Məhkəmə qərarları › İş №2(102)-2305/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2305/2024

23.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2305/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yolun açılması və qeyri-qanuni tikilinin sökülməsi) Kateqoriya:Özbaşına və qanunsuz tikililərlə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı bağlanmış yolun açılması və orada olan qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-39/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən, Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.12 ha torpaq sahəsi Masallı rayon Şərəfə bələdiyyəsinin mülkiyyətində olmuş, 4 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsi ilə həmin torpaq sahəsi Masallı rayonu Şərəfə bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır.

2. Masallı Rayon Məhkəməsinin 2(050)-39/2017 saylı, 25 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X7 və X1 cavabdehlər Cavabdeh, X6 və X4 qarşı Masallı rayonu Şərəfə bələdiyyəsinin 25 yanvar 2013-cü il tarixli qərarı ilə onlara satılmış Masallı rayonu, Şərəfə kən dində yerləşən həyətyanı torpaq sahələrinə gedən yolun qarşısında qazılmış qanunsuz və özbaşına arxın cavabdehlərin hesabına doldurulmaqla yolun açılması barədə iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Şərəfə bələdiyyəsinin qərarı ilə iddiaçının mülkiyyətinə verilən, Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə gələn yolun cavabdeh tərəfindən açılması və həmin yolun üstündə inşa etdiyi qeyri-qanuni tikililərin sökülməsi ilə torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Şərəfə bələdiy yəsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə 4 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı alqısatqı müqaviləsi ilə ona verilmiş torpaq sahəsi mülkiyyətindədir. Bununla bağlı rəsmi sənədlər də vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyətində olan bütün hüquqları həyata keçirir. Cavabdeh həmkəndlisi Cavabdeh istifadəsində olan torpaq sahəsinə gələn yolu qeyri-qanuni olaraq heç bir əsas olmadan zəbt etmiş, orada dəmir qapı və başqa tikililər inşa etmişdir. Beləliklə də, gediş-gəliş yolunun üzərində olan qanunsuz tikililərin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bağlanmış yolun açılması və orada olan qeyri-qanuni tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Masallı Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 15 avqust 2022-ci il tarixli, 10/3258 saylı rəyindən məlum olmuşdur ki, torpaq sahəsinə dair baza məlumatları təqdim edilmədiyindən mübahisə predmeti olan iddiaçının yol kimi istifadə etdiyi sahənin xəritə materiallarında nəzərdə tutulub-tutulmamasını müəyyən etmək mümkün olmamışdır.İddiaçıya məxsus torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu mövcuddur və tərəflər faktiki olaraq eyni yoldan istifadə edir.

6. Mübahisəli əraziyə yerində baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu mövcuddur və həmin yol əvvəlcə iddiaçının torpaq sahəsinin yanından keçir, daha sonra cavabdehin yaşadığı evə getmək üçün nəzərdə tutulmuşdur. İddiaçının mübahisələndirdiyi ərazidə heç bir yol yoxdur, həmin ərazidə su kanalı vardır. Tərəflərin faktiki istifadə etdikləri yoldan iddiaçının istifadə etməsinə maneə yaradan hərəkət, hər hansı tikinti mövcud deyil.

7. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-44/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı yolunun bağlanmasını iddia etsə də, yerində baxış zamanı işin müəyyən edilmiş hallarına və məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçının əsasları öz təsdiqni tapmamışdır. Belə olan halda, iddia əsassız hesa b olunmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.1, 6.1.7-6.1.9, 16.1, 152.1, 170.1, 170.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan və məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut olunmadan q əbul edilmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun qarşısı kəsilmiş və tikililər inşa edilmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8494 nömrəli rəy vermişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-39/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Tofiq Heydərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəm əsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, 4 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı satılmış, Masallı rayonu, Şərəfə kəndində yerləşən ümumi sahəsi 0.12 ha olan (faktiki 0,1319) torpaq sahəsinin şərq istiqamətində yollar, keçidlər ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid olan 0,0187 ha (187,4 kv.m) torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi (Cavabdeh həmin ərazidən çıxarılsın) və Cavabdeh tərəfindən həmin torpaq sahəsinə qoyulmuş dəmir darvaza və inşa edilmiş sanitar qovşaq sökülməklə yolun açılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya baxışında təyin edilmiş Azərbaycan Respublikası Ədliy yə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8494 nömrəli rəyinə görə:

15. Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi erazisində mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.

16. Qərardadın ikinci sualı ü zrə; Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iddiaçı ilə cənub istiqamətində həmsərhəd olan Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələri koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.

17. Qərardadın ücüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi ərazisində mülkiyyətə verilmiş 0,12 (faktiki 0,1319) ha həyətyanı torpaq sahəsinin şərq tərəfindən cənub istiqamətində gedən yolun davamı kimi gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyə n edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə nəzərdə tutulmuş gediş-gəliş yolu hissəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.

18. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi ərazisində mülkiyyətə verilmiş 0,12 (faktiki 0,1319) ha həyətyanı torpaq sahəsinin şərq tərəfindən cənub istiqamətində gedən yolun davamı hissəsində iddia tələbinə əsasən Cavabdeh dəmir darvaza ilə bağladığı və sanitar qovşağı tikilisinin yerləşdiyi müəyyən edilmişdir.

19. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən şərq istiqamətində yollar, keçidlər ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid olan 0,0187 ha (187,4 kv.m) hissəsi cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

20. Beləliklə, məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul etmiş və hesab etmişdir ki, ekspert rəyinə əsasən iddia təmin edilməlidir.

21. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29, 60-cı maddənin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinin 1və 3-cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu mövcuddur və faktiki eyni yoldan istifadə etməklə bir-birlərinə heç bir maneçilikləri yoxdur.

25. Qətnamədə qeyd olunmuşdur ki, həmin ərazi bələdiyyə torpağına aiddir. Buna baxmayaraq, bələdiyyə işə cəlb olunmamışdır. Bu mübahisə Bələdiyyə ilə cavabdeh arasında olan bir mübahisə predmetidir. İddiaçının bu məsələyə qarışmağa subyektiv hüququ yoxdur. Cavabdeh hesab etmişdir ki, onun torpağı ilə iddiaçının torpağı heç cürə üst-üstə də düşmür.

26. Bundan başqa, cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə aralarında hazırda bələdiyyəyə məxsus su arxı mövcuddur və cavabdehin darvazası ilə sanitar qovşağının sökülməsi iddiaçıya heç nə verməyəcək. Çünki, bundan sonra iddiaçı gərək bələdiyəyə məxsus su arxını da doldurtdura – bu isə mümkün olmayacaq. Çünki həmin arx kənd sakinl ərinin suvarma kanalı kimi mövcuddur və iddiaçının bacısı X2 eyni predmet barəsində və eyni əsaslar üzrə 2017-ci ildə Masallı rayon Məhkəməsinə müraciət etmişdir (arxın doldurulmasına dair) məhkəmənin 25 sentyabr 2017-ci il hazırda qanuni qüvvəsini almış qətnaməsi ilə həmin iddianı təmin edilməmişdir.

27. Həmçinin cavabdeh kasasiya şikayətinə əlavədə qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsinə onun heç bir aidiyyəti yoxdur, həmin torpaq sahəsi və onun üzərində olan ev ya digər tikililər oğlu X3 adına rəsmiləşdirilmişdir.Bu fakta Şirvan Apellyasiya məhkəməsi məhəl qoymamışdır.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassas iya şikayətinə qarşı etiraz göndərsə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən nəzərə alınmamışdır.Belə ki Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə

26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıql arını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

31. Maddə 60 İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

32. Maddə 84 1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

33. Maddə 111

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona m ənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiy a instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kassasiya şikayətinin mübahisələndirilən torpaq sahəsinə onun he ç bir aidiyyəti olmadığı, həmin torpaq sahəsi və onun üzərində olan ev ya digər tikililərin oğlu X3 adına rəsmiləşdirildiyi, bu fakta Şirvan Apellyasiya məhkəməsinin məhəl qoymadığı barədə dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə göstərilən hallara dair sübut təqdim edilməsi, iddia ərizəsinə və apellyasiya şikayətinə etirazlarda həmin halın bildirilməsi öz təsdiqini tapmır.

49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi ərazisində mülkiyyətə verilmiş 0,12 (faktiki 0,1319) ha həyətyanı torpaq sahəsinin şərq tərəfindən cənub istiqamətində gedən yolun davamı kimi gediş-gəliş yolunun nəzərdə t utulduğu, müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi ərazisində mülkiyyətə verilmiş 0,12 (faktiki 0,1319) ha həyətyanı torpaq sahəsinin şərq tərəfindən cənub istiqamətində gedən yolun davamı hissəsində iddia tələbinə əsasən Cavabdeh dəmir darvaza ilə bağladığı və sanitar qovşağı tikilisinin yerləşdiyi, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən şərq istiqamətində yollar, keçidlər ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid olan 0,0187 ha (187,4 kv.m) hissəsinin cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşdiy i müəyyən edilmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şika yəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “04” aprel 2024-cü il tarixli 2(106)-39/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar