Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2321/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Mirasda məcburi payın tamamlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qism ində cəlb edilməklə) "məcburi payın tamamlanması" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-987/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Cəbiyev küçəsində yerləşən 26 nömrəli evin 26 nömrəli mənzili X4 adına xx.xx.1995-ci il tarixdə qeydə alınmışdır. 2. xx.xx.2014-cü il tarixli, 7E-24060 reyestr nömrəli etibarnamə əsasında X1 Ramiz Oruc oğluna xx.xx.2064-cü il tarixinədək bütün ə mlakını idarə etməyi, üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi etibar etmişdir.
3. X4 adından nümayəndəsi Cavabdeh1 xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzili Cavabdeh2 bağışlamışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nümrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 26 nömrəli evin yaşayış sahəsi 29.6 kv.m, yardımçı sahəsi 12.9 kv.m., ümumi sahəsi 42.5 kv.m olan 2 otaqlı 26 nömrəli mənzili Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-ci il tarixdə qeydiyyata alınmışdır.
5. X8 tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2 014-ci il tarixli 24060 reyestrli etibarnamə xx.xx.2019-cu il tarixdə ləğv olunmuşdur.
6. Notarial qaydada təsdiqlənmiş xx.xx.2020-ci il tarixli vəsiyyətnaməyə əsasən X8 bütün əmlakını İddiaçı Nurəddin qızına vəsiyyət etmişdir.
7. X8 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
9. Həmin iddia üzrə İddiaçı Nurəddin qızı iddiaçının hüquqi varisi qismində tanınmışdır.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-209/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 ilə X4 adından Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiy ev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edilməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir
11. İkinci apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixl i, 2(105)-340/2022 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X4 Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3714/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 bağışlanmış Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzil hesa bına onun məcburi payının tamamlanması və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilin ½ hissəsinə onun məcburi payının tanınması barədə, habelə hazırki iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 manat, MTT ərizələrinin verilməsinə görə ödənilmiş 20,80 manat və vəkil qonorarı üçün ödənilmiş 250 manat məbləğində vəsaitin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26 nömrəli evin 26 nömrəli mənzil xx.xx.1995-ci ildə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mərhum X2nun xüsusi mülkiyyətində olmuşdur. 1935-ci il təvəllüdlü atasının ahıl və xəstə olmasınd an sui-istifadə edən onun qardaşı oğlu Cavabdeh1 xx.xx.2014-cü il tarixində mərhum atasından etibarnamə almış və bir həftədən sonra xx.xx.2014-cü il tarixində atasının mülkiyyətində olan mənzili öz oğlu Cavabdeh2 bağışlamışdır. O isə öz növbəsində mənzilə dair DƏDRX-dən öz adına RX seriyalı ******* nömrəli çıxarış almışdır. Atası bu barədə məlumat aldıqda dərhal 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Cavabdeh1 verdiyi xx.xx.2014-cü il tarixli 24060 reyestrli etibarnaməni xx.xx.2019-cu il tarixində ləğv etmiş və məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-209/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mərhum atası – iddiaçı X4 Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddiası təmin edilmiş, Cavabdeh2 ilə X4 adından Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarış ləğv edılməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 a pellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 ilə X4 adından Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı xx.xx.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda xx.xx.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarış ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Mə hkəməsinin Mülki Kollegiyasının 2(102)-4512/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-385/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-340/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-209/2020 saylı qətnaməsi ləğv edilmiş, mərhum atası – iddiaçı X4 Cavabdeh2 qarşı bagışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi M ülki Kollegiyasının 2(102)- 3714/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə atasının hüquqi varisi kimi verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)340/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası özünə məxsus bütün əmlaklarını Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. X3 və X9 Bakı şəhəri 14 saylı Notariat ofisində verdikləri xx.xx.2021-ci il tarixində verdikləri ərizələrə əsasən miras əmlakda özlərinə çatan paydan onun xeyrinə imtina etmişlər. Bundan başqa, atası vəfat edənə kimi onunla birlikdə ünvan 2 ünvanında yaşamış, atasının vəfatından sonra onun dəfnini təşkil etmiş və yas mərasimlərinin xərclərini çəkmişdir.
15. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizə göndərərək bildirmişdir ki, göründüyü kimi İddiaçı Nurəddin qızı mərhum atası X5 mirasına münasibətdə onun övladı kimi həm də məcburi pay sahibi olmuşdur. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)3714/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının təsviri hissəsindən göründüyü kimi miras qoyan tərəfindən hələ miras açılmamışdan əvvəl və onun sağlığında onun özü tərəfindən ünvan 1 ünvanında ümumi sahəsi 42.5 kv.m, yaşayış sahəsi 29.6 kv.m olan 2 otaqlı mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seri yalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmışdır. Həmin icraatda şahid qismində iştirak etmiş və sözügedən bağışlama müqaviləsini etibarsız əqd kimi xarakterizə etmiş hazırki iş üzrə İddiaçı daha sonra miras qoyan N.Abdullayev vəfat etdiyindən prosesin sonrakı gedişatında və növbəti məhkəmə instansiyalarında iddiaçının hüquqi varisi qismində tanınaraq sonrakı prosessual hərəkətləri davam etdirmiş və sözügedən bağışlama müqaviləsinin ümumiyyətlə etibarsız hesab edilməsini və əhəmiyyətsiz əqd kimi doğurduğu bütün hüquqi nəticələrinin etibarsız hesab olunmasını tələb etmişdir. Belə olan halda, iddiaçını hüquqi varis qismində təmsil etdiyi bir məhkəmə icraatında eyni əqdi, yəni xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb edən İddiaç ı digər tərəfdən də həmin etibarsız əqdin doğurduğu nəticələri tanıyaraq onun əsasında Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş məcburi payın tamamlanması barədə iddia qaldırması bir-birini mahiyyət etibarilə təkzib edən, maddi hüquqi baxımdan və mahiyyət etibarilə paradoksal xarakter daşıyan iddia tələbi olardı. Başqa sözlə, Mülki Məcəllənin 1200-cü maddəsində vərəsənin etibarsız əqd əsasında deyil məhz etibarlı, qanuni əqd - bağışlama müqaviləsi əsasında bağışlanılmış hədiyyədən öz məcbur payının tamamlanmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Çünki həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onsuz da onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Hazırki iş üzrə İddiaçı isə xx.xx.2014-cü il tarixli bağışlama müqavilə sinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə iddiaçının hüquqi varisi qismində həmin bağışlamanın etibarsız əqd hesab olunması və doğruduğu hüquqi nəticə kimi DƏDRX-dən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbini müdafiə etdiyindən digər tərəfdən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamaq münasibətdə öz məcburi payının tamamlanmasını tələb etməsi dolayısı ilə əqdin etibarsızlığı tələb ilə bağlı hüquqi varis qismində iştirak etdiyi ilkin iddia icraatı üzrə müdafiə etdiyi iddia tələbin dolayısı ilə təkzib etmiş olardı və həmin bağışlamanı dolayısı ilə həm də legitim əqd kimi tanımış olardı. Beləliklə, İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımaq olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmamışdır. Belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilərdi ki, bu da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd idi. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onu n barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Eyni zamanda, qeyd olunduğu kimi, onsuz da mərhum miras qoyan N.Abdullayev və onu hüquqi varisi və hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddia qaldırılmaqla nəinki sözügedən mənzilin bir hissəsinə və ya ondakı hər hansı bir paya, ümumilikdə mahiyyət etibarilə mənzilin bütövlükdə tələb olunması bağlı iddia qaldırılmışdı. Həmin iddia tələbi yekun məhkəmə aktına əsasən təmin edilmiş olsa həmin bağışlama müqaviləsinin etibarsız hesab olunması ilə həm də onun doğurduğu hüquqi nəticə kimi əldə edilənlərin geri qaytarılması, yəni mənzilin miras qoyanın mülkiyyətinə qayıtması buradan isə miras qoyanın yeganə hüquqi varisi kimi (digər övladları iddiaçının xeyrinə imtina etməyə dair ərizə təqdim etmişdilər) İddiaçı vərəsəlik əsasında mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdi. Başqa sözlə, Abşeron rayon məhkəməsinin icraatında olmuş 2(012)209/202 nömrəli iş üzrə iddia tələbi çərçivəsində bilavasitə sözügedən mənzilin bütövlükdə cavabdehdən geri alınması nəzərdə tutulduğundan onun hansısa bir hissəsi üzrə məcburi payın tamamlanma tələbinin irəli sürülməsi prosesual qənaət prinsipinə ziddi olardı. Başqa sözlə, iddiaçının eyni tərəflər arasında bir məhkəmə mübahisəsində eyni predmeti bütövlükdə cavabdehdən tələb etməsi, digər məhkəmə icraatında isə eyni predmetin müəyyən bir hissəsini və ilkin iddia tələbinin əsaslarını təkzib edə n əsaslar müəyyən bir hissəsinin tələb etməsi həm də məntiqə ziddi idi. Qeyd edilənlərə əsasən iddia müddətinin buraxılmamış hesab olunmaqla və ya bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
16. Cavabdeh2 iddia tələbinə qarşı etiraz təqdim edərək hesab etmişdir ki, iddiaçının iddia tələbləri əsassızdır, yalnız məhkəmə süründürməçiliyinə rəvac vermə baxımından irəli sürülmüşdür. İlkin olaraq iddia ərizəsinə etirazda qeyd olunanlara əsasən məhkəmədən iddiaçının "məcburi payın tamamlanması tələbinə dair" iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(006)3016/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir..(Hakim N.T.Tağıyeva)
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdən göründüyü kimi X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm anınadək iddia olunan mülkiyyəti olmadığı halda xx.xx.2020-ci il tarixdə bütün əmlakını hazırki iddiaçıya vəsiyyət etmişdir.
19. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi atasının verdiyi vəsiyyətnaməni sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, Mülki Məcəllənin 1224.0.2- ci maddəsinə əsasən vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninlkiləşdirildikdə qoyulmuş vəsiyyətnamə qüvvədən düşmüş sayılır.
20. Məhkəmə bu qənaətə gələrkən N.M.Abdullayevin öz sağlığında mülkiyyətində olan əmlak üzərində sərəncam verməsini, iddiaçının iddia etdiyi mübahisəli mənzilin xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçməsini və sonuncunu n bu hüququnu xx.xx.2014-cü il tarixli mülkiyyət çıxarışı ilə rəsmiləşdirməsini və onun bu hüququnun qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənməsini nəzərə almışdır.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mərhum atasının İ növbə vərəsəsi olmasına baxmayaraq mübahisəli əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə alınmasına dair heç bir sübut təqdim etməsə də, tələbi əsasən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamağa münasibətdə öz məcburi payının tamamlanması üzərində qurmuşdur. Həmin normada məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun m əcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
22. Bununla bağlı məhkəmə hesab etmişdir ki, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli şərtinə iddiaçı tərəfindən riayət edilməmişdir.
23. İddiaçı tərəf müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizəsində İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımaq olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zi dd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmaması və belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilməsi, bunun da prosessual tərəfin hüquqi varisi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd olması ilə əsaslandırsa da, məhkəmə bu dəlilləri əsassız və tərəfin subyektiv mülahizəsi kimi qiymətləndirmiş və qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən məcburi pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə məcburi payın artmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır. Yəni, bu vaxt imperativdir və ötürülərsə, onda hədiyyədən məcburi pay almaq hüququ yaranmır.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1193, 1200, 1224.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 217.4, 218.1-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Vəfat etməmişdən əvvəl atası özünə məxsus bütün əmlaklarını Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət etmişdir. X3 və X9 Bakı şəhəri 14 saylı Notariat ofisində verdikləri xx.xx.2021-ci il tarixində verdikləri ərizələrə əsasən miras əmlakda özlərinə çatan paydan onun xeyrinə imtina etmişlər. Bundan başqa, atası vəfat edənə kimi onunla birlikdə ünvan 2 ünvanında yaşamış, atasının vəfatından sonra onun dəfnini təşkil etmiş və yas m ərasimlərinin xərclərini çəkmişdir. Göründüyü kimi İddiaçı Nurəddin qızı mərhum atası X5 mirasına münasibətdə onun övladı kimi həm də məcburi pay sahibi olmuşdur. Məhkəmə iddiaçının məcburi pay sahibi kimi hüquq sahibi olmasına düzgün qiymət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərildiyi kimi, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. İşin materiallarından görünür ki, iddiaç ı mərhum atasının İ növbə vərəsəsi olmasına baxmayaraq mübahisəli əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə alınmasına dair heç bir sübut təqdim etməsə də, tələbi əsasən Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş qaydada sözügedən bağışlamağa münasibətdə öz məcburi payının tamamlanması üzərində qurmuşdur. Məhkəmənin