Məhkəmə qərarları › İş №2(102)-2322/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2322/2019

15.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2322/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11459/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Fuad Məmmədov) 2(011)-4994/2018 saylı 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmi n edilmiş, Cavabdeh tərəfındən İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 75 saylı evə dair ************* saylı abunə koduna hesablanmış 2376 manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasmın Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin19 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, ev 75-də yerləşən ona məxsus fərdi yaşayış evinə (abonent kodu: **********) əsassız olaraq hesablanmış 2376 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur. Cavabdeh nümayəndələri tərəfindən onun evindəki qaz sayğacı dəyişdirildikdən sonra cavabdeh ona məlumat vermişdir ki, qaz xəttində problem olub və o, bununla bağlı cərimə ödəməlidir. Qaz İdarəsinin əməkdaşları onlara bu səbəbdən 2376 manat sərfıyyat haqqı kimi borcun ödənilməli olduğunu bildirmişlər. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki o, istehlakçı olaraq öz üzər inə düşən öhdəliyini yerinə yetirmişdir və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Bundan başqa, onun və ya ailə üzvləri tərəfındən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəti cə işin hallarına uyğun deyildir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəmə si tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 15.12.2017-ci il tarixli ******* nömrəli akt tərtib edilərək iddiaçının yaşadığı evdə quraşdırılmış sayğac yeni sayğacla əvəzlənmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, Cavabdeh İB-nin ************* saylı 13.02.2018-ci il tarixli rəyinə əsasən ********** saylı sayğacın klapanı işlək deyil, sayğacın hesablanma mexanizminin üst qoruyucu örtüyü çatlamışdır. Həmin hala görə G6 ********* saylı abonent hesabına itirilmiş qazın bərpası məqsədilə 11880 kub metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus evə verilən təbii qazın sərfıyyatını ölçmək üçün quraşdırılmış sayğacın klapanının işlək olmaması, sayğacın hesablanma mexanizminin üst qoruyucu örtüyünün çatlaması müəyyən olunmuşdur. Həmin hala görə istehlakçının təqsirli olması isə müəyyən edilməmişdir. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməli olduğundan, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfındən müdaxilə halı müəyyən edilmədiyindən, cavabdeh tərəfındən iddiaçının abunə koduna itirilmiş qazın bərpası məqsədilə hesablanmış 2376 manat məbləğində borc silinməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan is tehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz payla yıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfındən istehlakçının qazla təchiz edilməsi qazın a lqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fıziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfındən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfındən ödənilməsini tələb edə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək qeyd etmişdir ki, iddiaçıya məxsus olan qaz sayğacının klapanının işlək olmaması, sayğacın hesablanma mexanizminin üst qoruyucu örtüyünün çatlamış olması səbəbindən Abşeron rayonu, ******************** saylı evdə qaz paylayıcı-Cavabdeh İB tərəfindən yeni qaz sayğacı quraşdırılmışdır. “Qaz təchizatı” haqqında qanunun və Nazirlər Kabinetin in təsdiq etdiyi “Qazdan istifadə qaydalarının” müvafiq maddə və bəndlərindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacları ilə təchiz edilməsi, onun quraşdırılması, dəyişdirilməsi və qaz sayğacları istifadəyə yararsız olduqda yeni qaz sayğaclarının quraşdırılması qaz paylacısının hesabına həyata keçirilir. Cavabdeh apellyasiya şikayətində iddiaçının evində quraşdırılmış qaz qurğusuna müdaxilə edilməsinə istinad etmiş və bu səbəbdən sayğacın istehlakçının öz hesabına quraşdırılmalı olmasını göstərmişdir. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu, ************************** saylı evdə quraşdırılmış sayğacda qüsur müəyyən olunmuşdursa belə onun iddiaçı tərəfindən edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Belə olan halda iddiaçının həmin sayğaca hər hansı vasitə ilə müdaxiləsi istisna olunur. Beləliklə, istər tərəflər arasında bağlanmış müqavilənin müddəaları, istərsə də bu sahədəki qanunvericilik normaları fiziki şəxs olan istehlakçıların qaz sayğacları ilə təchiz edilməsi; sayğacların quraşdırılması, təmiri və dəyişdirilməsi ilə bağlı qaz paylayıcısının öhdəliklərini nəzərdə tutduğundan, qaz paylayıcısı tərəfindən istehlakçıdan yeni qaz sayğacını öz hesabına quraşdırmasını tələb etməsi əsassız hesab edilməlidir. Hətta sayğacda göstərilən qüsurların yaranması halında belə həmin qüsurların yaranmasına iddiaçının cavabdehliyi müəyyən oluna bilməz. Çünki mənzildən kənarda yerləşən sayğaca nəzarət etmək və sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsi cavabdehə aid edilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11459/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar