Məhkəmə qərarları › İş №2(102)-2346/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2346/2021

10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2346/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, pul tələbi 10.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6519/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 04 fevral 2019-cu il tarixli kredit müqaviləsi ilə İddiaçı2 Cavabdeh 60.000 manat borc vermiş, sonuncu isə öz növbəsində krediti 04.03.2019-cu il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh 60.000 manat pulun, həmin pulun 283 gün üçün illik 5(beş) faizi, yəni 2.326 manatın v ə 50.000 manat mənəvi zərər olmaqla, cəmi 112.326 manatın alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası CM 178.3 və 32. 312-ci maddələrinin tərkibi mövcud olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.

3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 X aldadılaraq Suriyaya aparılmış, sonradan aldadıldığını bilərək geri qayıtmaq üçün iddiaçılara müraciət etmiş, sonuncularda öz növbələrində bununla bağlı Sumqayıt DTX-ya məlumat vermişlər. İddiaçı2 əsgər yoldaşı X, o da öz növbəsində X adlı tanışı ilə X Suriyadan çıxarılması ilə bağlı məsləhətləşiblər. X bu işdə kömək etməsi üçün 2019-cu ilin fevral ayının əvvəllərində iddiaçıları Cavabdeh ilə tanış edib. İddiaçılar cavabdehlə g örüşərkən o, özünü vəkil olaraq təqdim etmiş, əmisinin DTX-da yüksək rütbətli məmur olduğunu və onunla məsləhətləşib məlumat verəcəyini bildirmişdir. Növbəti gün iddiaçılar cavabdehlə yenidən görüşərkən, cavabdeh guya əmisinin tapşırığı ilə bu işlə məşğul olacaq DTX əməkdaşı X və DİN-nin əməkdaşı, polkovnik leytenant rütbəli X adlı şəxslərlə görüşdürüb. Cavabdeh X həmin əməkdaşların köməyi ilə Suriyadan çıxarılması və Azərbaycana gətirilməsi üçün 60.000 manat pul vermək lazım olduğunu bildirmişdir. İddiaçılar həmin pulu yığaraq cavabdehə verərkən 04.02.2019-cu il tarixdə təminat olaraq cavabdehə İddiaçı2 60.000 manat borc alması barədə borc müqaviləsi imzalatdırıb və pulu bank vasitəsilə cavabdehə veriblər. Lakin bir neçə ay keçsə də, X Suriyadan çıxarılmayıb. Bundan sonra İddiaçı1 cavabde hlə görüşərkən cavabdeh X gətirilməsi üçün gedəcək adama da 30.000 manat pul lazım olduğunu bildirib. İddiaçı1 cəmi 20.000 manat düzəldib verə biləcəyini söz vermiş, cavabdeh isə 4.000 manat da onun özünün haqqı olduğunu bildirmiş və İddiaçı1 əlavə olaraq 2019-cu ilin iyun 24.000 manat almışdır. X2 gətirilməyib, onun sonrakı taleyi barədə məlumat almaq mümkün olmayıb və alınan 84.000 manat pul geri qaytarılmayıb. Bundan sonra İddiaçı1 Azərbaycan Respublikası Prokurorluğuna şikayət vermiş, şikayət verildikdən sonra cavabdeh məsuliyyətdən qorxaraq 2019-cu ilin avqust ayından bank vasitəsilə 84.000 borcdan 24.000 manatını geri qaytarmış 60.000 manatı isə qaytarılmayıb. İddiaçılar yaxın qohumlarının taleyi ilə oynaması, onların aldadılaraq külli miqdarda pullarının ələ keçirilməsi nəticəsind ə dərin mənəvi sarsıntı və stres keçiriblər və özlərinə dəyən mənəvi zərəri 50.000 manat qiymətləndiriblər. Qeyd edilənlərə əsasən iddiaçılar müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müaricət etməyi zəruri hesab etmişlər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova, iş № 2(001)-885/20) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

6. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış borc müqaviləsinin e tibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf bağlanmış əqdin yalan əqd olması və başqa bir əqdi pərdələmək üçün bağlandığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər-hansı bir tutarlı sübut təqdim etməmişdir. Belə ki, iddia edən şəxslərin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

7. Məhk əmə İddiaçı1 münasibətdə həmçinin qeyd etmişdir ki, İddiaçı1 borc (kredit) müqaviləsi üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, əqdin etibarsız hesab edilməsini, bir qayda olaraq, zərərçəkən tərəf tələb edə bilər. Lakin İddiaçı1 ona dəyən zərərin nədən ibarət olmasını, onun hüquqlarının hansı formada pozulmasını sübuta yetirə bilməmişdir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-349, 421-424, 739.1, 740.1, 740.2-ci, “İpoteka haqqında” Qanunun 34.1, 39.3, 59.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-6519/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və İddiaçı2) apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı2 iddiası qismən təmin edilmiş, ödənilməmiş borca görə 36000 manat məbləğində pul vəsaitinin və gecikdirməyə görə illik 5 faiz olmaqla 1775,33 manat (min yeddi yüz yetmiş beş manat otuz üç qəpik) pulun Cavabdeh tutulub İddiaçı2 ödənilməsi, İddiaçı2 iddiasının qalan hissədə, İddiaçı1 iddiasının isə tamamilə rədd edilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi yalnız “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbi üzrə araşdırma aparmış, yalnız həmin tələbə qiymət vermiş, borc müqaviləsinin etibarsızlığı üçün əsasların olmadığını düzgün müəyyən etmiş olsa da, digər tələblərə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bununla Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur.

12. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

13. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmi ni artırmaq və ya azaltmaq imkanı verir. Lakin işdən göründüyü kimi iddiaçı iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir.

14. Birinci instansiya məhkəməsi borc müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasların olmadığını düzgün müəyyən etmiş olsa da, qətnamə yalnız həmin tələb üzrə çıxarıldığından, qətnamənin digər tələblərə aid başqa hissələri olmadığından məhkəmə kollegiyası qətnamənin tamamilə ləğv olunmasını və tələblərin hər birinə ayrılıqda müfəssəl və düzgün hüquqi qiymət verilməsini məqsədəuyğun hesab etmişdir.

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 müqavilə tərəfi olmadığından, müqavilə məbləğinin ona məxsus olduğunu, eləcə də hər hansı maddi və mənəvi zərərə mər uz qalmasını sübuta yetirə bilmədiyindən onun iddia tələbi tamamilə rədd edilməlidir. 16. 04.02.2019-cu il tarixli kredit (borc) müqaviləsi İddiaçı2la Cavabdeh arasında bağlandığından və İddiaçı2 hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olduğu müəyyən edildiyindən məhkəmə kollegiyası yalnız onun iddia tələblərinin əsaslı olubolmadığı ilə bağlı ayrıca araşdırma aparılmasını və qiymət verilməsini məqsədəmüvafiq hesab etmişdir.

17. Məhkəmə kollegiyası apelyasiya qaydasında araşdırma apararkən borc (kredit) müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-349-cu maddələrində nəzərdə tutulan əsaslardan hər hansı birinin mövcudluğunu müəyyən etmədi. Borc müqaviləsi forma baxımından mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış, müqavilədə borcla bağlı tərəflər in həqiqi iradəsi mövcud olmuş, müqavilənin məzmunu tərəflərin iradəsinə uyğun olmuşdur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

19. Yuxarıda qeyd olunduğu kimi, mübahisələndirilən müqavilə bağlanarkən qanunla müəyyənləşdirilmiş heç bir şərt pozulmamışdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

21. İddiaçı tərəf öz yaxın qohumlarını Suriyadan gətizdirmək faktını pərdələmək üçün müqavilənin bağlanmasına istinad etsə də, məhkəmə bu dəlili əsassız sayır. Belə ki, qanunverici digər əqdi pərdələmək məqsədini nəzərdə tutduğu halda, iddiaçı tərəf heç bir əqdi deyil, məh z hansısa faktı (qohumunun Suriyadan gətirilməsi müqavilə predmeti ola bilməz) pərdələmək məqsədinə istinad edirlər ki, bunun da hansısa qanuni əsası müəyyən edilmir. Həmçinin cavabdeh də 60 000 manat pulu aldığını bildirsə də, bunu digər məqsədlə - iş görmək üçün aldığını və hər ay iddiaçılara fayda verəcəyini göstərmişdir.

22. Göründüyü kimi, müqavilənin hansı məqsədlə bağlanmasına dair tərəflərin izahatları uyğun gəlmir və onlar bununla bağlı istinad etdikləri halları, faktları sübuta yetirə bilməmişlər.

23. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

25. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilmə si və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

26. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasındakı mübahisənin düzgün hüquqi tövsifini aparmaq üçün istinad olunacaq yeganə hal onlar arasında qanunla müəyyən edilmiş qaydada və formada bağlanmış kredit (borc) müqaviləsidir. Deməli, tərəflər arasında borc münasibətlərinin olduğu qəbul edilməli və mübahisəyə borca dair qaydalar tətbiq olunmalıdır.

29. Kredit müqaviləsinin məzmunundan göründüyü kimi, İddiaçı2 Cavabdeh bir ay müddətinə qaytarmaq şərtilə 60 000 manat məblə ğində borc vermişdir. 60 000 manat məbləğində pulun İddiaçı2 tərəfindən Cavabdeh verilməsini və sonuncunun da həmin məbləği almasını tərəflər təsdiq edirlər və bu, işin mübahisəsiz halıdır.

30. Lakin iddiaçı 60 000 manatdan əlavə 2019-cu ilin iyun ayında cavabdehə əlavə olaraq heç bir rəsmiləşdirmə aparmadan 24000 manat verdiyini və 2019-cu ilin avqust ayında cavabdehin həmin 24 000 manatı qaytardığını da iddia edir.

31. Cavabdeh isə iddiaçıdan əlavə 24 000 manat almadığını, 24000 manatı borc müqaviləsi üzrə aldığı 60 000 manata görə qaytardığını, eyni zamanda iddiaçıya müxtəlif vaxtlarda 2000 və 5000 manat da qaytardığını göstərmişdir.

32. Apelyasiya baxışı zamanı iddiaçının cavabdehə borc müqaviləsində nəzərdə tutulan 60 000 manatdan əlavə 24000 manat da verməsi, cavabdehin isə müxtəlif vaxtlarda 2000 və 5000 manat pulu iddiaçıya qaytarması öz təsdiqini tapmamış, bununla bağlı heç bir tutarlı sübut (müqavilə, qəbz və sair) məhkəməyə təqdim edilməmişdir.

33. Cavabdeh 2019-cu ilin avqust ayında iddiaçıdan aldığı 60 000 manatın 24 000 manatını qaytardığını göstərmişdir. İddiaçı həmin məbləğin qaytarıldığını etiraf etsə də, bu məbləğin borc müqaviləsində göstərilən 60 000 manata heç bir aidiyyəti olmadığını, onun müqavilədən sonra verdiyi 24 000 manat olduğunu bildirmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 000 manatdan əlavə 2019-cu ilin iyun ayında cavabdehə əlavə olaraq heç bir rəsmiləşdirmə aparmadan 24000 manat da verməsi öz təsdiqini tapmadığından cavabdeh tərəfindən ödənilmiş 24 000 manat borc müqaviləsi üzrə verilmiş 60 000 manata aid edilməli və hə min məbləğdən çıxılmalıdır.

35. Beləliklə, 60000 manat borcdan 24000 manatın cavabdeh tərəfindən qaytarılması və qalıq borcun 36000 manat olması məhkəmə iclasında sübuta yetirilmişdir.

36. Cavabdeh tərəf özü də birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddianı qismən qəbul edərək 36 000 manat borcu olduğunu etiraf etmişdir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, 36000 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı2 xeyrinə tutulmalıdır.

38. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddia tələbi 283 gün üçün illik 5 faiz olmaqla 2326 manatın cavabdehdən tutulması hissəsində də qismən təmin olunmalıdır.

39. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər ə saslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

40. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının gecikdirilmiş 283 gün üçün illik 5 faiz olmaqla pul tələbi adı çəkilən maddələrin dispozisiya əlamətlərinə uyğun gəlir və həmin maddələrin təsiri altına düşür. Belə ki, cavabdeh özü izahatlarında fərdi yaşayış evlərinin tikintisi və satışı ilə məşğul olduğunu, iddiaçıdan aldığı 60 000 manat borcu məhz bu məqsədlərə sərf etdiyini və hətta götürdüyü qazancdan iki dəfə 2000 manat və 5000 manat olmaqla iddiaçıya qaytardığını göstərmişdir. Onun iddiaçıya 2000 manat və 5000 manat qaytarması öz təsdiqini tapmasa da, aldığı puldan faydalanması, qazanc götürməsi elə həmin izahatlarla təsdiq olunur və belə olan vəziyyətdə iddiaçı artıq həmin halları sübutetmə yükündən azad olur.

42. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı 60 000 manat borcun gecikdirilməsi, vaxtında qaytarı lmaması ilə bağlı müqavilənin bağlandığı 04.02.2019-cu il tarixdən məhkəmədə iddia qaldıldığı 25.11.2019-cu ildək olan dövrə görə 283 gün üçün illik 5 faiz olmaqla 2326 manatın cavabdehdən tutulmasını tələb edir. Yuxarıda qeyd olunduğu kimi, müqavilə məbləğini təşkil edən 60 000 manatın 24 000 manatı 2019-cu ilin avqust ayında qaytarılmışdır və cavabdehin iddiaçıya olan qalıq borcu 36 000 manatdır. Belə olan vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, müqavilə müddətinin bitdiyi 04.03.2019-cu ildən 2019-cu ilin avqust ayına qədər 60 000 manatın, 2019-cu ilin avqust ayından iddia qaldırıldığı 25.11.2019-cu il tarixədək olan dövr üçün isə qalıq borcunu təşkil edən 36 000 manatın gecikdirilməsinə görə illik 5 faiz hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 43. 04.03.2019-c u ildən 01.08.2019-cu il tarixədək olan dövr üçün (147 gün) 60 000 manatın 5 faizi 1208,21 manat, 01.08.2019-cu ildən 25.11.2019-cu ilədək olan dövr üçün (115 gün) 36 000 manatın 5 faizi isə 567,12 manat təşkil edir.

44. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı iddia tələbini mənəvi zərərə görə 50000 manat ödənilməsi hissəsində iddianı əsassız sayır və hesab edir ki, iddiaçı cavabdehin təqsiri üzündən mənəvi sarsıntı və iztirablar keçirməsini sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissədə bütünlüklə rədd edilməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozu lması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdır mağa borcludur Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

50. İddiaçılar məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir

51. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

52. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

53. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

56. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)

57. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

58. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.. (maddə 337.1)

59. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.. (maddə 340.2)

60. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (maddə 445.7)

61. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1)

62. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyy ətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

63. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)

64. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (maddə 740.1)

65. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.. (maddə 740.2) Mülki Prossesual Məcəllə

66. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.(maddə 14.2)

67. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

68. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

69. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

70. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

71. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

72. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6519/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar