Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2347/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1745/2025 nömrəli, 8 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3881/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən 06 may 2021-ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış “Mitsubishi Airtrek” minik markalı **-NJ*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsünün Bakı şəhəri 14 saylı Not ariat ofisinə həvalə olunması qət edilmişdir.
2. Hazırda İddiaçı Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum X9 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X14 onun doğma oğludur. Hünbətov Vaqif 30 oktyabr 2020-ci ildə vəfat etdikdən sonra ondan “Mitsubishi Airtrek” minik markalı **-NJ-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsindən ibarət miras əmlaklar qalmışdır. O, Bakı şəhər 14 saylı Notariat Ofisinə müraciət edərək həmin əmlaklara dair xx.xx.2021-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamələr əsasında əmlaklar üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Cavabdeh Notariat ofisinə müraciət edərək ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün mərhum oğlu X14 ilə aralarında xx.xx.1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini təqdim etmişdir. Halbuki, oğlu X15 Hünbətova arasında olan nikah övladları olmadığından pozulmuş və oğlu ona bu barədə belə məlumat vermişdir. Çünki 2001-ci ildən onlar tam şəkildə ayrı yaşamışlar. Hətta oğlu sonradan 2 dəfə Kəmalə və Gülnar adlı qadınlarla evlənmiş, Cavabdeh sonra Kəmalə ilə evlənərkən toy mərasimi belə olmuşdur. 2001-ci ildən oğlu X15 Hünbətova birgə yaşamamışlar və onların arasındakı nikaha faktiki xitam verilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 Nemət qızı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh mərhum Vaqif Hünbətovla 3 ildir ayrı yaşayıblar. Son illərdə ailə münasibətləri olmamışdır, cavabdeh mərhum ölən zaman nə dəfnə, nə də yasa gəlməmişdir. Ər-arvad münasibətləri əvvəldən pozulmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində olan qətnamə ilə şəhadətnamələr ləğv edilmişdir, hal-hazırki məsələyə qiymət verilməmişdir. X8 ünvanda qeydiyyatda olsa da, heç vaxt orada yaşamayıb, evi də olmamışdır. Bundan başqa, qarşı tərəf mərhumun 2001-ci ildən ölən gününədək cavabdehlə hər hansı bir şəkil, hər hansı bir g örüntü və ya videosunu məhkəməyə təqdim edərsə, o, iddianın geri götürülməsi barədə vəsatət təqdim edəcək. Tərəflərin qeyd olunan tarixlərdə birlikdə olması barədə sübutu cavabdeh tərəf təqdim edə bilər. Əllərində belə bir sübut olmadığından yalnız qətnamənin mövcudluğuna əsaslanırlar.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin icrasına mane olmaq üçün bu iddia ilə müraciət edilmişdir. Hazırki mübahisə ilə bağlı yekun akt çıxarıla bilməz, əks halda preyudisiallıq prinsipi pozulmuş olur. İş üzrə icraata xitam verilməlidir. Cavabdehlə mərhum Vaqif Hümbətovun birlikdə yaşadıqları evin mülkiyyət olaraq kimin adına qeydiyyatdan keçməsi ona məlum deyildir. Vaqif rəhmətə gedən zama n Ceyranın harada olması barədə məlumat yoxdur. Ceyranın yas mərasimində iştirak edib-etməməsi barədə məlumatı yoxdur, lakin iddiaçı ilə cavabdehin arasında münasibət pis olduğundan Ceyran yas mərasimində iştirak etməmişdir. Cavabdehin mərhumla ər-arvad olduqlarını təsdiq edən hər hansı sübut yoxdur. Lakin hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi şəkil və sms-lərdən mötəbərdir
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mərhumun qonşusudur, nə Məleykəni, nə Ceyran adlı şəxsi tanımır. Vaqif tək yaşayırdı, arvad uşaq görməmişdir. Bir dəfə qadın görmüşdür, onun mərhumla nə qədər və hansı tarixdə yaşaması barədə məlumatı yoxdur. Mərhumun öldüyü gün evinə getməmişdir, başsağlığına da getməmişdir, çünki yas rayonda olmuşdur. Onun evini kimin təmizl əməsi və yığışdırması görməmiş, görmək də mümkün deyildi. Vaqiflə yalnız qonşu münasibəti olmuşdır, şəxsi həyatı ilə bağlı maraqlanmamışdır, lakin hər bir qonşu kimi ailə üzvlərinin sayı barədə məlumatı olmuşdır
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, mərhumun qonşusudur, Meləykəni tanımır, Hünbətov Vaqif təxmini 1-2 ildir ki, vəfat etmişdir. 20052006-cı illərdə Vaqiflə eyni vaxta ev tikmişlər və orada tanış olmuşlar. Orada heç bir qadın görməmişdir. Bir müddət sonra xəstələnmişdi, baş çəkməyə gedən zaman evdə başqa bir qadın görməmişdir. Tez-tez evlərinə gedib-gəlməmişdir, arada təsadüfən görüşürdülər. Başqa evinin olub-olmaması barədə məlumatı yoxdur. Xəstə olan zaman niyə ailə qurmadığını soruşmuşdur, Vaqif isə 2 dəfə ailə qurub boşandığını, bundan sonra ail əyə ehtiyac olmadığını bildirmişdir. Rəhmətə gedən günü orda olmamışdır.
9. Sabunçu rayon Məhkəməsinin 2(008)-4572/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh mərhum X9 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Adilə Paşayeva).
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş X1 Məleykə Musa qızının oğludur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin mərhum X14 ilə xx.xx.1989-cu ildə nikaha daxil olması təsdiq olunur. Mərhumdan miras qalmış Mitsubishi Airtrek minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsinə dair tam payda iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin cavabdehin iddiası üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3881/2021 nömrəli qətnamə ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Hazırda iddiaçı cavabdehin mərhum X9 mirasına qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsini tələb edir, iddiaçının oğlu ilə cavabdehin son 3 ildə faktiki ayrı yaşaması işin mübahisəli halıdır. Hazırki işdə İddiaçı məhz cavabdehin mərhumla 3 ildən çox müddət ayrı yaşadıqlarına əsaslanır. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci madd əsinin "hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir" müddəasına uyğun olaraq sübut qismində mərhumun başqa şəxslə toy görüntülərini və şəkillərini təqdim etmiş, eləcə də şahidlər dindirilməsini tələb etmişdir. Məhkəmə araşdırılması zamanı bütün sübutlar tədqiq edilmişdir. Təqdim edilmiş görüntülərdən və şəkillərdən görünür ki, mərhum Kəmalə adlı şəxslə xx.xx.2004-cü ildən faktiki nikah münasibətlərinə daxil olmuş. Beləliklə, X9 xx.xx.1989-cu ildə nikaha daxil olduqdan sonra xx.xx.2004-cü ildə başqa şəxslə faktiki nikah münasibətlərinə başlaması cavabdehlə olan nikah münasibətlərinin sonlandırlmasını təsdiqir. Həmçinin iş üzrə dindirilmiş şahidlər də mərhumun tək yaşadığını və kiminləsə faktiki nikah münasibətlərində olmadığını göstərilmi şlər. Cavabdehlə mərhumun faktiki nikah münasibətlərinin olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən, məhkəmə Cavabdeh bu münasibətləri təsdiq edən sübutların (məsələn, SMS və ya başqa yazışma, birgə şəkillər və sair) təqdim edilməsi təklif olunsa da, müvafiq sübutlar təqdim edilməmişdir. Cavabdehin əsaslandığı qətnaməyə isə münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin qətnamə ilə mərhumla cavabdehin vəfat etməmişdən əvvəlki 3 illik müddətində birgə yaşama halı sübut edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin X14 ilə nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyindən və onların ayrı yaşadıqları təsdiq edildiyindən, o, qanun üzrə vərəsəlik hüququndan məhrum edilməlidir.
11. Məhkəmə gəldiyi nəti cəni Mülki Məcəllənin 1159, 1160, 1164-cü, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 14.2, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, daha öncə Suraxanı Rayon Məhkəməsinin icraatında İddiaçı və Cavabdeh arasında eyni predmet üzrə məhkəmə işi olmuşdur. Belə ki, X14 (bundan sonra “Mərhum”) xx.xx.2020-ci ildə vəfat etdikdən sonra ondan “Mitsubishi Airtrek” minik markalı nəqliyyat vasitəsi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 1-ci Mədən ərazisi ünvanında yerləş ən ümumi sahəsi 0,04 ha torpaq sahəsindən ibarət əmlaklar miras qalmışdır. Həyat yoldaşının ölümündən sonra Cavabdeh vərəsəlik şəhadətnaməsi verilməsi üçün 10 iyun 1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini Notariat ofisinə təqdim etmişdir. Lakin, Notariat ofisi Cavabdeh şəhadətnamə verməkdən imtina etmişdir. Bundan sonra Hünbətova X4 Məleykə Musa qızına xx.xx.2021-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V - 215 və 2V - 216 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini Suraxanı Rayon Məhkəməsindən xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsi iddianı Bakı şəhəri 14 saylı Notariat o:isi tərəfindən xx.xx.2021- ci il tarixli 2V-2 15 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış “Mitsubishi Airtrek” minik markalı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsünün Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi barədə 03 noyabr 2021-ci il tarixli, 2(010)- 3881/2021 nömrəli qətnamə qəbul etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən qətnamədən şikayət verilmədiyi üçün Suraxanı Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(010)-3881/2021 nömrəli qətnaməsi qanuni qüvvəyə minmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən eyni predmet üzrə yenidən yekun məhkəmə aktının ç ıxarılması preyudisiallıq prinsipini kobud şəkildə pozmuşdur. Sabunçu Rayon Məhkəməsi 22 noyabr 2024-cü il tarixli, e2(008)- 4572/2024 nömrəli qətnaməsində şahidlər - X2 və X7 (bundan sonra “Şahidlər”) çıxışlarına istinad etmişdir. Lakin, məhkəmə şahidlərin faktiki yaşayış yerini müəyyən etməmişdir. Bu şəxslərin həqiqətən də mərhum Hünbətov Vaqifi tanıyıb tanımadıqları məlum deyil. Xüsusilə diqqətə çatdırmaq istəyir ki, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuş və bunun nəticəsində bütün prosessual hüquqlarından məhrum olmuşdur. Belə ki, məhkəmə mübahisəsindən xəbəri olmadığı üçün sadəcə sonuncu iclasda iştirak etmiş, məhkəmədə mövqeyini müdafiə etməyə, o cümlədən sübutlarını təqdim etməyə zamanı olmamışdır. Sabunçu Rayon Məhkəməsi mərhum X9 digər bir şəxslə faktiki nikah münasibətlərin ə başlamasını əsas göstərərək, Cavabdehla aralarında bağlamış nikahı əsassız hesab etmişdir. Sabunçu Rayon Məhkəməsi qətnaməsində İddiaçı tərəfindən təqdim edilmiş foto şəkil və video yazının Cavabdeh Mərhumun ikinci evliliyindən xəbərdar olduğunu təsdiqlədiyini bildirmişdir. Diqqətə çatdırmaq istəyir ki, Cavabdeh ilə mərhum X14 ilə aralarında bəzən mübahisələr olsa da, 1989-cu il tarixli nikaha xitam verilməmişdir. Cavabdeh Mərhumun nikahdan kənar münasibəti barəsində məlumatı olmamışdır. Həmçinin, təqdim edilmiş şəkil və video yazıda Cavabdeh olduğu qanunvericiliyə uyğun qaydada sübuta yetirilməmişdir. Məhkəməyə təqdim edilmiş şəkil və video yazı dəyişdirilmiş ola bilər. Belə ki, şəxsin müəyyən edilməsi üçün nə foto şəkil, nə də video yazı üzrə məhkəmə ekspertizası həyata keçirilmişdir. Digər məqam isə odur ki, İddiaçı iddia edir ki, təqdim edilmiş foto şəkil və video yazı 2004-cü ilə aiddir. Sual yaranır ki, həmin foto şəkil və video yazı 2021-ci il tarixdə mübahisəyə Suraxanı Rayon Məhkəməsində baxılan zaman İddiaçı tərəfindən məhkəməyə nə üçün təqdim edilməmişdir? Beləliklə, İddiaçı qanunvericilikdən sui-istifadə edərək, məhkəmənin yükünü əsassız yerə artırmışdır. Sabunçu Rayon Məhkəməsində mübahisələndirilən sübutlar daha öncə Suraxanı Rayon Məhkəməsində də araşdırılmış və hakim tərəfindən mötəbər hesab edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1745/2025 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilmişdir (hakimlər: Günay Axundova – sədrlik e dən və məruzəçi, Fuad Babayev, Fərrux Qasımov).
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi tələbini onunla əsaslandırır ki, X14 onun doğma oğludur. Oğlu xx.xx.2020-ci ildə vəfat etdikdən sonra iddiaçı Bakı şəhər 14 saylı Notariat Ofisinə müraciət edərək oğlundan miras qalmış “Mitsubishi airtrek” minik markalı **-NJ-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə xx.xx.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnamələr əsasında əmlaklar üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Cavabdeh Notariat Ofisinə müraciət edərək ona vərəsəlik şəhadətnamə si verilməsi üçün mərhum oğlu X14 ilə aralarında xx.xx.1989-cu ildə Rusiya Federasiyası Tomsk vilayətində bağlanmış nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini təqdim etmişdir. Halbuki, oğlu X15 Hünbətova arasında olan nikah övladları olmadığından pozulmuş və oğlu ona bu barədə belə məlumat vermişdir. Çünki 2001-ci ildən onlar tam şəkildə ayrı yaşamışlar. Hətta oğlu sonradan 2 dəfə Kəmalə və Gülnar adlı qadınlarla evlənmişdir.
16. Suraxanı Rayon Məhkəməsindən tələb edilmiş 2(010)-3881/2021 saylı mülki iş materiallarına nəzər saldıqda müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlak üzərində miras qoyanın arvadının ümumi birgə mülkiyyət hüququnun tanınması, miras əmlaka vərəsəlik hüququnun tanınması, əmlak üzərində iddiaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.
17. Həmin mülki iş üzrə iddiaçı Cavabdeh tələbi cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V - 215 və 2V - 216 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh ban nömrəsi CU2W 0010657, mühərrikin nömrəsi GC4677 və buraxılış ili 2002ci il olan “Mitsubishi Airtrek” minik markalı **-NJ-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə ikidə bir (1/2) hissədə ümumi birgə mülkiyyət hüququnun tanınması, həmin əmlakların qalan ik idə bir hissəsi (1/2) üzərində iddiaçı Cavabdeh vərəsəlik hüququnun tanınması və onun həmin miras əmlak üzərində ikidə bir (1/2) hissədə (ümumi əmlakın dörddə üç 3/4 hissəsində) payının müəyyən edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsindən ibarət olmuşdur.
18. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3881/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, mərhum X6 miras qalmış “Mitsubishi Airtrek” minik markalı **-NJ-*** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və B akı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsünün Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə olunması qət edilmişdir.
19. Həmin iş üzrə məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı adına Vərəsəlik şəhadətnamələri verilən zamanı, mərhum X9 digər vərəsəsinin (arvadı Cavabdeh) olması nəzərə alınmamış, nəticədə paylar düzgün müəyyən edilməyərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh (İddiaçı) məhkəmə iclasında vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat ofisinə müraciət etdiyi zaman iddiaçının miras qoyanla nikah münasibətlərində olduğunu bildiyini və bu halı notariat orqanına bildirmədiyini qəbul etmiş, əlavə olaraq notariat orqanına verdiyi ərizəsi ilə bu halı gizlətmişdir. Bu isə əsassız olaraq iddiaçının qanun üzrə vərəsə olaraq miras əmlakdan pay almaq hüququndan məhrum olmasına gətirib çıxarmışdır. Göründüyü kimi notariat hərəkətinin aparılması zamanı X5nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Notariat orqanı tərəfindən bu məlumatlar əldə edilmiş və mərhuma dair nikah akt qeydi aşkar edilmədiyi məlum olmuşdur. Lakin cavabdeh mərhumun rəsmi olaraq nikahda olduğunu bildiyi halda bu barədə məlumatı gizlətmişdir. Cavabdeh notarius tərəfindən vərəsə lərin dairəsi elektron qaydada yoxlanılan zaman bu halı bildirməli olmasına baxmayaraq, iddiaçı bu halı gizlətməklə əsassız olaraq mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhatənamələri almasına və yeganə vərəsə olması barədə faktı təsdiqləməsinə səbəb olmuşdur.
20. Beləliklə, hər iki mülki iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı qaldırdığı “vərəsəlik hüququndan məhrumetmə” tələbi ilə əslində, daha əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3881/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edilir.
21. Belə ki, qanuni qüvvəsini almış qətnamə ilə Cavabdeh mərhumun qanun üzrə vərəsəsi olması qənaətinə gəlinmişdir. İddiaçı hazırkı iddia tələbində Cavabdeh əsli ndə mərhumun vərərəsəsi ola bilməməsinə, onun mərhumla illər öncə faktiki ayrılmasına istinad edir. Halbuki, İddiaçı Cavabdeh vərəsə ola bilməməsinə dair halları əvvəlki mülki işə baxılarkən etiraz olaraq irəli sürsə də sübutlarını təqdim etməmişdir. Məhkəmə isə qətnaməsində qeyd etmişdir ki, sübutlar təqdim edilməyib və vərəsəlik hüququndan məhrum edilmə ilə bağlı iddia tələbi yoxdur (i.v.71). İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3881/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
22. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzr ə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
23. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən normasından aydın görünür ki, tərəflər arasında mübahisələndirilən məsələyə-vərəsəlik hüququnun tanınması məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən artıq eyni tərəflər məhkəmə aktı ilə artıq müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edə bilməzlər.
24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin iddia üzrə məhkəmə araşdırması yekunlaşmışdır. Cavabdeh mübahisələndirilən miras əmlaklar üzərində vərəsə kimi hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında tanınmış, hazırda isə İddiaçı vaxtı ilə həmin qətna mədən şikayət verərək qətnaməni mübahisələndirməli olduğu halda bunu etməmişdir.
25. Belə olan halda belə nəticəyə gəlmişdir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 233.3 və 261.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil1 Nemət qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. İddiaçı şikayətini belə əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsini işə tətbiq etməklə icraata xitam vermişdir. Belə ki, Ceyran Hümbətova mərhum Vaqif Hümbətovun mirasına qanun üzrə vərəsəlik hüququnun tanınması və ona aid olan əmlak üzərində mülkiyyət payının müəyyən edilməsi barədə iddia qaldırsa da, İddiaçı Ceyran Hümbətovanın mərhumla nikahının faktiki olaraq pozulduğunu, ayrı yaşadıqlarını, buna görə də onun vərəsəlik hüququndan məhrum edilməsini tələb etmişdir. Göründüyü kimi, sözügedən işlər mahiyyət etibarilə fərqli işlərdir. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
31. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan a pellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işdə İddiaçı tələbi ilə daha əvvəl Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)3881/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edilir. Qanuni qüvvəsini almış həmin qətnamə ilə Cavabdeh mərhum əri Vaqif Hünbətovun qanun üzrə vərəsəsi olması qənaətinə gəlinmişdir. İddiaçı hazırkı iddia tələbində Cavabdeh əslində mərhumun vərərəsəsi ola bilməməsinə, onun mərhumla illər öncə faktiki ayrılmasına istinad edir. Halbuki, İddiaçı Cavabdeh vərəsə ola bilməməsinə dair halları əvvəlki mülki işə baxılarkən etiraz olaraq irəli sürsə də sübutları nı təqdim etməmişdir. Məhkəmə isə qətnaməsində qeyd etmişdir ki, sübutlar təqdim edilməyib və vərəsəlik hüququndan məhrum edilmə ilə bağlı iddia tələbi yoxdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, mövcud vəziyyətlə razılaşmışdır.
36. Tərəflər arasında mübahisələndirilən məsələyə-vərəsəlik hüququnun tanınması məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verildiyindən artıq eyni tərəflər məhkəmə aktı ilə artıq müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edə bilməzlər. Artıq həmin iddia üzrə məhkəmə araşdırması yekunlaşmışdır. Cavabdeh mübahisələndirilən miras əmlaklar üzərində vərəsə kimi hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında tanınmış, hazırda isə İddiaçı vaxtı ilə həmin qətnamədən şikayət verərək qətnaməni mübahisələndi rməli olduğu halda bunu etməmişdir.
37. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1745/2025 nömrəli, 8 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.