Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2336/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X3, vəkili X1, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı-nın kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-2862/2019, hakim S.İ.Ədilova) İddiaçı-nın Cavabdeh qarşı iddia sı təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2009-cu il tarixli müqavilənin ləğv edilməsi, iddiaçı tərəfindən 40.000 manat məbləğində pulun cavabdehə qaytarılması, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 160 saylı 3 otaqlı mənzilinin cavabdehin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi və cavabdehin həmin mənzildən çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14408/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MTK ilə Cavabdeh ara sında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, MTK XXXi inşa edib Cavabdeh təhvil verməyi, Cavabdeh isə hər kv.metr üçün 800 manat ödəmək şərti ilə həmin mənzilin dəyərini təşkil edən 129.120 manat məbləğində pulu ilkin pay kimi 40.000 manat ödəməklə icraçı “xxxx” MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında tərtib edilmiş “öhdəçilik” cədvəlinə əsasən Cavabdeh 12 ay ərzində (2009-cu ilin iyun ayından 2010-cu ilin may ayınadək) hər ay 7425 manat məbləğində pul vəsaitini “xxxx”xxxx“xxxx” MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubuna əsasən ondan xx xxx 2009-cu il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı razılığa gəlmələrini, əks halda, məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx xxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında bağlanmış xx xxx 2009-cu il tarixli müqavilənin ləğv edilməsi, MTK-ya ödənilmiş 40.000 manat məbləğində pulun cavabdehə qaytarılmaqla ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 3 blok (İİ korpus) 7 mərtəbə ümumi sahəsi 161.4 kv.m olan 160 nömrəli 3 otaqlı mənzilin cavabdehin sahibliyindən alınaraq MTK-ya təhvil verilməsi və həmin mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən madd i və prosessual hüquq normaları pozulmuş, təqdim edilmiş sübutlar qeyri-obyektiv qiymətləndirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı MTK ilə cavabdeh arasında bağlanmış xx xxx 2009-cu il tarixli müqaviləyə əsasən MTK XXXini inşa edib cavabdehə təhvil verməyi, cavabdeh isə həmin mənzilin ümumi dəyərini təşkil edən 129.120 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK cavabdehin həmin müqavilə üzrə ümumilikdə 129.120 manat məbləğində pay haqqının ödənilməli olduğu halda, ilkin ödəniş olaraq cəmi 40.000 manat məbləğində pulun ödənildiyini, qalan məbləğin bu günədək ödənilmədiyini göstərərək, həmin müqavilənin ləğv edilməsi, ödənilmiş 40.000 manat məbləğində pulun cavabdehə qaytarılmaqla mübahisəli mənzilin sonuncunun sahibliyindən alınaraq MTK-ya təhvil verilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək etirazını onunla əsaslandırır ki, 89.120 manat borcu 3 dəfəyə ödəmiş və buna görə də 3 ədəd ödəniş qəbzi verilmişdir. Lakin sonradan bu 3 ödəniş qəbzi MTK tərəfindən ondan təhvil alınaraq, əvəzində borcun olmamasını təsdiq edən maliyyə arayışının verilmişdir, lakin bu arayışı da itirmişdir. Bundan sonra o, MTK-ya müraciət edərək maliyyə arayışını itirdiyini və yenidən ona maliyyə arayışının verilməsini tələb etmiş, MTK isə bundan imtina etməklə, imtinanın əsası kimi 2006-2012-ci illərdə bağlanmış müqavilələrin qeydiyyat kitabları və mühasibat sənədlərinin müddət keçdiyi üçün MTK-da saxlanıl madığını göstərilmişdir. Həmçinin, MTK yaranmış vəziyyətdən sui-istifadə edərək həmin məbləğin ödənilmədiyini və onun MTK-ya 89.120 manat borcunun olduğunu bildirmişdir. Halbuki, bütün sənədləri tam şəkildə saxlamaq MTK-nın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsinin əsaslarını müəyyən edən 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə sübutetmə yükünün bölüşdürülməsinin yuxarıda qeyd edilən ümumi qaydasına görə, iddiaçı MTK istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki, iddiaçı kommersiya hüquqi şəxs- mənzil tikinti kooperativi, yəni mənfəət vergisi verməkdə mükəlləfiyyətli olan vergi ödəyicisidir və qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanlarına hesabat vermək vəzifəsi daşıyır. Bu baxımdan iddiaçı MTK tərəfindən aparılan əməliyyatların reyestr kitablarında dəqiq qeydiyyatı zəruridir və bu hər maliyyə ilinin sonunda hüquqi şəxsin illik mənfəət və zərəri tərtib edilmiş hesabatlarda əks olunmalıdır. İddiaçı hüquqi şəxsin fəaliyyətinin daşınmaz əmlakla bağlı olması isə onun yuxarıda qeyd edilən vəzifəsinə əməl etməsini daha da zəruri edir. Bu halda MTK cavabdehlə aralarında olan bağlanmış əqdlə bərabər, həmin əqd üzrə mənzilə görə icra edilən ödənişləri, eyni zamanda qalan borcları dəqiq və dolğun şəkildə əks etdirən və bir nüsxəsi mütləq şəkildə MTK-da saxlanılmalı olan maliyyə arayışını, kassa mədaxil orderlərini, onları təqdim etmək mümkün olmadıqda isə həmin sənədlərin uçotu nun aparıldığı qeydiyyat kitablarını təqdim etməlidir. Tərəflər arasında əvvəlki məhkəmə mübahisələrində, eyni zamanda cavabdehin qohumlarının iddiaçı MTK-nın qanunsuz hərəkətlərindən hüquq-mühafizə orqanlarına verdiyi şikayətlərdə hazırda mübahisə predmeti olan 160 saylı mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışının cavabdehdə olan nüsxəsi sonuncu tərəfindən itirildiyi göstərilmişdir. Cavabdeh hazırda da israrla həmin dəlilini müdafiə edərək, MTK tərəfindən müqavilələrin qeyd edildiyi reyestr kitabının təqdim edilməklə ona baxış keçirilməsinin təmin edilməsini xahiş edir. Lakin, iddiaçı MTK, 2006-2012-ci illərdə bağlanmış müqavilələrin qeydiyyat kitabları və mühasibat sənədlərinin müddət keçdiyi üçün MTK-da saxlanılmadığına istinad edərək iş üzrə mötəbər sübut hesab edilə n həmin sənədləri təqdim etməkdən imtina edir və cavabdehlə bağlanmış xx xxx 2009-cu il tarixli müqaviləni, həmin müqaviləyə əlavə edilmiş eyni tarixli “xxxx”ni təqdim etməklə kifayətlənir. Halbuki, MTK tərəfindən qeyd edilən sənədlərin, yəni cavabdehlə aralarında bağlanmış müqavilə və öhdəlik cədvəlinin saxlandığı halda, həmin sənədlərin zəruri qaydada qeydiyyata alınmalı olduğu kitabın və kassa mədaxil orderlərinin kötüyünün saxlanmaması ağlabatan mühakimə əsasında inandırıcı hesab edilmir. Apellyasiya məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən mənzilin pay haqqı 2010-cu ildən ödənilmədiyi halda və cavab dehin bu müddət ərzində mənzilə sahiblik etməsinə baxmayaraq, iddiaçı ilə cavabdehin qayınatası arasında başqa mübahisə yarandıqdan sonra iddiaçı iddia qaldırmışdır ki, bu da iddianın əsaslı olmaması qənaətini yaradır. Həmçinin məhkəmə araşdırması zamanı bu qənaətin əksini subut edən dəlilləri iddiaçı məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia qaldıran zaman iddiasını qanunla tərtib olunan sənədlər əsasında əsaslandırmalı idi. O, Cavabdehla bağlanmış müqaviləni, müqavilə yoxdursa, müqavilələrin qeydiyyat kitablarını, ilkin ödəniş və sonrakı ödənişlər barədə kassa mədaxil orderlərini, əgər mədaxil orderləri yoxdursa, müəssisəyə mədaxil olunmuş pulların dövriyyəsini təsdiq edən kassa kitabını məhkəməyə təqdim etməli idi. Əgər bu sənədlər məhkəməyə təqdim olunmayıbsa, yalnız iddiaçının əsası olmayan sözlərinə istinad edilməsi qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2336/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2336/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver