Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2330/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən başqasına hesablanmış borc məbləğinin abunə hesabından silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6252/2022 nömrəli, x x.xx.2023-cü il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin üzərinə qazla təmin edilməsi ilə əlaqədar olaraq tərəfindən ödəmələr aparılması üçün ona abunə kodun verilməsi vəzifəsinin qoyulması və X3 barəsində qaz itkisinə hesablanmış borc məbləğinin iddiaçıya veriləcək abunə hesabına daxil edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(011)1056/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında quraşdırılmış İddiaçı məxsus qaz sayğacından istifadəyə görə ona yeni abunə kodunun verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması və X3 abunə koduna hesablanmış borcun İddiaçı yeni abunə hesabına daxil edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Lalə Rəhimli) b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2(103)-6252/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1056/2022 saylı, 23 iyun 2022-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Xumar Mərdanova)
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 27 sentyabr 2023-cü ildə Cavabdeh İB-nin elektorn kabinetinə yerləşdirilib.
6. Cavabdeh İB-nin vəkili və nümayəndəsi 16 mart 2023-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
7. Müddətin bərpası barədə ərizə onunla əsaslandırlıb ki, hazırki mülki işdə Cavabdeh İB-ni təmsil edən şəxs nümayəndə qismində elektron kabinetə daxil edilmədiyi üçün, mülki işin nümayəndə tərəfindən izlənilməsi mümkün olmayıb. Cavabdeh təşkilat qətnamədən yalnız icra mərhələsində xəbər tutub.
8. Apellyasiya baxışında Cavabdeh İB-nin mülki işdə nümayəndəsi olmuş şəxs bildirib ki, qətnamə xx.xx.2023-cü ildə elektron kabinetinə yerləşdirilsə də, bundan məlumatı olmayıb. İş yükünün çoxluğu ilə bağlı kassasiya şikayətini vaxtında verə bilməyib.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6252/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfdən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
10. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2(103)-6252/2022 saylı qətnaməsi C avabdeh “Elektron məhkəmə informasiya sistemində” yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir.
11. MPM-nin 135.5, 135.6 və 405-ci maddələrinin tələbinə görə həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin axımı, qətnamənin təqdim edildiyi tarixdən başlamışdır. Cavabdeh tərəfdən kassasiya şikayəti prosessual müddət bitdikdən sonra verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən ərizə təmin edilə bilməz və cavabdeh tərəfdən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 135.5, 135.6 və 405-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın də lilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, müddətin buraxılmasının üzrlü hesab edilməsini və mülki işin kassasiya qaydasında baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan mülki işdə Birliyi təmsil edən şəxs nümayəndə qismində elektron kabinetə daxil edilməmiş, bununla da qeyd edilən mülki işin nümayəndə tərəfindən izlənilməsi mümkün olmamışdır; - apellyasiya instansiya məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən yalnız Cavabdeh İB-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yüklənmişdir. Lakin iş yükünün çoxluğu, xüsusilə də Birliyin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində 50000-dən çox məhkəmə işinin olması və orta hesabla gün ərzində həmin işlərlə bağlı elektron kabinetə 400-450 bildirişin gəlməsi səbəbindən qeyd olunan qətnamənin elektron kabinetə yerləşdirilməsi nəzərdən qaçmış, bu səbəbdən də həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəblərdən buraxılmışdır; - həmin qətnamədən yalnız verilmiş icra vərəqəsi İcra Şöbəsi tərəfindən icra olunması üçün Birliyə göndərilən zaman (xx.xx.2023-cü il tarixdə Birliyə daxil olub) məlumatları olmuşdur; - göstərilənlərə əsasən müddət bərpa olunmalı və şikayətə baxılması üçün iş Ali Məhkəməyə göndərilməli idi. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə almamış, bununla da prosessual pozuntuya yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən əriz ə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərp a edir. Maddə
134. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir; iddia ərizəsini; qarşılıqlı iddia ərizəsini; iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini; məhkəmə bildirişini; birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; iş üzrə icraatın qurtardığını göstərən qərardadı; məhkəmə əmrini; apellyasiya şikayətinin surətini; kassasiya şikayətinin surətini. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər Maddə 135.1 Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kass asiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
18. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq norm alarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsi 27 sentyabr 2022-ci ildə Cavabdeh elektron kabinetinə yerləşdirilib, kassasiya şikayətinin verilməsi üçün müddətin axımı, qətnamənin təqdim edildiyi tarixdən başlamaqla, cavabdeh tərəfdən kassasiya şikayəti prosessual müddət bitdikdən sonra verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, pros essual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilməyib.
23. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
25. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemi ndə qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. İşdən görünür ki, qətnamə cavabdeh təşkilatın elektron kabinetinə 27 sentyabr 2022-ci ildə yerləşdirimişdir.
27. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektro n poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Əvvəla, müddətin ötürülməsinin üzrlü halı kimi cavabdehin məhz həmin dəlillərinə qiymət verməklə, apellyasiya instansiyası məhkəməsi ərizəni təmin etməyib. Bundan əlavə, cavabdeh kassasiya şikayətində bir tərəfdən qətnamənin cavabdehin nümayəndəsi olmuş şəxsin elektron kabinetə daxil edilməməsi səbəbindən nümayəndənin mülki işin gedişatını izləmək imkanından məhrum olmasını, bir tərəfdən də iş yükünün çoxluğu, xüsusilə də Birliyin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində 50000dən çox məhkəmə işinin olması və orta hesabla gün ərz ində həmin işlərlə bağlı elektron kabinetə 400-450 bildirişin gəlməsi səbəbindən qeyd olunan qətnamənin elektron kabinetə yerləşdirilməsinin nəzərdən qaçmasını, buna görə də həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəblərdən buraxılmasını qeyd etməklə biri-digərini təkzib edən dəlillər irəli sürür.
29. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında hüquqi mövqe belə olub ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
30. Qeyd edilənlərə əsasən, məhkəmə k ollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6252/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.