Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2297/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh X3 vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh X2rşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13973/2019 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏY YƏN ETDİ: İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016cı il tarixli 70265692-15 nömrəli “Bank əmanət müqaviləsi”nə əsasən ləğv edilmiş “xxxxxxxxx” ASC-də yerləşdirdiyi 22000 ABŞ dolları məbləğində pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.A.Xəlilov) xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4141/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı xx xxxx 2016cı il tarixli əmanət müqaviləsi əsasında “xxxxxxxxx” ASC-yə yerləşdirdiyi 22000 ABŞ dolları məbləğində əmanətin X5 tərəfinən İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim E.M.Həsənov sədrlik edən və məruzəçi, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkib) xx xxxxxx 2019-c u il tarixli, 2(103)-13973/2019 nömrəli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4141/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X5 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu ci il tarixli qətnaməsinin ləğv edilərək və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının “xxxxxxxxx” ASC-də olan əmanətinin müddəti xx xxxx 2017-ci il tarixdə illik 5% dərəcəsi ilə uzadılmış və bu səbəbdən qorunmayan əmanət statusunda olmuşdur. Bundan başqa iddiaçıya “Əmanətləri n sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən 34731 manat məbləğində kompensasiya ödənilmişdir. Həmçinin ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsi ilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçının kreditor tələbi isə qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Məhkəmə iclasında cavabdeh X3 vəkili X1 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki halla rına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxxxxxxx” ASC və İddiaçı arasında xx xxxx 2016-cı il tarixdə “Bank Əmanəti” (“Göy Əmanət”) müqaviləsi bağlanmış və bank əmanətçidən 22000 ABŞ dolları məbləğində əmanəti xx xxxx 2016-cı il tarixindən xx xxxx 2017-ci il tarixinədək (12 ay müddətinə), illik 9% qəbul etmiş, xx xxxxxxx 2016-cı il tarixdə isə həmin müqaviləyə 89982707 saylı Əlavə saziş bağlanaraq depozit faizi 3% müəyyənləşdirilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə X6 Direktorlar Şurasının xx xxxxxx 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “xxxxxxxxx” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx xxxxxx 2017-ci il tarixdən ləğv edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bankda sığorta hadisəsi günü xx xxxxxx 2017-ci il müəyyən olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş və X5 banka ləğvedici təyin olunmuşdur. Daha sonra iş üzrə müəyyən olunmuş hal ondan ibarətdir ki, X3 Himayəçilik Şurasının xx xxxxxxxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarla banklardakı əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 ( üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Bundan sonra iddiaçı əmanətinə kompensasiyanın alınması üçünX4 müraciət etmiş və cavabdeh ona ünvanladığı məktublarda iddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli Əmanət müqaviləsinin 5.2-ci maddəsinə əsasən əmanətin xx xxxx 2017-ci il tarixdə bankda mövcud olan faiz dərəcəsi, illik 6% olmaqla növbəti bir il müddətinə uzadılmasını əsas gətirməklə əmanətin sığortalanmadığını və ona görə kompensasiyanın ödənilməməsini bildirmişdir(apellyasiya və kassasiya şikayətlərinə cavabdeh əmanətin müqaviləsinin müddətinin uzadılarkən faiz dərəcəsinin 5% müəyyən edildiyini göstərmişdir). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının (əmanətçinin) öz əmanət məbləğinə tətbiq edilən faiz məbləğinin aş ağı salınmasına təşəbbüs göstərməsi (bu yolla öz vəziyyətinin pisləşməsinə, yəni gəlirinin aşağı düşməsinə zəmin yaratması) əmanətinin sığortalanmış statusunun qorunub saxlanılması niyyəti ilə əlaqəli olmuş, bank üçün də bu niyyət kifayət qədər aydın və aşkar olmuşdur. Buna görə də bankın xx xxxx 2016-cı il tarixli müqavilənin 5.2-ci bəndini əsas tutaraq əmanəti sığortalanmamış əmanətə çevirməsi iddiaçının hər iki müqavilədə ifadə etdiyi niyyətə uyğun olmamaqla onun hüququnu pozmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, müqavilənin şərtlərinin dəyişdirilməsi zamanı iddiaçının razılığının alınmasını təsdiq edən hər hansı sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olduğundan və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iş üzrə maddi və prossesual hüquq normaları düzgün tətbiq edildiyindən qanuni və əsaslıdır. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə X5 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.11-ci maddəsinə əsasən kompe nsasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Göstərilən Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsin ə müvafiq olaraq X3 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X3 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər e dilməklə tam sığortalanır. Qanunun 5.1-ci maddəsinə əsasən X3 iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair x xxxx 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki,... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompe nsasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “xxxxxxxxx” ASC-də illik 9% dərəcəsi ilə qoyduğu əmanətin faiz dərəcəsini xx xxxxxxx 2016-cı il tarixli əlavə sazişlə 3%-ə endirməsinin məqsədinin əmanətinə tam sığortalanmış statusunun vermək olduğu aşkardır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdeh Fondun əmanəti qabul etmiş bankın müqavilənin müddətini uzadarkən iddiaçının razılığı olmadan əmanətin faiz dərəcəsini daha yüksək müəyyən etməsi əsası ilə əmanətin kompensasiyasının verilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının qeyd olunan müqavilə üzrə əmanət tam sığortalanmış əmanətlər kateqoriyasına aid edildiyi üçün, əmanətin bankın ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməli olmasına dair cavabdehin kassasiya şikayətinin dəlili əsassızdır. Nəhayət, iddiaçıya 34731 manat kompensasiya ödənilməsinə dair kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə k ollegiyası, həmin məbləğin mübahisəsi gedən əmanət müqaviləsi üzrə deyil, iddiaçı ilə “xxxxxxxxx” ASC arasında bağlanmış başqa əmanət müqavilələri üzrə verdiyini nəzərə alır və qeyd edir ki, cavabdeh göstərilən dəlili nə birinci instansiya məhkəməsindən verdiyi etirazında, nə də ki, apellyasiya şikayətində irəli sürməmiş və bununla bağlı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlid ir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mü rsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı və s.) Bu səbəbdən kassasiya kollegiyası, cavabdehin həmin dəlilinin işin faktiki hallarına aid olduğu üçün ona əlavə hüquqi qiymət vermək səlahiyyətində olmadığını qeyd edir. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13973/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi ldiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2297/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2297/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver