Məhkəmə qərarları › İş №2(102)-231/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-231/2023

15.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-231/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Şirkətinin Cavabdeh Yəhya oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4954/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyy əti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Cavabdeh (bunda sonra-cavabdeh) dövlətin mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir.

3. Cavabdeh tərəfindən inşa olunan tikilinin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı olub, neft torpaqlarına aid edilir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. Ev və torpaq sahəsi üzərində cavabdehin hər hanası hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə a lınmayıb. Torpaq sahəsi (400 kv.m) Xocasən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 32/07 nömrəli qərarına və alqı-satqı aktına əsasən bələdiyyə tərəfindən cavabdehə verilmişdir. İddiaçı bu qərarı inzibati məhkəmədə mübahisələndirmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia mümkün sayılmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) (bundan sonra-iddiaçı) şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahə sinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (qardaşı) X1 iddiaya etiraz edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə cavabdehin mülkiyyətində verilmişdir. Həmin torpağın alqı-satqısına dair müqavilə bağlanmış və həmin torpağın dəyərini təşkil edən 896 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən m übahisələndirilən tikili də məhz həmin, yəni bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Həmin tikili orada olan neft buruğundan 300 metr aralı məsafədə yerləşir və bu tikili ilə neft buruğu arasında 20-yə yaxın fərdi yaşayış evi mövcuddur. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarını mübahisələndirmiş, lakin həmin məhkəmənin xx.xx.2019- cu il tarixli, 2-1(81)-4912/2019 saylı qərardadı ilə həmi iddia mümkün sayılmamışdır. İddiaçı bu qərardadı mübahisələndirməmişdir. Bu səbəbdən hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ da yoxdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-126/2021 nömrəli, 3 iyun 2021-ci il tarixli qərardadı il ə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə həvalə edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsi tərəfindən verilmiş mütəxəssis rəyinə (iş v. 122) görə, cavabdeh tərəfindən inşa edilən tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901 İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatının pay bölgüsü haqqında” xx.xx.2004-cü il tarixli Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi kordinantları daxilində yerləşir. Rəydə daha sonra qeyd olunub ki, həmin tikil inin yerləşdiyi torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı olub, neft torpaqlarına aid edilir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (F.Abdıyev) 2(001)-126/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin 3 saylı mədənin 6cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında (1.397552,494 4 475 025,130; 2.397 572,068 4 475 020,509; 3.397 578,864 4 475 008,275; 4.397562,099 4 475 008,819; 5.397 549,322 4 475 011,628 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4912/2019 saylı qərardadı ilə iddiaçı “X2 ”(Azərbaycan Respublikasındakı Filialı) şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinə qarşı həmin bələdiyyənin 10 dekabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə iddiası mümkün sayılmamışdır. Belə ki, qərardadda yuxarıda göstərilən Sazişin 4-cü və 5-ci bəndələrinə istinadən qeyd edilmişdir ki, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür. Hazırki iddia ilə mübahisə edilən Binəqədi rayon Xocasən Bələdiyyəsinin 32/07 sayl ı, 10 dekabr 2007-ci il tarixli qərarı da bu qaydada artıq qüvvəsi itirmişdir. Bununla belə, məhkəmə mübahisəli tikilinin yerləşdiyi tor aq sahəsinin alqı-satqı yolu ilə cavabdehə ayrılmasına dair Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarının artıq qüvvədən düşməsi səbəbindən inzibati mübahisənin mövcud olmaması qənaətinə gəlmişdir. Cavabdeh özbaşına inşa edilmiş tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malikdir. 10.Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(102)-126/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmiş, iş üçün əhəmiyyətli hallar araşdırılmamışdır. Həmçinin cavabdeh qeyd etmişdir ki, məhkəmə iddiaçının ona verilən torpaq sahəsindən 17 il 4 ay istifadə etməməsini, iddiaçının 29 sentyabr 2004-cü ildən 30 yanvar 2007-ci ilə kimi həmin torpaq sahəsinin cizgi planını, təhfil-təslim aktının ona verilməsini, torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatını tələb etməsini və dövlət reyestrindən çıxarış almama sını, faktiki olaraq iddiaçının ona sazişlə verilən torpaq sahəsinə bu günə mülkiyyət, icazə və istifadə hüququnun olmadığını nəzərə almamışdır. 13.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4954/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, hər bir tərəfin çəkdiyi məhkəmə xərcinin onun özünə aid edilməsi, iddiaçının cavabdehə qarşı “özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddiasının rədd edilməsi qət edilmişdir. 14.Apellyasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 180.4cü maddəsindən görünür ki, özbaşına tikintinin sökülməsin i məhkəmə qaydasında tələb etmək hüququ 2 subyektə verilib: 1) müvafiq icra hakimiyyəti orqanları; 2) maraqlı şəxslər. 15.İddiaçı “maraqlı şəxs” kimi hazırkı iddianı irəli sürüb. İddiaçının “maraqlı şəxs” sayılması üçün müəyyən edilməlidir ki, tikilinin (evin) kontrakt sahəsində mövcudluğu onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib. Tikilinin (evin) kontrakt sahəsinin coğrafi kordinantları daxilində və sənaye təyinatlı torpaq sahəsində yerləşməsi faktı öz-özlüyündə belə nəticəyə səbəb olmur. İddiaçıya kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq hüququ verilib. Əgər tikilinin kontrakt sahəsində mövcudluğu neft-qaz əməliyyatlarının aparılmasına mene olsayıdı, belə hesab olunardı ki, iddiaçının neft-qaz əməliyyatları aparmaq hüququ pozulub, on a görə də o, 180.4-cü maddədə nəzərdə tutulan “maraqlı şəxs” sayılır. Lakin iddiaçının həmin tikilinin yerləşdiyi yerdə neft-qaz əməliyyatları aparmasını və ya yaxın gələcəkdə belə əməliyyatların aparılmasını planlaşdırdığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib. Halbuki, belə əməliyyatlar qabaqcadan planlaşdırılır və müvafiq sənədlərdə öz əksini tapır. Nəzərə alınmalıdır ki, kontarakt sahəsinin hududları daxilində minlərlə tikili (evlər, qeyriyaşayış sahələri və s.) yerləşir. Əgər həmin tikililər yalnız konrakt sahəsinin hüdudları daxilində yerləşdiyinə görə sökülsə, ola bilər ki, söküntü yerində heç vaxt neft-qaz əməliyyatı aparılmayacaq. Bu isə ona mənanı verəcək ki, iddiaçı kontrakt sahəsindəki tikililərin sökülməsini tələb etmək hüququndan yalnız başqalarına ziyan vurm aq məqsədilə istifadə edir. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 16.O cümlədən məhkəməyə təqdim edilmiş fotoşkillərdən görünür ki, cavabdehə aid olan tikilinin (evin) ətrafında başqa tikililər, hətta hüdürmərtəbəli yeni bina yerləşir. Həmin tikililərin sökülməsi tələb olunmadığı, əksinə yeni tikililərin inşasına şərait yaradıldığı bir vəziyyətdə yalnız cavabdehə aid olan tikilinin sökülməsinin tələb edilməsi hüquqdan suiistifadə sayılır. Ağlabatan deyil ki, neft-qaz əməliyyatı yalnız cavabdehə aid olan 1 evin yerləşdiyi yeri əhatə edəcək. 17.Cavabdehə aid olan evin neft xəttinin mühafizə zolağında yerləşdiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. 18.Beləliklə, iddia tələbi hazırkı vəziyyətd ə əsassızdır. Əgər gələcəkdə iddiaçı həmin tikilinin yerləşdiyi yerdə neft-qaz əməliyyatlarının aparılmasını planlaşdırarsa, belə halda tikilinin sökülməsi barədə iddia qaldıra bilər. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 19.İddiaçı (Vəkil2 Məmməd qızı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4954/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Binəqədi Rayon Məhkəməsinin 2(001)-126/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 20.Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi 28.04.22-ci il tarixli qətna məsini qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinə dair hüququ dövlət reyestrində dövlət qeydiyyatına alınmadan, çıxarışı rəsmiləşdirmədən, məhkəmə dolayısı ilə cavabdehin həmin torpağa dair hüqunu tanımışdır. Eyni zamanda iddiaçı şikayətində qeyd etmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsində özbaşına tikili inşa etməsi iddiaçının hüquqlarını və qanunla qorunana mənafelərini pozmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi cavabdehin bu qanunsuz hərəkətinə göz yumaraq iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qanunveriviliyin normalarının tələblərini də kobud surətdə pozmaqla, cavabdehin qanunsuz inşa etdiyi tikiliyə qanuni don geyindirməklə həmin tikilini özbaşına tikili hesab etməmiş və bununla da şirkətin qanuni iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 21.Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış ev i, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 23.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 24.Maddə

111. Azərbaycan Respublikası torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sök ülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 28.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 30.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. 31.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 32.Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. 33.Belə ki, Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə q əbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 34.Hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. 35.Kassatorun tələbi ondan ibarətdir ki, irəli sürdüyü iddianın faktiki halları MM-in 180.4-cü maddəsinin dispozisiya şərtləri ilə uyğunluq təşkil edir. 36.Apellyasiya məhkəməsi isə yuxarıda göstərilən əsaslarla iddianı təmin etməmişdir (§ 13-18). 37.Məhkəmə kollegiyası iddianın həllinə dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, mübahisəli özbaşına tikili inş a edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallara dair sübutlar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. 38.Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Fed erasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun he sab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”; 39.Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. 40.Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması, qanuni məqsədə yönəlməsi və mütənasibliyi) baxımından qiymətləndirilməli, gəlinən nəticə mülki qanunvericiliyin müvafiq normasının dispozisiya şərtlərinə uyğun şəkildə əsaslandırılmalıdır. 41.Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4954/2022 saylı mülki iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar