Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2331/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(103)-11211/2018 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cava bdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan iddiaçıdan tələb olunan sayğacın dəyərinin 213 manat və ona əsassız olaraq borc kimi yazılmış olan 7801,60 manatın Cavabdeh İB tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 2(011)6181/2018 nömrəli, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İB tərəfindən qaz sərfiyyatına görə İddiaçı tələb olunan 7801.60 manat məbləğində borcun silinməsi və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İBdən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi – İkram Şirinov, hakimlər – Tofiq Səmədov, Elşən Kazımov) 2(103)-11211 /2018 nömrəli, 31.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6181/2018 nömrəli, 01 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mə hkəmə kollegiyası iş üçün əhəmiyyətli olan, qəbul ediləcək qərarın hüquqi əsaslığına və tərəflərin hüquqi vəziyyətinə birbaşa təsir edən və əhəmiyyət kəsb edən halların araşdırılması zərurətini nəzərə almadan iddiaçının mövqeyini dəstəkləyən qərar qəbul edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.5-ci bəndinə əsasən, qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. "Cavabdeh" İB-nin nümayəndələri tərəfindən "Smartkart G-4" markalı, 414469 nömrəli qaz sayğacına b axış keçirilərkən müəyyən olunmuşdur ki, həmin sayğac iddiaçı tərəfindən qeydiyyatsız istifadə olunur. Qeydiyyatsız istifadə edilən qaz sayğacının üzərindəki göstərici 39858 m3 olduğu müəyyən edilərək, buna müvafiq olaraq hesabat aparılmış və iddiaçı tərəfindən qeyriqanuni istehlak edilmiş qazın dəyəri ondan tələb edilmişdir. Yəni, qeyd olunan 39858 m3lik göstərici, iddiaçı tərəfindən 22.05.2018-ci il tarixədək istehlak edilmiş, ancaq onun tərəfindən ödənilməmiş qazın dəyəri olub. Məhkəmə heç bir hüquqi əsası olmadan, hazırki işlə bağlı faktlara tətbiq edilməli olmayan qanunun normalarına istinad edərək əsassız qətnamə çıxarıb. Bundan başqa, Azərbaycan Respublikası DNS İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən qaz sayğacının çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Yəni, qeyd edilən faktlardan da, aydın şəkildə görünür ki, qaz sayğacından qeydiyyatsız istifadə faktı, eyni zamanda, həmin qaz sayğacına iddiaçı tərəfindən müdaxilə faktı müəyyən edilmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıməhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı iddiaçının adına qeydiyyata alınması üçün 22.05.2018-ci il tarixdə çıxarılmış, həmin vaxt sayğacın mexaniki göstəricisi 39858 m3 olmuş, həmin vaxt sayğacın üzərində olan qaz sərfiyyatına görə yaranmış borc hesablanaraq iddiaçıdan tələb edilmişdir. Apellyasiya instansiya məhkəməsi Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə istinad edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni düzgün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq norma larını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab)təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilmə sinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşdə olan cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı 22.05.2018-ci il tarixli aktda iddiaçıya məxsus mənzilə dair çıxarılan Elster C-4 markalı 414469 nömrəli sayğacın qeydiyyatsız olduğu qeyd edilsə də, həmin aktda sayğacın üzərində 490608 nömrəli plomb olduğu qeyd edilmiş və həmin aktla eyni sayğac yeni plomb vurulmaqla yerinə quraşdırılmışdır. Göründüyü kimi, sayğacın üzərində plomb olduğu halda onun hansı səbəbdən cavabdeh tərəfindən qeydiyyata alınmaması məlum deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqsiri olmadan cavabdeh orqan tərəfindən onun evində quraşdırılmış qaz sayğacın göstəricilərinə əsasən i stifadə edilmiş təbii qaza görə borcun düzgün hesablanmamasına iddiaçı məsuliyyət daşımır. Cavabdehin iddiaçıdan təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7801,6 manat borcun, eyni zamanda qaz sayğacının dəyəri kimi 213 manatın ödənilməsini tələb etməsi qanunsuzdur. Belə ki, MPM-nin 77.2-cimaddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh isə aktda qeyd edilənlərin iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası DNS İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyi ilə qeyd e dilən qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsinin müəyyən edildiyinə, yəni qaz sayğacından qeydiyyatsız istifadə faktı ilə yanaşı həmin qaz sayğacına iddiaçı tərəfindən müdaxilə faktının müəyyən edildiyinə istinad etsə də, bu fakt nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsində müəyyən edilməmiş, bu barədə sübutlar həmin məhkəmələrə təqdim edilməmişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətində yeni faktlara və sübutlara istinad etməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(103)-11211/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2331/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2331/2019
15.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver