Məhkəmə qərarları › İş №2(102)-2314/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2314/2021

17.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2314/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)456/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı̇ Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi və iddia tələbinə əlavə və dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan x ünvanda inşa edilmiş x girişli, 16 mərtəbəli yaşayış binasının x mərtə bəsində, ümumi sahəsi 155,6 kv.m olan 77 saylı mənzilə dair Cavabdeh ilə aralarında bağlanmış 29.04.2011-ci il tarixli müqavilənin və maliyyə arayışının 09.08.2011ci il tarixdən (ləğv edilmə məktubu göndərildiyi tarixdən) ləğv edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(004)2655/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-456/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(004)- 2655/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iş üzrə Bakı Apell yasiya Məhkəməsinin 2(103)-456/2020 nömrəli, 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2019cu il tarixli 2(004)-2655/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmiş və həmin qətnamə ona münasibətdə yoxlanılmamış, qətnamə yalnız İddiaçınə münasibətdə yoxlanılmışdır. Belə olan halda mübahisə predmeti barəsində müstəqil tələb ir əli sürməyən üçüncü şəxs X1 Bakı Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Hesab edirəm ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Bakı Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 130, 405, 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar