaçı mirası qəbul etmədiyinə görə onun mübahisəli torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir.
15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəy ərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; yəni hazırkı iş üzrə iddiaçı tərəfindən miras qəbul edilməsi müəyyən edilməmişdir.
16. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1133, 1243, 1243-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 233.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin ed ilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işə baxarkən tikinti-texniki ekspertizasının, yaxud da mütəxəssisin rəyi almadan qətnamə çıxarmış və həmin qətnamədə göstərmişdir ki, tərəfindən dəmir torla kənarları bağlanmış və 0.49 ha miras torpaq sahəsinin bir hissəsi hesab etdiyi, faktiki istifadəsində olan torpaq sahəsi miras torpaq sahəsinə aid deyil, həmin torpaq sahəsi bələdiyyə fonduna aiddir. Bu əsasla məhkəmə iddia tələbini rədd etmişdir. Bundan başqa, 2022-ci ildə vərəsələrdən X26 0.49 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və DƏDRX-dən çıxarış almışdır. Qeyd olunan çıxarışı əldə etmiş X56 Rayon Məhkəməsində iddia qaldır araq onun həmin torpaq sahəsinin hissəsindən çıxarılmasını və sözü gedən torpaq sahəsinin kənarlarına çəkilmiş hasarın sökülməsini tələb etmişdir. İş hal-hazırda məhkəmənin icraatındadır. Sərhədlərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. O, məhkəmədə iddia qaldıraraq bildirmişdir ki, miras qoyanların 9 nəfər vərəsəsi olduğu, bu vərəsələr arasında miras əmlaka dair mübahisə olduğu halda, Abbəkirova Gözəlin adına 0.49 ha torpaq sahəsinə bütovlükdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanun pozuntusudur. Həmin 0.49 ha miras torpaq sahəsinə dair miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və müvafiq olaraq payların müəyyən edilməsi yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Məhkəmənin gəldiyi qənaət ondan i barətdir ki, idda qaldırmaq üçün subyektiv hüququnun olması üçün ilk növbədə o, mirası qəbul etdiyini sübut etməlidir. Qəbələ Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən isə həmin miras əmlakı faktiki qəbul etməyi barədə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi qənaət düzgün deyildir. Ona görə ki, qanun pozuntusu yolu ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin qüvvədə saxlanılması yolverilməzdir. Abbəkirova Gözələ vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də belə həmin şəhadətnamədə ona verilən payın miqdarı göstərilə bilməzdi. Bundan əlavə, bu qətnamə hüquqlarının daha sonrakı məhkəmə mərhələlərində müdafiəsinə maneəçilik törədir. Belə ki, həmin şəhadətnamə əsasında əldə edilmiş çıxarış qüvvədə olduğu halda Qəbələ Rayon Məhkəməsinin icraa tında olan, onun miras torpaq sahəsindən çıxarılmağı barədə iddia şübhəsiz təmin edilməlidir. Bu halda həmin miras əmlaka dair qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə hazırda onun miras torpaq sahəsindən çıxarılacağı haqqında qətnamə ziddiyyət yaradacaqdır. Bu səbəbdən mübahisə üzrə yeni hal açılacaq və qətnamələr işə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna verilməli olacaq. Hazırki mərhələdə isə, qanunsuz verilmiş vərəsəlik hüququna dair şəhadətnamə ləğv edildiyi halda, miras əmlakın bölüşdürülməsinə məhkəmə qaydasında baxıla bilər. Məhkəmə nəzərə almamışdır ki, miras əmlaka dair vərəsələr arasında mübahisə davam etdiyi halda məhkəmə qətnaməsinə əsaslanaraq notariat kontoru tərəfindən cavabdehə vərəsəlik hüququna dair şəhadətnamə verilə bilməz. Ü mumiyyətlə vərəsəlik mübahisələrinin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənardır. Bu səbəbdən də cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-63/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və E.M.Mehdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə hesab etmişdir ki, hal-hazırkı vəziyyətdə iddiaçının miras əmlakı qəbul etmədiyi qüvvədə olan məhkəmə qərarları ilə təsdiqini tapdığından, cavabdehə verilmiş vərəsəlik h üququ haqqında şəhadətnamənin mövcudluğu və ya ləğvi iddiaçı üçün heç bir nəticə yaratmır. Yəni iddiaçı həmin məsələdə maraqlı şəxs deyildir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur.
22. Həmin qərarda həmçinin göstərilir ki, Konstitu siya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edib ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Lakin kollegiya hesab edir ki, həmin qərar hazırki işə tətbiq edilməklə şəhadətnamənin ləğv edilməsi mümkün hesab edilə bilməz. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun da həmin qərarda qeyd etdiyi kimi, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mind ikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Hazırki iş həmin qərar qəbul edilərkən icraatda olmuş olsa da, hazırki iş üzrə qərar qəbul edilməsi birbaşa olaraq həmin Konstitusiya Məhkəməsi Plenumunun qərarı qəbul edilməzdən öncə qüvvəyə minmiş iddiaçının mirası qəbul etmədiyi təsdiq edilmiş məhkəmə qərarlarından asılıdır ki, hazırki işə göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarını tətbiq etmək və mübahisəli şəhadətnaməni ləğv etmək eyni zamanda həmin qüvvədə olan qərarları şübhə altına alacaqdır. Çünki, həmin şəhadətnamənin ləğvi hazırki iş üzrə yekunlaşmış vərəsəlik mübahisəsinin yenidən açılmasına səbəb olacaqdır.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikasının Mülki M əcəlləsinin 1133, 1145, 146, 1243, 1243.2 və 1243.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə plenum qərarının qüvvəyə minməsi müddətini bəhanə gətirməklə onun tətbiqindən imtina etsə də, qanunun geriyə qüvvəsinin şəxsin vəziyyətini yaxşılaşdırdığını və digər şəxslərin vərəsəlik, mülkiyyət hüquqlarına xələl gətirmədiyini nəzərə almamışdır.
26. Bundan əlavə, hazırkı iş üzrə apell yasiya məhkəməsi vərəsəlik hüquq münasibləri üzrə formalaşmış məhkəmə təcrübəsindən əsassız olaraq imtina edir. Belə ki, iddiaçı faktiki olaraq miras əmlakını idarə və istifadə etməsinə baxmayaraq, məhkəmə iddiaçının tələbini təmin etməməkdədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
31. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılı r.
34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya n əticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avrop a İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
48. İddia tələbi miras qalmış əmlaka dair notarius tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğ v edilməsi haqqındadır.
49. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Buna görə, məhkəmə əvvəlcə iddiaçın ın müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
50. Vərəsəlik münasibətlərində vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini tənzimləyən Mülki Məcəllənin 1246-cı və 1248-ci maddələrinin tətbiqi üzrə məhkəmə təcrübəsinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı (Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarı).
51. Buna görə də miras əmlakın bölünməsi barədə mübahisələr üzrə baxılan bütün iddialarda başlanğıc olaraq mirasa iddialı olan vərəsənin mirası qəbul edib etməməsi araşdırılır və bundan asılı olaraq miras əmlak bölünürdü. Həmin məhkəmə təcrübəsi qüvvədə olduğu müddətdə iddiaçının babasından və nənəsindən miras qalmış əmlaka vərəsəlik üzrə hüququnun tanınması (“0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edi lməsi”, daha sonra “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi, həmin əmlakı qəbul etmiş vərəsələrin mülkiyyəti sayılması”) barədə iddialarına baxılmış, iddiaçının mirası qəbul etymədiyi müəyyən edilməklə iddia tələbləri rədd edilmişdir.
52. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunm uş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
53. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini qərara almışdır.
54. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, hazırki iddiası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı çıxan vaxtı məhkəmənin icraatında olduğuna görə, mirasdan pay almaq üçün mirasın qəbul edilməsi şərti ona tətbiq oluna bilməz. Başqa sözlə, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə onun tərəfindən mirasın qəbul edilməməsi müəy yən olunmasına baxmayaraq, hazırki işdə mirasın qəbul edilməsinin tanınmasını tələb edir.
55. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsassız sayır. Çünki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
56. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
57. Bu, 23 3.3-cü maddəsində müəyyən olunmuş məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədar yaranan hüquqi nəticələrlə bağlıdır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
58. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
59. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
60. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.
61. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhk əməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.
62. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
63. Beləliklə, iddiaçının mirasın qəbul edilməsi ilə bağlı mübahisə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunduğuna görə, hazırki işdə onun tərəfindən mirasın qəbul edilib-edilməməsinə ümumiyyətlə qiymət verilə bilməz. Hazırki iddiaya baxan məhkəmə, vərəsəlik şəhadətnaməsinin etibarsızlığını (və ya ləğvini) tələb etməkdə iddiaçının subyektiv hüququnu araşdırarkən, yalnız iddiaçının mirası qəbul etməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunan faktlar çərçivəsində hərəkət edə bilər. Çünki Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında “hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi” dedikdə, vərəsənin bundan əvvəl artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mirasın qəbul edilməməsi müəyyən edildiyi hallar deyil, mirasın qəbul edilməsi barədə əvvəllər irəli sürülməmiş işlərə baxılması ehtiva edilir. Konstitusiya Məhkəməsinin həmin qərard a bu qaydanı müəyyən edərkən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu qaydanı müəyyən etməsi də bu nəticəyə gəlməyə əsas verir.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-63/2024 nömrəli, 29 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.