Məhkəmə qərarları › İş №2(102)-2314/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2314/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2314/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya baxışından çıxarılma; mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin və ya dəyərinin cavabdehdən alınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-591/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətna məsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin naturada və ya mümkün olmazsa dəyəri olan 9200 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-744/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: Həsən Qəniyev).

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(104)-591/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilmiş, alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, avtomobilin naturada və ya bu mümkün olmazsa dəyəri 9000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi, iddiaçıdan 3000 manat borcun əvəzinin alınıb cavabdehə verilməsi, avtomobilin və pulun verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir (hakimlər: Şamil Rzaquliyev – sədrlik edən və məruzəçi, Rüfət Məcidov, Loğman Süleymanov). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

5. İddiaçı (vəkil:Vəkil) kassasiya şikayəti verərək, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Kassator şikayətini belə əsaslandırmışdır ki, işə baxan məhkəmə kollegiyası cavabdehin avtomobili günlük 20 manat müqabilində icarəyə verməsi barədə izahatına, onun ötən dövr ərzində avtomobildən fayda götürməklə qazanc əldə etməsi faktına hüquqi qiymət verməmişdir.

7. Kassator hesab etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 157.5, 543, 560, 1091.1, 1091.2-ci maddələrinin tələbləri pozulmuşdur.

8. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2314/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

11. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda ş ikayət verə bilərlər.

12. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Kassasiya şikayəti icraata qəbul olunsa da, sonradan müəyyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.

14. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi v ə maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

15. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının tələbləri təmin olunmuş, həmçinin yalan əqd hesab edilmiş əqd üzrə 3000 manat borc iddiaçıdan cavabdehin xeyrinə tutulmuş, avtomobilin və pulun verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir.

16. Belə olan halda, MPM-in 403.1-ci maddəsinə əsasən iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ondan 3000 manat borcun tutulması, avtomobilin və pulun verilməsinin eyni vaxtda icra edilməsi hissəsini mübahisələndirə bilər, lakin həmin hissə 5000 manatdan az olduğuna görə MPM-in 402.1-ci maddəsinə əsasən kassasiya qeyri-mümkün hesab edilməlidir.

17. Ona görə də, kassasiya şikayətinin icraata qəbul u barədə qərardad ləğv edilməli və həmin hissədə iş kassasiya baxışından çıxarılaraq, kassasiya şikayətinin geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

18. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

19. Qeyd olunanları nəzərə alaraq və MPM-in 403.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 3 iyul 2025 -ci il tarixli 2(102)-2314/2025 saylı işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar