Məhkəmə qərarları › İş №2(102)-2329/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2329/2019

09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2329/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(006)-xx/18) İddiaçı cavabde h Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə ödənilməli olan kompensasiyanın tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, Z.Əliyev və R.Eyvazov, iş № 2(103)xx/18) apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə ödənilməsi olan kompensasiyanın tutulması” tələbinə dair iddiası qismən təmin olunmuş, cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xey rinə 6215,46 ABŞ dolları kompensasiya məbləği, hesablanmış 404,04 ABŞ dolları faiz, cəmi 6619,5 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxx 2015-ci il tarixli depozit müqaviləsi üzrə 7640 (yeddi min altı yüz qırx) ABŞ dolları əmanət məbləği və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faiz məbləği üzrə kompensasiyanın cavabdeh Azərbaycan Əmanətlərin Sığo rtalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublika sı MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən “xxxx” Açıq Səhmd ar Cəmiyyəti ilə bağlanmış xx xxx 2015-ci il tarixli depozit müqaviləsi üzrə 7640 (yeddi min altı yüz qırx) ABŞ dolları əmanət məbləğinin və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış faiz məbləği üzrə kompensasiyanın tutulması barədədir. Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, xx xxx 2015-ci il tarixli depozit müqaviləsi üzrə tələb olunan məbləğ 3 fazilik limiti keçdiyindən qorunan əmanət hesab edilmir və ona görə də qaytarıla bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusi yasının 26, 29, 129-cu maddələrini, “X3 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun Xİ fəslinin müddəalarını, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2.6, 2.1.9, 3.1, 4.1.4, 8.1.20, 26.1, 26.2, 27.1, 28.5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 423, 943, 944; 948, 949, 950-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrini, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X1 xx xxx 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarı (Protokol № 66) rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti ol an bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı alınmış auditor rəyini əsas götürərək hesab etmişdir ki, apellyasiya şikayəti təmin olunmaqla yeni qətnamə çıxarılmalı və cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə 6215,46 ABŞ dolları kompensasiya məbləği, eləcə də ödənilməyən kompensasiyaya görə hesablanmış 404,04 ABŞ dolları faiz məbləğində pul vəsaiti tutulmalıdır. xx xxx 2018-ci il tarixli auditor rəyindən görünür ki, iddiaçı tərəfindən xx xxx 2016-cı il tarixdə götürülmüş kred itin girovunda olan 38200 ABŞ dollan vəsaitinin 30556,36 ABŞ dollan götürülmüş kreditin əsas borcuna, 1428,18 ABŞ dollar faiz borcuna silinməklə, qalan 6215,46 ABŞ dollarlıq vəsait kredit yükündən azad edilmişdir. Bankla iddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli müqavilənin 5.8 maddəsində qeyd edilir ki, Fond sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətinin məbləğinin 100 faizi, lakin 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəməlidir. Qeyd olunan müqavilənin həmin maddəsində göstərilən şərti nəzərə aldıqda Fond tərəfindən 6215,46 ABŞ dollan məbləğində kompensasiya ödənilməlidir. Çünki iddiaçının depozit hesabındakı şəxsi vəsaitinin götürdüyü kreditlə müqayisədə artıq olması, hər bir halda kredit və ona hesablanmış faizlərin qarşılanması üçün zəmanət olub və Fond qa rşısında ödənilə bilməyən öhdəliyə çevrilə bilməzdi. Bundan əlavə, iddiaçı ilə əvvəlcə xxxx ASC, sonra isə Fond arasında yaranan qarşılıqlı öhdəliklərin təməli xx xxx 2015-ci il tarixli müqavilə bağlanılarkən yaranmışdır. İddiaçı əvvəllər xxxx ASC, sonradan Azərbaycan Əmanətlərinin Sığortalanması Fondu qarşısında olan öhdəliyinin 21 xx xxx 2016-cı il tarixdə ləğv olunmasını nəzərə alaraq, həmin tarixdən ödənilməmiş 6215,46 ABŞ dollar kompensasiya üçün illik 3% dərəcəsi ilə faiz hesablanarkən bir ay üçün 15,54 ABŞ dolları olmaqla 2 il 3 ay üçün 419,54 ABŞ dollan təşkil edir (6215,46*3%=186,46 ABŞ dollar/12 ay= 15,54 ABŞ dollar*26 ay=404,04 ABŞ dollar). Çünki bu günə kimi iddiaçıya ödəniləcək 6215,46 ABŞ dollar kompensasiya ödənilməmişdir. Beləliklə, nəticə etibarı ilə 03 mart 2015-ci il tar ixli depozit müqaviləsinin sığorta hadisəsinə aidiyyəti vardır, xx xxx 2015-ci il tarixli depozit müqaviləsinin sığorta hadisəsinə aidiyyəti olduğu üçün 6215,46 ABŞ dolları kompensasiya, ödənilməyən kompensasiyaya görə hesablanmış 404,04 ABŞ dolları faiz, cəmi 6619,50 ABŞ dollar təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin dəlillə ri ilə bağlı aşağıdakıları da qeyd edir. “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il xx xxx tarixli Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilmə si riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədi ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il xx xxx tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il xx xxx tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair ” 2017-ci il xx xxx tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortal anması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il xx xxx tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il xx xxx tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il xx xxx tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Göründüyü kimi, X2 tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif faiz dərəcələri nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığor talanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. İşdən göründüyü kimi, xx xxx 2015-ci il tarixdə “xxxx” ASC iddiaçıdan (əmanətçidən) pul vəsaitini 12 faizlə hesaba qəbul edərkən illik faiz dərəcəsinin yuxarı həddi elə 12 faiz olmuşdur. Deməli, iddiaçının banka qoyduğu pul vəsaiti qorunan əmanət statusuna malik olmuşdur və həmin əmanətin qaytarılması barədə tələb əsaslı olduğundan təmin edilməlidir. Depozitə qoyulmuş əmanətin qorunan əmanət hesab edilməməsi barədə cavabdehin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması ha qqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli qərarına da uyğun sayır. Həmin qərarda qeyd olunmuşdur ki, ““Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusun a aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əm anəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Beləliklə, bank əmanəti müqaviləsində faizlərin miqdarı göstərilmədiyi halda belə, faizlər Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi əsasında təyin edilir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldü yündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Az ərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama n əticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar