Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-234/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-234/2024 (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, alğı-satqı müqaviləsninin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin cavabdehdən alınara q onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4840/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil Nümayəndə Şəmsəddin oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Nəqliyyat vasitəsinin BB242164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, “Mercedes Benz E220D” markalı, 2021-ci il buraxılışlı, **-XS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində İddiaçı adına qeydə alınmışdır.
2. Nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, “Mercedes Benz E220D” marka lı, **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh 65.000 ABŞ dolları müqabilində satılmışdır. 3. “Mercedes Benz E220CDİ” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən, İddiaçı mülkiyyətində olan “Mercedes Benz E220D” markalı, 2021-ci il buraxılışlı, **-XS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində sonuncunun adından alğısatqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq Cavabdeh adına qeydiyyata alınmış və nəqliyyat vasitəsinə yeni – **-CY-*** dövlət qeydiyyat nişanı verilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2022-ci il tarixli 003-22787/222 nömrə li məktubuna əsasən, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə “102” xidmətinə zəng edərək, Nicat Rəhimov tərəfindən aldadılaraq özünə məxsus “Mercedes” markalı Az **-CY-*** dövlət qeydiyyat nömrəli avtomobilinin Cavabdeh satılması və pulunun ələ keçirilməsi barədə məlumat vermişdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 007-17232-1222 nömrəli məktubuna əsasən, İddiaçı müraciəti əsasında BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) xx.xx.2022-ci il tarixdə cinayət işi başlanılaraq iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyy atda olan Nicat Rəhimov istintaq orqanından gizləndiyindən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbiri seçilib beynəlxalq axtarış elan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “Mercedes-Benz E 220D” markalı **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinə dair cavabdehlə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, “Mercedes-Benz E 220D” markalı, **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinə dair cavabdehlə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, pul vəsaitinə şəxsi ehtiyacı yarandığı üçün mülkiyyətində olan qeyd edilən nəqliyyat vasitəsini satmaq qərarına gəlib və elanları “turbo.az” saytında ye rləşdirmişdir. Elan yerləşdiriləndən sonra bir nəfər zəng vurmuş vənəqliyyat vasitəsini almaq üçün gəlmiş və atasının da baxmasını bildirmişdir. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 30 avqust 2022-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilmişdir. BB242164 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Mercedes-Benz E 220D” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin adına rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə imzalandıqdan sonra cavabdeh alınmış nəqliyyat vasitəsinə görə ona ödənilməli olan pulu verməmişdir. Bundan sonra o, dərhal 102 çağrı mərkəzinə zəng vuraraq şikayət etmişdir. Nəqliyyat vasitəsi rəsmiləşdiriləndən sonra ödənişin verilmədiyini görüb dərhal alğı-satqının dayandırılmasını tələb edib və bununla bağlı 102 xidmətinə zəng vurub. Həmin vaxt nəqliyyat vasitəsini də həmin şəxslər götürüb gedib. O, onlara nəqliyyat vasitəsini verməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tərəfindən şikayət verilmişdir. Araşdırma aparılmış və nəqliyyat vasitəsinə görə ödənilməli olan məbləğin ona verilmədiyi müəyyən edilmişdir.
9. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsinə yazılı mülahizələrini təqdim edərək bildirmişdir ki, məhkəmə iclası zamanı cavabdehin vəkili və nümayəndəsi əvvəl iddiaçıya ödənilməli pulun Nicat adlı şəxsə iddiaçının öz xahişi ilə verildiyini bildirilmiş, sonra isə pulun məhz iddiaçıya verilməsinə d air fikir səsləndirmişdir. Cavabdeh “Mercedes-Benz E 220D” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinin alğı-satqısına görə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməsini təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı nə cavabdehdən, nə də Nicat adlı şəxsdən nəqliyyat vasitəsinin alğı-satqısına görə ödənilməli olan pul vəsaitini almamışdır və pulun Nicata verilməsinə dair hər hansı tapşırıq verməmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən X4 (bundan sonra üçüncü şəxs) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) X2 bildirmişdir ki, avtomobili “tur bo.az” saytında satış məqsədilə yerləşdirmiş və əlaqə nömrəsi olaraq, öz nömrəsini qeyd etmişdir. Avtomobil ilə bağlı Nicat adlı şəxs onunla əlaqə saxlamış, avtomobilə baxış keçirmiş və avtomobili bəyəndiyini, lakin dayısının da avtomobilə baxmaq istədiyini bildirmişdir. Daha sonra avtomobil ilə avtosalona getmişlər. Orada avtomobilə Nicat, Ramiz və Toğrul baxmışlar. Nicat ona Toğrulun atası Ramizi dayısı kimi təqdim etmişdir. Daha sonra Toğrul və Nicat ilə avtomobili yoxlatdırmaq üçün servisə getmişlər. Avtomobildə hər hansı problem çıxmamış, Nicat avtomobili almaq istədiyini bildirmiş və sənədləşdirməşlərini həyata keçirmək üçün Qaraçuxura yola düşmüşlər. Bu zaman Nicata zəng gəlmiş, Nicat ona avtomobilin pulunu dayısının ona verəcəyini, lakin hazırda pulu verə bilmədiyi üçün sənədləşdir məni həyata keçirə bilməyəcəklərini bildirmişdir, o isə razılaşmışdır. Onlar avtomobilin Nicat üçün alındığı bildirilmişdir. Nicat ona 100 manat məbləğində beh vermək istədiyini bildirmiş, beh məbləği az olduğundan atası ilə əlaqə saxlamış, atası isə beh ilə razılaşaraq onu götürməsini təklif etmişdir. Avtomobil atasının adına olsa da, ümumi etibarnaməsi olduğundan atasının adından bütün hərəkətləri özü həyata keçirmişdir. Daha sonra Nicat ona yazaraq, avtomobili gətirməsini istəmiş, işi olduğu və məbləğ böyük olduğu üçün nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi məqsədilə Baş Dövlət Yol Polis İdarəsinə atası getmiş, rəsmiləşdirilmə zamanı pulun alğı-satqı müqaviləsinin imzalanmasından sonra çatdırılacağı vədi verilmiş, lakin imzadan sonra atasına pul verilməmiş, atası alğı-satqı hərəkətləri nin dayandırılmasını tələb etsə də, bunun mümkün olmadığı bildirilmişdir. Bundan sonra atası 102 çağrı mərkəzinə zəng vuraraq şikayət etmişdir. Eyni zamanda atası könüllü şəkildə avtomobili verməmişdir. Pulu verilmədiyindən maşının geri qaytarılmasını xahiş etsə də, qarşı tərəf avtomobili götürərək qaçmışdır. Hətta əşyaları, sənədləri, eynəyi maşında qalmış, maşının ikinci açarının onda olmasına baxmayaraq Toğrul dərhal maşının qapısını bağlayaraq sürüb getmişdir. Toğrul və Nicat dost olmuşlar, onlar birləşərək maşını ələ keçirmişlər. Bunu təsdiq edən fotoşəkillər və instagram səhifələrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Şəkillərdən görünür ki, Nicat Toğrulun maşınını sürüb onunla şəkil çəkdirib instagram səhifəsində paylaşırdı. Bu onların dost münasibətlərini təsdiq edir. Onla rın Nicatı əvvəldən tanımamaları məhkəməyə təqdim edilən yazışmalardan da aydın şəkildə görünür.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlu iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişdir ki, iddiaçı onun şikayəti üzrə AR DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində başlanılmış və hazırda da davam edən cinayət işi materiallarını məhkəmədən gizlətməyə çalışır. AR DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində verilən ifadalər dürüst ifadələr olmuşdur. Orada iddiaçı müqaviləni oxumamışdı, daha sonra müqavilədə Toğrulun soyadının yazıldığını gördü deyə zidd ifadələr vermişdir. İddiaçının iddia etdiyi dəlillər sözdən ibarətdir. İddiaçının nümayəndəsi bildirir ki, avtomobil Nicata satılmışdır. Lakin iddiaçı Xanlar isə müqavilədə Toğrulun adının qeyd edildiyini bildirir. İddiaçı məhkəməyə sübut kimi sözləri təqdim edir. İddiaçı tərəfindən sübutlar təqdim edilmir. İddiaçı ilkin tələbində müqavilənin etibarsız hesab edilməsini, hazırda isə müqavilənin ləğv edilməsini xahiş edir. İddiaçı 102 çağrı mərkəzinə müraciəti zamanı bildirir ki, onu Nicat aldadaraq pulu verməmişdir. Cavabdeh Toğrul pulu iddiaçıya vermişdir. İddiaçı isə öz imzası ilə pulu almasını təsdiq etmişdir. İddiaçının pulu almadan müqaviləni imzalamasına dair hər hansı sübutu yoxdur. İddiaçı müqavilənin Toğrul tərəfindən imzalandığını da təsdiq edir. Hesab edir ki, müqavilə pulun ödənildiyini sübut edir və mötəbər sübutdur. İddiaçı müqaviləni imzalayaraq, 65.000 ABŞ dollarını aldığını təsdiq etmişdir. Həmin məbləğ özü də müqavilədə qeyd edilmişdir. İddiaçının nümayəndəsi də izahatında bildirdi ki, 100 ABŞ dolları məbləğində beh də Xanların icazəsi ilə Nicat tərəfindən iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Cavabdeh eyni qaydada 65.000 ABŞ dollarını da Nicata Xanlara verməsi üçün təqdim etmişdir. İddiaçı pulu almasa idi, müqaviləni imzalamazdı.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, Toğrul ilə 4 ildir ki, dostdur. 2022-ci ilin aprel ayında Toğrula zəng edib harda olduğunu soruşmuş, o isə avtosalonda olduğunu və ora yaxınlaşmağını bildirmiş, Toğrul ilə atası Ramiz əmi avtosalonda avtomobil barədə söhbət etmiş, daha sonra avtomobili Nicat adında oğlan gətirmiş və onlar avtomobilə baxmaq üçün çölə çıxmışlar. Avtomobili Nicat adında oğlan və tanımadığı digər oğlan gətirmişdi. Ramiz əmi avtomobilə baxış keçirmiş, daha sonra Ramiz əmi avtomobilin xoşuna gəldiyini demiş, sonra isə Ramiz əmi, Toğrul, Nicat və maşını satan şəxs içəri girərək, danışaqlar aparmağa başlamışlar. Avtomobilin sahibi ilətelefon vasitəsilə danışmışlar və avtomobili 65.000 ABŞ dollarına aİmaq istədiklərini bildirmişlər. Telefonun sahibi isə problem olmadığını demişdir. Bu zaman Ramiz əmi maşını satan şəxsə 200 ABŞ dolları məbləğində beh vermişdir. Daha sonra isə Nicat, Toğrul və digər şəxs avtomobili yoxlatdırmaq üçün servisə aparmışlar. Ramiz əmi servisə getməmişdir. Hadisənin servisdən sonrakı mərhələsindən xəbəri yoxdur. Toğrul daha sonra hadisələri danışaraq, nələr baş verdiyini ona demişdir. O zaman qədə r Nicatı görməmiş, tanımamışdır. Nicatın Toğrul ilə bir məhəllədə qalmasından xəbəri olmamışdır.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(005)-457/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilmiş, “Mercedes-Benz E 220D” minik markalı, **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465 nömrəli, qara metallic rəngli nəqliyyat vasitəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmiş (xitam verilmiş) hesab edilsin. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin hüquqi nəticələri, yəni cavabdehin adına verilmiş “Mercedes-Benz E 220D” minik markalı, 2021-ci il buraxılışlı nəqliyyat va sitəsinə dair BA207508 nömrəli, xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi ləğv edilsin. “Mercedes-Benz E 220D” minik markalı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465 nömrəli, qara metallik rəngli nəqliyyat vasitəsinin üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq mülkiyyətçisi İddiaçı sahibliyinə verilməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən öhdəliyin ixtiyarlı şəxsə icra edildiyini təsdiq edən hər hansı subutun təqdim edilmədiyini və iş materialları ilə həmin halın (ixtiyarlı şəxsə icra edilməsi halının) öz təsdiqini tapmadığını nəzərə alaraq hesab etmişdir ki, pulun cavabde h tərəfindən Nicat Rəhimova verilməsi xx.xx.2022-ci il tarixli alğısatqı müqaviləsi üzrə “Mercedes Benz E220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ixtiyarlı şəxsə icra edilməsi halı kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh pulun iddiaçının göstərişi ilə Nicat Rəhimova verildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
16. Şahid ifadəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, şahid X3 avtosalonda Cavabdeh atası Ramiz Şirinovun 200 ABŞ dolları behi maşını satan şəxsə verdiyini gördüyünü və həmin vaxt orada olduğunu bildirsə də, ilk hazırlıq iclaslarında cavabdehin özünün təqdim etdiyi CD diskdə əks olunmuş video görüntü ilə və iddiaçının izahatları ilə həmin hal təkzib olunur. Belə ki, vediogörüntüdən görünür ki, salonda Cavabdeh, Ramiz Şirinov və Nicat Rəhimov olmuş, beh isə Nicata verilmişdir. Həmçinin şahid beh verilən şəxsin maşını satan şəxs olduğunu bildirsə də, məhkəmə iclasında iddaçını və ya onun nümayəndəsi olan oğlunu tanımamışdır. Şahid ifadəsi ziddiyyətli olduğundan məhkəmə onu mötəbər sübut kimi qəbul etməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçı nəqliyyat vasitəsinin pulu ona çatmadığından alğı-satqı müqaviləsi bağlandıqdan sonra həmin gün maşının geri qaytarılmasını, alğısatqı müqaviləsinin ləğv edilməsini xahiş etməklə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə hesab etmişdir ki, iddiaçı iddiasında müqavilənin lə ğv edilməsini xahiş etsə də, qarşı tərəfə iradə ifadəsi bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunduğundan, göstərilən hallar müqavilənin ləğv edilmiş hesab edilməsi, yəni müqavilədən imtina edilməklə xitam verilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Beləliklə, göründüyü kimi, iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab etmişdir ki, iddia tələbinin digər hissəsi, nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması tələbi üzrə geniş əsaslandırma aparılmasına zərurət yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi həmin tələbdən törəmə digər tələblərin də, yəni iddianın nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçının mülkiyyətinə və faktiki sahibliyinə verilməsi hissəsində də əsaslı olduğunu göstərir.
18. Məhkəmə “iddia tələbinə bağlılıq” prinsipini qəbul etsə də, hüququ pozulmuş şəxsin hüquqlarının bərpasının zəruriliyi, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının mümkünlüyü, prosessual qənaət prinsiplərini nəzərə alaraq hesab etmişdir ki, xitam verilmiş müqavilənin hüquqi nəticələri aradan qaldırılmalı, yəni cavabdehin adına verilmiş şəhadətnamə ləğv edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə qaytarılmalıdır.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433.1, 447.1, 567, 598.1, 598.2-ci, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan müqavilədə iddaçının pulun verilməsi ilə bağlı imzası vardır. İmza atan iddiaçı pul almadığı halda hansı əsasla o imzanı çəkməsinə baxmayaraq həmin vaxt pulu almamalarına dair sübut təqdim etməmişdir. Bundan başqa təqdim etdikləri CD-ni məhkəmə işin faktiki hallarına uyğun şəkildə deyil ilk iclasdan başalaryaraq iddianın təmin edilməsinə yönələn mövqeyini dəstəkləyən formada qətnamədə əsaslandırmışdır. Şahid qismində dindirilmiş şəxsin təxminən 7-8 ay sonra orada iştirak etmiş şəxsi tanımamasını məhkəmənin qəbul etməməsi, obyektiv yanaşma deyildir. Hansı ki, şahidin təsdiq etdiyi hallar behin verilməsi, avtomilibin satılması üçün götürülməsi, daha sonra orada avtomobilin sahibinin oğluna verilməsi ilə bağlı hallardır. Məhkəmə zalında əvvəllər şahid qismində dindirilməli olan lakin iclas zalında qeyri rəsmi şəkildə dindririldikdən və tərəflərindən iddiaçının oğlu Xəyal Həsənovun artıq şahid kimi dindirilə bilinməyəcəyini bildirdikdən sonrakı iclasda məhkəmə prosesində nümayəndə kimi əyləşən oğlunu tanıması və tanımaması işin mahiyyəti ilə heç vaxt bağlı ola b ilməz. Həmçinin qeyd olunmalıdır ki, istər iddiaçı, istərsə də onun oğlu, nümayəndəsi və behin alınmasında iştirak edən nümayəndəsi kimi Xəyal Həsənov behin miqdarı ilə bağlı narazılığını bildirdiyini qeyd etməsinə baxmayaraq növbəti gün alğı-satqı prosesinə gedilməsi və orada məhz iddiaçı tərəfindən müqaviləyə qol çəkilərək imzalanması həmin behin verilməsi prosesində o pulun nə qədər, birbaşa olaraq və ya diolayısı ilə başqasına verilməsinə və ya mülkiyyətçiyə çatması üçün onun oğluna verilməsi müqavilənin ləğvi üçün əsaslandırma predmeti ola bilməz.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4840/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (X5 (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) ape llyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən nəqliyyat vasitəsinin satılması ilə bağlı razılaşdırılmış pul vəsaiti bilavasitə iddiaçıya ödənilməmişdir (bu hal mübahisələndirilmir). Cavabdeh tərəfindən etirazına görə, müvafiq pul vəsaiti iddiaçının özünə verilməsə də, sonuncunun göstərişinə əsasən Nicat Rəhimova təqdim olunmuşdur. Lakin, cavabdeh tərəf Nicat Rəhimovun iddiaçının ixtiyarlı şəxsi olması, pul vəsaitinin məhz iddiaçının razılığı ilə Nicat Rəhimova verilməsi və s. bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, işdə olan digər sübutlardan, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Müb arizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-4934/23 nömrəli məktubu ilə İdarədə istintaq olunan cinayət işi üzrə İddiaçı, Xəyal Həsənovun, Ramiz Şirinovun və Toğrul Şirinovun yazılı izahatlarından da, Nicat Rəhimovun məhz iddiaçının ixtiyarlı şəxsi olması müəyyən olunmur. Əksinə, izahatlara əsasən iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitəsinin satılması üçün “Turbo.az” saytında elan yerləşdirildikdən sonra Nicat Rəhimov əlaqə saxlamış, avtomobili almaq istədiyini bildirmiş, cavabdeh tərəfi qohumu kimi qələmə vermiş, avtomobilə baxış keçirilmiş, rəsmiləşdirmənin cavabdehin adına olacağını demiş, xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi imzalanandan sonra isə iddiaçıya cavabdeh tərəfindən hər hansı pul vəsaiti verilməmiş, cavabdeh pulun Nica t Rəhimova verdiyini göstərmişdir. Cavabdeh və onun atası Ramiz Şirinov isə izahatlarında - Nicat Rəhimovu iddiaçının qohumu kimi tanıdıqlarını, bu səbəbdən də iddiaçının göstərişinə əsasən pulu həmin şəxsə verdiklərini göstərmişlər. Lakin, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf qeyd edələn xüsusatları təsdiq edən hər hansı sübutu (xüsusilə, pulun Nicat Rəhimova verilməli olması ilə bağlı iddiaçının göstərişini) məhkəməyə təqdim edə bilməmişlər.
24. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması (alğı-satqı zamanı birlikdə olmaları), həmin vaxtı pulun cavabdehdə olması durumunda, pulun nəyə görə bilavasitə iddiaçıya deyil, kənar şəxsə verilməsi sadə məntiqə sığmamaqla, əsaslandırılmamışdır. Eyni zamanda, tərəflərin əvvəllər bir- birini tanıması, aralarında etibarlı münasibətlərin olması halı da müəyyən olunmur (tərəflər bu halı mübahisələndirmirlər). Cavabdeh tərəfin sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi şahid X1 ifadəsindən də Nicat Rəhimovun məhz iddiaçının ixtiyarlı şəxsi olması, müvafiq pul vəsaitinin ona ödənilməli olması və s. bu kimi xüsusatlar birmənalı müəyyən olunmur. Şahid nəqliyyat vasitəsinin ilkin yoxlanılmasından sonrakı mərhələlərdən (eləcə də, alğı-satqı mərhələsindən) məlumatının olmamasını, bundan məhz cavabdehin ona bildirməsindən məlumatlı olmasını qeyd etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi həmin şahidin ifadəsinə tənqidi yanaşaraq göstərmişdir ki, şahid Elvin Qurbanlı avtosalonda Cavabdeh atası Ramiz Şirinovun 200 ABŞ dolları behi maşını satan şəxsə verdiy ini gördüyünü və həmin vaxt orada olduğunu bildirsə də, ilk hazırlıq iclaslarında cavabdehin özünün təqdim etdiyi CD diskdə əks olunmuş video görüntü ilə və iddiaçının izahatları ilə həmin hal təkzib olunur. Belə ki, vediogörüntüdən görünür ki, salonda Cavabdeh, Ramiz Şirinov və Nicat Rəhimov olmuş, beh isə Nicata verilmişdir. Həmçinin şahid beh verilən şəxsin maşını satan şəxs olduğunu bildirsə də, məhkəmə iclasında iddaçını və ya onun nümayəndəsi olan oğlunu tanımamışdır. Göründüyü kimi şahid ifadəsi ziddiyyətli olduğundan məhkəmə onu mötəbər sübut kimi qəbul edə bilməz. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin məhkəmə araşdırılması zamanı məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ziddiyyətli ifadələr verərək, gah pulun iddiaçıya verildiyini, gah da Nicata verildiyini, Nicatın isə Xanlara verdiyini iddia etmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırki işin halları, cinayət işi üzrə alınmış izahatlarla təsdiq olunmuş və öhdəliyin icra edildiyi bildirilən Nicat ilə Cavabdeh tanışlıq əlaqələri, bir-birlərini daha əvvəldən tanımaları, cavabdehin maşın satışı ilə məşğul olması (bu səbəbdən maşının satılması ilə bağlı qaydaları daha yaxşı bilməli olması) kimi hallar diqqətçəkən məqamlardır. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh öhdəliyi Nicat Rəhimova icra etməsinə baxmayaraq, sonuncunun icranı qəbul etməsinə ix tiyarlı olması istiqamətində də iddiaçıdan müvafiq sübutları tələb etməmişdir. Eyni zamanda, iddiaçının öhdəliyin icrasının məhz Nicat Rəhimovun (ixtiyarsız şəxsin) qəbul etməsinə razılıq verməsi və ya iddiaçının bu icradan fayda götürməsi halı da mötəbər sübutlarla müəyyən olunmur. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə etirazın əsaslı olması (yəni, öhdəliyin icrasının məhz Nicat Rəhimovun qəbul etməsinə iddiaçının razılıq verməsi və s.) üçün yetərli sübut kimi qəbul edilə bilməz.
26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, cavabdeh tərəfin digər etirazına əsasən - iddiaçı xx.xx.2022-ci il tarixdə “102” xidmətinə zəng edərək, məhz Nicat Rəhimov tərəfindən aldadılmasını özünə məxsus “Mercedes” markalı Az **-CY-*** dövlət qeydiyyat nömrəli avtomobilinin Cavabdeh satılması və pulunu n ələ keçirilməsi barədə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu hal özü-özlüyündə yuxarıda göstərilənləri təkzib etmir. Bununla yanaşı, iddiaçının dərhal, yəni alğı-satqı günü satdığı əşyanın dəyərinin ona ödənilmədiyini anladığı andan polisə müraciət etməsi, ilk gündən məhz Nicat Rəhimovun avtomobilin alınması üçün müraciət etməsi, özünü cavabdeh tərəfin qohumu kimi tanıtdırması və s. bu kimi hallar nəzərə alınmaqla, şikayətdə onun da adının göstərilməsi anlaşılandır.
27. Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə görə - iddiaçı alğı-satqı müqaviləsini imzalamışdır və bu hal özü-özlüyündə müqavilədə nəzərdə tutulmuş pulun iddiaçı tərəfindən alınmasını sübut edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmamışdır. Çünki, əqdi n bağlanması özü-özlüyündə müvafiq pul vəsaitinin ödənilməsi anlamına gələ bilməz. Mübahisə halında alıcı aldığı əşyanın dəyərini satıcıya ödəmək halını sübut etməlidir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili cavabdeh tərəfin mövqeyinin ziddiyyətli olması ilə nəticələnir. Çünki, cavabdeh tərəf bir tərəfdən müvafiq pul vəsaitinin bilavasitə iddiaçıya təqdim olunmadığını bildirir, digər tərəfdən isə iddiaçının müqaviləni imzalamaqla pul vəsaitini aldığını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən öhdəliyin iddiaçının bilavasitə özünə və ya ixtiyarlı şəxsə icra edildiyi müəyyən olunmamışdır. Belə olan halda isə iddiaçı alğı-satqı müqaviləsindən imtina edərək, avtomobilini geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmiş, etirazı formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 433, 447.2, 567, 598.1, 598.2, 600.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən cavabdeh (Vəkil Nümayəndə Şəmsəddin oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi bildirir ki, avtomobil Nicata satılmışdır. Lakin iddiaçı Xanlar isə müq avilədə Toğrulun adının qeyd edildiyini bildirir. İddiaçı 102 xidməti çağrı mərkəzinə müraciəti zamanı bildirir ki, onu Nicat aldadaraq pulu verməmişdir. İddiaçı isə öz imzası ilə pulu almasını təsdiq etmişdir, iddiaçının pulu almadan müqaviləni imzalamasına dair hər hansı sübutu yoxdur, iddiaçı müqavilənin Toğrul tərəfindən imzalandığını da təsdiq edir. Müqavilə pulun ödənildiyini sübut edir və mötəbər sübutdur. İddiaçı müqaviləni imzalayaraq, 65.000 ABŞ dollarını aldığını təsdiq etmişdir. Həmin məbləğ də müqavilədə qeyd edilmişdir. İddiaçının nümayəndəsi də izahatında bildirdi ki, 100 ABŞ dollarıməbləğində beh də Xanların icazəsi ilə Nicat tərəfindən iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Cavabdeh eyni qaydada 65.000 ABŞ dollarını da Nicata Xanlara verməsi üçün təqdim etmişdir. Əgər iddiaçı pulu əyani şəkildə görməsə idi və ödənişin edilməsi ilə bağlı hər hansı şübhəli məqam olsaydı müqaviləni imzalamazdı. Həmçinin iddiaçının qeyd etdiyi kimi alıcı, yəni cavabdeh tərəfindən həqiqətən ödəniş edilməsəydi iddiaçı 102 çağrımərkəzinə zəng edərək Nicat Rəhimov deyil, birbaşa Cavabdeh barəsində şikayət etməli idi. Bu hal eyni qaydada Azərbaycan Respublikası DİN-in BMCM-dən alınmış materiallarda da qeyd edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əqdin bağlanması özü-özlüyündə müvafiq pul vəsaitinin ödənilməsi anlamına gələ bilməz. Mübahisə halında alıcı aldığı əşyanın dəyərini satıcıya ödəmək halını sübut etməlidir. Hansı ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda əşyanın dəyərinin satıcıya ödənməməsi halı sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qətnam ədə qeyd edir ki, Şahid ifadəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, şahid X3 avto salonda Cavabdeh atası Ramiz Şirinovun 200 dollar behi maşını satan şəxsə verdiyini gördüyünü və həmin vaxt orada olduğunu bildirsə də, ilk hazırlıq iclaslarında cavabdehin özünün təqdim etdiyi CD diskdə əks olunmuş video görüntü ilə və iddiaçının izahatları ilə həmin hal təkzib olunur. Belə ki, vedio görüntüdən görünür ki, salonda Cavabdeh, Ramiz Şirinov və Nicat Rəhimov olmuş, beh isə Nicata verilmişdir. Həmçinin şahid beh verilən şəxsin maşını satan şəxs olduğunu bildirsə də, məhkəmə iclasında iddaçını və ya onun nümayəndəsi olan oğlunu tanımamışdır. Göründüyü kimi şahid ifadəsi ziddiyyətli olduğundan məhkəmə onu mötəbər sübut kimi qəbul edə bilməz. Təqdim etdikləri CD-ni məhkəmə işin faktiki hallarına u yğun şəkildə deyil ilk iclasdan başalayaraq iddianın təmin edilməsinə yönələn mövqeyini dəstəkləyən formada qətnamədə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, şahid qismində dindirilmiş şəxsin təxminən 7-8 ay sonra orada iştirak etmiş şəxsi tanımamasını məhkəmənin qəbul etməməsi obyektiv yanaşma deyildir. Hansı ki, şahidin təsdiq etdiyi hallar behin verilməsi, avtomilibin satılması üçün götürülməsi, daha sonra orada avtomobilin sahibinin oğluna verilməsi ilə bağlı hallardır. Məhkəmə zalında əvvəllər şahid qismində dindirilməli olan, lakin iclas zalında qeyri rəsmi şəkildə dindririldikdən və tərəflərindən iddiaçının oğlu Xəyal Həsənovun artıq şahid kimi dindirilə bilinməyəcəyini bildirdikdən sonrakı iclasda məhkəmə prosesində nümayəndə kimi əyləşən oğlunu tanıması və tanımaması işin mahiyyə ti ilə heç vaxt bağlı ola bilməz. Eyni zamanda, iddiaçının nümayəndəsi tərəfindən behin Nicat Rəhimov tərəfindən alınması ilə bağlı heç bir etirazının olmaması da onu göstərir ki, behin alınmasından sonra tərəfin razılığı ilə pulun Nicat Rəhmova verilməsi tam əsaslıdır. Bundan başqa nəzərə almaq lazımdır ki, alğı-satqı müqaviləsi imzalanan zaman DYP-də prosesin bununla bitməməsi aydındır. Belə ki, mövcud şəhadətnamənin dəyişməsi yenisinin verilməsi və qeydiyyat nişanının dəyişməsi halı vardır. İddiaçı artıq bu prosedurlar bitdikdən sonra pulunu almadığını qeyd edir. İddiaçının dediyi mövqeyi bununla təkzib edilir, əgər iddiaçı dediyi kimi qol çək pulunu verəcəyik deməsi ilə razılaşıb qolu çəkmişdirsə həmin qeyd edilən müddətdə və imzadan dərhal sonra pulu almadığı müddətdə yəni texniki pas port və qeydiyyat nişanı dəyişənə qədər olan müddətdə bu məsələ ilə bağlı hər hansı etirazını bildirmiş olardısa həmin sənədlərin dəyişilməsi halı baş verərdimi?
32. Həmçinin qeyd olunmalıdır ki, əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Belə ki, CD görüntülərindən görünür ki, salonda Cavabdeh, Ramiz Şirinov və Nicat Rəhimov olmuş, beh isə Nicata verilmişdir. Buradan da aydın olur ki, iddiaçının behi qəbul edən Nicat Rəhimova inamı var və behi bilavasitə özü deyil, Nicat vasitəsi ilə qəbul edir. Bu da onu deməyə əsas verir ki, alğı-satqı müqaviləsi zamanı ödənişin də eyni qaydada həyata keçirilməsi mümkündür və iddiaçı cavabdeh tərəfindən məbləğin ona deyil Nicat Rəhimova öd ənilməsinə razılıq verməsi ilə öhdəliyin icrası etibarlı hesab olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
33. Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
35. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericili yə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
37. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
38. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağ lanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
39. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
40. Maddə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
41. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
42. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
43. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
44. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
45. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud q ərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansi yası məhkəməsinin aktı tam yoxlanılır Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə k assasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4840/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.