Məhkəmə qərarları › İş №2(102)-2333/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2333/2025

29.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2333/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlu ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1094/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli qərardadından cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh və azyaşlı uşaqlarının ona məxsus Gədəbəy rayonunun Maarif kəndində inşa edilmiş və hal-hazırda onun mülkiyyətində olan yaşayış evinə olan istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Gədəbəy Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(042)-733/2018 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi təmin edilmişdir.

3. Cavabdeh xx.xx.2018-ci il tarixli, 2(042)-733/2018 saylı qətnamədən apellyasiya şikayəti verilməsi müddətin bərpasına dair ərizə i lə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir.

4. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmişdir.

5. Qərardaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət vermişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1094/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərardadı ilə (hakimlər M.Ə.Mustafayev (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və R.Ş.Muradov) Cavabdeh nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsasland ırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh şəxsən iştirak etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-733/2018 saylı qərardadı “Elektron məhkəmə” informasiya sisteminə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh nümayəndəsi və vəkili Vəkil qərardaddan şikayəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalamışdır. Göründüyü kimi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil qərardaddan qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxmışdır.

9. Apell yasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1, 363.1, 364.1, 366.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1094/2025 saylı qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi məlumat üçün cavabdehə göndərilməmişdir. Bu səbəbdən də o, məhkəmə qətnaməsi barədə məlumatı yeni əldə etmişdir. Qətnamənin surətini məhkəmədən istəsə də, məhkəmə qətnaməsi ona təqdim olunmamışdı r. O, məhkəmə qətnaməsini Gədəbəy rayon İcra və Probasiya Şöbəsindən əldə etmişdir. İş materiallarından da görünür ki, məhkəmə qətnaməsi onun ünvanına göndərilməmişdir. Həmin qətnamənin ona təqdim olunması barədə iş materiallarında heç bir sənəd yoxdur. Bu səbəbdən də, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür.

12. Bundan əlavə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)733/2018 saylı qərardadı ilə ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan narazı qalaraq şikayət vermiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-733/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Mə hkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1094/2025 saylı qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir. Səbəb olaraq göstərilmişdir ki, qərardad vəkilin elektron kabinetinə yerləşdirilib. Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin qətnaməsindən şikayət verəndə onun vəkili olmamışdır. Vəkilinin elektron kabinetinə yerləşdirilən qərardad şikayətin qəbulundan imtina olunmuş qərardaddan verilmiş şikayətlə bağlı Gədəbəy Rayon Məhkəməsinin qəbul etmiş olduğu ikinci qərardaddır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olu r.

15. Maddə 130.2. Qanunun tələbinə görə, prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

18. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrind ə nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

19. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

20. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və d əlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə k ollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün göndərilməlidir.

26. Məhkəmə tərkibi iş materiallarını təhlil edərkən müəyyən etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, birinci instansiya məhkəməsinin 8 aprel 2018-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.

27. Cavabdeh həmin qərardaddan 25 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, şikayət apellyasiya instansiya sı məhkəməsinin 16 may 2025-ci il tarixli qərardadına əsasən qanunda müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbindən qeyri-mümkün hesab edilərək, geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, qərardad 08 aprel tarixində cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilsə də, apellyasiya şikayəti bundan 17 gün sonra, yəni 25 aprel tarixində verilmişdir.

28. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin 16 may 2025-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, qeyd edir ki, o, birinci instansiya məhkəməsinin 8 aprel 2025-ci il tarixli qərardadı qəbul olunan zaman Vəkil ilə müqavilə bağlamamış, yəni cavabdehin vəkili olmamışdır.

29. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlarla bağlı bildirir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin 0 8 aprel 2025-ci il tarixli qərardadının tam mətni elə həmin tarixdə EMİS-ə yerləşdirilmiş, qərarın surətinin tərəflərə göndərilmə məktubu da o tarixdə sistemə yüklənmişdir.

30. Lakin EMİS vasitəsilə müəyyən edilir ki, Cavabdeh elektron kabineti 13 mart 2025ci ildən aktiv olsa da, qeyd edilən qərardad onun elektron kabinetinə yerləşdirilməmişdir.

31. İş materiallarının 79-cu səhifəsində olan imzalı məktubdan görünür ki, qərardad tərəflərə təqdim edilməsi üçün Həsənova Dostu və Xəlilov Təbriz adlı şəxslər tərəfindən 23 aprel 2025-ci il tarixdə təhvil alınmışdır.

32. Həmçinin, iş materiallarının 90-cı səhifəsində olan orderə əsasən müəyyən olunur ki, Cavabdeh vəkil X1 ilə 16 aprel 2025-ci il tarixdə, yəni mübahisəli qərardad qəbul edildikdən bir neçə gün sonra müqavilə bağlamışdır. Bu isə onu deməyə əsas verir ki, qərardad vəkilin də kabinetinə yüklənməmişdir.

33. Göstərilənlərə əsaslanaraq bu qənaətə gəlmək olur ki, mübahisəli qərardadın cavabdehə təqdim edilməsi tarixi kimi 23 aprel 2025-ci il qəbul edilməlidir. Deməli, cavabdeh həmin qərardaddan 25 aprel 2025-ci il tarixdə şikayət verməklə prosessual müddəti ötürməmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1094/2025 nömrəli iş üzrə 16 may 2025-ci il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar