Məhkəmə qərarları › İş №2(102)-2304/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2304/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2304/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-209/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Cavabdeh xx.xx.2003-cü il tarixdə İddia çı övladı X12 ilə nikah bağlamışdır. Onların birgə nikahından xx.xx.2005-ci il tarixdə X7 və xx.xx.2006-cı il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur.

2. Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(054)-224/2015 nömrəli qətnaməsinə əsasən cavabdehlə Anar Şükürov arasında bağlanmış nikah pozulmuşdur.

3. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(054)-40/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh Oğuz rayon Bayan kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, Oğuz rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına 3000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin xx.xx.2005-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 adlı uşaqları və cehiz əmlakları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2003-cü ildə onun oğlu X12 ilə ailə quraraq Oğuz rayon Bayan kəndində yerləşən və hazırda onun mülkiyyətində olan, 1989-cu ildə saman kərpicdən tikilmiş iki otaqdan, mətbəx və dəhlizdən (həmçinin, 2014cü ildə tikilmiş talvar və hasardan) ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Oğlu ilə cavabdehin iki uşağı anadan olmuş, onlar arasında bağlanmış nikah 2015-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə cavabdehin Oğuz rayonu Bayan kə ndində yerləşən, onun mülkiyyətində olan evdən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. Cavabdeh məhkəmədə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia qaldırdığı vaxt hazırki iddianın predmetinə aid olan və ona məxsus fərdi aşayış evinin yalnız bir otağında uşaqları ilə birlikdə yaşamış olsa da, məhkəmə qətnaməsi ilə cavabdehin istifadə hüququ tanındıqdan sonra onun həmin evə köçürülməsi təmin edilmişdir. Bu səbəbdən cavabdeh onun özünün mülkiyyətində olan yaşayış evindən nəinki mülkiyyət, heç istifadə hüququnu da sərbəst şəkildə həyata keçirməsinə imkan vermir. Onunla cavabdeh və onun ailə üzvləri arasında olan münasibətlər hazırda gərgin olaraq qalır və onların bir evdə yaşaması qeyri-mümkündür. Ona görə də iddia tələbi ilə məhkəm əyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı işin məhkəmə baxışı iclasının gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Oğuz rayonu Bayan kəndində yerləşən yaşayış sahəsindən cavabdehin istifadə hüquqlarına ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin uşaqları və cehiz əmlakları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı məhkəmə baxış iclasında hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mübahisə predmetinə aid olan fə rdi yaşayış evi bütövlükdə onun xüsusi mülkiyyətində olmaqla, onunla cavabdeh arasındakı münasibətlər kəskin olduğuna görə cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqlarının qeyd olunan evdə yaşamalarını istəmir. Belə ki, cavabdehin onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi nəticəsində o, xüsusi mülkiyyətində olan əmlak üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Onun səhhətində ciddi problemlər vardır. Cavabdehlə mütəmadi olaraq aralarında yaranan mübühisə və münaqişlər də onun sağlamlıq vəziyyətinə daha da ciddi təsir göstərir. O, cavabdehə kompensasiya şəklində birdəfəlik olaraq 5000 manat miqdarında pul ödəməklə onun həmin yaşayış sahəsinə dair yaranmış hüququndan imtina etməsini təklif edir. Cavabdeh isə həmin məbləğlə razılaşmayaraq yaşayı ş sahəsindən istifadə hüququnun əvəzində ondan daha artıq miqdarda pul tələb edir. Məhkəmə qətnaməsi ilə cavabdehin istifadə hüququ tanınan fərdi yaşayış evi köhnə və təmirsiz olmaqla, Oğuz rayon Bayan kəndində yerləşir və kənd evlərinin kirayə haqqının Oğuz şəhərindəki evlərin kirayə haqqları ilə müqayisə olunması düzgün deyildir. Onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin real olaraq aylıq kirayə haqqının Oğuz rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş mütəxəssisin arayışı ilə 50-60 manat miqdarında olduğu müəyyən edilmişdir. Onların yaşadıqları ərazidə bu cür şəraitə malik yaşayış sahələrinin aylıq kirayə haqqı həmin məbləğdən artıq deyildir. O, cavabdeh və uşaqlarının bundan sonra o nunla bir evdə yaşamasını mümkün hesab etmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək yazılı etirazında göstərmişdir ki, o, xx.xx.2003-cü il tarixdə iddiaçının oğlu X12 ilə ailə qurmuş və onların bu nikahdan iki uşaqları anadan olmuşdur. Anar Şükürovla aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların boşanmadan sonra onun yanında qalmaları və Anar Şükürovdan aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə onun hazırki iddianın predmetinə aid, iddiaçının mülkiyyətində ol an evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə iddia tələbi təmin edilmişdir. Bundan sonra o, həmin evə köçürülmüş, lakin qeyd olunan evdən tam istifadə edə bilməmişdir. Məhkəmə qətnaməsi icraya edilən zaman icra məmurları qətnaməni tam şəkildə icra etməmiş və onun yaşayış sahəsinə dair istifadə hüquqları həmin evin digər hissələrinə (hamam, mətbəx) münasibətdə məhdudlaşdırılmışdır. Bir müddət sonra iddiaçı həmin evin bir otağını sökərək yaşamaq üçün yararsız hala salmış, o isə uşaqları ilə birlikdə müəyyən müddət ərzində kirayədə qalmaq məcburiyyətində qalmışdır. O, hazırda da uşaqları ilə birlikdə Oğuz rayonu Bayan kəndində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır və onların başqa yerdə yaşayış sahəsi yoxdur. İddiaçının oğlu, yəni o nun keçmiş əri uşaqların saxlanması üçün ona faktiki olaraq aliment ödəmədiyindən o, maddi çəhətdən də çox çətinlik çəkir. İddiaçının ona fərdi yaşayış evindən çıxmasının müqabilində təklif etdiyi 5000 manat məbləğ onun həmin yaşayış sahəsinin kommunal-məişət şəratinə uyğun olan başqa yaşayış sahəsini əldə etməsinə və ya kirayəçi kimi müvəqqəti də olsa, kirayəyə götürməsinə imkan vermir. O, hazırda iddiaçıdan kompensasiya məbləği kimi ən azı 7000 manat tələb edir. Hesab edir ki, ona kompensasiya kimi təklif olunan 5000 manat pulun miqdarı qənaətbəxş deyildir. Ona görə də iddiaçının hazırki təklifini qəbul etmir və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə tqədim edilmiş və iş materiallarına əlavə edilmiş, Oğu z rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda Oğuz rayonu Bayan kəndində yerləşən fərdi yaşayış evlərinin aylıq kirayə haqqlarının 5060 manat miqdarında olduğu qeyd edilmişdir.

10. Cavabdeh mübahisə predmetinə aid olan fərdi yaşayış evinin kirayə haqqının miqdarı ilə bağlı Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş arayışla razılaşmadığından məhkəmə iş üzrə obyektiv nəticəyə gəlmək üçün həmin evin kirayə haqqının miqdarının müəyyən edilməsi ilə əlaqədar “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərmişdir. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli 022/0025 nömrəli mütəxəssis arayışında qeyd e dilmişdir ki, Oğuz rayonu Bayan kəndi ərazisində və yaxın ərazilərdə kirayə üçün oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqları 60-110 manat arasında dəyişir. Hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evinə baxış keçirilərək orta aylıq kirayə haqqının, 80-90 manat həddində olduğu müəyyən edilmişdir.

11. Oguz rayon məhkəməsinin (hakim X3) 2(054)-390/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Oğuz rayonu Bayan kəndində yerləşən, xx.xx.2015-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə dair Cavabdeh Oğuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (054) - 40 / 2016 nömrəli qətnaməsi ilə tanınmış istifadə hüquq una ona 5000 manat miqdarında kompensasiya ödənilməklə xitam verilmiş, Cavabdeh xx.xx.2005-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 adlı uşaqları və əmlakları ilə birlikdə Oğuz rayonu Bayan kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmışlar.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisə predmetinə aid olan fərdi yaşayış evinə dair yaranmış istifadə hüququnun xitam verilməsi üçün ödənilən kompensasiyanın miqdarı elə bir həcmdə müəyyən edilməlidir ki, ona müəyyən müddət ərzində də olsa, başqa yerdə əvvəlki yaşayış sahəsində ona xas olan şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı versin. Bu zaman, həmçinin, cavabdehin hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evində uzun müddətdən bəri yaşadığı və bu şə raitə uyğunlaşdığı, habelə, cavabdehin həmin evin yerləşdiyi məkanla bu və ya digər şəkildə bağlılığı da nəzərə alınmalıdır.

13. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evi hazırki vəziyyətdə faktiki olaraq iddiaçı və cavabdehlə onun uşaqları tərəfindən yaşayış sahəsi kimi ayrı-ayrılıqda istifadə edilsə də, bu hal həmin evin ayrı-ayrılıqda iki fərdi yaşayış evi kimi istifadə edilməsinin mümkünlüyü qənaətinə gəlməyə əsas vermir.

14. Məhkəmə mübahisə predmetinə aid olan fərdi yaşayış evinin kirayə haqqının miqdarı ilə bağlı iddiaçının məhkəməyə təqdim etdiyi, Oğuz rayonu “Ev, torpaq və obyektlərin alqı-satqısı, kirayə evlər” ofisi tərəfindən verilmiş arayışla məhkəmənin sorğusu əsasında “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfi ndən verilmiş mütəxəssis arayışını işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayış peşəkar mütəxəssis tərəfindən daha dəqiq, ətraflı, habelə, əraziyə yerində baxış keçirilməklə və müqayisəli təhlil aparılmaqla verildiyindən işin faktiki hallarına daha çox uyğundur. Qeyd olunan əsaslara görə məhkəmə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən arayışı mübahisə predmetinə aid olan fərdi yaşayış evinin yerləşdiyi ərazidəki, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı mövcud bazar qiymətlərinə uyğun olaraq tələb və təklifin həddlərinin müəyyən edilməsi baxımından mötəbər sübut hesab edir. Məhkəmə həmin fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarının, orta hesabla, 85 m anat olmasını qəbul edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə aid olan yaşayış sahəsindən cavabdehin istifadə hüquqları, iddiaçının isə mülkiyyət hüquqları, o cümlədən, istifadə hüququ mövcuddur. Hazırki vəziyyətdə isə iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb etdiyindən mübahisə predmetinə aid olan fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarı, orta hesabla, 85 manat miqdarına uyğun olaraq, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququnun əvəzində iddiaçının ona təklif etdiyi 5000 manat məbləğ cavabdehin yaşayış sahəsindən, təxminən, 5 illik (60 aylıq) istifadə hüququnun əvəzinə bərabər olan bir məbləğdir.

15. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun əvəzində 5000 manat miqdarından daha yüksək kompensasiya məbləğinin müəyyən edilməsi mövcud şərait baxımından evin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər.

16. Məhkəmə cavabdehin kompensasiyanın miqdarının az olması ilə bağlı izahatında göstərdiyi xüsusatlarla bağlı qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi haqqında qüvvədə olan qanunvericilik normaları yaşayış sahəsinin mülkiyyətçisinin qeyd olunan yaşayış sahəsindən istifadə hüququ olan şəxsə həmin istifadə hüququna xitam verilməsinin müqabilində ödədiyi kompensasiyanın miqdarının istifadə hüququ olan şəxsin bu yaşayış sahəsinə bənzər yeni yaşayış sahəsini mülkiyyət hüququ əsasında əldə etməsinə deyil, başqa yer də əvvəlki yaşayış sahəsində ona xas olan şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsinə yetərli olmasını nəzərdə tutmuşdur.

17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək hesab etmişdir ki, mübahisə predmetinə aid olan fərdi yaşayış evinin, həmçinin, həmin ərazidə yerləşən, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı tələb və təklifin həddləri üzrə orta göstəricilər əsas meyar kimi nəzərə alınmaqla, iddiaçının təklif etdiyi 5000 manat kompensasiya məbləği cavabdehin hazırda yaşadığı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə imkan verən ağlabatan və qənaətbəxş məbləğ hesab edilmişdir.

18. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məc əlləsinin 228.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

19. Oğuz Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(054)-390/2022 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə kompensasiya məbləğinin 7000 manat miqdarında olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli mütəxəssis arayışında Oğuz rayonu Bayan kəndi ərazisində və yaxın ərazil ərdə kirayə üçün oxşar fərdi yaşayış evlərinin aylıq kirayə haqları 60-110 manat arasında dəyişir. Hazırki yaşadığı fərdi yaşayış evinə baxış keçirilərək orta aylıq kirayə haqqının 80-90 manat həddində olduğu müəyyən etmişdir. O özü şəxsən xx.xx.2022-ci il tarixində "xxxx" MMC “Regional Daşınmaz Əmlak Şirkətinə” müraciət etmiş, Bayan kəndi ərazisində və ya yaxınlıqda yerləşən fərdi yaşayış evinin orta aylıq kirayə haqqısına dair arayış verilməsini xahiş etmişdir. "xxxx" MMC “Regional Daşınmaz Əmlak Şirkəti” 2022-ci il üzrə Oğuz rayonu Bayan kəndi ərazisində və yaxın ərazilərdə fərdi yaşayış evləri 100-150 AZN həddində kirayə haqqı təklif edilir. Oğuz rayonu Bayan kəndi ərazisində və yaxın ərazilərdə fərdi yaşayış evlərinin kirayə haqqısı 120 AZN təşkil etmişdir. Hazırki vəziyyətdə məhkəmə qərar qəbul edərəkən fərdi yaşayış evinin aylıq kirayə haqqının miqdarı, orta hesabla 85 manat miqdarında, yəni 5 illik (60 aylıq) istifadə hüququnun əvəzinə bərabər olan bir məbləğ nəzərdə tutmuşdur. O hazırda da uşaqları ilə birlikdə Oğuz rayonu Bayan kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır, onun və övladlarının başqa yerdə yaşayış sahəsi yoxdur. İddiaçı oğlu- yəni onun keçmiş əri uşaqların saxlanması üçün mənə faktiki olaraq aliment ödəmədiyindən o maddi cəhətdən də çox çətinlik çəkir. İddiaçı ona fərdi yaşayış evindən çıxmağı müqabilində təklif etdiyi 5000 manat məbləğ onun həmin yaşayış sahəsinin kommunalməişət şəratinə uyğun olan başqa yaşayış sahəsini əldə etməyinə və ya kirayəçi kimi müvəqqəti də olsa kirayəyə götürməyinə imkan vermir. O, h azırda iddiaçıdan kompensasiya məbləği kimi ən azı 7000 manat tələb edir. "xxxx" MMC “Regional Daşınmaz Əmlak Şirkəti” 2022-ci il üzrə Oğuz rayonu Bayan kəndi ərazisində və yaxın ərazilərdə fərdi yaşayış evlərinin kirayə haqqısı 120 AZN təşkil edir. 120 manat miqdarına da yəni 5 illik (60 aylıq ) Kompensasiya məbləği elə 7200 manat edir.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(054)-390/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X13 Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X4) 2(107)-209/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən sаxlаnılmışdır.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 25-26cı bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə kompensasiya məbləğini 5000 manat müəyyən etməklə iddianı təmin etməsinin əsaslarını bu qətnamənin 12-17-ci bəndlərində yer alan abzaslarda əsaslandırmışdır ki, məhkəmə kollegiyası həmin əsaslandırmanın və qət edilən nəticənin ağlabatan və ədalətli olduğu qənaətindədir.

25. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 228.2-ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-209/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil)) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə Kompensasiya məbləğinin 7000 manat miqdarında olma sı barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətində olan eyni dəlillərlə əsaslandırılmış, Şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində istifadə edilən normalara istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözl ə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilm əklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(107)-209/2023 nömrəli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar