Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2302/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)543/2023 nömr əli, 05 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Zaqatala Rayon Məhkəməsinin (hakim V.N.Məmmədov) 9 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı İddiaçı ölmüş hesab edilməsinə dair məhkəmə qətnaməsi ləğv edildiyindən onun adına olan əmlaka, 1/3 pay torpaq sahəsinə dair X2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manatın özünə aid edilməsi qət edilmişdir.
3. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı adına olan əmlaka 1/3 pay torpaq sahəsinə dair X2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş və reyestrdə 2V-480 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 08 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələb onu vermiş Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı deyil, iddiaya cavab verməli olmayan Cavabdeh qarşı verilmişdir. Eyni zamanda cavabdehin mərhum X1 qalmış mirası qəbul etməsi və bununla da sonuncunun digər şəxslər qarşısındakı vəzifələri üzrə mülki hüquq öhdəliyinin ona keçməsi təsdiq edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı qətnaməd ən apellyasiya şikayəti vermişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və E.M.Mehdiyev) 2(107)-543/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, apellyasiya şikayəti İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən elektron imza ilə imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Apellyasiya şikayətinə iddiaçının nümayəndəs i, həmçinin vəkili Nümayəndə tərəfindən səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilsə də, lakin 25 fevral 2022-ci il tarixli xüsusi vəkalətnamənin qüvvədə olma müddəti göstərilməmişdir. Bundan əlavə, apellyasiya şikayətinə əlavə edilmiş vəkil orderi Şəki Apellyasiya Məhkəməsinin adına verilməli olduğu halda, 10 sentyabr 2022-ci il tarixli, ******* nömrəli vəkil orderi Zaqatala Rayon Məhkəməsinin adına verilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı tərəfindən Nümayəndə adına verilən 25 fevral 2022-ci il tarixli xüsusi vəkalətnamənin qüvvədə olma müddəti göstərilmədiyindən həmin müddət 1 (bir) il təşkil etdiyinə görə bitmiş sayılır.
8. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, id diaçının nümayəndəsi, həmçinin vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə olunmuş onun səlahiyyətlərini təsdiq edən vəkalətnamənin qüvvədə olub-olmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə səhvdir. Belə ki, məhkəmə kollegiyasının istinad etdi yi hal, yəni, apellyasiya şikayətinə iddiaçının nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilsə də, lakin 25 fevral 2022-ci il tarixli xüsusi vəkalətnamənin qüvvədə olma müddətinin göstərilməməsinə istinad etməsi qanunvericiliyin yuxarıda göstərilən müddəalarına tam ziddir. Belə ki, Nümayəndə adına xarici ölkədən verilmiş etibarnamənin verilmə müddəti göstərilmiş, notarius tərəfindən təsdiq edilmiş, apostille edilmiş, lakin qüvvədə olma müddəti göstərilməmişdir. Həmin etibarnamə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilməmişdir. Bu isə o deməkdir ki, həmin etibarnamə müddətsizdir və hal-hazırda da qüvvədədir. Hesab edirəm ki, burada apellyasiya instansiyası məhkəməsi məsələyə qərəzli yanaşmışdır. Belə ki, 363-cü maddəyə istinad ed ən apellyasiya instansiyası məhkəməsi yəqin ki, həmin maddəni tam oxumuşdur. İnandırıcı deyil ki, apellyasiya instansiyası məhkəməsi 363-cü maddənin 1-ci və 3-cü hissələrini oxuyub, ancaq 2-ci hissəsi ilə tanış olmamışdır. Məhkəmə kollegiyasının İddiaçı tərəfindən Nümayəndə adına verilən 25 fevral 2022-ci il tarixli xüsusi vəkalətnamənin qüvvədə olma müddəti göstərilmədiyindən həmin müddətin 1 (bir) il təşkil etdiyinə görə bitmiş sayılması nəticəsinə gəlməsi səhvdir və qeyriqanunidir. Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(033)-131/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcuddur və apellyasiya mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməs i prosessual normalara istinad etsə də onları düzgün tətbiq etməmiş və həmin prosessual normaların tələblərini pozmuşdur. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə rayon məhkəməsinin orderinə əsaslanmaqla apellyasiya şikayətləri verilmişdir. Həmin şikayətlər Bakı Apellyasiya Məhkəməsi tərəfindən mümkün sayılmış və apellyasiya şikayətlərinə baxılarkən məhkəmə kollegiyalarının iclaslarında iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsində iştirak etmək üçün vəkil orderi təqdim edilmişdir. 10 sentyabr 2022-ci il tarixli, ******* nömrəli Zaqatala Rayon Məhkəməsinin adına verilmiş vəkil orderindən apellyasiya şikayəti verilməsində istifadə olunması qanuna zidd deyil və düzgün istifadə olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
13. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlard an, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
15. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.
16. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.
19. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
20. Maddə 1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümumhüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.
21. Maddə
18. Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir.
25. Belə ki, MPM-in 357.1 və 361.2-ci maddələrinə əsasən iş üzrə iddiaçının vəkilinümayəndəsi Nümayəndə birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini qeyri-mümkün hesab edərkən ona istinad etmişdir ki, a pellyasiya şikayəti İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən elektron imza ilə imzalanaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmişdir. Apellyasiya şikayətinə iddiaçının nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilsə də, lakin 25 fevral 2022-ci il tarixli xüsusi vəkalətnamənin qüvvədə olma müddəti göstərilməmişdir. İddiaçı tərəfindən Nümayəndə adına verilən 25 fevral 2022-ci il tarixli xüsusi vəkalətnamənin qüvvədə olma müddəti göstərilmədiyindən həmin müddət 1 (bir) il təşkil etdiyinə görə bitmiş sayılır.
27. Apellyasiya məhkəməsi İtaliya Respublikasının Kozenza, Rossano, Kastrovillari və Paola birləşmiş rayonlarının notariusu tərəfindən verilmiş və qüvvədə olma müddəti qeyd edilməyən etibarnamənin etibarlılıq müddəti ilə bağlı Azərbaycan Respublikasının 362.1 və 363.1-ci maddələrinə istinad etməklə düzgün nəticəyə gəlməmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarnamənin etibarlılığı ilə bağlı məsələ həll edilərkən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları tətbiq edilməlidir.
29. Belə ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun.
30. İtaliya Respublikası Mülki Məcəlləsinin “Etibarnamənin forması” adlı 1392-ci və 1708-ci maddələrinin məzmununa görə etibarnamənin qanunla müəyyən edilmiş müddətə malik olmasına ehtiyac yoxdur. İstənilan halda etibarnamələr nümayəndənin ölümü və ya onu vermiş şəxs tərəfindən ləğv edilməsi ilə xitam verilir. Etibarnamə qanunla müəyyən edilmiş formaya uyğun olmalıdır.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-543/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu barədə məsələyə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.