Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2314/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-567/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Sumqayıt Şəhər Məhk əməsinin 2(060)-5723/2022 nömrəli iş üzrə 30 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilərək, cavabdehdən İP510 saylı kredit müqaviləsinə əsasən 91551.71 manat əsas borc, 6470.79 manat faiz borcu, 148 manat cərimə borcu olmaqla, cəmi 98170.50 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 389 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti likvid dəyəri 160000 manat məbləğində müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin iddiaçı Banka olan kredit borclarının ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin cavabdehə qaytarılması, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin iddiaçı Banka olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehdən tutularaq Bankın hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-567/2023 nömrəli mülki iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Gülnar Cabbarova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə təqdim edərək, qarşı tərəflə borcun tam ödəniləcəyi barədə razılığa gəldiklərini, kassasiya şikayəyini geri götürdüklərini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
6. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
7. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzə rdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiya məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası kassasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, kassasiya şikayətindən imtina qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-567/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayətindən imtinası qəbul edilsin. Mülki iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.