iddia tələbinin Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında məcburi payın tamamlanması tələbinin təmin edilməsi üçün tələb olunan 4 şərtin 3-nün mövcud olması (tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi) razılaşsalar da, qalan digər 1 şərtin mövcud olmaması - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli şərtinə iddiaçı tərəfindən riayət edilməməsi barədə mövqeyi ilə razılaşmırlar. Belə ki, mülki qanunvericilikdə iddia müddəti institutu nəzərdə tutulduğu kimi iddia müddətinin üzrlü səbəbdən buraxılmış olması və müddətin bərpası mexanizmi də müəyyən edilmişdir. Bu mexanizm obyektiv səbəblərdən iddia müddətini buraxmış və ya ilk baxışda buraxmış kimi təəssürat yaranan iddiaçıların pozulmuş hüquqlarının bərpasını da ehtiva edir. İddiaçı müddətin buraxılmamış hesab olunması və ya bərpası barədə ərizəsini real, preyudisial əhəmiyyət kəsb edən və qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmiş məlum faktlarla əsaslandırdığından həmin ərizədək i xüsusatlar məhkəmə tərəfindən subyektiv mülahizə kimi qiymətləndirilə bilməzdi. Həm də məhkəmə bu barədə iddiaçının ərizəsini rədd edərkən öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, mənzil 2014-cü ildə cavabdehə bağışlanmış, bundan sonra 5 il keçəndən sonra bağışlanma mübahisələndirilmiş, hətta iddiaçı özü bununla bağlı məhkəmə çəkişmələrində şahid qismində də ifadə vermişdir. Məsələ burasındadır ki, müvafiq ərizədən də göründüyü kimi iddiaçının mərhum atası sağlığında sonuncu tərəfindən qaldırılmış əqdin etibarsızlığına dair iddia icraatı üzrə şahid qismində izahat verərək müvafiq bağışlama müqaviləsinin etibarsızlığını göstərən İddiaçı digər icraatda həmin bağışlama müqaviləsini legitim əqd kimi qəbul edərək onun əsasında məcburi payın tamamlanması tələbini irəli sürə bilməzdi. Beləliklə, məhkəmə iddia müddətinin tətbiqi məsələsində səhvə yol vermiş və əsassız olaraq iddiaçının müddətin buraxılmamış hesab edilməsi və ya bərpası barədə ərizəsini təmin etməmişdir. Məhkəmə iddia müddətinin huraxılmamış hesab edilməsi və ya bərpası barədə ərizəmizi rədd edərkən aşağıdakı obyektiv halları nəzərə almamışdır:
1. İş üzrə materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarının təsviri hissəsindən göründüyü kimi, miras qoyan tərəfindən hələ miras açılmamışdan əvvəl və onun sağlılığında onun (yəni, N.Abdullayevin) özü tərəfindən mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddi a qaldırılmışdır.
2. İddiaçı hədiyədə məcburi payının tamamlanmasına dair iddia tələbi irəli sürməsi üçün müvafiq bağışlama müqaviləsinə Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüququnun tətbiqini tələb etmək üçün ilk növbədə onu legitim əqd kimi tanımalı olduğundan bu onun həmin əqdin etibarsızlığı ilə bağlı digər iddia icraatındakı prosessual iştirakçılığına (iddiaçının hüquqi varisi) zidd olduğundan belə iddia tələbinin irəli sürülməsi mümkün olmamışdır. Belə bir iddia tələbinin irəli sürülməsi sözügedən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbindən mahiyyət etibarı ilə dolayısı ilə imtina etmək və bununla bağlı cavabdehin əqdin etibarlı və qanuni olması istiqamətindəki dəlillərini etiraf etməklə nəticələnə bilərdi ki, bu da prosessual tərəfin hüquqi var isi qismində prosessual iştirakçılığın məqsədlərinə zidd idi.
3. İddiaçının eyni tərəflər arasında bir məhkəmə mübahisəsində eyni predmeti bütövlükdə cavabdehdən tələb etməsi, digər məhkəmə icraatında isə eyni predmetin müəyyən bir hissəsini və ilkin iddia tələbinin əsaslarını təkzib edən əsaslar üzrə müəyyən bir hissəsinin tələb etməsi həm də məntiqə zidd idi.
4. Həmin iş üzrə məhkəmə mübahisəsinin xronikasından göründüyü kimi, sözügedən mənzilin hədiyyə edilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız əqd olması və heç bir hüquqi nəticə doğurmaması və ya əhəmiyyətli əqd hesab olunması və onun nəticələrinin qanuniliyi istiqamətində dilemması ilə bağlı nəinki İddiaçı, hətta məhkəmə instansiyalarında və hətta həmin məhkəmə instansiyalarının müxtəlif tərkibləri a rasında vahid fikir və hüquqi mövqe olmamışdır. Beləliklə, Mülki Məcəllənin 1200-cü maddəsində məhz qanuni və əhəmiyyətli bağışlama müqaviləsi ilə verilmiş hədiyyədə vərəsənin məcburi payının tamamlanması hüququ nəzərdə tutulmuş, sözügedən bağışlama müqaviləsinin özü və doğurduğu hüquqi nəticələr isə ötən müddətdə məhkəmə mübahisəsi olduğundan və bununla bağlı ilk iki instansiya məhkəməsinin qərarının nəticələrinə əsasən iddiaçıda həmin əqdin etibarsızlığına dair qəti yəqinlik formalaşdığından və əqd etibarsız hesab olunduğu halda əmlakın özü bütövlükdə iddiaçının mülkiyyətinə keçəcəyindən iddiaçının onun müəyyən hissəsinin digər əsasla (özü də əqdin qanuniliyinin tanınması əsası ilə) tələb olunmasına lüzum qalmamış, lakin kassasiya instansiyası məhkəməsində kassasiya baxışından etibarən m əhkəmənin həmin əqdə mövqeyi dəyişdikdən məhz əqdin hüquqi müqəddəratının həll olunması nəticəsində iddiaçıya həmin əqdin etibarlı əqd olması, belə bir qanuni əqdin mövcud olması məlum olmuş və həmin qərardan sonra onun belə bir hüququ yaranmışdır.
5. Hazırki iş üzrə qeyd olunan dövrdə mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydada irəli sürülməsi mümkün olan və iddiaçıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi istiqamətində prosessual qənaət prinsipi baxımından da ən səmərəli müdafiə vasitəsi sözügedən bağışlama müqaviləsinin mübahisələndirilməsi olmuş, iddiaçı da həmin müqaviləni bütün instansiyalar üzrə mübahisələndirdikdən, onun qanuni əqd olması kassasiya instansiyası məhkəməsi tərəfindən tanındıqdan sonra bu fakt ona məlum olmuş və hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə isə iddia müddətinin bərpası və ya buraxılmamış hesab olunması üçün qeyd olunan əsasların heç birini nəzərə almamışdır. İddia müddətinin üzrsüz səbəbdən ötürülməsi və ya buraxılması sübut edilməmişdir. Məhkəmənin iddia müddətinin ötürülməsi və bunun üzrsüz səbəbdən baş verməsi barədə gəldiyi qənaət iş materialı, ələlxüsus iddiaçının bu barədə ərizəsindəki xüsusatlarla təkzib olunur.
27. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, hazırki məhkəmə işinə baxılması dövründə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin Qərarın 3cü bəndində qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Beləliklə, həmin Qərardakı hüquqi mövqelər hazırda icraatda olan mübahisələr üzrə işlərə, o cümlədən hazırki mübahisəyə də şamil olunur. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarındakı hüquqi mövqedə aydın olur ki, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edilir və vərəsəlik hüququnun hər hansı müddətlə məhdudlaşdırılması hüququn prinsipləri və mülkiyyət hüquqlarının fundamental əsasları baxımından yolverilməzdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqelər təkcə Mülki Məcəllənin 1246, 1273-1-ci maddələrinin deyil, həm də Mülki Məcəllənin 1200-cü maddəsinin tətbiqinə də analoji qaydada şamil edilməlidir. İddiaçı mübahisə predmeti olan mənzillə bağlı mirasın tamamlanması və pay almaq hüququndan heç vaxt imtina etməmiş, əksinə ötən müddət ərzində hüquqi varis kimi sözügedən bağışlama əqdinin mübahisələndirilməsinə dair iddia icraatını davam etdirmiş, daha sonra isə həmin əqdi etibarlı əqd kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilməsindən sonra həmin əqd üzrə məcburi payın tamamlanmasını məhkəmə qaydasında tamamlanması tələbini irəli sürmüşdür.
28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-987/2024 nömrəli mülki iş üzrə 11 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)3016/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X6 (sədrlik edən və məruzəçi), X15 və X16)
29. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.
31. Göründüyü kimi, məcburi pay almaq hüququ olan şəxsin bağışlanmış əşyaya görə məcburi payın artmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır.
32. İşdən görünür ki, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X4 mülkiyyətində olmuş mənzil xx.xx.2014-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınm ışdır.
33. Həmin müqavilə hədiyyə verən Cavabdeh2 sağlığında özü tərəfindən mübahisələndirilmiş lakin iddia təmin edilməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, mənzil xx.xx.2014-cü il tarixdə cavabdehə bağışlandığından və miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən artıq müddət keçdiyindən iddiaçının iddiası təmin oluna bilməz.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1200-cü maddəsində göstərilmiş iki illik müddət iddia müddəti deyil.
36. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir (B.Mürsəlovun şikayəti üzrə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı).
37. Yuxarıda qeyd olunan maddənin məzmunundan görünür ki, mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, məcburi paya hüququ olan şəxs məcburi payı tamamlamaq hüququnu itirir. Həmin şəxsin məhkəməyə iddia ilə müraciət etmə tarixi qeyd olunan müddətin başlanması və yekunlaşmasına təsir etmir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1200-cü maddəsi ilə bağlı öz hüquqi mövqeyini artıq yuxarıda istinad olunan xx.xx.2021-ci il tarixli Qərarında əks etdirmiş, həmin tarixdən sonra qəbul edilmiş digər Qərarında qeyd olunan maddəyə münasibətdə fərqli hüquqi mövqe irəli sürülməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
40. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1193, 1200-cü maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.3, 372, 382, 384.0.1, 392, 402, 405 və 406.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarın a istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1200-cü maddəsində məhz qanuni və əhəmiyyətli bağışlama müqaviləsi ilə verilmiş hədiyyədə vərəsənin məcburi payının tamamlanması hüququ nəzərdə tutulmuş, sözügedən bağışlama müqaviləsinin özü və doğurduğu hüquqi nəticələr isə ötən müddətdə məhkəmə mübahisəsi olduğundan və bununla bağlı ilk iki instansiya məhkəməsinin qərarının nəticələrinə əsasən iddiaçıda həmin əqdin etibarsızlığına dair qəti yəqinl ik formalaşdığından və əqd etibarsız hesab olunduğu halda əmlakın özü bütövlükdə iddiaçının mülkiyyətinə keçəcəyindən iddiaçının onun müəyyən hissəsinin digər əsasla (özü də əqdin qanuniliyinin tanınması əsası ilə) tələb olunmasına lüzum qalmamış, lakin kassasiya instansiyası məhkəməsində kassasiya baxışından etibarən məhkəmənin həmin əqdə mövqeyi dəyişdikdən məhz əqdin hüquqi müqəddəratının həll olunması nəticəsində iddiaçıya həmin əqdin etibarlı əqd olması, belə bir qanuni əqdin mövcud olması məlum olmuş və həmin qərardan sonra onun belə bir hüququ yaranmışdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə, iddiaçı məhz Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 3714/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarından sonra mübahisəli mənzilə dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarlı əqd olmasını və onun əsasında Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş hüquqlarının pozulduğunu bilmiş, bu vaxta kimi isə elə həmin iş üzrə aşağı instansiya məhkəmələrinin qərarları əsasında həmin mənzilin bağışlanılması ilə bağlı hər hansı qanuni və etibarlı əqdin mövcud olması ona məlum olmamış, sözügedən bağışlamanın isə elə həmin məhkəmə qərarları əsasında qanunsuz, əhəmiyyətsiz əqd olduğunu zənn etmişdir. Bu zənn isə şəxsi təxəyyülün məhsulu olan fərdi subyektiv mülahizələr əsasında deyil, məhz dövlətin adından qərar qəbul etmək səlahiyyətlərinə malik olan məhkəmə instansiyalarının müvafiq qərarları əsasında formalaşmışdır. Mülki Məcəllənin 380.1-ci madd əsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Hazırki iş üzrə qeyd olunan dövrdə mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydada irəli sürülməsi mümkün olan və iddiaçıların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi istiqamətində prosessual qənaət prinsipi baxımından da ən səmərəli müdafiə vasitəsi sözügedən bağışlama müqaviləsinin mübahisələndirilməsi olmuş, iddiaçı da həmin müqaviləni bütün instansiyalar üzrə mübahisələndirdikdən, onun qanuni əqd olması kassasiya instansiyası məhkəməsi tərəfindən tanındıqdan sonra bu fakt ona məlum olmuş və hazırki iddia tələbini irəli sürmüşdür.
43. Apellyasiya instansiyası da öz növbəsində qeyd olunan xüsusatlar və apellyasiya şi kayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirməmişdir. Həmçinin, apellyasiya instansiyası iş üzrə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1 -ci maddələrinin Azərbaycan RespublikasıKonstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyi tətbiq etməkdən imtina etsə də, iddia müddətinin bərpası və ya buraxılmamış hesab edilməsi barədə birinci instansiya məhkəməsində verilmiş ərizəyə də münasibət bildirməmiş, ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini yoxlamamış, hər hansı arqument bildirməmişdir.
44. İş üzrə birinci instansiya məhkəməsinin və apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası tərəfindən iddiaçının vərəsə kimi məcburi payının mübahisəli mənzil hesabına tamamlanmasına dair Mülki Məcəllənin 1200-cü maddəsində müəyyən edilmiş subyektiv hüquqları tanınsa da iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, məhkəmə baxışı gedişində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilmiş, həmin Qərarın 1-ci bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyas ının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi müəyyən edilmişdir. Məsələ burasındadır ki, analoji qaydada Mülki Məcəllənin 1200-cü maddəsinin birinci cümləsində müəyyən edilmişdir ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Lakin həmin maddənin ikinci cümləsində müəyyən olunmuşdur ki, əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Başqa sözlə, Mülki Məcəllənin 1200cü maddəsində də vərəsəlik hüququnun realizə növlə rindən və formalarından biri kimi bağışlanılmış əşya ilə bağlı məcburi paya hüququ olan şəxsin həmin əşya hesabına məcburi payının tamamlanması hüququ müəyyən edilsə də həmin hüququn realizəsi üçün xüsusi qəbul müddəti müəyyən edən norma nəzərdə tutulmuşdur. Belə olan təqdirdə Konstitusiya Məhkəməsinin istinad olunan 26 dekabr 2023-cü il tarixli Qərarında Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edildiyindən eyni əsaslarla vərəsəlik hüququnun digə r realizə formasını məhdudlaşdıran Mülki Məcəllənin 1200-cü maddəsinin ikinci cümləsindəki müddət məhdudiyyəti şərti də həmin konstitusion tələblər əsasında təftiş olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarındakı hüquqi mövqedən aydın olur ki, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edilir və vərəsəlik hüququnun hər hansımüddətlə məhdudlaşdırılması hüququn prinsipləri və mülkiyyət hüquqlarının fundamental əsasları baxımından yolverilməzdir.
45. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqelər təkcə Mülki Məcəllənin 1246, 1273-1-ci maddələrinin deyil, həm də Mülki Məcəllənin 1200cü maddəsinin tətbiqinə də analoji qaydada şamil edilməlidir.
46. Məhkəmə iddiaçının səlahiyyətli şəxs kimi öz hüquqlarını bilməli olduğu anı düzgün müəyyənləşdirməmiş, bunun üçün Konstitusiya Məhkəməsinin qərarındakı şərhi nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun iddia müddətinin tətbiqi ilə bağlı hüquqi mövqelərində də əks olunduğu kimi iddia müddətinin məqsədi tərəfləri intizamlandırmaq və vaxtı keçmiş köhnəlmiş tələblərdən müdafiə etməkdir. Belə ki, qeyd olunan bağışlama müqaviləsinin etibarsızlığıməhz Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3714/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarının qəbul edilməsi nəticəsində iddiaçıya məlum olduğundan onun hər hansı formada intizamlandırılmasına lüzum yoxdur və qeyd olunan əqdin hüquqi müqəddəratı ötən ilin sonlarında məhkəmə qaydasında həll olunduğundan həmin əqdin nəticələri ilə bağlı müvafiq tələblərin irəli sürülməsi də köhnə və ya aktuallığını itirmiş tələ b hesab oluna bilməz.
47. Məcburi payın tamamlanması tələbi subsidiar xarakter daşıdığından hədiyyə edilmiş əmlakın predmeti olduğu bağışlama müqaviləsinin hüquqi müqəddəratı məhkəmə qaydasında həll edilmədən belə tələbin irəli sürülməsi mümkün deyildi və əhəmiyyətsiz idi.
48. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyası maddə 125, hissə Vİİ,130-cu maddə, hissə Vİ; Mülki Məcəlləsinin 11, 351.3, 377.1 380.1, 382, 1200-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarı və Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-c maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Vəsatət
49. İddiaçı vəkili və nümayəndəsi Vəkil vəsatət göndərərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqedə aydın olur ki, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab edilir və vərəsəlik hüququnun hər hansı müddətlə məhdudlaşdırılması hüququn prinsipləri və mülkiyyət hüquqlarının fundamental əsasları baxımından yolverilməzdir.
50. E yni zamanda, hesab edir ki, Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelər təkcə Mülki Məcəllənin 1246, 1273-1-ci maddələrinin deyil, həm də Mülki Məcəllənin 1200-cü maddəsinin tətbiqinə də analoji qaydada şamil edilməlidir.
51. Məsələ burasındadır ki, Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarının təsviri hissəsindən göründüyü kimi həmin Qərar məhz Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq sorğusu (müraciəti) əsasında aparılmış konstitusiya icraatı çərçivəsində qəbul edilmiş, sonuncu isə icraatında olan kassasiya şikayətinə baxılması üzrə mübahisənin predmeti çərçivəsində məhz Mülki Məcəllənin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Başqa sözlə, Ali Məhkəmənin icraatında olmuş hə min işin predmeti Mülki Məcəllənin 1200-cü maddəsinin hipotezası çərçivəsində olmadığından prosessual qənaət prinsipinə müvafiq olaraq həmin maddənin təftiş edilməsi də Ali Məhkəmənin müvafiq sorğusunun və Konstitusiya icraatının predmeti olmamışdır.
52. Lakin bununla belə Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququnun realizəsi forması həmin Məcəllənin 1246, 1273-1-ci maddələrindəki kimi məhz müddət şərti ilə məhdudlaşdırıldığından Konstitusiya Məhkəməsinin vərəsəlik hüququnun müddət şərtləri ilə məhdudlaşdırılmasını qadağan edən göstərişləri bu kazusa da şamil edilməlidir.
53. Başqa sözlə, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsindən yuxarıda iqtibas verilmiş hüquqi mövqelərini eyni qaydada Mülki M əcəllənin 1200-cü maddəsinin 2-ci cümləsinə (vərəsəlik hüququnun qeyd olunan realizə formasını müddət şərti ilə məhdudlaşdırıılmasına) da tətbiq edilməlidir.
54. Ona görə də hesab edirik ki, Mülki Məcəllənin 1200-cü maddəsinin 2-ci cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılması və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hüquqi mövqeləri baxımından əlaqəli şərh edilməsi zərurəti yaranmışdır.
55. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsi nə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
56. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, MPM-in 47.2-ci maddəsini, habelə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 31, 32-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyasından vəsatətin təmin edilməsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsinin 2-ci cümləsinin (“Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərlə əlaqəli şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsini xahiş edir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
58. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
59. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
60. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələr inin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı:
61. Qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil ol sa idi, miras əmlakın həcmi artmış olmalı idi. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 82.3. Bir mülki iş üzr ə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
65. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
74. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsinin 2-ci cümləsinin (“Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır”) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində ək s olunmuş hüquqi mövqelərlə əlaqəli şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsi barədə vəsatət versə də məhkəmə kollegiyası hesab edir ki, vəsatətin təmini üçün əsaslar yoxdur.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
76. Kassator məhkəmələrin iddia müddətini tətbiq etməklə iddianı rədd etdiklərini bildirir.Məhkəmə kollegiyası qeyd edir ki, iddia iddia müddəti tətbiq edilməklə rədd edilməmişdir.İddia ona görə rədd edilmişdir ki, hədiyyənin verilməsindən mirasın açıldığı vaxtadək iki ildən çox müddət keçmişdir.
77. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1200-cü maddəsində göstərilir ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti deyil.İddiaçının bağışlamanın qanuni olmasını gec bilməsi də əhəmiyyət daşımır.Əsas olan hədiyyənin verilməsindən mirasın açılmasınadək iki ilin keçməsidir.
78. Kassasiya şikayətinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərin hazırki iş üzrə də tətbiq edilməli olması barədə dəlili ilə əlaqədar bildirir ki, həmin qərarda göstərilən mövqeləri hazırki iş üzrə tətbiq etmək mümkünsüzdür.Belə ki, mirasın qəbulu, mirasın qəbulu müddətləri anlayışları ilə Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulmuş məcburi payın tamamlanmasını tələb etmək və müddət anlayışları fərqli kateqoriya anlayışlardır.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelly asiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “11” mart 2024-cü il tarixli 2(103)-987/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.