Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-230/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-230/21 (Açar sözlər: lizinq obyektinin lizinq alanın mülkiyyətinə verilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı lizinq obyektinin lizinq alanın mülkiyyətinə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 2(103)-910/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2015-ci il tarixli 364/15 nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanıd.
2. Müqaviləyə görə Cavabdeh MMC (lizinq verən) 2014-cü il buraxılışlı, boz rəngli, ban nömrəsi KPTA0A18SEP182914 olan, SUV tipli X1 markalı, 08AC291 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (lizinq obyekti) müəyyən haqqı müqabilində iddiaçının (lizinqalanın) müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 2014-cü il buraxılışlı, boz rəngli, ban nömrəsi KPTA0A18SEP182914 olan, SUV tipli “X1” markalı, 08AC291 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, lizinq obyekti xx.xx.2015-ci il tarixli təhviltəslim aktına əsasən iddiaçıya təhvil verilib. Lizinq müqaviləsinin 2.1 bəndində lizinq obyektinin ümumi dəyəri 19277 şərti vahid kimi müəyyən edilmişdir.
5. Müqavilənin 1-ci bəndinin 2-ci abzasına görə bu müqavilə üzrə öhdəliklər şərti vahidlə ifadə olunur. Bir şərti vahid öhdəliyin yaranma tarixinə Mərkəzi Bankın ABŞ dollarının manata bərabər olan məbləğini təşkil edir. Bütün ödənişlər ödəmə gününə 1 ABŞ dollarının manata bərabər olan məbləğlə manatla ödənilməlidir.
6. Müqaviləyə 1 №-li Əlavədə (Lizinq ödənişləri cədvəlində) də bütün ödənişlər ABŞ dolları ilə ifadə edilmişdir.
7. Mülki qanunvericiliyin tələbinə görə malların (işlərin, xidmətlərin) təqdim olunmasına dair bütün müqavilələrdə, o cümlədən alqı-satqı müqaviləsində müqavilənin obyekti olan malın (işin, xidmətin) qiyməti manatla ifadə edilməli və manatla da ödənilməlidir. Bu qaydadan yeganə istisna qanunla qadağan edilmədiyi halda tərəflərdən birinin xarici fiziki və ya hüquqi şəxs olduğu öhdəlik münasibətlərində hesablaşmanın xarici valyutada göstərilməsi və aparılmasıdır
8. İddiaçı Azərbaycan Respublikası vətəndaşı, cavabdeh Azərbaycan Respublikasının hüquqi şəxsi olduğu üçün lizinq müqaviləsində lizinq obyektinin dəyərinin və lizinq ödənişlərinin xarici valyutada göstərilməsi qanunsuz olmuşd ur.
9. Lizinq müqaviləsində lizinq obyektinin qiymətinin və lizinq ödənişlərinin ABŞ dolları ilə göstərilməsi qanunsuz (qiymətin ABŞ dolları ilə göstərilən hissədə əhəmiyyətsiz əqd) olduğu üçün öhdəlik onun yarandığı gün üçün rəsmi valyuta məzənnəsinə uyğun olaraq yalnız manatla ifadə edilməli və manatla da icra olunmalıdır.
10. Tərəflər arasında müqavilənin bağlandığı tarixdə Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə əsasən 1 ABŞ dolları 1,0479 manata bərabər olduğu nəzərə alınarsa, lizinq obyektinin dəyəri 20200,37 manat (19277 USDx 1,0479), lizinq mükafatı isə 6 976 manat (6657 USDx 1,0479), cəmi 27 176,37 manat təşkil edir.
11. İddiaçı xx.xx.2015-ci ildən başlayaraq, xx.xx.2019-cu ilə qədər cəmi 27 365,65 manat pul ödəmişdir və iddiaçının hazırda cavabdehə lizinq müqaviləsi üzrə borcu y oxdur.
12. Lizinq müqaviləsinin 2.3 bəndinə görə lizinqin müddəti bitdikdən və lizinq ödənişləri tam ödənildikdən sonra Lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu Lizinq alana verməyi, lizinq alan isə bu hüququ əldə etməyi öhdəsinə götürür.
13. Lizinq müddəti başa çatıb və lizinq ödənişləri tam ödənilib. Lakin cavabdeh lizinq obyektinə mülkiyyət hüququnu iddiaçıya verməkdən imtina edir və müqavilədə ödənişlərin ABŞ dolları ilə göstərildiyinə istinad edərək iddiaçıdan lizinq ödənişi kimi əlavə pul tələb edir ki, bununla da iddiaçının istehlakçı kimi hüquqları pozulur.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 19-cu, Mülki Məcəllənin 439.1, 439.2, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddələri, “Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanması və həmin maddələrini bəzi müddəlarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarına istinad etmişdir.
15. İddiaçı sonradan iddianın həcmini artırıb, “X1” markalı, 08AC291 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq mülkiyyətinə verilməsini xahiş etmişdir.
16. Artırılmış hissədə iddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh iddiaçıya verdiyi yol vərəqəsinin müddətinin bitməsindən istifadə edərək, xx xxxxxxxx 2019-cu il tarixdə avtomobili DYP vasitəsinə iddiaçıdan almışdır, hazırda avtomobil cavabdehdəri.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2976/2019 nömrəli 21 oktyabr 2019-cu il tаrixli qətnaməs i ilə iddiа təmin edilməmişdir. (hakim Fikrət Mirzəyev)
18. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, lizinq üzrə öhdəliklər şərti vahidlə ifadə olunur. Bir şərti vahid öhdəliyin yaranma tarixinə Mərkəzi Bankın ABŞ dollarının manata bərabər olan məbləğini təşkil edir. Tərəflər arasında olan razılaşmaya görə bütün ödənişlərin 1 ABŞ dollarının manata bərabər olan məbləğdə manatla ödənilməsi nəzərdə tutulmuş və bu halı istisna edən fors-major hallar (məsələn, ABŞ dollarının manata olan məzənnəsinin kəskin şəkildə dəyişməsi) müqavilənin şərtlərinə daxil olunmamışdır.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, bağlanmış müqavilənin şərtlərinin dəyişdirilməsinə yalnız hər iki tərəfin razılığı ilə yol verilir, hazırda bu cür razılaşma mövcud deyil, buna görə d ə iddiaçının bu günə qədər etdiyi ödənişlər hər ödəniş günündə 1 ABŞ dollarının manata bərabər mütanasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Mübahisəyə bu cür yanaşıldıqda müəyyən olunur ki, İddiaçı lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir.
20. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddia təmin edilməməlidir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 389.1, 390.1, 421.1-421.3, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.
23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına da istinad edilib.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında iddiaçının xx xxxxxx 2018 və xx xxxxxx 2019-cu il tarixlərinə həm manat, həm də şərti maliyyə vahidi ilə borcunun nə qədər olması barədə sual qoyulmuşdur.
25. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 2538 saylı rəyində qeyd edilib ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 364/15 saylı, daxili lizinq müqaviləsi üzrə öhdəliklər manatla olduqda İddiaçı xx xxxxxx 2018-ci il tarixə Cavabdeh MMC-yə 503.00 manat məbləğində əsas borcu müəyyən edilir, xx xxxxxx 2019-cu il tarixinə isə borc qalığı tam ödənilmiş, 1.247,00 manat məbləğində artıq ödəniş olmuşdur. Öhdəliklə r ABŞ dolları ilə olduğu halda İddiaçı xx xxxxxx 2018-ci il tarixinə Cavabdeh MMC-yə əsas borcu 9.386,05 ABŞ dolları, xx xxxxxx 2019-cu il tarixinə isə əsas borcu 8356,64 ABŞ dolları təşkil edir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-910/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(007)2976/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmiş, ekspertiza xərcinin iddiaçıdan tutulması qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov, Şərafət Məmmədova)
27. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin ödənişlərin hər ödəniş günündə 1 ABŞ d ollarının manata bərabər mütənasibliyi nəzərə alınmaqla hesablanmalı olması ilə bağlı gəldiyi nəticə düzgün olmamış, bununla da, maddi hüquq normasının (Mülki Məcəllə, 439.1 ) tələbləri pozulmuşdur.
28. Apellyasiya instansiyası maddi hüquq normasının pozulmasına görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edib, işdə olan sübutlar əsasında yeni qətnamə çıxarılmalı olması qənaətinə gəlib.
29. Apellyasiya instansiyası ekspert rəyinə əsasən müəyyən etmişdir ki, İddiaçı müqavilənin 2.3-cü bəndinin şərtlərini yerinə yetirməmiş, müqavilə müddətinin sonuna onun borcu olmuşdur. Lizinq obyekti lizinq verəndə olmaqla, müqavilə müddətinin sonundan bir il sonra, yəni xx xxxxxx 2019-cu il tarixində borc qalığı lizinq alan tərəfindən tam ödənilmişdir.
30. Belə olan halda, apellyasiya instansiyası hesab edib ki, müqavilənin 2.3-cü bəndinə əsasən lizinq obyektinin mülkiyyətə keçməsi üçün müqavilə müddətinin sonuna kimi lizinq ödənişləri tam olaraq ödənilməli idi. Hazırki halda isə qeyd olunan müqavilə şərti iddiaçı tərəfindən yerinə yetirilməmişdir.
31. Apelyasiya instansiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442 və 448.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırlıb ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən lizinq müqaviləsi nin sonuna iddiaçının 503 manat borcunun qalması barədə ekspert rəyinə istinad edib.
34. İddiaçı lizinq müqaviləsinin müddəti bitəndən 12 sonra, yəni 10 sentyabr 2018ci ildə 600 manat ödəmişdir.
35. Lizinq müqaviləsinin 2.3.-cü bəndinə görə lizinq obyektinin mülkiyyətə keçməsi üçün tələb edilən hər iki şərt – lizinq müddətinin bitməsi və lizinq ödənişlərinin tam ödənilməsi – yerinə yetirilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri 36.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəy yənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əml akını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdı rma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kol legiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
42. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2538 saylı rəyinə istinadən belə nəticəyə gəlib ki, xx.xx.2015-ci il tarixli, 364/15 saylı, daxili lizinq müqaviləsi üzrə öhdəliklər manatla olduğu halda İddiaçı xx xxxxxx 2018-ci il tarixinə 503.00 manat məbləğində əsas borcu var, lizinq ödənişləri üzrə borc isə müqavilə müddətinin sonundan bir il sonra, yəni xx xxxxxx 2019-cu il tarixində tam ödənilmişdir. Lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən lizinq obyektinin mülkiyyətə keçməsi üçün müqavilə müddətinin sonuna kimi lizinq ödənişləri tam olaraq ödənilməli idi. Haz ırki halda isə qeyd olunan müqavilə şərti iddiaçı tərəfindən yerinə yetirilməmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd edilməsi barədə gəlinən nəticə əsaslı sayıla bilməz. Belə ki, ekspert rəyindən görünür ki, iddiaçının lizinq müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixinə 503.00 manat məbləğində əsas borcu var, xx xxxxxx 2019-cu il tarixinə isə iddiaçı borc qalığını tam ödəmiş, hətta 1.247,00 manat məbləğində artıq ödəniş etmişdir.
44. Bir halda ki, apellyasiya məhkəməsi lizinq müqaviləsi üzrə öhdəliyin manatla ifadə edilməli olması nəticəsinə gəlib, belə olan halda, müqavilənin müddətinin bitdiyi xx xxxxxx 2018-ci il tarixindən iddiaçının etdiyi son ödəniş tarixinə, yəni xx xxxxxx 2019-cu il tarixinə kimi iddiaçının lizinq təşkilatına lizinq ödənişi və lizinq mükafatı ü zrə hansı məbləğdə borcunun olması və 1.247,00 manat məbləğində artıq ödənişin həmin borcun bağlanmasına yetərli olub-olmamasını müəyyən edilməli idi. Lakin bu hal müəyyən edillməyib.
45. Həmçinin ekspert rəyindən görünür ki, lizinq müddətinin sonuna, yəni xx xxxxxx 2018-ci il tarixinə iddiaçının 503.00 manat əsas borcu olsa da, müddət bitəndən cəmi 12 gün sonra, xx xxxxxxxx 2018-ci ildə iddiaçı daha 600 manat ödəmişdir. xx xxxxxxxx 2018ci ildə ödənilən 600 manat pulun xx xxxxxx 2018-ci il tarixinə olan 503.00 manat borcu bağlayıb-bağlamaması isə müəyyən edilməyib.
46. Qeyd edilən hallar müəyyən edilmədən isə iddia tələbi üzrə gəlinən nəticə və tətbiq edilən (öhdəlik münasibətlərini nizama salan) maddi hüquq normaları işin hallarına uyğun hesab edilə bilməz. Çünki iddiaçı da iddia tələbini n əsası kimi məhz lizinq ödənişləri üzrə borcunu tam ödəməsinə istinad etmişdir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, o cümlədən iddiaçının həm lizinq müqaviləsinin sonuna, həm də sonuncu ödəniş etdiyi tarixə qədər borcunun məbləğini araşdırmalı, bunun nəticə olaraq da işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Yux arıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-910/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.