Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2322/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti və X1 cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması, özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti və X1 cəlb edilməklə) “maneələrin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1923/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi; İşin halları: 1. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Həmin ünvanda yerləşən 65 A və 67 nömrəli fərdi yaşayış evləri qonşu olmaqla, 67 nömrəli evin darvazası 65 A nömrəli evin qarşısına və həmin evin küçəyə açılan qapısına perpendikulyar şəkildə açılır. 65 A nömrəli evin qarşısında 67 nömrəli evin darvazasının eni qədər dərinlikdə küçənin enindən gen işlənərək boş sahə yaranır. İddiaçı həmin boş sahənin ona aid olduğunu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin hissədən qanunsuz istifadə etdiyini, eyni zamanda cavabdehlərə məxsus torpaq sahəsindən həmin hissəyə açılan darvazanın onun mülkiyyətində olan əmlakdan istifadəsinə maneələr yaratdığını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən özünə məxsus torpaq sahəsinə doğru quraşdırılmış dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin hissədə daş hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər iddiaçının qonşularıdır, lakin onlar qonşuluq münasibətlərinə xələl gətirməklə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozurlar. Belə ki, qeyd olunan ünvanda fərdi yaşayış evi inşa edərkən torpaq sahəsi avtomobil yoluna bitişik olduğundan gələcəkdə hərəkət iştirakçılarına maneə yaratmaması üçün iddiaçı öz həyətyanı torpaq sahəsindən təxminən 2 metr enində məsafəni boş saxlamışdır ki, şəxsi avtomobilini rahat saxlaya bilsin və ya evinə hər hansı əşya gətirəndə onu daşımaq üçün rahat yeri olsun. Qapı qonşusu olan cavabdehlər isə hazırda iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişlər. Belə ki, onlar qonşular a rasında olan divar arakəsməni uçurdaraq öz həyətyanı sahələrinin darvazasını bilavasitə iddiaçıya məxsus torpaq sahəsinə doğru açmışlar və faktiki olaraq onun mülkiyətində olan torpaqdan şəxsi istifadələri üçün istifadə edirlər. Bundan başqa, həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün tikinti materiallarını iddiaçının torpaq sahəsinə boşaltmış, eyni zamanda şəxsi avtomobillərini onun torpaq sahəsində saxlamaqla mülkiyyətindən sərbəst istifadə etmək hüququnu məhdudlaşdırmışlar. Dəfələrlə müraciət və şikayət etməsinə baxmayaraq cavabdehlər qanunsuz əməllərini dayandırmamışlar, bu gün də ona məxsus torpaq sahəsi üzərində darvaza və divarlar inşa etməyə davam edirlər.
5. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının 2017-ci ildə balkonunun altını bağlamaq v ə küçəni kəsmək istəməsi onun avtomobilinin həyətə girişçıxışına mane olduğundan buna icazə verməmiş və dövlət orqanlarına müraciət etmiş, bu səbəbdən həmin əraziyə baxış keçirilmiş və iddiaçıya icazə verilməmişdir. İddiaçı ilə mübahisələrinin əsl səbəbi budur. Onların darvazası oraya qoyularkən nəinki iddiaçı anadan olmamış, ümumiyyətlə iddiaçının atası da qonşuluqda olan evi almamışdır. Bundan başqa, onlar yolu zəbt etməmiş, əksinə öz hesablarına genişləndirmişlər. Həmin vaxt o özü uşaq olmuş, bunu atası və qardaşı etmişdir. Yol genişləndirildikdən sonra hasar qarşıya çəkilmişdir. Bunu müvafiq icra strukturları da görmüş və bilmişlər ki, ora yamac olmuş, həmin yamacı düzəltmiş və yolu enlətmişlər. Bundan sonra digər qonşular da onlara baxaraq yolu genişləndirmişlər. Texniki pasportdan görünür ki, hasarın səviyyəsi bugünkü günə nisbətən 45 santimetr arxada olmuşdur. Yəni, əslində iddiaçının atası həmin evi hasarı sökərək tikəndə 45 santimetr qarşıya çıxmış və evinin divarını gətirərək onlara məxsus hasara birləşdirmişdir. O hər zaman özünə məxsus avtomobili darvazadan içəridə - həyətdə saxlamışdır. Son illər müəyyən təmir işləri ilə əlaqədar məcbur qalıb avtomobili qapının ağzında müvəqqəti olaraq saxlamışlar. May ayında çəkilmiş şəkildən görünür ki, artıq həmin yerdə qum kisələri yoxdur. Təmir ilə əlaqədar müvəqqəti olaraq ora qum və daş tökmüşlər. Həyətdə təmir işləri getdiyi üçün və həyətdə yer olmadığı üçün materialları həyətə yığmamışlar. İddiaçının evində küçəni çəkən 3 kamera var, onun avtomobili iddiaçının qapısının ağzında olsa idi, onu çəkib göstərərdi. Elə olu b ki, həftələrlə avtomobili tində saxlamış, heç küçəyə gətirməmişlər. Çünki, iddiaçı evində təmir etdiyindən zibil tökülür-yığılır, avtomobillər gəlirdi. İddiaçının eyvanının altı ona aid torpaq sahəsi deyil. Buna dair iş materiallarında rayon icra hakimiyyətinin məktubu mövcuddur. Qarşıdakı evlər qardaşınındır, o evlər 1990-cı illərdə inşa edilmişdir. İddiaçının bacısının yaşadığı ev sonradan artırılmış, ümumiyyətlə iddiaçının evi 45 sm qarşıya gələrək onlara məxsus hasara birləşmişdir. Çıxarışı yoxdur, lakin aidiyyəti dövlət qurumu ona 2001- ci ildə texniki pasport vermişdir. Hazırda iddiaçı öz evinin qarşısında dibçəkləri elə əkib ki, onun da öz evinə avtomobillə daxil olmasına maneə yaradır. İddiaçının yerə basdırdığı dibçəklər olmasa avtomobilini həyətə sala bilər. İddiaçı dibçəklər i lə onun yolunu kəsib. İddiaçının avtomobili orada olan zaman əvvəllər həyətə girə bilirdi, indi isə girə bilmir. İddiaçının məqsədi odur ki, o darvazanı götürsün və balkonunun altını bağlamaqla özünə hasar çəksin. İddiaçı onlardan əvvəldədir, onlar iddiaçının yolunu kəsmir. Eyni zamanda, himayəsində olan xəstə oğlu iddiaçının hərəkətlərinə görə məcbur qalaraq bəzən avtomobili 15-20 metr aralıda tində saxlayır və oradan çəliklə piyada gəlir. Onlar avtomobili yolda saxlamamışdır, iddiaçı dibçəklər basdırdığı üçün avtomobili həyətə sala bilmirlər. İddiaçının hazırda mübahisələndirdiyi küçənin həmin hissəsi ümumi istifadədə olan yerdir.
6. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfin onların evinin giriş-çıxışı ilə bağlı səsləndirdiyi fikirlər yalandır. İddiaçı ora ya gəldikdə onların evi, darvazası, yolu var idi. İddiaçı sonradan gələrək həmin yeri zəbt edib və evinə sənəd düzəldib. Bu ona haqq vermir ki, əvvəldən orada yaşayan şəxsin hüquqları pozulsun. O, ümumiyyətlə son 10 ildə avtomobilini iddiaçının mübahisələndirdiyi yerdə saxlamamışdır.
7. Şahid qismində dindirilmiş Şahid2 iddiaçı ilə eyni məzmunda ifadə verərək bildirmişdir ki, iddiaçı və cavabdehlərlə qonşuluqda yaşayır. Əvvəl iddiaçının evinin qarşısında pilləkan olmuş və sonuncu, həmin pilləkanını genişlik olması üçün sökmüşdür. Cavabdeh2 iddiaçının qapısının ağzında avtomobilini saxladığından onlar da iddiaçı kimi evlərinə girib-çıxa bilmirlər, uşaq velosiped sürərkən yoldan keçə bilmir, həmçinin evlərinə, taksi, təcili yardım və ya yük maşını gələ bilmir. Bundan əlavə, cavabdeh evini tə mir edən zaman tikinti materiallarını həyətinə yığmaq imkanı olduğu halda, küçəyə yığmış, bir söz deyildikdə isə bunun müvəqqəti olduğunu bildirmişdir. Cavabdehlərin küçəyə açılan, üzərində 67 nömrə yazılan darvazası çox əvvəldən - o, uşaq olarkən, həmçinin iddiaçı ora köçməzdən əvvəl mövcud olmuşdur. Hasar sökülərək 2-3 metr geri, yəni Aydının evinin tini ilə tikilsə, bütün problem aradan qalxar, lakin cavabdehlərin həyətyanı sahəsi balacalaşacaq, avtomobil isə rahat saxlanıla bilər.
8. Şahid qismində dindirilmiş Şahid1 qardaşı olan digər Şahid2 və iddiaçı ilə eyni məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı və cavabdehlərlə qonşuluqda yaşayır. Cavabdeh əvvəl avtomobili öz həyətində saxladığından yol boş olurdu və o, evinə rahat girib-çıxırdı. Əsas problem cavabdehin avt omobilini orada saxlamasıdır. Cavabdeh avtomobilini orada saxlayaraq gediş-gəlişə maneə yaradır, qapını döyüb avtomobili çəkməsi istənildikdə isə müxtəlif bəhanələr gətirir. Onlara gələn yük avtomobili 5 saat gözlədildikdən sonra polis gücü ilə cavabdehin avtomobilini götürdərək həyətə sala bilmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, cavabdeh onun yaşadığı evin qarşısında qum kisələr və kərpic daşlar düzmüş, eyni zamanda avtomobil park etmişdir.
10. Həmçinin cavabdeh tərəfindən məhkəmə baxışı gedişatında təqdim edilmiş sənədlər və fotoşəkillərdən müəyyən edilir ki, iddiaçı evin qarşısında dibçəklər basdıraraq cavabdehlərə avtomobilləri ilə yaşadıqları evin həyətinə giriş-çıxışı üçün maneə yaratmışdır. Eyni zamanda əvvəllər düzülmüş qum kisələr və kərpic daşlar aradan qaldırılmışdır.
11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Yasamal rayonu, Rahib Tağıyev küçəsində 65 A nömrəli ünvana dair verilmiş texniki pasportda qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsinin üst-üstə düşmə halı ilə bağlı məlumatın aşkar edilmədiyi, sorğuda qeyd olunan hasar və darvazanın nə vaxtdan mövcud olmasının Google Earth görüntüsündə dəqiqləşdirilməsinin mümkün olmadığı, bununla bağlı aidiyyəti üzrə araşdırma aparılmasının məqsədəuyğun olduğu qeyd olunmuşdur.
12. Məhkəmənin sorğusuna əsasən Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanm ış xx.xx.2023-cü il tarixli məktubda ünvan 5ndə 65 A nömrəli fərdi yaşayış evinin inşasından əvvəl sözügedən darvaza və hasarın yerində mövcud olduğu, darvaza və hasarın yeni tikilmiş evə bitişik olmasının səbəbinin iddiaçının evi inşa edərkən qonşunun darvazasına birləşik inşa etməsinin olduğu, həmin sahənin avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahə olduğu və qeyd olunan sahənin ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan sahə olduğu (vətəndaşlar bu sahələri hasarlayaraq küçələrdə sərbəst hərəkətin qarşısını almışlar), vahid kadastr məlumat bazasında torpaq sahəsinin üst-üstə düşmə halı ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur.
13. Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il ta rixdə təsdiq edilmiş Yasamal Rayon Bələdiyyəsinin 158 nömrəli, xx.xx.2001-ci il tarixli məktubu və bələdiyyə sədrinin 68/11 nömrəli, xx.xx.2001-ci il tarixli sərəncamına əsasən tərtib edilmiş texniki pasportdan müəyyən edilir ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “A” tikilisi - fərdi yaşayış evi Əfəndiyev (Əfəndi) Arif Cavanşir oğlunun istifadəsindədir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6084 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin darvazasının və hasarının həmin küçədə 65 A nömrəli fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi İddiaçı maraqlarına toxunaraq hər hansı məhdudiyyətlər və ya maneə yaratmasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Lakin iddiaçıya və cavabdehə məxsus 67 və 65A saylı fərdi yaşayış evlərinə giriş-çıxış qapılarının ayrıayrı istiqamətlərdən olduğunu və bir-birindən aralı yerləşdiyini nəzərə alaraq mübahisəli darvazanın iddiaçının giriş-çıxışı maneə yaratmadığı müəyyən edilir.
15. İş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlərə məxsus evlər əsas küçədən daxil olduqda çıxışı olmayan dalanda yerləşir. 65 A nömrəli evin həyətyanı sahəsi yoxdur və evə giriş qapıları birbaşa küçəyə açılır. 65 A nömrəli evin giriş qapılarından irəliyə doğru hərəkət edərkən evin divarına bitişik 67 nömrəli ev yerləşir. 65 A nömrəli evin divarı 67 nömrəli evin darvazasına və divarına perpendikulyar şəkildə birləşməklə 90 dərəcəlik bucaq əmələ gətirir. Ensiz küçə ilə dalanın sonuna doğru hərəkət edərkən 65 A nömrəli evin divarı bitdikdən sonra 67 nömrəli evin darvazası və daşla hörülmüş hasarı küçəyə doğru 2-3 metr enində çıxıntı yaradır və dalanın sonuna qədər darvaza başlayan nöqtədən etibarən küçə ensizləşir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-102/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddianın qismən təmin edilməsi, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 8 ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının qarşısında iddiaçıya maneə yaradacaq şəkildə nəqliyyat vasitəsinin saxlanılmasının cavabdehlərə qadağan edilməsi, iddia tələbinin qalan hissədə t əmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında əsas mübahisə cavabdehlərin və onların ailə üzvlərinin onlara məxsus nəqliyyat vasitələrini iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısına park etməsi, bunun nəticəsində iddiaçının və digər qonşuların yaşadıqları evə giriş-çıxışı üçün maneələrin yaradılmasıdır. Həmçinin tərəflərin aidiyyəti orqanlara müraciətlərinin məzmunu, icra hakimiyyətinin cavab məktubları ilə qeyd olunan hal öz təsdiqini tapır. Göründüyü kimi, cavabdehlərin onlara məxsus avtomobili iddiaçının yaşadığı evin qarşısında saxlaması iddiaçının hüquqlarını pozmaqla ona paylı mülkiyyətində olan fərdi yaşayış evinə sərbəst şəkildə giriş-çıxışına maneə yaradır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməl i və cavabdehlərin bu hərəkətləri qanunsuz hesab edilməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər bununla bağlı iddiaçıya mane olacaq şəkildə avtomobillərini saxlamadıqlarını bildirsə də, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və şahid ifadələrindən müəyyən edilir ki, cavabdehlər küçənin ümumi istifadədə olan hissəsindəki sahədə, o cümlədən iddiaçıya məxsus evin bilavasitə qarşısında avtomobillərini qonşuların, o cümlədən iddiaçının maraqlarına toxunmaqla saxlayır və bu da iddiaçıya maneə yaradır.
19. Məhkəmə baxışı zamanı cavabdehlərin tikinti materiallarını iddiaçının evinin qarşısından aradan qaldırması müəyyən edildiyindən, yəni qeyd olunan maneə ilə bağlı mübahisə mövcud olmadığından məhkəmə iddia tələbinin bu hissəsinə hüquqi qiymət verməmişdir.
20. Məhkəmə iddia tələb inin dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin hissədə daş hasarın bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən onun mülkiyyətində olan fərdi yaşayış evinin qarşısına doğru açılan darvazanın qanunsuz tikili olmaqla onun mülkiyyət hüquqlarını pozduğunu bildirsə də, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçı orada həmin fərdi yaşayış evini inşa edərkən cavabdehlərə məxsus hasar və darvaza orada mövcud olmuş, hətta iddiaçı ilə cavabdehlərə məxsus torpaq sahələri arasında olan avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahəni də əhatə edərək cavabdehlərə məxsus hasara bitişik şəkildə evi inşa etmişdir. Bununla yanaşı, iddiaçının öz mülkiyyətində olduğunu qeyd etdiyi, evinin qarşısında küçənin enlənmiş hissəsinin onun mülkiyyətində olması öz təsdiqini tapmır. Bu halda sonradan inşa edilmiş yaşayış evinə cavabdehlərin əvvəldən mövcud olan daravazasının maneə yaratması ağlabatan deyildir. Eyni zamanda, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus 67 və 65 A nömrəli fərdi yaşayış evlərinə giriş-çıxış qapılarının ayrıayrı istiqamətlərdən olduğunu bir-birindən aralı yerləşdiyindən mübahisəli darvaza iddiaçının giriş-çıxışı maneə yaratmır.
21. Məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı isə məhkəmənin daxili inamı və müşahidələrinə əsasən gəldiyi qənaətə görə, cavabdehlərə məxsus Rahib Tağıyev küçəsində 67 ünvanında yerləşən darvaza sökülüb yan tərəfə keçiriləcəyi təqdirdə, həm cavabdehlərin girişdən istifadəsi mümkünsüz hala gələcək, həm də digər qonşuların yaşadıqları evdən istifadəsinə ciddi maneə yaradacaqdır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4, 170.1, 170.2, 425.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdəki sənədlərə əsasən cavabdehlərin yaşadığı ünvan 9 ünvanda yerləşən tikililər, o cümlədən həmin həyətə qoyulmuş darvaza qapısı qanuns uz, başqa sözlə özbaşına tikilidir. Yəni tikinti norma və qaydalarına uyğun deyil. Bu səbəbdən də cavabdehlər idarə etdikləri ümumi istifadə olan yolda və ya iddiaçının yaşayış evinin qapısında saxlamaqla onun evdən istifadə etməsinə maneə olurlar. İş materiallarından və yerli baxış protokolundan görünür ki, məhkəmə qonşular arasında mübahisənin aradan qaldırılması üçün mümkün olan səyləri göstərməmişdir. Nəticədə mübahisənin həllinə nail olmamışdır. Qonşular arasında mübahisə sonadək həll olunmamış qalmışdır. Cavabdehlərə R,Tağıyev küçəsi, ev 65 ünvanında yerləşən yaşayış evinin və onun giriş qapısının qarşısında İddiaçı maneə yaradacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılması qadağan edilmişdir. İş materiallarından göründüyü kimi, cavabdehlərin küçəyə açılan darvaza qapısı iddiaçının yaşayış binasının divarına bitişikdir və darvaza qapısı İddiaçı evinin giriş-çıxış qapısına baxır. Cavabdehlərin avtomaşınlarını saxlamaları üçün yer mövcud deyil. Mübahisənin aradan qaldırılması üçün cavabdehlərin darvaza qapısının yeri dəyişdirilməlidir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) 2(103)-1923/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdehlər tərəfindən kassasiya şikayətinə birgə etiraz edilərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 157.2. Mülkiy yətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
33. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə fakti k sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
34. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
35. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya ş ikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən tikilmiş hasar və həmin yerdə quraşdırılan darvaza ö zünə məxsus fərdi yaşayış evindən istifadəyə mane olduğundan darvazanın və hasarın cavabdehlərin hesabına sökülməsini tələb edir.
49. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olman məhkəmələr müəyyən etmişlər ki, iddiaçı istinad etdiyi ünvanda həmin fərdi yaşayış evini inşa edərkən cavabdehlərə məxsus hasar və darvaza orada mövcud olmuş, hətta iddiaçı ilə cavabdehlərə məxsus torpaq sahələri arasında olan avtomobil yolu ilə evlərin arasındakı səkiyə aid sahəni də əhatə edərək cavabdehlərə məxsus hasara bitişik şəkildə evi inşa etmişdir. Bununla yanaşı, iddiaçının öz mülkiyyətində olduğunu qeyd etdiyi, evinin qarşısında küçənin enlənmiş hissəsinin onun mülkiyyətində olması öz təsdiqini tapmır. Bu halda sonradan inşa edilmiş yaşayış evinə cavabdehlərin əvvəldən mövcud olan darava zasının maneə yaratması ağlabatan deyildir. Eyni zamanda, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya və cavabdehə məxsus 67 və 65 A nömrəli fərdi yaşayış evlərinə giriş-çıxış qapıları ayrı-ayrı istiqamətlərdən olduğundan və bir-birindən aralı yerləşdiyindən mübahisəli darvaza iddiaçının giriş-çıxışına maneə yaratmır.
50. Göründüyü kimi məhkəmələrin iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı qənaəti ondan ibarət olmuşdur ki, iddiaçı özü bilərəkdən yaşayış imkanlarını aparmış olduğu özbaşına tikililər hesabına məhdudlaşdırmış, nəticədə isə əsassız olaraq cavabdehlərin hesabına özünə yeni imkanlar yaramaq niyyətindədir ki, bu imkanın yaradılması isə cavabdehlərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və onlara hüquqi əsas olmadan zərər vurul masına səbəb ola bilər.
51. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
53. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2024-cü il tarixli, 2(103)-1923/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.