Məhkəmə qərarları › İş №2(102)-2342/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2342/2021

16.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2342/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh a nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və təzminatın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Mirzəzadə Asim Vilayət oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2958/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İB-in Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər arasında bağlanmış 14.05.2013-cü il tarixli, 28-k saylı əmək müqaviləsinə əsasən İddiaçı a nə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuş, 01.04.2016-cı il tarixdə iddiaçıya 10-cu dərəcə təyin edilmişdir. İddiaçı 04.09.2019-cu il tarixdə cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. 04.09.2019-cu il tarixli, SOCAR19291 saylı əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəs inin 3-cü bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh a nə qarşı işə bərpa və təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun a nə işə qaytarılması və əlavə olaraq 9.500 manat məbləğində təzminatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 14.05.2013-cü il tarixdən a nə texniki təchizat şöbəsinə 9-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. 04.09.2019-cu il tarixdə əmək kitabçasında qeyd olunduğu kimi, öz ərizəsi ilə əmək müqaviləsi ləğv edilərək, işdən azad olunmuşdur. Səhəri gün 05.09.2019-cu il tarixdə idarənin rəisi V.Həsənova işdən çıxma ərizəsini geri götürməsi il ə bağlı teleqram ünvanlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində deyilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddədə göstərildiyi kimi, yerinə işçi götürülməsi barədə ona heç bir rəsmi xəbərdarlıq olunmamış dır. Bundan başqa, rəsmiyyətdə öz xahişi ilə ərizə verməsi görünsə də, əslində belə deyil. Onu ərizə yazmağa məcbur etmişlər. Ərizəni təzyiq altında yazmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində deyilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Teleqramdan sonra 10.09.2019-cu il və 12.09.2019-cu il tarixli müraciətlərinə də idarənin rəhbərliyi imtina cavabı yazmışdır ki, əmr ləğv edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin «q» bəndində deyilir ki, işçi əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. İşdən azad olunduğuna görə o, maddi zərərə düşmüşdür. Ailəlidir, 2 azyaşlı övladı var, üstəlik banka kredit borcu vardır. O, işinə bərpa olunmaq və mənəvi təzminat almaq istəyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin, 10.12.2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-2791/2019) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırarkən, ona təzyiq olunduğunu bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. İş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən heç nə sezilmir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi nə qanuni əsaslarla xitam verilmiş, digər sözlə ifadə edildikdə, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan ötürüldükdən sonra, iddia ərizəsi ilə yalnız 10.10.2019-cu il tarixdə məhkəməyə müraciət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılm asını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)-2958/2020 saylı qətnaməsi ilə (hakim A.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.Səmədov və İ.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2791/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Əli oğluna məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdarlıq etməsi ilə bağlı hər hansı sənəd iş materiallarında mövcud deyildir. İddia müddətinin ötürülməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia müddətinin ötürülməməsi iş materiallarına əlavə edilmiş zərflə (i.v 27) müəyyən olunur. Belə ki, həmin zərfin üzərindəki möhürə əsasən, iddia ərizəsi 02.10.2019-cu il tarixində poçt xidmətinə təhvil verilmiş, 10.10.2019cu il tarixində isə qəbul edilmişdir. Odur ki, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh «Azəriqaz» İB-in Təmir-Tikinti İdarəsi (vəkil Mirzəzadə Asim Vilayət oğlu) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli 2(103)-2958/2020 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı yeni qərar qəbul edilməsi və ya işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 02.09.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 04.09.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İddiaçı 1 təqvim ayı qabaqcadan xəbərdar edilməmişdir. O, əmək müqaviləsinin ləğv etmək istədiyi günü, yəni 04.09.2019-cu il tarix qeyd edilməklə işdən azad olunmaq barədə iradə ifadəsini açıq-aşkar göstərmişdir. İşçi işəgötürəni 2 gün qabaqcadan xəbərdar etmişdir. Cavabdeh isə həmin müddəti gözləməklə işçini istədiyi gün işdən azad etmişdir. Bununla da işəgöt ürən xəbərdarlıq müddətinə tam əməl etmişdir. İşçi yalnız xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürə bilər. İddiaçı işdən azad olunması barədə ərizəsinin etibarsız hesab edilməsi barədə ərizəni 04.09.2019-cu il tarixinə kimi deyil, həmin müddət keçdikdən sonra 05.09.2019-cu il tarixdə cavabdehə təqdim etmişdir. Qanunvericiliyin tələbinə görə işçi ərizəsində işdən çıxmaq istədiyi günü göstərməyibsə işəgötürən xəbərdarlıq müddətini gözləməlidir. Lakin hazırkı iş üzrə iddiaçı ərizəsində işdən çıxmaq istədiyi günü qeyd etdiyi üçün cavabdehin həmin xəbərdarlıq müddətini gözləmək öhdəliyi aradan qalxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Mirzəzadə Asim V ilayət oğlu kassasiya şikayətini müdafiə edərək təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. instansiya Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (s ərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya d igər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdalıq etməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. İşin halları ilə müəyyən olunduğu kimi iddiaçı 02.09.2019-cu il tarixdə ərizə verərək, 04.09.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və məhz onun ərizəsi nəzərə alınaraq ərizəsində göstərdiyi tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Qeyd edilməlidir ki, işçinin özünün müəyyən etdiyi xəbərdarlıq müddəti iki gün təşkil etmişdir. İlkin ərizəsinin etibarsız hesab edilməsinə dair təkrar ərizəsi isə məhz həmin müddət daxilində işəgötürənə təqdim edilə bilərdi. Lakin işin halları ilə müəyyən olunduğu kimi o, ərizəsi əsasında müəyyən etdiyi vaxtda tutduğu vəzifədən azad olunduqdan sonra, yəni 05.09.2019-cu il tarixdə əvvəlki ərizəsinin etibarsız hesab edilməsinə dair yeni ərizə vermişdir. Yuxarıda istinad olunan qanunvericilik normaları nın tələbləri baxımından isə işəgötürənin həmin ərizəni nəzərə almaq imkanında olması artıq mümkünsüz olmuş, bununla bağlı əsasları olmamışdır. Bu halda ərizə müəyyən olunmuş müddətlər daxilində verilmədiyi üçün apellyasiya instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi əsasın (cavabdehin sözügedən vəzifəyə başqa işçini götürməsinə dair işçiyə rəsmi yazılı xəbərdalıq etməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir) əhəmiyyəti olmamışdır. Nəzərə alınmalı idi ki, məhkəmənin istinad etdiyi əsas məhz xəbərdarlıq müddəti üçün əhəmiyyətli olan haldır. Bu müddətin bitməsində və artıq işçi (ərizəsində göstərdiyi gün) tutduğu vəzifədən azad edildiyi halında həmin əsasın işçinin işə bərpa edilməsi əsaslardan biri kimi qəbul olunması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə gör ə cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş müddəti gözləməklə əmək müqaviləsinin ləğvinə dair əmr qəbul etmiş və bu zaman əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən isə istinad olunan maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər i görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh a tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2958/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar