Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-235/2020 24.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Q uba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) İddiaçı1 Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa olmuş tikilinin sökülməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Tağızadə, hakimlər T.Quliyev və E.Rəhimov) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Az ərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 Siyəzən Magistral X5 istismarında olan 325 mm diametrli «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu Alekseyevka kəndi ərazisində Cavabdeh1 məxsus yarımtikilinin sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Quba rayonu Alekseyevka kəndində yerləşən yaşayış məntəqəsinin torpağı kimi göstərilən 0,095 ha torpaq sahəsinə Cavabdeh1 xüsusi mülkiyyət hüququ x x.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin işdə olan Quba Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh1 Quba rayonu Alekseyevka kəndi ərazisində yerləşən 0,095 ha torpaq sahəsində fərdi yaşayış evinin inşası niyyəti ilə əlaqədar müraciətinə baxılmış və ona layihəyə uyğun olaraq tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti etiraz etməmişdir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayon DNK-nun xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmış 0,095 ha torpaq sahəsi dövlət torpaq kadastr kitabında xx.xx.2014-cü il tarixdə uçota alınmışdır. Eyni zamanda iş materiallarında olan məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında xx xxxx 2018-ci il tarixli məlumatdan görünür ki, ekspertiza qarşısında qoyulmuş suallarda göstərilən məsələlərin həlli məqsədilə, tədqiq olunan torpaq sahələrinə iş üzrə tərəflərin və mütəxəssisin iştirakı ilə baxış keçirilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2018-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmənin məktubuna əsasən baxış vaxtı təyin olunmuşdur. Həmin tarixdə ekspert tədqiq olunan ünvanda olmuş, AR ƏMDK yanında DƏDRX-nin mütəxəsisləri ilə əlaqə saxlanılmış, lakin mütəxəsilər baxış keçirilməsi haqqında onlara məktub daxil olmadığını bildirmişlər. Bu səbəbdən də tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə tikintitexniki ekspertizasın ın keçirilməsi barədə xx xxxx 2017-ci il tarixli qərardad icrasız saxlanılmış və mülki iş materialları geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli aktdan görünür ki, həmin aktda Siyəzən Magistral X5 nümayəndələri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli əmri ilə təsdiq edmilmiş «2.9-2 Azərbaycan Respublikasıının Dövlət Tikinti Normaları» nın tələblərinin pozularaq, Quba rayonu Alekseyevka kəndində Cavabdeh1 tərəfindən 325 mm-lik Quba QPS qaz kəməri qolu magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 41 metr məsafədə yarı mtikili edilməsi qeyd edilmişdir. Belə ki, iddiaçı təşkilat cavabdehin lazımi icazə olmadan «Quba QPS qolu» olan qaz borusunun təhlükəsizlik zonasında qanunsuz olaraq yarımtikili ev tikməsi, həmin tikilinin özbaşına tikinti olması və beləliklə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1,180.3 və 180.4-cü maddələrinə görə yarımtikilinin iddiaçının tələbinə əsasən sökülməsi üçün əsasların olmasını göstərsə də, məhkəmə kollegiyası iddiaçının bu dəlilləri ilə razılaşmır. Ona görə ki cavabdeh sökülməsi tələb edilən tikinti cavabdehin xüsusi mülkiyyətində olan 0,095 hektar torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kimi fərdi yaşayış evinin tikintisi üçündür, tikinti zamanı torpaq sahəsi təyinatı üzrə istifadə olunmuşdur. Həmçinin, Cavabdeh1 xüsus i mülkiyyətində olan həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün Quba Rayon İcra Hakimiyətini məlumatlandırmış və həmin icra hakimiyyətinin başçısı cavabdehə rəsmi məktubla fərdi yaşayış evinin tikintisinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Quba rayonu Alekseyevka kəndində yerləşən 0,095 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları, yəni həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqları olmaqla tam mülkiyyət hüquqları yaranmışdır. Sökülməsi tələb edilən tikinti də cavabdeh tərəfindən mülkiyyətində olan həmi n torpaq sahəsində tikilmişdir. Göstərilən şəxsin müvafiq olaraq həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları qanunun müdafiəsi altına düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifaldəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü «0» səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin dövşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsindək (ça rdaqaltı döşəmənin alt hissəsi) və aşırımların uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin rlanlarından, kəskilərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərzsinin baş planı bölmələrinin hazırlanması tələb olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (bundan sonra Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, “hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçi rmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.” Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilm işdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən 0,095 ha torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, sökülməsi tələb edilən yarımtikilidən ibarət tikinti onun öz vəsaiti hesabına tikildiyindən, tikinti ilə bağlı hər hansı dövlət orqanı tərəfindən ona irad və narazılıqlar bildirilmədiyindən, cavabdeh torpaq sahəsinə və orada yerləşən tikintiyə sahiblik, istifadə və sərəncam verməkdə ifadə olunan mülkiyyət hüquqlarını həyata keçirdiyindən, hazırki işdə bu mülkiyyət hüququna müdaxilə üçün qanunda nəzərdə tutulan şərtlər mövcud deyildi r. Həmin yarımtikilinin tikintisi hər hansı ictimai maraqlara zidd deyil, əksinə fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçü n xüsusi tədbirlər görür. Aidiyyəti dövlət orqanları tərəfindən tikinti ilə bağlı hər hansı iradın bildirilməməsi, iddianın qaldırılmaması, həmin dövlət orqanlarının bu evin tikintisinə razılıq və icazəsi kimi qiymətləndirilməlidir. Belə ki, susmaq razılıq əlamətidir ki, dövlət də öz müvafiq orqanlarının timsalında susmaqla cavabdehin həmin tikintiyə mülkiyyət hüququnu tanımış, tikintinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu isə dövlət qeydiyyatına almışdır. İş materialları ilə göstərilən tikintinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi müəyyən olunmur. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin tikinti mülkiyyətində olan torpaq sahəsində tikilmişdir, iddiaçı təşkilat isə həmin yarımtikilinin tikinti sinə icazə verən və tikinti normaları və qaydalarına ciddi surətdə əməl etməklə tikilməsinə nəzarət edən təşkilat deyildir. Belə ki, «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 4,7 və 12-ci maddələrinə, «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 4,6,10,17,19,24 və 26-cı maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin 27-ci bəndinə əsasən rayonlarda, o cümlədən kənd yaşayış məntəqələrində memarlıq layihələrinin hazırlanması, layihələrin təsdiq edilməsi, tikintiyə müvafiq razılıqların verilməsi, tikintinin şəhərsalma, tikinti normaları və qaydaları əsasında aparılmasına nəzarət yerli icra hakimiyəti orqanları tərəfindən həyata ke çirilir. Həmin Qanunlarda fərdi yaşayış evinin tikintisi zamanı şəhərsalma qaydalarının gözlənilməsi və tikintin tikinti normaları və qaydaları əsasında həyata keçirilməsinə nəzarət edən orqanlar sırasında iddiaçı təşkilat göstərilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə əsasən mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur və belə tikinti məlumatlandırma qaydasında həyata keçirilir. Dövlət fərdi yaşayış evlərinin tikintisinin belə sadə qaydasını müəyyən etməklə, insanlar tərəfindən fərdi yaşayış evlərinin tikintisinə daha geniş rəvac verir və belə hallarda lazımsız bürokratik əngəlləri aradan qaldırır. Bu da Azərbaycan dövlətinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi və insanların rifah halının yüksəldilməsinə töhfəsi kimi dəyərləndirilməlidir. Həm də cavabdeh mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikməsi ilə bağıl Quba Rayon İcra Hakimiyyətini məlumatlandırmış və həmin yerli icra hakimiyyəti orqanı rəsmi qaydada həmin evin tikintisinə etirazlarının olmadığıın bildirmişdir, yəni qanunda nəzərdə tutulmuş məlumatlandırma icraatı həyata keçirilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X3 X2 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və X3 X1 iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tkintiyə mükiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından görünür ki, cavabdehdən sökü lməsi tələb edilən yarımtikili, tikinti məqsədləri üçün ayrılan mülkiyyətində olan torpaq sahəsində tikilmiş, bu zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin aparılmasına heç bir irad və narazılıqlar bildirilməmiş, bu tikintinin qanunsuz olub-olmaması mübahisələndirilməmiş, həmin tikintinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi müəyyən edilməmişdir. Bundan başqa, cavabdehin, iddiaçı tərəfindən heç bir sübutla təkzib edilməyən izahatına görə həmin tikinti iki mərtəbəli və hündürlüyü 12 metrdən aşağı olan fərdi yaşayış evi tikintisidir ki, belə tikintinin aparılması üçün də müvafiq icazə tələb olunmur, həmçinin tikintinin aparılması ilə bağlı yerli icra hakimiyyəti orqanı məlumatlandırılmış və yerli icra hakimiyyəti orqanı həmin tiki ntinin aparılmasına razılığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili qanunsuz tikinti olmadığı üçün, sökülə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin 6 nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəll əsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə edə bilər, qanunun və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-235/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-235/2020
24.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver