Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2342/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli 2(103)-7849/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETD İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 5.716.80 manat debitor borcun silinməsi və qaz verilişinin bərpa edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Məmmədov) 2(01)-2233/2018 saylı, 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 1i ünvanda iddiaçının istifadə etdiyi sahədə **********00100 saylı abonent kodu ilə qeydə alınmış hesaba cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpasına görə hesablanmış 5716,80 manat məbləğində borcun silinməsi və həmin sahəyə təbii qazın verilməsinin bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının (sədrlik edən və məruzəçi – Sənan Hacıyev, hakimlər – Rafael Eyvazov, Fuad Talışinski) 2(103)-7849/2018 nömrəli, 25.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2233/2018 saylı, 19 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cavabdeh tərəfindən hesablanmış 5716,80 manat debitor borcun silinməsi və qaz verilişinin bərpa edilməsi” barədə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hər tərəfli araşdırma aparılmayaraq, yalnız apellyasiya şikayətinin dəlilləri əsas götürülərək qanunsuz və əsasız qətnamə qəbul edilmişdir. Halbuki hazırki iddia üzrə onun subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticə əsassızdır. Belə ki, cavabdehin iddia etdiyi müdaxilənin aşkar edildiyi sayğac məhz iddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış və cavabdehin iddia etdiyi borc cavabdeh tərəfindən iddiaçıdan tələb edilmişdir. Prosessual məsələlər: Cavabdehin vəkili X9 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. İddiaçı və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 29.03.2017-ci il tarixli 1342-03-17 nömrəli müqaviləyə əsasən həmin müqavilə “Azəriqaz” İB-nin Bakı RQSD-nin rəisi Zehin Məmmədov ilə istehlakçı adlanacaq İddiaçı arasında bağlanmışdır (Qaz sayğacının nömrəsi 1702AZ 1301 ********). Təbii qazdan istifadə qaydalarının pozulması haqqında istehlakçı X6 (Ab onent kodu **********00100) barəsində tərtib edilmiş ******* saylı 14.06.2017-ci il tarixli aktın surətindən görünür ki, 29/1640-0773/1 MSK-ya əsasən 1202AQ**********0 saylı sayğacın klapanının açıq olduğu, ekrandan klapan açıq işarəsinin olduğu, yivli birləşmədən deformasiyaya uğraması, çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi, sınaq qurğusunda sayğaca hava vurulduğu, hesablayıcı mexanizmin işləməməsi, sayğacın istismara yararsız olduğu və dəymiş ziyanın hesablanması göstərilmişdir. X2 barəsində tərtib edilmiş “Azəriqaz” İB-nin 30.06.2017-ci il tarixli qərarının surətinə əsasən 28584 kub metr itirilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Abonent X1 əsasən 28584 kub metr itirilmiş qazın dəyəri 5.716,80 manat hesablanmış və abonentə borc kimi qeyd edilmişdir. “Az əriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 16.10.2017-ci il tarixli pretenziyadan görünür ki, təbii qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi onun tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tərəfindən tam ödənilmədiyindən 01.10.2017-ci il tarixə 5716,80 manat debitor borcu yaranmışdır. Odur ki, Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinin tələblərinə və müqavilənin müvafiq şərtlərinə uyğun olaraq yaranmış borcun onun tərəfindən 10 gün müddətinə tam şəkildə ödənilməsi vacib hesab edilir. Apelly asiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işdə olan yuxanda istinad edilən sənədlərlə 28.584 kub metr itirilmiş qaz sərfiyyatına görə X4 (abonent kodu **********00100) 5.716,80 manat məbləğində borcun hesablanaraq onun şəxsi hesabına daxil edilməsi müəyyən edilmişdir. Hazırki iddia ilə isə məhkəməyə həmin abonent deyil, İddiaçı müraciət etmişdir. Doğrudur iş materialları ilə müdaxilənin aşkar edildiyi sayğacın məhz iddiaçı ilə bağlanmış müqavilə üzrə onun ünvanına quraşdırılmış sayğac olduğu müəyyən edilsə də, nə qədər ki həmin müdaxiləyə görə borc iddiaçının deyil, kənar şəxsin hesabına yazılmışdir, iddiaçının həmin borcun silinməsini tələb etmə üzrə zəruri olan subyektiv hüquqa malik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düz gün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən isə bu məcəllənin vəzifəsi mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun A.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: ‘‘Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq su byektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhz bu baxımdan aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə k ollegiyası belə qənaətə gəlir ki, aktın məhz müdaxilənin onunla bağlanmış müqavilə üzrə ünvanına quraşdırılmış sayğacda aşkar edilməsi baxımından iddiaçı yuxarıda istinad edilən subyektiv hüququn ilk iki elementinə malik olsa da, həmin müdaxiləyə görə borcun iddiaçının deyil, digər şəxsin hesabına yazılaraq, onun ödənilməsi tələbinin də gələcəkdə iddiaçıya qarşı deyil, hesabına yazılmış şəxsə yönələcəyi baxımından iddiaçının həmin borcun yazılmasından müdafiəsini ehtiva edən 3-cü elementinə malik olmamışdır. Bu isə nəticədə iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün tələb olunan subyektiv hüququnun olmaması anlamına gəlir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddia çı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli 2(103)7849/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2342/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2342/2019
15.04.2019 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver