Məhkəmə qərarları › İş №2(102)-2305/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2305/2023

09.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2305/2023 09.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2305/2023 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Bakı şəhəri 09 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X6 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-146/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 09 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X4 ölən günədək ona məxsus olan Yevlax rayonu, Xanabad kəndində yerləşən həyətyanı torpaq sahəsini, çaydaşından tikilmiş 2 otaqlı fərdi yaşayış evini, mal tövləsini və həyətdəki 3 tonluq metal su çənini nəvəsi X10 vəsiyyət etmişdir. Vəsiyyətnamə 11 dekabr 2007-ci il tarixdə Yevlax ŞİHB-nın Ərəbbəsrə kənd İƏDN tərəfindən təsdiq edilmişdir.

2. X4 07 iyun 2018-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə si ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Ərəbbəsrə İcra nümayəndəliyinin 26 nömrə reyestr ilə qeydiyyata alınmış 11 dekabr 2007-ci il tarixli X9 adına tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Xanabad kəndində 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi JN-203F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətinə verilmiş, bundan sonra AR ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Yevlax rayonu, Xanabad kənd ində yerləşən 43.8 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, X4, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adına 7 yanvar 2019-cu il tarixdə qeydə alınmışdır. Bu mülkiyyətçilərdən X4 7 iyun 2018-ci il tarixində “Hemorragik insult” xəstəliyindən vəfat etmişdir. İddiaçılar, mülkiyyətçi mərhum nənələri X2 Məmmədovun (2 oktyabr 1993-cü il tarixdə vəfat etmişdir) həyat yoldaşı və övladlarıdırlar. Cəmilə Allahverdiyeva onlarla birlikdə yaşamış və 98 yaşında vəfat etmişdir. Cəmilə Allahverdiyeva 85 yaşında yəni 2005-ci il tarixində insult olmuş, uzun müddət hafizəsini, yaddaşını itirmişdir. Hazırki cavabdehlərdən biri Məmmədova X5 inzibati idarəsinə gedərək Cəmilə Allahverdiyevanın iştirakı və istəyi olmadan vəsiyyətnamə tərtib etdirmiş, gu ya Cəmilə Allahverdiyeva tərəfindən X10 (Cavabdeh1 qızıdır) həyətyanı torpaq sahəsi, çaydaşından tikilmiş iki otaqlı evin və üç tonluq metal su çəninin vəsiyyət edildiyi bildirmişdir. Maraqlı hallardan biri də vəsiyyətnamədə olan şahiddən biri bu vəsiyyətnaməni tərtib edən, imzalayan şəxsin həyat yoldaşı olmuşdur. Vəsiyyətnamə bağlandığı andan etibarsız olmuşdur. Çünki, bu X3nın iştirakı olmadan tərtib edilmiş və imzalanmamışdır. Vəsiyyətnamədə, imza yerində Cəmilə Allahverdiyevanın imzası vəsiyyətnaməni tərtib edən eyni şəxs tərəfindən imzalanmışdır. Cəmilə Allahverdiyeva insult xəstəsi ikən bu imzanı ata bilməzdi. Cəmilə Allahverdiyeva 1920-ci ildə anadan olduğundan latın qrafiki ilə yaza bilərdi. Soyad özü belə Cəmilə Allahverdiyeva tərəfindən yazılmamışdır. Bu da öz özlüyündə onun, vəs iyyətnamənin tərtibində iştirak etmədiyini ortaya qoymuşdur. Vəsiyyətnamə tərtib edildiyi məqamda öz hərəkətlərini şüurlu idarə edə bilməyən, insult xəstəliyi olan Cəmilə Allahverdiyeva adından, onun iştirakı olmadan yazılmışdır. Vəsiyyətnamədə AR MM-in 1182-ci maddəsində qeyd edildiyi kimi başqa şəxs tərəfindən deyil məhz mərhum Cəmilə Allahverdiyeva tərəfindən imzalandığı qeyd edilmişdir. Bu barədə vəsiyyətnamədə qeyd aparılmışdır. Vəsiyyətnamə AR MM–nin 1225-ci maddəsində qeyd edildiyi kimi, qanuna zidd olaraq, vəsiyyət edənin iştirakı olmadan, imzası saxtalaşdırılaraq çəkilməklə, AR MMin 1167, 1168, 1182 maddələrinə zidd olaraq tərtib edilmişdir. İddiaçılar məlum vəsiyyətnamə ilə bağlı məlumatı 2021-ci ilin sentyabr ayında bilmişlər. Barələrində çox saylı məhkəmə prosesləri olduğundan hazırda bu iddianı verməli olmuşlar.

5. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək izah etmişdir ki, vəsiyyətnamə qanuna uyğun tərtib edilmiş və imzalanmışdır. X3 və şahidlər tərəfindən imzalanmışdır. İddia əsassızdır.

6. Şahid qismində dindirilən X11 ifadə verərək göstərmişdir ki, Cəmilə Allahverdiyeva onun qonşusu olmuş və 10-11 ildir ki vəfat etmişdir. 2007-ci ildə Cəmilə onlara gəlmiş və onu kənd icra nümayəndəliyinə vəsiyyətnamədə şahid olmaq üçün dəvət etmişdir. İcra nümayəndəliyinə gələndə vəsiyyətnamə yazılı idi. Cəmilə o və Təranə vəsiyyətnaməni imzalamışlar. Vəsiyyətnaməni imzalamadan əvvəl Akif həmin vəsiyyətnaməni oxumuşdur. Hamısı da vəsiyyətnamədə nə yazıldığını bilib imzalamışlar. Cəmilə özü demişdir ki, əmlakını nəvəsinə bağışlayır. Həmin va xt Cəmilə sərbəst özü hərəkət etmiş, kəndin bir başında digər başına xeyir-şər məclislərində gedib iştirak etmişdir.

7. Yevlax Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2022-ci il tarixli 4/903 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş 14 dekabr 2007-ci il tarixli 27 nömrəli vəsiyyətnamədə “Allahverdiyeva C.A” yazısının qarşısındakı imzanın X1 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması səbəbindən müqayisəedici tədqiqat zamanı imkan verməmişdir ki, qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdiric i əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

8. Yevlax Rayon Məhkəməsinin 2(039)-387/2022 nömrəli iş üzrə 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ekspert rəyi ilə 14 dekabr 2007-ci il tarixli 27 nömrəli vəsiyyətnamədə “Allahverdiyeva C.A” yazısının qarşısındakı imzanın X4 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1166, 1167, 1170.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-146/2023 nömrəli mülki iş üzrə 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Elçin Hüseynov) İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar olmamış, iddiaçılar iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Belə ki, hazırda etibarlılığı mübahisələndirilən vəsiyyətnamə yazılı formada tərtib edilmiş, vəsiyyət edən Cəmilə Allahverdiyeva tərəfindən şahidlərin və icra nümayəndənin iştirakı ilə imzalanmış, imzanın həqiqiliyi şahidlər vəsiyyətnaməyə imza etməklə təsdiq etmiş, vəsiyyətnamə Yevlax rayonu Ərəbbərsə kənd İcra nümayəndəliyində müvafiq qeydiyyat kitabında qeydə alınmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, i şə apellyasiya qaydasında baxılması zamanı iş üzrə yenidən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi məqsədilə məhkəmə tərəfindən iddiaçı tərəfə mərhum Cəmilə Allahverdiyevanın imzası olan əlavə sənədlərin təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı tərəf məhkəməyə bu kimi sənəd təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar mərhum Cəmilə Allahverdiyevanın latın qrafikalı əlifbanı bilmədiyini, insult keçirdiyi üçün öz hərəkətlərini şüurlu idarə edə bilmədiyini və vəsiyyətnaməni imzalama imkanına malik olmadığını göstərsələr də, məhkəmə araşdırması zamanı onların bu dəlilləri öz təsdiqini tapmamış, iddiaçılar da həmin dəlilləri əsaslandıra bilməmişlər.

16. Vəsiyyətnamədə olan şahiddən birinin bu vəsiyyətnaməni tərtib edən, imzalayan şəxsin həyat yoldaşı o lması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1184-cü maddəsində vəsiyyətin şahidləri üçün qohumluq münasibətləri ilə bağlı qoyulmuş tələblər yalnız “vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Hazırki iş üzrə mübahisə predmeti olan vəsiyyətnamədə imzaları olan şahidlərin mərhum Cəmilə Allahverdiyeva ilə qeyd olunan qohumluq münasibətlərində olması iş materialları ilə təsdiq olunmamış, iddiaçılar bu dəlillərini sübut edən sənədləri məhkəmələrə təqdim edə bilməmişlər.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1166, 1167, 1170.1, 1179.1, 1184-cü maddələrinə istinad edərək əsaslandırmışdır. K assasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir.

20. Əlavə olaraq kassator qeyd etmişdir ki, vəsiyyətnamədə imza yerində mərhum Cəmilə Allahverdiyevanın imzası vəsiyyətnaməni tərtib edən eyni şəxs tərəfindən imzalanmışdır. Bu baxımdan xətşünaslıq ekspertizasının keçirilməsini, ekspert qarşısında aşağıdaki sualların qoyulmasını: Allahverdiyeva Cəmilə adına məxsus imzanın vəsiyyətnamədəki əlyazmanı tərtib e dən şəxs tərəfindən tərtib edilib-edilməməsi, habelə imzadakı iki ədəd “Ə” hərfinin eyni üslublu, eyni xətt üzrə düzülüşü, eyni yazı xətti üzrə istiqaməti aydınlaşdırılarkən həm həriflərə münasibətdə həm yazının düzülüş xəttinə münasibətdə imzanın eyni şəxs tərəfindən imzalanıb-imzalanmaması məsələsinin aydınlaşdırılmasını istəmişdir. Bu barədə Yevlax rayon X12 Allahverdiyevanın imzalı xətt nümunəsinin əsli təqdim olunmuşdur. Məhkəmə müvafiq ekspertizanı keçirmiş, suallar tamamlanmadığına, verilən cavab müəyyən olunmadığına baxmayaraq qarşı tərəfin ekspertiza mərkəzinə gedərək şikayət edəcəyi hədəsindən sonra tamamlanmamış bir ekspertiza cavabı müəyyən edilmişdir. Bu səbəbdən təkrar və ya əlavə ekspertizanın keçirilməsini istəmiş, bu barədə rəsmi vəsatətlə müraciət etmişdir. Eyni müraciətl ə də apellyasiya məhkəməsində qeyd etdiyi sualların cavablandırılması üçün müvafiq ekspertizanın yəni, təkrar və ya əlavə ekspertizanın keçirilməsini istəmişdir. İşdə yeni ekspertizanın aparılması zəruriliyinə baxmayaraq məhkəmə onun üçün bu şəraiti yaratmamışdır.

21. Kassator qeyd etmişdir ki, məhkəmədə X11 ifadə verərək bildirmişdir ki, Cəmilə Allahverdiyeva onun qonşusu olmuş, vəsiyyətnaməyə imza atarkən vəsiyyətnamə hazır olmuş, Cəmilənin imza atdığını görməmiş, bundan sonra ikinci dəfə istiqamət alandan sonra Cəmilənin orda olduğunu görmüş, imza çəkəndə görmədiyini qeyd etmişdir. Tərəfindən həmin vəsiyyətnaməni tərtib edən icra nümayəndəsi və onun bu vəsiyyətnaməyə imza atan həyat yoldaşının məhkəməyə dəvət edilməsini dəfələrlə xahiş etmişdir. Lakin məhkəmə tərəfindən bu xahiş nəzərə alınmamışdır.

22. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167, 1168, 1182, 1225-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibar sız sayılır.

26. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

27. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

28. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

29. Maddə 1179.1 Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəs iyyətnaməyə yol verilir.

30. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyr i-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(107)146/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar