Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2316/2019 07.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)-11857/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(011)484/2018 saylı qətnaməsi ilə (sədrlik edə n, hakim S.R.Səlimova) İddiaçı (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-nə (bundan sonra cavabdeh təşkilat) qarşı “01 aprel 2016-cı il tarixdən 01 aprel 2018-ci il tarixədək bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinə görə əldən çıxmış fayda şəklində 7.600 manat maddi ziyanın, xidmət müqaviləsində nəzərdə tutulan sentyabr ayı üçün əmək haqqının, mənəvi zərərə görə 50.000 manat pulun tutulması” barədə iddiası təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili xxx qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli, 2(103)4803/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, İ.Ş.Vəliyev və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili xxx qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2018-ci il tarixli, 2(102)-6305/2018 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və E.R.Vəliyeva) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)11857/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “01 aprel 2016-cı il tarixdən 01 aprel 2018-ci il tarixədək bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinə görə əldən çıxmış fayda şəklində 7.600 manat maddi ziyanın, xidmət müqaviləsində nəzərdə tutulan sentyabr ayı üçün əmək haqqının və mənəvi zərərə görə 50.000 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhk əməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı və cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respubli kası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhk əməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, müqavilənin şərtlərinə görə cavabdeh təşkilatın müqavilənin müddəti ərzində istənilən vaxt iddiaçıya faktiki olaraq göstərdiyi xidmətlərin dəyərini ödəməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olmasına, iddia ərizəsinin təmin edilməsi üçün əsasların müəyyən edilməməsinə, iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.3, 423.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər arasında 01 aprel 2016-cı il tarixli “xidmətlər göstərilməsi haqqında mülki hüquqi müqavilə” bağlanmış və müqavilənin predmetini müqaviləyə daxil olan şirkətlərə məxsus xəbər saytların sosial şəbəkələrində istehsal ol unan xəbərlərin yayılmasını təmin etmək; oxucularla holdinq arasında əlaqələrin qurulması, eyni zamanda onların istək və tələblərini yerinə yetirməkdə bilavasitə iştirak etmək; şirkətin tədbirlərini ölkə və xarici mediada yayılmasını təşkil etmək; reklam və tanıtım işlərini həyata keçirmək və sair təşkil edir. “Müqavilə”nin 4.2-ci bəndinə görə, bu Müqavilədə nəzərdə tutulan xidmətlərin aylıq qiyməti, vergi və digər icbari ödənişlər daxil olmaqla 400 manat məbləğində müəyyən edilir və ayda bir dəfə onun qarşısında qoyulan öhdəlikləri yerinə yetirdikdə və bu ikitərəfli aktla rəsmiləşdirildikdən sonra cavabdeh təşkilat tərəfindən iddiaçının hesabına köçürülür. “Müqavilə”nin 4.4-cü bəndinə görə, bu Müqavilənin 8.2-ci bəndinin tələblərinə uyğun olaraq, müqavilədə nəzərdə tutulan xidmətlərin ayl ıq qiymətinin artırılması və azaldılması tərəflərin imzaladıqları əlavə razılaşma ilə rəsmiləşdirilir. “Müqavilə”nin 6.1-ci bəndinə əsasən, bu müqavilə 01 aprel 2016-cı il tarixdən 01 aprel 2018-ci il tarixədək bağlanır və bu müddət ərizində iddiaçı öhdəsinə götürdüyü xidmətləri tam həcmdə iddiaçıya göstərməlidir. Eləcə də “Müqavilə”nin 6.6 və 6.7-ci bəndlərinin mənasına görə, iddiaçı xidmətlərin göstərilməsi qurtaranadək, bu Müqaviləyə yalnız o zaman xitam verə bilər ki, cavabdeh təşkilat Müqavilədə nəzərdə tutulan xidmətləri həqiqətən başqa şəkildə və ya daha əlverişli şərtlərlə ala bimək imkanı olsun. İddiaçı bu Müqavilə sona çatmazdan əvvəl xidmətlərin göstərilməsini dayandırmaq qərarına gəlsə, o cavabdeh təşkilata 40 gün əvvəl müraciət etməlidir. Müqavilə”nin 6.2-ci bəndinə görə, iddi açı bu müqavilənin müddəti ərzində istənilən vaxt iddiaçının faktiki olaraq göstərdiyi xidmətlərin dəyərini ödəməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir. Daha sonra işdən görünür ki, cavabdeh təşkilatın 12 avqust 2016-cı il tarixli, 21 saylı məktubu ilə cavabdeh təşkilatla xidməti müqavilə əsasında əməkdaşlıq edən iddiaçı arasında 01 aprel 2016-cı il tarixdə bağlanmış müqaviləyə icra olunacaq işlərə dair sifarişlər olmadığına görə 12 sentyabr 2016-cı il tarixdən birtərəfli qaydada xitam verilmiş və iddiaçı bununla razılaşaraq sənədi qəbul etməsinə dair onun üzərində müvafiq qeydiyyat aparmaqla imzalamışdır. İddiaçı sözügedən müqavilədə və həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair sənəddə olan imzaların ona məxsus olmamasını göstərsə də, işə əlavə edil miş 08 dekabr 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 41-45-ci vərəqələrində olan 01 aprel 2016-cı il tarixli “xidmətlərin göstərilməsi haqqında mülki-hüquqi müqavilənin 5-ci səhifəsində “imzası” qrafasındakı imza, həmçinin işin 46-cı vərəqində olan müqaviləyə birtərəli qaydada xitam verilməsi haqqında 12 avqust 2016-cı il tarixli məktubun yuxarı sol küncündə “qəbul etdim etiraz etmirəm İddiaçı” yazılarıdan aşağıda yerləşən “imza” yazısı qarşısındakı imza eyni şəxs, yəni İddiaçı tərəfindən icra olunmuşdur. Qeyd olunan faktlar birinci instansiya məhkəməsində dindirilmiş ekspert Aydın Əliyevin ifadəsi ilə də təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayət i ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə tam uyğundur və birinci instansiya məhkəməsi tərəfindən maddi, prosessual hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutlmayıbsa tərəflərin razılaşması ilə mümkündür. Maddənin mənasına görə, tərəflər müqavilədə ayrı qayda nəzərdə tutmuşdurlarsa müqavilə tərəflərin razılaşması olmadan birtərəfli qaydada da ləğv edilə bilər. Apellyasiya instansiyası məhkəməsı haqlı ol araq qeyd etmişdir ki, tərəflər sözügedən müqavilənin 6.2-ci bəndin də müqavilənin ləğv edilməsinin ayrı qaydasını nəzərdə tutduqlarından, yəni iddiaçı təşkilat bu müqavilənin müddəti ərzində istənilən vaxt iddiaçıya faktiki olaraq göstərdiyi xidmətlərin dəyərini ödəməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malik olduğundan, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi tərəflərin razılaşması olmadan müqavilənin birtərəfli qaydada ləğv edilməsinin yolverilməz olmasına dair dəlili əsaslı sayıla bilməz. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərini təfsir edərkən düzgün olaraq qeyd etmişdir ki, tərəflər həmin müqaviləni bağlayarkən, onların hər birinin birtərəfli qaydada m üqaviləyə xitam verilməsini tələb etmək hüquqları nəzərdə tutulmuşdur və müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh təşkilat da bu hüqüqundan istifadə etmək niyyətini iddiaçıya bildirmiş, sonuncu isə buna etiraz etmədiyini imzası ilə təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib, tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərini nəzərə alıb haqlı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə cavabdeh təşkilatın təşəbbüsü ilə xitam verilməsinə iddiaçı etiraz etmədiyi üçün, onun cavabdeh təşkilatdan 01 aprel 2016-cı il tarixdən 01 aprel 2018-ci il tarixədək bağlanmış sözügedən müqavilənin birtərəfli qaydada ləğv edilməsinə görə, əldən çıxmış fayda şəklində 7.600 manat maddi ziyanın, mənəvi ziyana görə 50.00 0 manat pulun tutulmasına dair iddia tələbləri də əsassız olduğundan təmin edilə bilməz. Eləcə də apellyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən müqavilə üzrə sentyabr ayı üçün əmək haqqı tələbi ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanan sözügedən müqaviləyə 12 sentyabr 2016-cı il tarixdə xitam verildiyindən, həmçinin tərəflər arasında bağlanan sözügedən müqavilənin şərtlərinə görə, müqavilədə nəzərdə tutulan xidmətlərin aylıq dəyərinin ayda bir dəfə iddiaçının qarşısında qoyulan öhdəlikləri yerinə yetirdiyi halda, ikitərəfli aktla rəsmiləşdirildikdən sonra cavabdeh təşkilat tərəfindən iddiaçının hesabına köçürülməli olduğundan və iddiaçı sentyabr ayı üçün öhdəliklərini icra etməsi barədə cavabdeh təşkilat tərəfindən təsdiq olunan müvafiq aktı məhkəməyə t əqdim etmədiyindən, iddia tələbini bu hissədə də rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməli dir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şika yətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2(103)-11857/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-2316/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2316/2019
07.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver