Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2348/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Gürbüz Korayın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, aldatma, yalan əqd, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Gürbüz Korayın Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-625/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə 7 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145.7 kv.m, yaşayış sahəsi 71 kv.m, yardımçı sahəsi 74.7 kv.m olan 3 otaqlı mənzil X10 məxsus olmuş, X16 ilə Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin mənzil 200 000 (iki yüz min) manata Cavabdeh satılmış, xx.xx.2019-cu il tarixdə mənzil sonuncunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
2. X9 həyat yoldaşı Aytən Məhərrəmli xx.xx.2019-cu il tarixdə imzaladığı notarial təsdiqli ərizədə sözügedən əmlakın satılmasına etiraz etmədiyini bildirmiş, eyni tarixdə 200.000 manat vəsait Cavabdeh tərəfind ən notariusun "xxxx" ASC-nin Azadlıq filialındakı hesabına köçürülmüş, notariusun həmin banka ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda 4808,10 manat vergi borcu çıxıldıqdan sonra qalan 195 191,90 manatın X10 verilməsi xahiş olunmuş, xx.xx.2019-cu il tarixdə müvafiq bank əməliyyatı həyata keçirilmişdir.
3. X21 Respublikasının vətəndaşıdır və Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş MYİ seriyalı 0****** saylı icazə vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq hüququna sahib olmaqla, ünvan 2 ünvanında qeydiyyatdadır.
4. Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisidir.
5. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində verdiyi etibarnamə ilə, xx.xx.2019-cu il tarixli çıxar ış əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilə dair forma 1 almaqla üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı, lazım olduqda müqaviləni ləğv etməyi və DƏDRX-nin müvafiq ərazi idarəsində, “ASAN Xidmət” Mərkəzlərində, “ASAN Kommunal”da, notariat ofislərində, banklarda, Vergi İdarələrində, MKİS-də, o cümlədən digər idarə və təşkilatlarda nümayəndəsi olmağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 5 i müddətinə Koray Gürbüzə etibar etmiş, xx.xx.2021-ci il tarixdə həmin etibarnaməni ləğv etdirmişdir.
6. Cavabdeh tərəfindən əvvəllər də Koray Gürbüzə və sonuncunun həyat yoldaşı İmrən Gürbüzə “X22 4” minik markalı **-VD-*** dövlət qeydiyy at nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini ehtiva edən etibarnamələr verilmişdir.
7. Nəsimi RPİ-nin İŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə Koray Gürbüzün şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
8. X16 həmin araşdırma zamanı verdiyi izahatda göstərmişdir ki, “təxminən 10 ildir ki, türk vətəndaşı olan İddiaçı adlı şəxsi tanıyıram. Korayla aramızda uzun müddət mebel alqı-satqısı işləri görmüşük. 2019-cu ildə Korayın mənim üçün gördüyü müəyyən işlərin qarşılığında ona külli miqdarda pul verməli idim. Verəcəyim pulun qarş ılığında İddiaçı ona ev verməyimi təklif etdi. 19 oktyabr 2019-cu il tarixdə etibarnamə əsasında mənim adımdan çıxış edən mühasibim Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108 mənzil 103 saylı evi alqı-satqı edib müəyyən məbləğdə pul almaqla evi Korayın razılığı ilə onun etibar etdiyi Cavabdeh adlı qadının adına keçirmişdir. Belə ki, həmin ev barəsində razılaşma mənimlə Korayın arasında olmuşdur. Tereza sadəcə Korayın etibar etdiyi şəxsdir. Bu işlərlə bağlı hər hansı digər şəxslərlə, eyni zamanda Korayın atası Şinasi Gürbüzlə hər hansı razılığım olmamışdır. Həmin mənzilin Koraya məxsus olmalı olduğunu bilirəm”.
9. Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatda göstərmişdir ki, “2003-cü ildən bu günədək Şinasi Gurbuz adlı şəxsə məxsus müxtəlif şirkətlərdə, son illərdə İsə "xxxx " MMC-də işləyir. Hazırda həmin şirkətdə icraçı direktor vəzifəsində çalışır. 2009-cu ildə X12 Gurbuz Türkiyədən atasının yanına gəlmiş və uzun müddət bizimlə birlikdə atasının yanında işləmişdir. Şirkətin işi mebel istehsalı və restovrasiyadan ibarətdir. İşlədiyimiz müddətdə X16 adlı şəxsi sifarişçi və müştəri kimi tanımışdır. Raminlə yaranmış münasibət zamanı mənə mənzilinin olduğunu dedi və 19 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108-də 103 saylı mənzili Ramindən 200 000 manat qarşılığında aldı. Koray Gürbüzə həmin ərəfədə etibarnamə vermişdi ki, mənzili satsın. Lakin sonradan həmin etibarnaməni ləğv etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Gürbüz Koray Cavabdeh qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108 saylı evin 103 saylı mənzilinə dair Cavabdeh və X16 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycana 2009-cu ildə gəlmiş, atası X18 ilə "xxxx" MMC-ni yaratmış, orada çalışmış, şirkətin direktoru kimi isə atasının tanışı X2 təyin etmişlər. Sonradan ailəsi Cavabdeh ilə yaxınlaşmış, ona bir işçi kimi deyil, ailənin fərdi olaraq münasibət bəsləmişlər. Azərbaycanda işlədiyi vaxt tanışı X16 ona dizayn işində köməklik göstərməsini xahiş etmiş, o da imtina etməmişdir. X16 göstərdiyi bu hörmətin qarşılığında ona mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospek tində yerləşən 108 saylı evin 103 saylı mənzilini təklif etmiş, uzun isrardan sonra X16 ilə razılaşaraq mənzilin verilməsini alqı-satqı yolu ilə sənədləşdirmək qərarına gəlmişlər. İşləri ilə bağlı tez-tez Türkiyəyə gedib-gəldiyi və X9 ona verdiyi mənzili onsuz da gələcəkdə satmaq fikrində olduğu üçün alqı-satqı müqaviləsinə imza etməyi həmin vaxt onların bütün sənədləşdirməsini aparan Cavabdeh xahiş etmiş, o da, bununla razılaşmışdır. Əvvəlcədən razılaşdıqları kimi, o, Cavabdeh və X16 11 oktyabr 2019-cu il tarixdə 51 saylı notariat kontorunda olmuşlar. X16 və Cavabdeh əvvəllər tanış olmamış, bir-birilərini ilk dəfə elə həmin notariat kontorunda görmüş, onları o tanış etmişdir. Alqısatqı müqaviləsi formal bağlandığına görə mənzilin dəyərini təxmini 200 000 manat göstərmiş, notariusun depozi t hesabına qoyulacaq pulu X16 özü ilə gətirmişdir. Sənədləşdirmə zamanı da mənzilin dəyəri kimi göstərilmiş 200 000 manatı və həmin məbləğə hesablanmış 4808,1 manat vergi məbləğini X16 özü ödəmişdir. Bütün bu faktları, yəni mənzilə dair müqaviləni Cavabdeh formal olaraq imzalamasını, Cavabdeh əvvəllər tanımadığını, onunla mənzilin alqı-satqısı ilə bağlı hər hansı danışıqlarının olmadığını və iş üçün digər önəmli halları X16 özü təsdiq edə bilər. Bundan başqa, Cavabdeh onun adına verdiyi baş etibarnamə də mövcud olmuşdur. Heç bir haldan şübhələnmədən mənzili satışa qoymuş və nə vaxt satılacağını və pulunu əldə edəcəyi günü gözləmişdir. Cavabdeh onun adına xx.xx.2021-ci il tarixdə əmlaka sərəncam verilməsi barədə etibarnamə vermiş, nəhayət o da evə alıcı tapmış, onunla notariusa getmişdir. M ənzili satmaq istədiyində notariusdan ona verilən etibarnamənin Cavabdeh tərəfindən ləğv edildiyini öyrənmişdir. Cavabdehlə telefon əlaqəsi saxlamış, səbəbini öyrənmiş, cavabdeh ona əsəbləşdiyini və belə lazım olduğunu bildirmişdir. O və ailəsi Cavabdeh çox inanmış, ona maddi və mənəvi dəstək göstərmişlər, buna baxmayaraq Cavabdeh onların etibarından sui-istifadə edərək alın təri ilə qazandığı pulu ələ keçirmiş, ona məxsus olan evi öz adına rəsmiləşdirmişdir. Bundan başqa, yoldaşı İmren Gürbüzə, özünə aldıqları maşınları cavabdehin adına rəsmiləşdirmiş, cavabdeh ona və yoldaşına avtomobilləri idarə etmək üçün etibarnamələr vermişdir. Həmin etibarnamələr əsasında əmlakları satıb, pulunu almışlar. Cavabdeh ona qarşı etdiyi dələduzluqla bağlı Nəsimi rayon polis İdarəsinə şikayət ərizəsi ünv anlamış, Cavabdeh və X5 rayon polis bölməsinə çağırılmış, Cavabdeh polis İdarəsində bildirmişdir ki, “Delos" MMC-də direktor olaraq çalışır, guya X11 şirkətdə müştəri və sifarişçi olaraq tanımışdır. X16 olə guya yaranmış münasibət zamanı X16 mənzilinin olduğunu deyib və 19 oktyabr 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ev 108-de 103 saylı mənzili X8 200 000 manata almış, Koraya isə mənzili satmaq üçün etibarnamə vermişdir”. Halbuki, bunların hamısının yalan olduğu X9 izahatında təsdiqini tapmışdır. Belə ki, polis bölməsində mənzili satan X1 Tereza Nəsrəddin qızını, Şinasi adlı birini və "xxxx" adlı şirkəti tanımadığı, Koraya pul borclu olduğu üçün öz mülkiyyətində olan mənzili pulun əvəzi olaraq Koraya verdiyini bildirmişdir. Cavabdeh, faktiki ona aid Bakı şəhər i, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 108 saylı evin 103 saylı mənzilini onun etibarından sui-istifadə edərək, aldadaraq ələ keçirmişdir. Əgər ev Cavabdeh olsaydı nə üçün mənzilin bütün kommunal ödənişlərini hər ay özü ödəyir?. Binanın qapıçısı belə cavabdehi tanımır. Çünki mənzilə aid bütün sığorta, kommunal ödənişlər tərəfindən ödənilmişdir, hələ də ödənilməkdədir. Mənzil Cavabdeh olsaydı nə üçün alqı-satqı müqaviləsinin əsli ondadır? Cavabdeh mənzilin qapısını belə tanımır. İnternet saytlarında mənzili satmak üçün özü elan yerləşdirmiş, ev alqısatqısı ilə məşğul olan adamlarla danışmışdır. Beləliklə Cavabdeh qanunla ona aid olan mənzili qanunsuz olaraq əldə etmiş, razılaşmanı pozmuş, ona heç bir aidiyyəti olmayan, dəyəri onun tərəfindən ödənilməyən əmlakı mənimsəmişdir.
12. Ca vabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 51 saylı notariat ofisində bağlanılan xx.xx.2019-cu il tarixli 4-Ə-1042 reyestr nömrəli alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq hər iki tərəfin iradə ifadəsi əsasında bağlanılmış, X4 qismində, Cavabdeh isə alıcı qismində iştirak etmişdir. Müqavilənin 4-cü bəndinə əsasən evin qiyməti 200 000 manat razılaşdırılmış, həmin məbləğ 09 oktyabr 2019-cu ildə X6 tərəfindən X10 verilməsi üçün 51 saylı notariat ofisinin "xxxx"ın Azadlıq filialındakı depozit hesabına ödənilmiş, 4808,10 manat vergi öhdəliyi satış dəyərindən çıxılaraq depozit hesabında qalan 195 191,90 (bir yüz doxsan beş min bir yüz doxsan bir) manat X10 verilmişdir. Hal-hazırda da mənzil cavabdehin mülkiyyətində, sahibliyində və istifadəsindədir. Nəsimi rayon Polis şö bəsinə aparılan araşdırma ilə bağlı izahatı alınmış X9 bildirdikləri tamamilə yalan olmaqla Koray Gürbüzlə əvvəlcədən planlaşdırılmış izahatdır. Koray Gürbüz iddia ərizəsində bildirmişdir ki, X16 özü ilə notariusa 200 000 manat gətirmişdir. X3 200 000 manatı olsaydı Koray Gürbüzə olmayan borcunu elə özü ödəyərdi. Eyni zamanda X16 izahatında da mənzilini 200 000 manata Cavabdeh adına alqı-satqı etdiyini etiraf etmişdir. İzahatında göstərmisdir ki, guya notariusda mühasibi onun əvəzində alqı-satqı əməliyyatlarını aparıb, lakin alqı-satqı sənədlərində özü iştirak etdiyini də unutmuşdur. Bütün sənədləri özü imza etmiş və mənzilin pulu da onun adına bank hesabı vasitəsilə Cavabdeh tərəfindən ödənilmişdir. X7 notariusa 200 000 manat pulla gəlsəydi izahatında qeyd edərdi, əgər 200 000 manat borcu var idisə həmin pulu Koraya olan borcuna vermiş olardı. Bundan əlavə Koray Gürbüz bildirmişdir ki, o tez-tez ölkə xaricində olduğundan evi Cavabdeh adına almışdır. Halbuki, Koray həmin vaxt notariusda olduğunu göstərmişdir. Cavabdeh tərəfindən Koray Gürbuzə etibarnamə 2021ci ildə verilmişdir, həmin etibarnaməyə əsasən Koray Gürbüz Cavabdeh aid evi iş görülməsi üçün girov qoymaqla bankdan pul götürməli idi. Cavabdeh xəbər tutanda ki, onun mənzilini satmaq istəyir, etibarnaməni ləğv etdirmişdir. Əgər ev Koray Gürbüzə aid olsaydı, 2019-cu ildə alınmış evə dair etibarnamə 2021-ci ildə verilməzdi. Bu da öz növbəsində bir daha sübut edir ki, Koray Gürbüzün iddiası əsassızdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2666/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbinin rədd olunması qət edilmişdir.
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi bağlandığı zaman iddiaçı özü də notariat ofisində olmuş, X9 ona olduğunu iddia etdiyi borcun müqabilində mənzilin Gürbüz Korayın adına rəsmiləşdirilməsinə mane olan hallar olmamış, alqı-satqı müqaviləsinə tərəflər imza etmiş, müvafiq əqdlərə (əməliyyatlara) dair hüquqi proseslər barəsində onların hər üçünün iradə ifadələri (iradə azadlığı) olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmişlər. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı məhz alqı-satqı müqaviləsinin özünün adına bağlanmasına mane olan halları göstərə bilməmiş, müqavilənin Cavabdeh adına bağlanmasına vadar ed əcək hər hansı təsirə və ya təzyiqə məruz qalmamışdır.
15. Məhkəmə, X9 Nəsimi RPİ-nin İŞ-də verdiyi ifadəyə münasibətdə qeyd etmişdir ki, onun mübahisəli əmlakın Gürbüz Koraya məxsus olmasını bildirməsi iddianın təmin olunması üçün əsas yaratmır. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təqdim etdiyi video görüntülər, “whatsapp” sosial şəbəkəsində olan yazışmalar da iddianın təmin olunması üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
16. Məhkəmə həmçinin vurğulamışdır ki, mənzilin mülkiyyətçisi olaraq Cavabdeh xx.xx.2021-ci il tarixli etibarnamə əsasında Gürbüz Koraya etibarnamə verməsi, iddiaçının Cavabdeh mülkiyyətçi kimi tanımaqla əqdi bəyənməsi deməkdir.
17. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsini mübahisələndirmək üçün müəyyənləşdirilmiş müddəti də ötürmüşdür.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 354, 567-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Həmin qətnamədən iddiaçı Gürbüz Koray apellyasiya şikayə ti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.
21. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etiraz həmin nümayəndənin birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-625/23 nömrəli iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – E. Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən müqavilə bağlanarkən müqavilə tərəflərinin aldatma yolu ilə hərəkət etmələri qənaətinə gəlmək mümkün deyildir; iddiaçı, müqavilənin onun özünün istəyi ilə Cavabdeh və X16 arasında rəsmiləşdirildiyini irəli sürmüşdür – bu isə o deməkdir ki, adı çəkilən müqavilə tərəflərinin biri-birilərinə qarşı aldadıcı hərəkətlər etmələrindən bəhs oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddia tələbini müqavilənin tərəfi olmayan şəxs irəli sürmüş, müqaviləni bağlamış Ramin Rüstəmov isə aldadılığına istinadla hər hansı tələblə çıxış etməmişdir.
24. Kollegiya hesab etmişdir ki, əgər mənzil "xxxx" MMC-nin gördüyü işlər (xidmətlər) müqabilində Cavabdeh adına rəsmiləşdirilmişdirsə, bu hal müvafiq müqavilənin legitimliyinin (etibarlılığının) müzakirəsi üçün əsas yarada bilər; bununla belə həmin müzakirənin Koray Gürbüzün iddia tələbi əsasında deyil, MMC-nin müvafiq hala istinadən irəli sürdüyü (sürəcəyi) tələb əsasında aparılması mümkündür.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 340.1, 340.2, 354.1, 354.2, 404, MPM-nin 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.3, 385.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı Gürbüz Koray (Vəki l1) kassasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcu və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində, həm apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəsində dəlillərində və keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarda mübahisəli mənzili ilə bağlı Cavabdeh ilə X16 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin pərdələnmiş əqd olduğunu göstərmiş və məhkəmədə son nəticədə müqavilənin etibarsızlığını tələb etmişdir. Bundan əlavə, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmələr iddiaçının göstərdiyi hüquqi əsaslandırma ilə bağlı deyil, məhkəmə mübahisəni həll edərkən mübahisənin başqa hüquqi əsaslarını da araşdırmalı və qiymət verilməlidir.
28. Bel ə ki, əgər "xxxx" MMC tərəfindən X10 hər hansı iş və ya xidmət göstərilsəydi əlbəttə tərəflər arasında xidmətin göstərilməsi barədə müqavilə və sair digər sənəd olmalı idi.
29. Kassator şikayətini Mülki Məcəllənin 337, 339, 340, 390, MPM-nin 76, 77, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
31. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
32. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Mülki Məcəllə
33. Maddə
324. Əqd mülki hüqu q münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavil ənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
41. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
43. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvaf iq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qar şılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olma qla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı Gürbüz Koray tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-625/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.