Məhkəmə qərarları › İş №2(102)-2338/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2338/2020

09.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2338/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı V oğlunun vəkili P oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-V1/2019 nömrəli qətnaməsindən İddiaçı V oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.Şükürova) xx.xx.2019-cu il tarixli, 2(009)-****/2019 nömr əli qətnaməsi ilə İddiaçı V oğlunun cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı X3 üçüncü şəxs qismində cəlb edilmiş “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-V1/2019 nömrəli qətnaməsi ilə İddiaçı V oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı V oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı V oğlu cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat Kontorunda xx.xx.2012-ci il tarixdə Reyestr №3M1798 qeydə alınmış Cavabdeh1 ilə onun arasında bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı V oğlu və vəkili P oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, heç bir instansiya məhkəməsində Cavabdeh1, Əli Qəribov və Notariat Kontorunun nümayəndəsinin iştirakı təmin edilməmiş, iş obyektiv araşdırılmamışdır. Qətnamə qəbul edilərkən Mülki Məcəllənin 340-c ı maddəsinin tələbləri pozulmuşdur. 3-cü şəxs Əli Qəribov Cavabdeh1 olan borcunu qaytara bilmədiyi üçün iddiaçıdan sui-istifadə etmiş, onu aldadıb Elvinlə müqavilə bağlamağa razı salmış, nəticədə həm borcundan azad olmuş və bütün məsuliyyət iddiaçının üzərində qalmışdır. Əqd görünüş üçün bağlandığına görə hüquqi nəticələr yarada bilmir. Həmin müqavilə iddiaçının həqiqi iradəsini ifadə etmir. İddiaçı Cavabdeh1 100000 ABŞ dolları borc almamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 48.1-ci maddəsinə əsasən, notarius borc verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən tərəflərin həqiqi niyyətinin müəyyən edilm əsi üçün pulun verilməsi, qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrası təminatı və öhdəlik icra olunmadıqda tutmanın yönəldilmə üsulu və digər müqavilə şərtlərini izah etməli və bu bsarədə müqavilədə qeyd etməlidir. Müqavilədən göründüyü kimi belə qeyd olmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-V1/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı V oğlu, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi və 3-cü şəxs X5 məhkəmə iclasına gəlməmiş v ə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı V oğlunun vəkili P oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının irəl i sürdüyü hüquqi əsaslar, yəni xx.xx.2012-ci il tarixli müqaviləni bağlayarkən onun aldadılmış olması ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəlləd ə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində i ddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatmadan bəhs etmək mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, mübahisələndirilən borc müqaviləsi notariat qaydada təsdiq edilmiş və həmin müqavilədə notariusun müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etməsinin həqiqiliyini hər iki tərəf, o cümlədən iddiaçı imzası ilə təsdiq etmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində Cavabdeh1, Əli Qəribov və Notariat Kontorunun nümayəndəsinin iştirakının təmin edilməməsini, işin obyektiv araşdırılmamasını qeyd etsə də, iş materiallarından görünür ki, adları çəkilən şəxslər məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmələr tərəfindən məlumatlandırılmışlar. Məhkəmələr Mülki Porsessual Məcəllənin tələblərini pozmadan məhkəmə iclaslarına gəlməmiş şəxslərin iştirakı olmadan mübahisəyə baxmaqda haqlı olmuşdur. Kasasiya şikayətinin digər dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, istinad edilən digər dəlillər formal olaraq əsaslandırılmağa çalışılmışdır. Belə ki, apelyasiya kollegiyası düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə imzalamış, mübahisələndirilən borc müqaviləsi notariat qaydada təsdiq edilmiş və həmin müqavilədə notariusun müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etməsinin həqiqiliyini hər iki tərəf, o cümlədən iddiaçı imzası ilə təsdiq etmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı V oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)V1/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar